Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə75/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
266 
 
nəşr etdirib, adını qoyub “Cizgilərlə Nazim Hikmət”. Kitabda müəllif Hoca 
Nəsrəddinin  bir  zarafatından  istifadə  edərək  yazır  ki,  bir  gün  Hoca 
Nəsrəddin sazı sinəsinə basır, sol əlinin barmaqlarını da sazın qolunun bir 
yerində saxlayıb uzun-uzadı çalır. Arvadı ona deyir:  
-Ay  Hoca,  camaat  saz  çalanda  barmaqlarını  pərdələrin  üzərində 
gəzdirir. Sən isə barmaqlarını bir nöqtədə saxlamısan.  
Hoca Nəsrəddin deyir:  
-  Onlar  barmaqlarını  gəzdirə-gəzdirə  mənim  tapdığımı  axtarırlar. 
Amma mən artıq tapmışam və bu nöqtəyə takılmışam. Sonra müəllif əlavə 
edir ki, biz də Nazimə takılmışıq artıq. Ondan əl çəkən deyilik.  
Bugün Türkiyədə Nazim Hikməti yaşadan bir qurum var. Bu qurumun 
adı  Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfıdır.  Nazim  Hikmət  vakfı  şairin 
bacısı  mərhum  Samiyə  Yaltırım  tərəfindən  1991-ci  ildə  yaradılmışdır. 
Nazimin  vəfatından  sonra  Samiyə  xanım  Bakıya  gəlmişdi.  Anarla,  Arif 
Məlikovla və başqa sənət xadimlərimiz ilə görüşmüşdü. Onunla görüşmək, 
səsini, təəssüratını lentə almaq mənə də nəsib olmuşdu. Onun səsi yazılmış 
lent  yazısı  (Nazimdən,  ona  Azərbaycanda  bəslənilən  sonsuz  məhəbbətdən 
danışırdı,  bununla  fəxr  edirdi)  və  birgə  çəkdirdiyimiz  fotoşəkil 
arxivimdədir.  
Samiyə  xanımın  yaratdığı,  sonra  nazimsevərlərin  yaşatdığı  Nazim 
Hikmət  Kültür  ve  Sanat  Vakfı  bütün  dünyada  böyük  sənətkarla  əlaqədar 
yazıları,  kitabları,  nəşrləri,  fotoşəkilləri,  rəsmləri,  filmləri,  musiqiləri 
toplayır,  eyni  zamanda,  yerli  mətbuatda,  yəni  Türkiyənin  qəzet  və 
jurnallarında  Nazimə  dair  işıq  üzü  görmüş  məqalələri,  onun  haqqında 
deyilənləri,  hətta  kiçik  xəbərləri  belə  oxucuların  nəzərinə  çatdırır.  Eyni 
zamanda bu Vakf toplantılar, simpoziumlar keçirir, sərgilər təşkil edir, bir 
sözlə,  Nazim  Hikmətlə  bağlı  müxtəlif  maraqlı    tədbirlər  həyata  keçirir. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
267 
 
Nazim Hikmətin doğum günləri, anım tarixləri bir qayda olaraq bu qurum 
vasitəsilə  müxtəlif  nəşrlərdə  işıq  üzü  görür.  Vakf  müntəzəm  olaraq  hər  il 
N.Hikmətə  həsr  olunmuş  xatirə  kitabçaları  da  nəşr  etdirir.  Eyni  zamanda, 
dünya  miqyasında  Nazim  Hikmət  yaradıcılığını  tədqiq  edənlərlə  əlaqə 
saxlayır. Fərəhli haldır ki, Türkiyədə və dünyanın başqa ölkələrində Nazim 
Hikmət  haqqında  nə  yeni  məlumat  varsa,  ilk  növbədə  bu  qurumun 
vasitəsilə xəbər tuturuq. Vakf bizi 2010-cu ilin 3 iyununda belə bir xəbərlə 
sevindirmişdi:  “Antalyaya  Nazim  Hikmət  heykəli  dikildi.”  Xəbərdə 
deyilirdi:  “Antalya  bələdiyyəsi  Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfı  ilə 
birlikdə  şairin  anım  günündə,  yəni  3  iyun  tarixində  Antalyada  helkəltaraş 
Mehmet  Aksoyun  “Nazim  Hikmət  həbsxanada”  adlı  heykəlinin  açılışını 
təşkil  etdi.  Heykəl  açılmadan  əvvəl  bəstəkar  Fazil  Sayın  “Nazim” 
oratoriyası səsləndi. Açılış mərasimində giriş sözü söyləyən Nazim Hikmət 
Kültür  və  Sanat  Vakfının  başkanı  Rutkay  Əziz  “Nazim”  heykəlinin 
Antalyada olmasından böyük səadət duyduğunu dilə gətirdi.” 
 Nazim Hikmət Kültür və Sanat Vakfının maraqlı nəşrlərindən biri də 
şairin sözlərinə yazılmış musiqilərə həsr olunmuşdur. Kitabın üz qabığında 
çinar  rəsmi  verilmiş,  ağacın  kökləri  insan  əlləri  kimi  torpağın 
dərinliklərində 
təsvir 
olunmuşdur. 
Çinar  ağacının  budaqlarında, 
yarpaqlarında  musiqi  notları  görünür  və  Nazimin  “Vəsiyyət”  şeirindən 
aşağıdakı misralar nəzəri cəlb edir:  
 
Yoldaşlar, ölürsem, o günden önce, yani, 
-Öyle gibi də görünüyor - 
Anadoluda bir köy mezarlığına gömün beni...  
Tepemde bir çinar olursa,  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
268 
 
Taş-maş da istemez hani... 
 
Nəfis  şəkildə  nəşr  olunmuş  bu  kitabda  sənət  xadimlərinin  Nazim 
Hikmət haqqında ürək sözləri də qısa sətirlərdə əks olunmuşdur:   
“Nazim Hikmət XX əsr türk şeirinin deyə bilərəm ki, ən böyük fiquru, 
ən  böyük  kişiliyidir.  Bu  həm  onun  əsərlərinin  inqilabi  ruhu  ilə  bağlıdır, 
həm  də  təsiri  ilə. Bu  təsir  həm  türk  ədəbiyyatı  üzərindədir, həm  də  dünya 
ədəbiyyatı ilə əlaqələr baxımından maraqlıdır.” (Ataol Bəhramoğlu) 
“Nazim Hikmətin şeirlərinin içində çox ciddi musiqi dəyərləri var. O, 
ənənəvi  qaydaları  parçalayır...  Nazimin  şeirlərində  qüvvətli  vuruşların 
hakim olduğu ritmlər var.”(Bülənt Aksoy) 
 “Dünyanın  harasına  gedirsinizsə  gedin,  Türkiyə  deyən  kimi  hamı  üç 
adı  deyir:  Nəsrəddin  Hoca,  Mustafa  Kamal  Atatürk  və  Nazim 
Hikmət...”(Əziz Nesin) 
Bu  kitabda  Türkiyənin  məşhur  bəstəkarlarının,  sənətçilərinin  Nazim 
Hikmət  şeirlərinə  yazdıqları  mahnılar  haqqında  məlumat  verilir.  Ruhi  Su, 
Sümeyra,  Zülfü  Livaneli,  Cem  Karaca,  İnci  Çayırlı,  Esin  Avşar  və 
başqalarının şarkıları və onların haqqında məlumatlar kitabda geniş şəkildə 
verilmişdir. Bütün bunları oxuduqca, şarkıları dinlədikcə düşünürəm: “Kaş 
Nazim Hikmət bu günləri görəydi.” 
Kitabda  Nazim  Hikmətin  “Qadınlarımız”,  “Yapon  balıqçısı”,  “Qarlı 
kayın  ormanında”,  “Mavi  liman”,  “Qanadları  gümüş”,  “Tahirlə  Zöhrə”, 
“Səni düşünmək” adlı şeirlərinə yazılmış musiqilər DVD diskində toplanıb. 
Kitabın  sonunda  Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfı  dünya  miqyasında 
Nazim  Hikmət  dostlarının  adlarını  vermişdir.  Bu  adlar  içərisində  Abidin 
Dinonun,  Kamal  Tahirin,  Zəkəriyyə  Sərtəlin,  Bülənt  Aksoyun,  Şükran 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə