Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə73/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
260 
 
Dedim  mən  bu  sözü  özümə  soyad  götürürəm.  O  vaxtdan  soyadım  “Ran” 
oldu.” 
 Sonradan  mən  bununla  əlaqədar  bir  çox  mənbələri  araşdırdım. 
Mənbələr bunu bir ehtimal kimi verirlər. 
 Nazimin  100  illiyinə  dünyanın  müxtəlif  yerlərindən  dəvətlilər  vardı 
və isimlər mətbuatda verilmişdi. “Hürriyet” qəzeti 8 fevral 2002-ci il tarixli 
nömrəsində  yazırdı:  “Beynəlxalq  Nazim  Hikmət  Simpoziumuna  qatılacaq 
isimlər  belədir:  Erik  Stinus,  Nedim  Gursel,  Richard  Mckane,  Monica 
Carbe, John Berger, Cevat Capan, Ataol Behramoğlu, Maya Pinhas Cohen, 
Özdemir  İnce,  Titos  Patrikios,  Erdal  Alova,  Oğuz  Makal,  Margarita 
Malayeva,  Zehra  İpşiroğlu,  Antonina  Sverçevskaya,  Ayşegül  Yüksel, 
Konur Ertop, Doğan Hızlan, Atilla Coşkun, Anar Rzayev, Aqşin Babayev, 
Turqay  Fişekçi,  Svetlana  Uturgauri,  Cengiz  Aytmatov,  Timur  Muhittin, 
Feridun Andaç, Necati Sönmez. 
Nazim  Hikmət  Vəqfi    2002-ci  ildə,  il  boyunca  Nazim  Hikməti  bütün 
yönləriylə  ələ  alan  tədbirləri  həyata  keçirəcək.  Vəqfin  mədəniyyət 
mərkəzlərində  keçiriləcək  anma  mərasimlərindən  başqa,  Nazim  Hikmətin 
fotoları,  afişaları,  sərgiləri  təşkil  ediləcək,  Nazim  Hikmət  filmlərindən 
nümunələr göstəriləcəkdir.” 
Nazimin  vətəndaşlığının  qaytarılmasında  və  100  illiyinin  qeyd 
olunmasında  Azərbaycan  Yazıçılar  Birliyinin  xidmətini  Türkiyənin  ədəbi 
ictimaiyyəti rəğbətlə qarşıladı. Şairin 100 illiyi ilə əlaqədar təşkil olunmuş 
komissiyanın üzvlərindən biri olduğum üçün görülən işlərə daha yaxından  
bələd  idim.  Anarın  “Ədəbiyyat  qəzeti”ndə  çap  olunmuş  “Türkiyə 
Cumhuriyyətinin  Baş  Bakanı  Rəcəb  Tayib  Ədroğana  müraciət”i  və  onun 
“Zəfərin  mübarək,  Nazim”  məqaləsi  sözsüz  ki,  hamının  yadındadır.  Anar 
həmin  məqaləni  bu  sözlərlə  bitirmişdi:  “İnanıram  ki,  haçansa  şairin  dalğa 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
261 
 
olub çırpıldığı Qadıköy iskələsinin ətrafında mərmər, qranit, ya tunc Nazim 
Hikmət,  heyranı  olduğu  və  son  saatınacan  sitəmini,  özləmini  çəkdiyi 
şəhərin  -  “çinarlı,  qübbəli,  mavi  limanın”  əbədi  seyrinə  dalacaq.  Bu  da 
Nazimin daha bir qələbəsi olacaq.” 
Anarın   “Kərəm  kimi” kitabının  Türkiyədə  nəşri və bununla  əlaqədar 
Ankarada  və  Amsterdamda  keçirilən  təqdimat  mərasimləri  də  Nazimin 
olduğu  kimi  tanıdılmasında  böyük  rol  oynadı.  Bu  mərasimlər  Hollandiya, 
Almaniya  və  Makidoniya  mətbuatında  işıqlandırıldı.  “Hürriyyət”  qəzeti 
yazırdı:  “Nazim  Hikmətin  “Günəşi  içənlərin  türküsü”  adlı  kitabı  1928-ci 
ildə  Bakıda  nəşr  olunduğu  kimi,  Anarın  bizim  bilmədiyimiz  Nazim 
Hikməti anladan kitabı da ilk dəfə Ankarada basıldı.”  
Nazimin  2002-ci  ildə  100  illiyinin  YUNESKO  xəttilə  qeyd 
olunmasından sonrakı illərdə Türkiyədən şairin sevilməsinə dair xoş xəbər 
gəlməyə  başladı:  Bu  xəbərlərdən  biri  beləydi:  “Uzun  müddət  Moskvada 
yaşaması  Nazim  Hikmətin  “kommunist  düşüncəli  şair”  olduğu  barədə 
yalanlara  rəvac  verib.  Artıq  yavaş-yavaş  bu  yalanlar  sıradan  çıxır. 
Türkiyənin  Təhsil  Nazirliyi  yeni    tədris  ilində  Nazim  Hikmətin  həyat  və 
yaradıcılığının  öyrədilməsi  üçün  ayrılan  dərs  saatını  artırıb...  Bu  isə 
Nazimə öz vətənində sevginin günbəgün artdığını söyləməyə əsas verir.” 
Nazim  Hikmət  haqqında  Əziz  Nesinin  belə  bir  sözü  var:  “Nazim 
Hikmət  dünyanı  dolaşan  bir  Türkiyə  şarkısıdır.”  Necə  də  sərrast  deyilib. 
Ayrı-ayrı  mətbu  orqanlarda  müxtəlif  illərdə  çap  edilmiş  aşağıdakı  sözlər  
Əziz Nesinin fikrini təsdiq edir: 
“...Fransanın Lion şəhərində Serge Panthein səhnəyə qoyduğu “Böyük 
bir  ürək”  Nazim  Hikmətin  şeirlərindən  və  “Kamal  Tahirə  məktublardan” 
yaradılan bir teatr janrı idi.”(“Cumhuriyyət” qəzeti, 2 mart 1974) 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
262 
 
“...Sizə  Nazim  Hikmətin  şairlər  üzərindəki  təsirindən  söz 
açacağam...Parisə  hər  gəlişində  görüşürdük...  Sizə  N.Hikmətdən  danışa 
bilərəm; çünki hər kəs üçün olduğu kimi, mənim üçün də onda son dərəcə 
örnək  bir  şey  vardır.  Başqa  sahələrdə  bu  nümunə  (model)  anlayışı  ilə 
razılaşa  bilmirəm,  amma  N.Hikmət,  şair  adı  verilə  biləcək  hadisənin, 
yeniliyin nümunəsidir.”(Jan Marçenac. “Militan” jurnalı, 1976, N16) 
“Ünlü  türk  şairi  Nazim  Hikmətin  4  cildlik  “İnsan  mənzərələri” 
farscaya  tərcümə  olunub.  İrac  Nobehtin  çevirməsilə  “Dünyaya  No” 
nəşriyyatı  tərəfindən  İranda  yayımlanan  əsərin  ilk  çapının  tirajı  12  min 
olub.  Məlumat  üçün  qeyd  edək  ki,  Nobeht  ilk  dəfə  Nazim  Hikmətin 
“Günəşi  içənlərin  türküsü”,  ardınca  isə  “Qan  konuşmaz”  romanını  fars 
dilinə  tərcümə  edib.  Onun  sözlərinə  görə  N.Hikmət  fars  dilli  oxucular 
tərəfindən maraqla qarşılanır və bu onu çox sevindirir. (“Ədalət” qəzeti, 25 
sentyabr 2004-cü il.) 
“Böyük  türk  şairi  Nazim  Hikmət  Ran  dünən  və  bugün  Fransanın 
Qrasse  şəhərində  düzənlənən  “İlkbahar  şairlər  festivalı”nda  yad  olunub. 
Parisdə  yaşayan  türk  şairi  Əlif  Su  Alkan  və  yunan  şairi  Dmitris  Kraniotis 
Nazimin şeirlərini fransızca oxuyublar. Tədbirdə fransız ədəbiyyatçıları da 
iştirak ediblər (“Ekspress” qəzeti, 16 mart 2004-cü il). 
Bu misalların sayını istənilən qədər artırmaq  olar. Şairin əsərləri hələ 
sağlığında  bir  çox  dünya  dillərinə  çevrilmiş  və  nəşr  edilmişdi.  Amma 
şeirləri Türkiyədə öz ana dilində işıq üzü görmürdü. Pyesləri bir sıra dünya 
teatr  səhnələrində  göstərilmişdi.  Türkiyə  teatrlarından  başqa.  Amma  nə 
yaxşı  ki,  bugün  belə  deyil.  Nazimin  pyesləri  bugün  Türkiyənin  teatr 
səhnələrini bəzəyir. Hətta “Nazim Hikmətin teatrosu” adlı bir tədqiqat əsəri 
də Türkiyədə işıq üzü görüb. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə