Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə69/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
247 
 
hesab  etmirəm.  Moskvada  Nazim  Hikmətin  “Qəribə  adam”  pyesini 
Komissarjevski  tamaşaya  qoymuşdu,  Bakıda  Tofiq  Kazımov.  Tofiq 
Kazımovun tamaşası Komissarjevski sənətindən heç də geri qalmırdı. Eyni 
sözləri Adil İsgəndərovun “Türkiyədə” və Məhərrəm Haşımovun “Damokl 
qılıncı” pyeslərinin rejissorluğu haqqında da demək olar. 
Nazim  Hikmət  dramaturgiyasında  nəzəri  cəlb  edən  xüsusiyyətlərdən 
biri  də  yuxarıda  bildirdiyim  kimi, onun  pyeslərinin  bəşəriliyidir.  “Damokl 
qılıncı”nda  surətlər  ona  görə  A.B,  Arxitektor,  Komissar  və  sair 
adlandırılmışdır  ki,  bu  pyeslərdə  cərəyan  edən  hadisələrin  mövzu  dairəsi 
bəşəri səciyyəyə malikdir. Zəka sahibinin ehtiyac içində yaşaması, pul, var-
dövlət  üstündə  gedən  ölüm-dirim  mübarizəsi,  bugün  məşhurlaşan,  sabah 
unudulan  insanların  acı  taleyi,  düz  adamların  çəkdiyi  müsibət,  insanların 
başı  üzərindən  Damokl  qılıncı  kimi  asılmış  müharibə  təhlükəsi,  -  bütün 
bunlar mövzu baxımından Nazim Hikmət pyeslərinin canı, cövhəridir. 
Nazim  Hikmət  pyeslərinin  səhnə  təcəssümü  və  taleyi  ilə  əlaqədar 
sənətkarın  aşağıdakı  sözlərini  xatırlamaq  yerinə  düşər.  Nazim  Hikmət 
yazırdı: 
“Kəllə” pyesini 1932-ci ildə  İstanbulda  yazmışam.  Yanılmıramsa bu, 
mənim  onuncu  səhnə  əsərimdir.  İlk  pyeslərimi  20-ci  illərdə  Boluda, 
Ankarada  və  Moskvada  yazmışdım.  Həmin  il  “Kəllə”  İstanbulda  kitab 
şəklində  nəşr  olundu.  1951-1960-  cı  illər  ərzində  əsər  rus,  alman,  rumın, 
çex, polyak, ərəb, italyan və ingilis dillərində çıxdı. Mən teatr səhnəsində 
onu  İstanbuldan  sonra  yalnız  Gəncə  dram  teatrında  görə  bildim.  Həm 
quruluş, həm də aktyorların oyunu xoşuma gəldi. “Kəllə” pyesindən sonra, 
yenə  də  1932-ci  ildə  “Bayramın  ilk  günü”  pyesini  yazdım.  Pyesin  adı  o 
zaman  “Bir  ölü  evi,  yaxud  mərhumun  xanəsi”  idi.  1953-cü  ildə  bu  pyesi 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
248 
 
yenidən  işlədim.  Pyes  İstanbul  “Darülbədai”  teatrında  1932-ci  ildə 
oynanıldı.  “Unudulan  adam”  pyesi  mənim  Türkiyədə  oynanılan  və  çap 
edilən son əsərimdir. Onu 1935-ci ildə yazdım və həmin il yenə də Ərtoğrul 
Mühsinin “Darülbədai” teatrına verdim. “Unudulan adam”ı da, əvvəlki iki 
pyesim  kimi,  mən  Moskvada    yenidən  işlədim,  bəzi  yerlərini  dəyişdim  və 
rus dilində çap etdirdim. Sovet İttifaqının bir çox şəhərlərində, o cümlədən 
Bakıda  və  xalq  demokratiyası  ölkələrində  səhnəyə  qoyuldu.  “Yusif  və 
Züleyxa”  pyesini  1948-ci  ildə  Türkiyədə,  Bursa  həbsxanasında  yazdım, 
həbsxanada əlimə İncillə Quranın türkcəyə tərcümələri düşdü. 
İncildəki  “Süleymanın  mahnılar  mahnısı”nı  mən  hələ uşaqlıqdan  çox 
sevərdim.  İndi  də  sevirəm.  Məncə  bu  “Mahnılar  mahnısı”  dünya 
ədəbiyyatının  ən  gözəl  şeirlərindən  biridir.  Yusifin  hekayəsi  bizim  türk 
şeirinə də girmişdir. Kəndlərdə və kiçik şəhərlərdə xalq aşıq və məddahları 
tərəfindən yayılan və xalq qarşısında ucadan oxunan kitablarda da Yusif və 
Züleyxa  hekayəsi  məşhurdur.  Bu  kitablardan  bir  çoxu  həbsxanada  mənim 
əlimə  düşdü.  Yusif  və  Züleyxa  hekayəsini  dönə-dönə  və  sevə-sevə 
oxudum.  Yusifin  və  Zelihanın  (Quranda  Züleyxa  adlanır)  xarakterlərini 
mən, olduğu kimi, İncildən və Qurandan götürdüm.  
…“Qəribə  adam”  pyesini  də  1949-cu  ildə  Bursa  həbsxanasında 
yazdım. Yanılmıramsa,  “Fərhad və  Şirin” pyesini  yazdığım  ildi. Niyyətim 
bu  idi  ki,  fürsət  tapıb  əsəri  həbsxanadan  bayıra  çıxardım  və  İstanbulda 
teatrların  birində  başqa  bir  adamın  adı  ilə  tamaşaya  qoydurum.  Niyyətim 
baş  tutmadı.  Pyesi  yazmağına  yazdım,  ancaq  bayıra  çıxarda  bilmədim. 
Beləcə,  əsərin  birinci  variantı  itib  getdi.  Həbsxanadan  çıxdıqdan  və 
Moskvaya gəldikdən sonra ikinci variantını 1955-ci ildə yazdım. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
249 
 
…“Qəribə  adam”  bir  çox  ölkələrdə  tamaşaya  qoyulmuşdur.  O 
cümlədən  Bakıda  Əzizbəyov  adına  teatrda  da  oynanılmışdır.  (Azərbaycan 
Akademik Milli Dram teatrı nəzərdə tutulur.-A.B. ) 
“Damokl  qılıncı”nı  1959-cu  ildə  Praqada  yazdım…  Göstərmək 
istədim  ki,  atom  bombası  insanlığın  başı  üstündə  qədim  yunan 
əfsanəsindəki Damokl qılıncı kimi nazik bir ipdən asılmışdır və bu ip hər 
dəqiqə qırıla bilər.”  
Ömrünün  son  aylarında  Nazim  Hikmət  həmişə  dediyi  sözü  təkrar 
etməkdən  yorulmurdu:  “Ən  böyük  arzum  əsərlərimin  yenidən  Türkiyədə 
tamaşaya qoyulmasıdır.”  
N. Hikmətin bu arzusu ölümündən sonra gerçəkləşdi. Əsərləri yenidən 
nəşr olundu, pyesləri səhnəyə qoyuldu. 
Bu haqda ədəbiyyatşünas Mehmet Fuat belə yazırdı: “Nazim Hikmətin 
əsərləri Türkiyədə ölümündən iki il sonra, 1965- ci ildə nəşr oluna bildi .”  
N.Hikmət  Azərbaycanı  ikinci  vətəni  hesab  edirdi. Onun  zəngin  ədəbi 
irsi bugün də Azərbaycanda tədqiq olunur və əsərləri nəşr edilir. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan 
dilində  latın  qrafıkası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında” 
sərəncamına  uyğun  olaraq  bu  sətirlərin  müəllifinin  tərtib  etdiyi  Nazim 
Hikmətin  “Seçilmiş  əsərləri”  nin    işıq  üzü  görməsi  qardaş  ölkənin  – 
Türkiyənin böyük sənətkarına ehtiram və rəğbətin parlaq təzahürüdür. 
Azərbaycan Dövlət Mədəniyyət və Ġncəsənət Universitetinin Elmi Əsərləri, 
Bakı, 2008, N 3-4. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə