Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə66/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   62   63   64   65   66   67   68   69   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
236 
 
çətin, çıxılmaz dəqiqədə - bütün bəşəriyyəti qırğına verəcəyi bir zamanda 
öz niyyətini yalnız Arxitektora bildirir. A.B. “əmr alanlar”dan olur. Ona nə 
deyilirsə,  yerinə  yetirir.  Hamıya  “baş  üstə”  deyir.  Onun  buyruq  qulu 
olmasından  istifadə  edən  rəzil  adamlar  –  Aptekçinin  oğlu,  Boksçu, 
Komissionçu  və  başqaları  A.B.-ni  hər  addımda  alçaldırlar.  Bu  uğursuz 
taleli insanın başına əlli min oyun açırlar. O, pilot məktəbinə göndəriləndə 
tamaşaçıya  elə  gəlir  ki,  A.B.-nin  qarşısında,  nəhayət  ki,  yaşıl  işıq  yandı. 
Amma  ilk  baxışda  belə  görünür.  Əsərin  qəhrəmanı  tez  bir  vaxtda  yenə 
uğursuzluğa  yuvarlanır.  Yaşamağından  bezən,  onu  əhatə  edən  mühitdən 
təngə gələn bu saf qəlbli insan birdən-birə dəyişir, bütün bəşəriyyəti məhv 
etmək istəyir. Ancaq... bacarmır. 
Bələdiyyə  teatrında  tamaşaya  qoyulmuş  əsərin  ən  cəlbedici, 
unudulmaz  epizodlarından  biri  məhz  bu  hadisənin  səhnə  həllidir.  Dəhşətli 
uğultu  səsindən  sonra  insanların  məhv  olmaq  qorxusundan  doğan 
hayqırtılar birdən-birə kəsilir və səhnədə A.B.görünür. O, belə deyir: “Mən 
ata  bilmədim.  Mən  uşaq  arabalarına,  çiçək  səbətlərinə  bomba  ata 
bilmədim”. Nazim Hikmət uşaq arabalarını insanlığın, çiçəkləri isə təbiətin 
rəmzi  kimi  vermişdir.  A.B.-nin  əsərin  sonunda  dediyi  ürək  titrədən 
sözlərindən sonra onun dilindən bu kəlmələri eşidirik: “Mən İntiqam Allahı 
olmağı  bacarmadım.  Amma  başqa  birisi  olacaqdır...”  Bu  son  sözlərin 
dramatik təcəssümü də quruluşçu rejissor tərəfindən məharətlə işlənmişdir. 
Bələdiyyə  Teatrının  səhnəsində  tamaşaya  qoyulmuş  “Damokl 
qılıncı”nın  uğuru  təbii  olaraq,  əsasən,  aktyor  ansamblı  ilə  bağlıdır.  Elxan 
Rzayev  A.B.  rolunu  məharətlə  oynayır.  Əsərdə  qəhrəmanın  başına  gələn 
müsibətlər,  keçirdiyi  daxili  sarsıntılar  bu  gənc  aktyorun  ifasında  dəqiq, 
ifadəli şəkildə təcəssüm olunmuşdur. Əsərin maraqlı obrazları arasında Kar 
və onun arvadını ayrıca qeyd etmək istərdim. Bunlar simvolik obrazlardır. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
237 
 
Yəni  dünyada  elə  insanlar  var  ki,  baş  verən  hadisələrə  biganədirlər,  daha 
dəqiq  desək,  kardırlar.  Bütün  bəşəriyyət  məhv  olmaq  təhlükəsi  qarşısında 
qalanda,  onlar  öz  aləmlərində  yaşayırlar.  Yəni,  Nazim  Hikmətin  dediyi 
kimi,  hadisələrə  kar  kimi  münasibət  bəsləyirlər,  sanki  heç  nə  eşitmirlər. 
Karın  arvadı  obrazı  Mahirə  Yaqubovanın  ifasında  çox  inandırıcıdır.  O, 
yaratdığı surətin mahiyyətini dərindən dərk etmişdir. Ona görə də tamaşaçı 
aktrisanın hər sözünü alqışlarla qarşılayır. Eyni sözləri Kar rolunun ifaçısı 
Vaqif Əliyev haqqında da demək olar. Onun səhnəyə hər gəlişini tamaşaçı 
təqdir  edir,  bəyənir.  Kazım  Abdullayev  (Aptekçi)  püxtələşmiş  aktyordur. 
O,  Aptekçi  surətini  özünəməxsus  orijinal  tərzdə  yaratmışdır.  Bələdiyyə 
teatrının  aktyorlarından  Tofiq  Bayramovun  (Hakim),  Aydın  Əliyevin 
(Komissionçu),  Zemfira  Səidinin  (Hakimin  qızı),  Qadir  Ramazanovun 
(Boksçu),  Arzu  Şuşanovanın  (Benzinsatanın  qızı),  Rafiq  İbrahimovun 
(Arxitektor), 
Esmiralda 
Şahbazovanın  (Arxitektorun  arvadı)  və 
başqalarının yaratdıqları obrazlar yaddaqalandır, təsirlidir. 
Bütün bu müsbət keyfiyyətlərlə yanaşı, bir qeydimi də deməyi özümə 
borc  bilirəm.  Tamaşada  aktyorların  səs  tonunun  bəzən  yüksək  olması, 
yersiz  çığırtı  əsərin  ümumi  dəyərinə  xələl  gətirməsə  də,  islah  olunmalı 
cəhətdir. 
Bəlkə də bu tənqidi qeydim Şəhriyar klubunun akustikası ilə bağlıdır. 
Yəni aktyorlar, tamaşaçı yaxşı eşitsin deyə, sözlərini uca səslə deyirlər. 
Mənə  elə  gəlir  ki,  inşallah,  bir  gün  gələr  ki,  Bələdiyyə  Teatrının  öz 
binası  olar  və  həmin  binadakı  teatr  səhnəsində  biz  belə  qüsurlara  rast 
gəlmərik. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
238 
 
Teatrın  sərəncamçı  müdiri  Yusif  Muxtarovla  söhbətdə  mənə  məlum 
oldu ki, “Damokl qılıncı” pyesi 2002- ci ilin aprel ayında Nazim Hikmətin 
100 illiyi münasibəti ilə İstanbulda nümayiş etdiriləcəkdir. 
İndidən, Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, millət vəkili, 
xalq  artisti,  Dövlət  mükafatları  laureatı,  bir  çox  yenilikçi  tamaşaları  ilə 
sənət  aləminin  haqlı  rəğbətini  qazanmış  Amaliya  xanım  Pənahovaya  və 
onun  başçılıq  etdiyi  aktyor  ansamblının  bütün  üzvlərinə  böyük  uğurlar 
arzulayıram. 
 
“Azərbaycan” qəzeti, 21 fevral 2002. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
239 
 
 
Bu dünyadan Nazim keçdi 
 
Yenə  səni  yad  etdik,  Ustad.  Bakıdakı  türk  səfirliyindən  bir  dəvət 
aldım. Mahnı Teatrında keçiriləcək “Mən, Nazim Hikmət” adlı gecəyə idi 
bu  dəvət.  Məclis  saat  yeddidə  başlayacaqdı.  Ömür  dostumla  birlikdə 
yeddinin  yarısı  olmamış  Mahnı  Teatrının  qapısını  kəsdirmişdik.  Binanın 
qarşısında  Sənin  böyük  portretin  vardı.  Şəklinin  üstündə  iri  hərflərlə 
yazılmışdı:  “Mən  ,  Nazim  Hikmət...”  Nüfuzedici  baxışlarını  bizə 
zilləmişdin. 
 
Bir  azdan  şairlər,  bəstəkarlar,  rəssamlar,  müxtəlif  sənət  və  peşə 
adamları,  bir  sözlə,  Türkiyəyə  bağlı  insanlar  və  səni  sevənlər  salonu 
doldurdu.  Ön  cərgədə  Türkiyənin  Azərbaycandakı  səfiri  cənab  Ünal 
Çeviköz xanımı ilə oturmuşdu. Sənin gecənə Milli Məclisin üzvləri, dövlət 
adamları da qonaq gəlmişdilər. 
 
Yaradıcılığına  məftun  olan,  şeirlərini  əzbər  deyən  şair  Abbas 
Abdulla  ilə  yanaşı  oturmuşduq.  O,  türk  poeziyasından,  xüsusən,  sənin 
unudulmaz  şeirlərindən  məftunluqla danışırdı.  Bir  azdan salonun çıraqları 
söndü,  yalnız  səhnə  işıqlandı.  Səhnədə  adını  bildiyimiz,  amma  üzünü 
görmədiyimiz  türk  aktrisası  Olcay  Poyraz  göründü.  Zərif  bir  qadındı. 
Gözləri  ulduz  kimi  parlayırdı.  Bu  zərif  qadının  dodaqlarında  Sənin  bir-
birindən  gözəl  şeirlərin  səsləndi.  İlahi,  insan  bu  qədər  şeiri  necə  yadında 
saxlaya  bilərmiş.  Ara-sıra  səhnədəki  kətan  parçanın  üzərində  Sənin 
fotoların  canlanırdı.  Öz  səsindən  şeirlərini  dinlədikcə,  elə  bilirdim  ki, 
burdasan,  Mahnı  Teatrındasan.  Həm  türk  dilində  şeirlər  deyirdin,  həm  də 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə