Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə77/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
272 
 
Bu gün Mehmet Nazim 60 yaşındadır. Azərbaycandakı nazimsevərlər 
Mehmet Nazimin yolunu gözləyirlər. Bəlkə də bir gün bu həyata keçəcək, 
Nazimin  oğlu  bir  də  Bakıya  gələcək,  şairin  çox  sevdiyi,  ilk  kitabının  nəşr 
olunduğu (1928) Bakının bugününü görəcək.  
Nazim  Hikmət  haqqında  bir  çox  tədqiqat  işləri  aparılıb,  kitablar  nəşr 
edilib.  Nəinki  Azərbaycanda,  Türkiyədə,  dünyanın  bir  çox  başqa 
ölkələrində  də  Nazim  Hikmətin  şeirləri  işıq  üzü  görür,  haqqında  əsərlər 
yazılır.  Azərbaycanda  və  Rusiyada  Nazim  Hikmətin  ilk  tədqiqatçısı 
həmyerlimiz,  uzun  illər  Moskvada  yaşayan  Əkbər  Babayev  olub.  Əkbər 
Babayev,  əvvəlki  yazılarımda  dediyim  kimi,  “Nazim  Hikmət”  adlı 
fundamental  bir  kitabın  müəllifidir.  Eyni  zamanda  o,  Nazim  əsərlərinin 
tərcüməçisi  idi.  Nazim  Hikmətin  Bolqarıstanda  çap  olunmuş  8  cildliyinin 
tərtibçisi  və  redaktoruydu.  Bu  çoxcildliyə  “Ön  söz”ü  də  Əkbər  Babayev 
yazmışdı.  “Ön  söz”  bu  cümlələrlə  başlayır:  “Nazim  Hikmətin  otağı. 
Divarlarda  Abidin  Dinonun  “Yürüyüş”  tablosu,  İstanbulun  rəngli  fotosu, 
Avninin “Atlar”ı, Bolqar pionerlərinin hədiyyəsi: naxışlı, toxunma bir xalı, 
xalıda Nazimin çox gözəl, çox böyük və özünə ən çox oxşayan bir portreti. 
Nazimin  masasında,  Nazimin  yazı  makinasında  Nazimin  kitabı  üçün 
bir  “Ön  söz”  yazıram,  Nazimin  mənə  hədiyyə  etdiyi  qələmlə  düzəlişlər 
edirəm.  
Nazim  böyük  rus  şairi  Puşkin  üçün  belə  yazmışdı:  “Puşkini  kinoda, 
teatrda seyr etdim, Puşkinə aid yazılmış kitablar, bioqrafilər oxudum və hər 
səfərimdə ürəyim ağzıma gəldi, “aman özünü öldürdəcək” deyə və hər dəfə 
də dəhşətli bir kədər duydum, Puşkin öldü deyə”. 
Nazimlə 13 il çox yaxın arkadaşlıq etdim. Yazdığı şeirlərin demək olar 
ki,  hamısını  onun  öz  dilindən  dinlədim.  Moskvada  yazılan  şeirlərinin  ilk 
oxucusu  oldum.  1951-ci  ilin  29  iyununda  onu  Moskvanın  “Vnukovo” 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
273 
 
təyyarə  meydanında  qarşıladım  və  1963-cü  ilin  3  iyununda  Moskvanın 
“Novodeviçye”  məzarlığında  onunla  vidalaşdım.  Indi  bu  “Ön  söz”ü 
yazarkən  o  13  il  gözümün  önündə  canlanır  və  3  iyun  1963-ə  hər 
yaxınlaşmamda  ürəyim  ağzıma  gəlir:  “Aman  Nazim  gedəcək”  və  dəhşətli 
bir kədər duyuram...”  
Bu  gün  Əkbər  Babayev  həyatda  yoxdur.  Onu  Moskvada  əvəz  edən 
məşhur  türkşünas  Tofiq  Məliklidir.  Tofiq  Məlikli  filologiya  elmləri 
doktorudur,  Moskva  Universitetinin  professorudur.  O  da  Nazim  Hikmət 
vurğunudur.  2010-cu  ildə  Moskvada  Tofiq  Məliklinin  “Nazim  Hikmət. 
Poeziya  və  poetika”  kitabı  nəşr  olunmuşdur.  Kitabda  XX  əsrin  türk 
ədəbiyyatı tarixi fonunda Nazim Hikmətin bir şair kimi yaradıcılığına nəzər 
salınır,  şeirlərinin  tarixçəsi,  poetik  dəyəri  açıqlanır.  Bu  dəyərli  tədqiqat 
işinin  ən  maraqlı  fəsillərindən  biri  Nazim  Hikmətin  1951-1963-cü  ilə 
qədərki həyatının  əksi olan hissəsidir.  
Zahirən  N.Hikmətin  Moskva  həyatı  çox  dəbdəbəli  görünürdü. Amma 
əslində Nazim Hikmət zindandan çıxıb zindana düşmüşdü. Kitabda müəllif 
yazır  ki,  Nazim  Hikmət  1951-ci  ildə  Sovet  İttifaqına  gəldikdən  az  sonra 
Berlinə,  gənclər  festifalında  iştirak  etmək  üçün  gedir.  Bu  səfər  boyu  hər 
yerdə onu gizli agent müşayiət edir. Bu agent 1951-ci il avqust ayının 27-
də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə, xarici əlaqələr 
komissiyasının  sədri  olan  V.Q.Qriqoryana  Nazim  Hikmətin  Berlin 
fəaliyyəti  haqqında  ətraflı  hesabat  verir.  Agent  hesabatda  yazır  ki, 
festivalda doqquz türk iştirak edirdi. Nazim Hikmət onlarla tez-tez görüşür, 
söhbətləşirdi, mən yaxınlaşanda söhbətlərinin mövzusunu dəyişirdilər. Hiss 
edirdim  ki,  mənim  çıxıb  getməyimi  istəyirlər.  Nazim  Suriya,  İsrail  və 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
274 
 
Fransa  nümayəndə  heyətlərinin  başçıları  ilə  və  festival  iştirakçıları  ilə  də 
görüşür, onlarla ancaq fransız dilində danışırdı.  
Şairin  Bolqarıstan  səfəri  haqqında  da  V.Q.Qriqoryana  hesabat 
verilmişdi  və  bu  hesabatlar  o  vaxt  Stalinə  qədər  gedib  çatmışdı.  Tofiq 
Məliklinin kitabının bu hissəsində Nazim Hikmətin “İvan İvanıç varmıydı, 
yoxmuydu”  pyesinın  taleyi  haqqında  da  məlumat  verilmişdir.  Məlumatda 
Sovetlərdə  bürokratizmin  mövcudluğunu  əks  etdirən  və  onu  ifşa  edən  bu 
pyesin  repertuardan  çıxarılması,  şairin  təqiblərə  məruz  qalması  konkret 
faktlarla  göstərilir.  Tofiq  Məlikli  kitabını  bu  sözlərlə  bitirir:  “Nazim 
Hikmət  3  iyun  1963-cü  ildə  Moskvada  dünyasını  dəyişdi.  Ona  həsr 
olunmuş  məqalədə  görkəmli  rus  şairi  Yevgeni  Yevtuşenko  Nazim 
Hikmətin  dünya  mədəniyyəti  tarixindəki  yerini  dəqiq  ifadə  edərək 
yazmışdı: 
“Nazim  Hikmətin  tarixdə  oynadığı  rol  əvvəlcədən 
müəyyənləşmişdi. O, bu rolu dahiyanə şəkildə yerinə yetirdi.” 
Bəli,  Nazim  Hikmət  təkcə  öz  xalqının,  öz  ölkəsinin  deyil,  bütün 
dünyanın mədəniyyət tarixində əbədiyaşayacaq ölməz bir simadır.  
Bu  gün  110  yaşlı  Nazim  Hikmət  yaşamaqda  davam  edir.  Onu 
yaşadanlar  dünyanın  hər  yerində,  xüsusən  Türkiyədə  və  Azərbaycandadır. 
N.Hikmət  Türkiyədə  şairin  adını  daşıyan  Kültür  Və  Sanat  Vakfının 
fəaliyyətində, şairin bacısı Samiyə xanımın ardıcılları Rutkay Əziz, Kiymet 
Coşkun,  Tarik  Akan  kimi  fədakar  nazimsevərlərin,  Vala  Nürəddin,  
Mehmet  Fuad,  Müjde  Gezen,  Ruhi  Su,  Sumeyra,  Zülfü  Livaneli,  Cem 
Karaca və başqa elm və sənət adamlarının yaratdıqları əsərlərdə əbədiləşib. 
Nazim, bugün tək oğlu Mehmet Nazimin varlığında yaşayır. Nazim Hikmət 
Azərbaycanda  xalq  yazıçısı  Anarın,  xalq  artisti,  bəstəkar  Arif  Məlikovun, 
heykəltəraş  Münəvvər  Rzayevanın,  nazimşünaslardan  Əkbər  Babayevin, 
Tofiq  Məliklinin,    Nəcəf  Quliyevin,  Qadir  İsmayılın,  Abbas  Abdullanın, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə