Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə74/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
263 
 
Nazim Hikmət, şübhəsiz ki, bütün türk dünyasının böyük sənətkarıdır. 
Amma  mənə  elə  gəlir  ki,  biz  Nazim  Hikməti  daha  çox  istəyirik. 
Almaniyadan  Orxan  Aras  yazırdı:  “...Nazim  Hikmətin  Azərbaycanda  çox 
böyük hörməti var. Şəxsiyyəti və şeirləri çox sevilir.” 
Nazim  Hikmətin  Azərbaycan  poeziyasında  izi  qaldı.  O,  təkcə 
poeziyamızın  sərbəst  şeir  formasında  yox,  teatr  və  kino  sənətimizdə  də  iz 
qoydu. Onun “Kəllə”, “Türkiyədə”, “Bayramın ilk günü”, “Qəribə adam”, 
“Şöhrət  və  ya  unudulan  adam”,  “Damokl  qılıncı”  pyesləri  Azərbaycanda 
uğurla tamaşaya qoyuldu. Əsərləri əsasında filmlər çəkildi.  
Nazim  Hikmət  haqqında  tədqiqat  işləri  Türkiyədə,  Azərbaycanda  və 
dünyanın bir çox başqa ölkələrində də yazılıb və indi də yazılmaqdadır. Bu 
tədqiqatlardan  biri  nazimşünas  Aslan  Kavlakın  “Nazim  Hikmətin 
Azərbaycanda izləri” adlanır. Bu haqda “Ədəbiyyat qəzeti”ndə bir yazı çap 
etdirdikdən  sonra  Türkiyədən  məktub  aldım.  Aslan  Kavlak  yazırdı: 
“Ədəbiyyat qəzeti”ndə çıxan yazınızı oxudum, sonsuz dərəcədə sevindim. 
Çox  təşəkkür  edirəm.  Kitabı  oxuduqdan  sonra  qeydlərinizi  gözləyirəm. 
Kitabda  yalnışlıqlar,  nöqsanlar,  düzəldilməsi  gərəkən  yerlər  varsa, 
bildirməyinizi rica edirəm”. 
Moskvada  yaşayan  həmyerlimiz  Tofiq  Məlikli  də  Nazimin  poeziyası 
haqqında  çox  dəyərli  bir  kitab  yazıb  rus  oxucularına  təqdim  etmişdir. 
Nazim  Hikmətlə  bağlı  bir  sıra  əsərlər  qələmə  almış  tədqiqatçı-alim  Rəşid 
Quliyev də son illərdə yeni tədqiqat işi ilə oxucularını sevindirmişdir.  
Türkiyənin  Çağaloğlu  nəşriyyatı  isə  alman  tədqiqatçısı  Ditrix 
Qronaunun  “Nazim  Hikmət”  adlı  kitabını  türkcə  çap  edib.  Bu  alman 
aliminin  həmin  nəşriyyat  tərəfindən  buraxılmış  ikinci  kitabıdır.  Birinci 
kitabı  “Mustafa  Kamal  Atatürk  və  cumhuriyyətin  doğuşu”  adlanırdı.  Hər 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
264 
 
iki  kitab  oxucular  tərəfindən  böyük  rəğbətlə  qarşılanıb.  Əsərin  “Torpaq, 
günəş  və  mən”,  “Köklər”,  “Mənlik  iddiası”,  “Həbsxanada  azadlıq”, 
“Öldürücü boşluq” və s. bölümlərində şairin enişli-yoxuşlu həyatı, dönməz 
mübarizliyi,  həbsxana  illəri,  sonuncu  dəfə  Moskvaya  gəlişindəki  xəyal 
qırıqlığı, qəfil ölümü, bir sözlə Nazimin 61 illik ömür yolu əks olunmuşdur. 
Kitabda  Nazim  Hikmətə  böyük  heyranlıq  duyulur.  Müəllif  sənətkarın 
Almaniyanın teatr səhnələrində  nümayiş etdirilən dram əsərlərindən də söz 
açır  və  bu  pyeslərlə  bağlı  alman  mətbuatında  çap  olunmuş  yazılara  öz 
münasibətini bildirir. Kitabın ən maraqlı bölümlərindən biri şairin ömrünün 
son illərini əhatə edən “Öldürücü böşluq” hissəsidir. Həmin hissədə müəllif 
N.Hikmətin  Moskva  həyatının  son  13  ilində  çəkdiyi  iztirabları  əks 
etdirmişdir.  
Dünyanın bir sıra ölkələrində Nazim Hikmət yaradıcılığı təkcə filoloji 
cəhətdən  deyil,  sənətşünaslıq,  fəlsəfi,  tarixi  baxımdan  da  tədqiq  edilir, 
araşdırılır. Beləliklə Nazim dünyanı gəzir. Ürəklərdə əbədiləşir. Zəkəriyyə 
Sərtəlin  sözlərilə  desək,  “Ulu  Ustad,  biz  səni  Anadolu  torpağına  gömə 
bilmədiksə də, qəlbimizə gömdük. Orada əbədiyyən yaşayacaqsan.” 
2012-ci ilin yanvarında Nazim Hikmətin 110 yaşı tamam olur. Şübhə 
etmirik  ki,  bu  tarixi  gün  Türkiyədə,  Azərbaycanda,  İranda,  Rusiyada, 
Fransada,  İtaliyada  və  dünyanın  başqa  ölkələrində  də  qeyd  olunacaq, 
Nazim səsi, Nazim nəfəsi bütün yer üzünü dolaşacaqdır.  
 
“Ədəbiyyat qəzeti”, 8 aprel 2011. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
265 
 
Nazimi yaĢadanlar 
 
3  iyun  1963-cü  il...  Nazim  Hikmətin  61  illik  ömrünün  son  nöqtəsi. 
“İnsanların bəzisi otların, bəziləri balıqların çeşidini bilir, mən ayrılıqların” 
deyən  Nazim  ağlına  da  gətirə  bilməzdi  ki,  ölümündən  sonra  həsrətində 
olduğu  vətənində  –  Türkiyədə  o  qədər  populyarlaşacaq  ki,  onun  nəinki 
əsərləri türk dilində çap olunacaq, pyesləri tamaşaya qoyulacaq, hətta uşaq 
ikən çox sevdiyi, qəribədir, bugünəcən itib batmayan oyuncaqları da xüsusi 
olaraq  sərgilənəcək,  Nazimi  yaşadanlar  onu  rəssam  kimi  də  xalqa  təqdim 
edəcək, bəstəkarlar onun  şeirlərinə dillər əzbəri olan nəğmələr qoşacaqlar. 
Bir  zamanlar  Hüseyn  Cavid,  Mikayıl  Müşviq,  Əhməd  Cavad,  Almaz 
İldırım  Azərbaycanda  yasaq  edildiyi  kimi,  Nazim  Hikmət  də  Türkiyədə 
yasaqdı.  Türklər  demişkən,  buna  “keçmiş  olsun”  deyək.  Bu  gün  Nazim 
vətənində  çox  sevilir.  Türkiyədə  Nazim  Hikmət  haqqında  bir-birindən 
gözəl kitablar nəşr edilir. Türkiyədən Moskvaya gedən dövlət  nümayəndə 
heyətləri  şairin  məzarını  ziyarət  edir,  geri  dönəndən  sonra  gördüklərini 
mətbuat  səhifələrində  çap  etdirirlər,  internet  saytlarına  yerləşdirirlər. 
Nazimsevərlər  də  bu  saytlardakı  Nazim  Hikmətə  rəğbət  dolu  sətirləri 
oxuyanda  sevinirlər,  fərəhlənirlər.  Sevinirlər  ki,  Nazim  Hikmət  yaşayır, 
bütün dünyada tanınır. Hətta bir tədqiqatçı Amerikada və İngiltərədə 1930-
cu illərdən bəri Nazim Hikmət haqqında yazılanları bir yerə toplayıb kitab 
çıxarıb. Fransalı rejissor şairin həyatından bəhs edən bir tamaşanı  səhnədə 
canlandırıb. Müjdət Gezen adlı bir türk, bir nazimsevər çinar ağacına lövhə 
yapışdırıb,  üstündə  də  yazıb:  “Nazim  Hikmət  burada  uyuyur.”(Nazim 
Hikmət  vəsiyyət  etmişdi  ki,  öləndə  məni  Anadoluda  dəfn  edin.  Başım 
üstündə bir çinar olursa, daş-maş da istəməz.)” Müjdət Gezen bir kitab da 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə