Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
232 
 
premyerasını  qeyd  elədi.  Tamaşanın  librettosu  Nazim  Hikmətindir  axı. 
Onun  doğulduğu  şəhərdə  tamaşa  əsl  bayrama  çevrildi.  Baletin  1961-ci 
ildəki  ilk  premyerasında  şair  demişdi  ki,  bu  əsər  dünyanın  çox  şəhərlərini 
gəzəcək.  Şestakoviç  “Məhəbbət  əfsanəsi”ni  “etap-tamaşa”  adlandırıb 
söyləmişdi  ki,  bu  baletin  böyük  gələcəyi  var.  O  vaxt  həmin  sözlər  mənə 
fantaziya  kimi  görünürdü.  Axı  onları  iki  böyük  şəxsiyyət  28  yaşlı  gəncin 
əsəri haqda demişdi. İndi, doğrudan da, əsər dünyanı qarış-qarış gəzir. Bu 
baletin  arxasında  Yuri  Qriqoroviçin  və  Virsaladzenin  adları  dayanır. 
Qriqoroviç  İstanbulda  da  missiyasını  uğurla  yerinə  yetirdi,  mərhum 
Virsaladzenin  tələbələri  isə  dekorasiyayla,  kostyumlarla  bağlı  işləri 
müəllimlərinin adına layiq gördülər. 
...  Əsərin  İstanbul  səhnəsində  qoyulması  mənim  üçün  xüsusilə 
əlamətdar idi. Elə bilirəm, ustad Nazim Hikmətin ruhu qarşısında oğulluq 
borcumu  qaytardım.  O,  məni  həmişə  “oğul”  çağırırdı.  Sağlığında  çox 
arzulayırdı ki, “Məhəbbət əfsanəsi” bir gün onun doğma şəhərinə də gəlib 
çıxsın. Nəhayət, arzusu çin  oldu. Çox xoşbəxtəm. 
...  Türkiyədə  Nazim  Hikmətin  100  illik  yubileyini  qeyd  eləməyə 
hazırlaşırlar. Elə o vaxtacan əsər də repertuarda saxlanılacaq. Bu müddətdə 
əsərin həm də müxtəlif ölkələrə turneləri nəzərdə tutulub. 
...Mən  İstanbul  Teatrını  Paris,  Moskva  teatrıyla  müqayisə  eləmək 
istəmirəm. Amma səviyyə kifayət qədər yüksəkdir. Balet truppası 130-140 
nəfər,  xor  qrupu  120  nəfərdir.  Dekorasiyalar,  kostyumlar  isə  Moskva  və 
Peterburqdan  heç  də  geri  qalmır.  İstanbul  Avropayla  Asiyanın 
qovuşağındadır, bura minlərlə turist gəlir. Şəhərin 13-15 milyon əhalisi var. 
Tamaşa nümayiş etdirilən gün İstanbul “Atatürk” sarayı tamam dolmuşdu. 
Əsər  səhnələşdiriləndə  ortaya  heç  bir  problem  çıxmadı  nə  texniki 
məsələlərdə,  nə  yaradıcılıqla  bağlı.  Türkiyə  İş  Bankı  tamaşaya  külli 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
233 
 
miqdarda pul  ayırmışdı. Həm  də  onu  görə  ki, bu  əsərin  arxasında  bir  türk 
oğlunun  –  Nazim  Hikmətin  adı  var.  Ilk  tamaşa  pulsuz  oldu.  1500-ə  qədər 
dəvətnamə paylanmışdı.” 
Arif Məlikov (əvvəllər də qeyd etdiyim kimi) neçə illərdən bəridir ki, 
Nazim  Hikmətin  “Yusif  və  Züleyxa”  əsəri  üzərində  işləyir.  İnanıram  ki, 
onun  qəlbindən  süzülən  musiqi  şairin  eyni  adlı  pyesi  əsasında  bir  baletə 
çevriləcək və bu əsər də dünyanın hər yerini gəzəcək.  
 
 
“Azərbaycan” jurnalı, 2002, N1. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
234 
 
“Damokl qılıncı” pyesi Bələdiyyə teatrının səhnəsində 
 
Nazim Hikmətin ”Damokl qılıncı” pyesinə Bələdiyyə Teatrında böyük 
maraqla  baxdım.  Bu  əsər  məni  altmışıncı  illərin  əvvəllərinə  apardı.  Çox 
aktual,  günümüzlə  səsləşən  bu  pyesə  ilk  dəfə  Nazim  Hikmətin  özü  ilə 
birlikdə  Moskvada  Satira  teatrında  baxmışdım.  Sonra  “Damokl  qılıncı” 
Bakıda  Səməd  Vurğun  adına  Rus  Dram  Teatrında  tamaşaya  qoyuldu. 
Nazim  Hikmət  Bakıya  gəldi.  Məşhur  rejissor  Məhərrəm  Haşımovun 
hazırladığı  bu  əsərə  baxdı  və  bəyəndi.  Şair-dramaturq  öz  xatirələrində 
sonralar belə yazırdı: 
“Damokl qılıncı”nı 1959-cu ildə Praqada yazdım... Göstərmək istədim 
ki,  atom  bombası  insanlığın  başı  üstündə  qədim  yunan  əfsanəsindəki 
Damokl  qılıncı  kimi  nazik  bir  ipdən  asılmışdır  və  bu  ip  hər  dəqiqə  qırıla 
bilər. 
“Damokl  qılıncı”,  pyeslərimin  arasında  ən  xoşqədəm  pyeslərdən 
biridir.  İndiyə  qədər  onlarla  ölkədə,  onlarla  teatrda  oynanılmaqdadır.  Bu 
əsərə  bir  çox  teatrlarda  tamaşa  etdim,  bir  çoxu  xoşuma  gəldi.  Bakı  Rus 
Dram Teatrının tamaşası da onlardan biridir”. 
Mən deyərdim ki, Bələdiyyə teatrının səhnəsində tamaşaya qoyulmuş 
bu  əsər  Nazim  Hikmətin  sağlığında  həm  Moskvada,  həm  də  Bakıda 
oynanılan  “Damokl  qılıncı”ndan  heç  də  geridə qalmır  və  daha  maraqlıdır. 
Bu  maraqlılıq  nədədir?  Hər  şeydən  əvvəl  tamaşanın  səhnə  həllində. 
Quruluşçu  rejissor  Oruc  Qurbanovun,  rəssam  Mürsəl  Veysəlovun 
yaradıcılığında və ümumiyyətlə, aktyorların oyun tərzində. 
Məlumdur  ki,  “Damokl  qılıncı”  pyesində  hadisələrin  cərəyan  etdiyi 
yer və obrazların adları göstərilməmişdir. Yəni əsərdəki hadisələr dünyanın 
istənilən  nöqtəsində  baş  verə  bilər.  Bəşəri  mövzuda  qələmə  alınmış  bu 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
235 
 
pyesin  ilk  səhnəsi  əsərin  leytmotivinə  tam  uyğun  əks  etdirilmişdir. Pyesin 
əvvəlindən  sonuna  qədər  tamaşaçını  özünə  cəlb  edən  dekorasiyalar  – 
Azadlıq heykəli, piramidalar, Eyfel qülləsi, məscidlər və başqa təsvirlər bu 
mövzunun  hər  hansı  konkret  ölkəyə  deyil,  bütün  ölkələrə,  ayrıca 
götürülmüş  bir  fərdə  deyil,  bütün  insanlığa  aid  olduğunu  bariz  şəkildə 
nəzərə  çarpdırır.  Səhnədə  Nazim  Hikmətin  portretlərinin  verilməsi,  yeri 
gəldikcə onun şeirlərinin səsləndirilməsi də əsərin ana xəttinə xidmət edir. 
Əgər  nəzərə  alsaq  ki,  Nazim  Hikmətin  dramaturgiyası  məhz  şairin 
dramaturgiyasıdır,  onda  rejissor  Oruc  Qurbanova  bir  daha  haqq 
qazandırmaq olar. 
Maraqlı  sujet  xəttinə  malik  olan  bu  pyes  müharibə  əleyhinə  yazılmış 
bir əsərdir. Damokl qılıncı insanlığın başı üzərində böyük bir təhlükə kimi 
verilmişdir.  Nazik  bir  ipdən  asılmış  bu  qılınc  hər  dəqiqə  yerindən  qopub 
düşə bilər. 
Əsər A.B.adlı talesiz bir insanın məktubu ilə başlayır. Məktubda atom 
bombası  ilə  havada  keşik  çəkən,  yaşamaqdan  cana  doymuş  A.B.  məktəb 
yoldaşı  Arxitektora  bildirir  ki,  saat  səkkizdə  o,  bombalar  atıb  bütün 
bəşəriyyəti  məhv  edəcəkdir.  O,  yazır:  “Bombalar  atacağam.  Ondan  sonra 
qiyamət  qopacaqdır.  Mən  intiqam  Allahıyam.  Mən  hər  şeyi  darmadağın 
edən,  günahların  təmizlənməsini  tələb  edən  bir  Allaham.  Düz  səkkiz 
tamamda...  Siz  əvvəlcə  motorun  uğultusunu  eşidəcəksiniz.  Əvvəlcə  sizin 
şəhəriniz  yox  ediləcəkdir.  Sonra  isə  müharibə  başlanacaq.  Bütün  dünya 
darmadağın ediləcək”. 
A.B.  yoxsul  adamdır.  Hələ  uşaqkən  sinif  yoldaşları  həmişə  onu  ələ 
salarlarmış.  Vaxtilə  onunla  bir  məktəbdə  oxumuş  Arxitektor  isə  həmişə 
A.B.-yə yaxşı münasibət bəsləyibmiş. Elə ona görə də əsərin qəhrəmanı ən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə