Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə72/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
257 
 
kövrələcəklər.  Gözlərini  mənə  dikdilər,  üzərimdə  səkkiz  cüt  göz  (bir  də 
maqnitafon  işlədən  polis  gəlmişdi)  məni  diqqətlə  müşahidə  edir,  şeirlərin 
məndəki təsirini anlamağa çalışırdılar.” 
Təkcə Əziz Nesin yox, ümumiyyətlə Nazimi sevənlər, şeirlərini əzbər 
deyənlər təqib olunurdu. Bu haqda çox oxumuşdum. Təqib olunanların bir 
neçəsi  ilə  görüşmüşdüm  də.  Mömin  Ağaoğlu  da  bunlardan  biri  idi.  Əslən 
azərbaycanlı  olan,  uzun  illərdən  bəri  Türkiyədə  yaşamış,  ömrünün  son 
günlərini  Bakıda,  Mərdəkanda  keçirmiş  mərhum  Mömin  Ağaoğlu  mənim 
xahişimlə  Nazim  Hikmətə  aid  xatirələrini  yazmışdı.  Həmin  xatirələr  çap 
olunmayıb,  məndədir.  M.Ağaoğlu  yazırdı:  “Bir  gün  Səbihə  adlı  bir  qız 
mənə  Nazimin  “Həyat  arkadaşıma  məktub”  şeirini  verdi.  Mən  də  bu  şeiri 
məktəbə gətirib İhsan adlı arkadaşımla bərabər bağçanın xəlvət bir yerində 
dönə-dönə oxuduq. İhsan bir surətini yazıb özü üçün götürdü. Mən də mənə 
aid  olanı  tarix  kitabımın  arasında  gizlətdim.  Bu  şeir  Bursa  həbsxanasında 
yazılmışdı. Həmin il mən orta məktəbin son sinifində oxuyurdum.  
Günlərin bir günü məktəbin sinif qapılarına süngülü əsgərlər qoyuldu 
və  deyildi  ki,  heç  kəs  sinifdən  çıxmamalıdır.  Tarix  dərsi  idi. Qəflətən  beş 
zabit  içəri  girib  siyirmələrimizi  açmağa  və  yoxlamağa  başladılar...  Sonra 
başa  düşdüm  ki,  yoxlama  Nazimin  şeirlərilə  əlaqədar  imiş.  Mən  ikinci 
sırada  oturmuşdum.  Tarix  kitabım  da  qarşımda  idi.  Yüzbaşı  Şəfiq  bəy 
kitabı açan kimi Nazim Hikmətin “Həyat arkadaşıma məktub” şeirini gördü 
və götürdü. Arxasında duran minbaşı Həmdi bəyə göstərdi və məni süngülü 
əsgərin  önündə  məktəb  komandanının  otağına  gətirdilər.  İçəri  girdiyim 
zaman İhsan arkadaşımı orada gördüm. Demə digər sinifdə oxuyan İhsanın 
da surətini yazıb götürdüyü şeiri tapıblarmış. Bizi həbs etdilər.”  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
258 
 
Türkiyədə  işlədiyim  illərdə  də  (1972-75),  Nazimin  100  illik  yubiley 
günlərində də (2002-ci ilin aprelində tədbirin keçirilməsi təxirə salınsa da, 
üç  gün  İstanbulda  oldum)  mən  hər  addımda  Nazim  Hikmətə  bəslənilən 
böyük sevginin şahidi oldum.  
Dünyanın  bir  çox  yerlərində,  o  cümlədən  bizim  Azərbaycanda  da 
Nazimə  böyük  sevgi  var.  Əvvəl  də  dediyim  kimi,  Azərbaycan 
Respublikasının  Prezidenti  möhtərəm  İlham  Əliyevin  məlum  sərəncamına 
əsasən  Nazim  Hikmətin    “Seçilmiş  əsərləri”nin  latın  qrafikası  ilə  nəfis 
tərtibatla işıq üzü görməsi ədəbi aləmdə böyük hadisə oldu.  
* * * 
Yaxşı  yadımdadır.  Yazıçılar  Birliyində  Nazim  Hikmətin  100  illiyi 
münasibətilə  nəşr  olunmuş  “Günəşi  içənlərin  türküsü”  kitabının  təqdimat 
mərasimi keçirilirdi. Kitabın tərtibçisi tanınmış türkşünas Qadir İsmayıl idi. 
Ancaq  onun  qəfil  ölümü  gözlənilməz  oldu,  hamımızı  sarsıtdı.  Anar 
müəllim tərtib işini öz boynuna götürdü. Və dəyərli bir kitab ərsəyə gəldi.  
Kitaba  mənim  iki  məqaləm  daxil  edilmişdi. Təqdimat  mərasimi  2002-ci il 
noyabr ayının 27-də Yazıçılar Birliyinin Natəvan klubunda oldu. Məclisdə 
Türkiyənin Azərbaycandakı səfiri cənab Əhməd Ünal Çeviköz də iştirak və 
çıxış  etdi  və  Nazim  Himətin  “Dəvət”  şeirini  oxudu.  Tədbirin  əvvəlində 
Nazimin  öz  səsindən  çıxışını  verdilər.  Həyəcanlandım.  Bilirsiniz  niyə? 
Çünki  həmin  çıxışı  Bakıda  “İnturist”  mehmanxanasında  mən  lentə 
yazmışdım.  O  vaxt  radioda  işləyirdim.  Sonra  həmin  lent  yazısı  radionun 
qızıl  fonduna  daxil  oldu,  yayıldı,  əldən-ələ  gəzdi.  Mənim  üçün  bu  çıxışın 
səslənməsi çox gözlənilməz oldu. Keçən günlərə qayıtdım. Nazim Hikməti 
gördüm. 
Gəncliyimi 
gördüm. 
Çıxış  edəndə  də  bunu  dedim. 
Həyəcanlandığımı  dedim.  Həmin  tədbiri  işıqlandıran  “qəzetçi”  mənim  bu 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
259 
 
həyəcanımı  qanmadı.  Həyəcan  sözünü  istehza  ilə  dırnaqda  verdi.  Bu, 
əlbəttə, çox adi bir şeydir. Amma, qəribədir, bugünə qədər unuda bilmirəm.  
2002-ci ildə şairin 100 illiyinin YUNESKO  xətti ilə Nazim Hikmət ili 
elan edilməsi sənətkarın həm vətəndaşlığının qaytarılmasına, həm də dünya 
miqyasında  tanıdılması  işinə  bir  daha  yardım  etdi.  Türk  mətbuatı  bu 
hadisəni belə qarşıladı: 
“Nazim Hikmət Ran vətəndaş olur 
Nazim  Hikmət  100-cü  doğum  ilində  türk  vətəndaşlığına  qovuşacaq. 
2002-ci ilin bütün dünyada “Nazim Hikmət ili” olaraq qəbul edilməsi üçün 
xüsusi  bir    komitə  yaradıldığını  bildirən  Mədəniyyət  naziri  Talay,  Nazim 
Hikmətin 
türk 
vətəndaşlığına 
qəbulu 
üçün  Səadətdin  Tantanla 
görüşdüyünü,  mövcud  mövzu  ilə  bağlı  Daxili  İşlər  Nazirliyi  ilə  zəruri 
çalışmalara  başlayacaqlarını  ifadə  etdi.  2002-ci  ilin  beynəlxalq  miqyasda 
“Nazim Hikmət ili” qəbul edilməsi üçün hazırlanan layihə çərçivəsində üç 
əsas məsələ üzərində iş getməlidir. 
Bu  məsələlər  aşağıdakılardır:  Nazim  Hikmət  Bilgi  Mərkəzinin 
yaradılması,  Nazim  Hikmət  əsərlərinin  nəşri  və  Nazim  Hikmət  sənədli 
filmi...  Bundan  başqa,  Mədəniyyət  Nazirliyinin  iştirakı  ilə  hazırlanan 
“Nazim Hikmət şarkıları” adlı Video-SD kitabı da satışa buraxılacaq.” 
Yeri  gəlmişkən,  Nazim  Hikmətin  “Ran”  soyadı  ilə  əlaqədar  bir 
məqama  da  aydınlıq  gətirmək  istəyirəm.  Rəsmi  sənədlərdə  şairin  adı  belə 
göstərilir:  “Nazim  Hikmət  Ran.”  Ran  nə  deməkdir?  Nazim  Hikmətdən 
Moskvada  olarkən  bunu  soruşdum.  O  belə  dedi:  “Bir  zamanlar  Türkiyədə 
soyad məsələsi meydana çıxdı. O vaxt qırmızı rəng solçuluq, kommunistlik 
deməkdi.  Mən  də  “Nar”  kəlməsini  seçdim.  Amma  tərsinə  yazdım:  “Ran”. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə