Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə81/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
287 
 
Bu  yerdə,  Moskvada  yaşayan  həmyerlimiz,  görkəmli  türkşünas, 
professor  Tofiq  Məliklinin  məşhur  türk  şairi  Fazıl  Hüsnü  Dağlarcaya  həsr 
etdiyi yenicə çapdan çıxmış çox dəyərli kitabındakı bir məqamı oxucuların 
nəzərinə  çatdırmaq  istəyirəm.  Tofiq  Məliklinin  “Siz  Nazim  Hikmətlə 
görüşdünüzmü?”  sualına  F.H.Dağlarca  belə  cavab  vermişdi:  “Təəssüf  ki, 
yox.  Mən  orduda  xidmət  edirdim.  İstanbulda  nadir  hallarda  olurdum. 
Onunla  çox  görüşmək  istəyirdim,  ancaq  alınmırdı.  1937-ci  ildə  onu  həbs 
etdilər. Bundan sonra hökümət Nazimin bütün kitablarını yasaq etdi. Və tez 
bir  vaxtda  bizə  təcili  olaraq  Nazimin  bütün  kitablarını  toplayıb  təhvil 
vermək  əmri  verildi.  Ancaq  mən  Nazimin  kitablarını  əldən  vermək 
istəmirdim.  Hərbi  hissədə  saxlaya  bilməzdim,  evə  poçtla  göndərmək  də 
təhlükəli idi. Bax, o vaxt mənim Nazimlə dəhşətli bir “vidalaşmam” oldu. 
Mən səhərəcən onun bütün kitablarını bir daha oxudum, sonra... yandırdım. 
Bu mənim üçün heç vaxt unutmayacağım müdhiş, əzablı bir günah oldu.” 
Nazim  Hikmət  ilk  şeirini  qələmə  alan  gündən  özünü  təsdiq  edən 
şairlərdən  olub  və  həmin  andan  etibarən  də  yaradıcılığı  birmənalı 
qarşılanmayıb.  İstər  məfkurəsinə  görə,  istərsə  də  türk  poeziyasına  yeni 
ideya,  yeni  vəzn  gətirdiyinə  görə.  Amma  bu  bir  həqiqətdir  ki,  dövrünün 
Əbdülhəqq Hamid kimi nəhəng sənətkarı Nazim Hikməti bəyənmişdi. Özü 
də  təkcə  Əbdülhəqq  Hamid  yox,  yaşadığı  dövrün  əksər  qüdrətli  ədəbi 
simaları Nazim Hikmətin sənətini yüksək qiymətləndirmişdi. Amma şairin 
kommunist  ideyalarına  sədaqətini  bəyənməyib  onu  tənqid,  hətta  təhqir  də 
etmişdilər.  
Nazim  Hikmət  ilk  dəfə  Moskvaya  gəldiyi  vaxt  sovet  cəmiyyətini 
ideal  bir  quruluş  kimi  görmüşdü.  Türkiyədə  həbsxanada  yatdığı  illərdə 
“Zoya”, “Moskva simfoniyası” kimi əsərlərində Sovetlər ölkəsini, faşizmə 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
288 
 
qarşı sovet xalqlarının mübarizəsini gur səslə vəsf etmişdi. Sovet yazıçıları 
da Nazimin müdafiəsinə qalxmışdılar. Azərbaycanın söz ustaları da Nazim 
Hikmətin  məhbəsdən  azad  edilməsi  uğrunda  öz  səslərini  dünyanın 
mütərəqqi  insanlarının  səsinə  qatmış,  şairin  zindandan  azad  olunmasını 
tələb etmişdilər.  
Ömrünün  son  illərində  Nazim  Hikmət  kommunizm  ideyalarının, 
sosializm cəmiyyətinin mahiyyətini başa düşmüşdü.  
Moskvada  yaşadığı  illərdə  şairin  ümid  yeri  ancaq  Azərbaycandı. 
Mikayıl  Rəfili,  Süleyman  Rüstəm,  Rəsul  Rza  kimi  şairlərlə,  Əkbər 
Babayev  kimi  tədqiqatçılarla  olan  dostluğu  ona  dayaqdı.  Bu  dostluq 
qardaşlıq  zirvəsində  idi.  Xüsusən  Rəsul  Rza  ilə  olan  dostluğu  onun  üçün 
aman eviydi .  
Nazim məmləkətinə bütün varlığı ilə bağlı idi. Əgər bir gün Nazimin 
Vətən  həsrətinə  həsr  olunmuş  şeirləri  ayrıca  kitab  şəklində  nəşr  olunsa,  o 
zaman  şairin  çəkdiyi  iztirablar  daha  aydın  şəkildə  gözlərimiz  önündə 
canlanar. Həmin şeirlər bir deyil, beş deyil. "Ağcaqayın meşəsində", "Yeni 
il",  "Gəmi",  "Balkon",  "Ceviz  ağacı",  "Mavi  liman",  "Münəvvərə  məktub 
yazdım,  dedim  ki...",  "Sağ  əlim",  "Sebastyan  Baxın  bir  nömrəli  Dominor 
konserti",  "Dunay  çayı",  "Məmləkətim  haqqında",  "Bir  Üsküdar 
balkonunda",  "Faustun  evi"  və  s.  sənət  nümunələri  buna  sübutdur.  Bu 
şeirlərdə  qürbət  eldə  yaşayan  Nazimin  böyük  həsrəti,  ürək  ağrısı  bütün 
incəliklərinə qədər duyulur. 
Nazimin  bir  gün,  yəqin  ki,  "Məmləkətim"  adlı  bir  kitabı  çapdan 
çıxar.  Və  o  kitabda  Nazimin  təkcə  şeirləri  deyil,  Türkiyə  haqqında 
düşüncələri, uca kürsülərdən Türkiyə, Türk xalqı, Türk dili haqqında dediyi 
dəyərli  sözlər,  dostlarına,  yaxınlarına  yana-yana  açıb  söylədiyi  ürək 
duyğuları  da  öz  əksini  tapar…  Məsələn  bu  sözləri:  “Dünyanın  ən  yaxşı 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
289 
 
insanlarından olan Türk xalqının və dünyanın  ən gözəl dillərindən biri və 
bəlkə  də  ən  başda  gələnlərindən  olan  Türk  dilinin  yabançı  diyarlarda 
tanınmasına  vəsilə  ola  bilmək,  ömrümün  ən  böyük  sevinci  və  şərəfi  olur. 
Bir  kəndli  torpağını  və  öküzünü,  bir  dülgər  taxtasını  və  rəndəsini  necə 
sevirsə, mən də türk dilini elə sevirəm.” 
3  iyun  1963-cü  il.  Nazimin  qəfil  ölümü  onu  tanıyanları,  sevənləri 
qəlbən  sarsıtdı.  Onun  ölümünə  ağılar  deyildi,  şeirlər  yazıldı.  Bu  ağıların, 
şeirlərin  böyük  bir  qismi  Nazimi  həmişə  yaşadan,  heç  zaman  unutmayan 
Azərbaycanın  payına  düşdü.  “Bakıya  gəldim,  dünyalar  mənim  oldu” 
deyirdi  şair.  Nazim  Hikmət  həmişə  Bakıdadır,  Azərbaycandadır, 
xatirəmizdədir, ürəyimizdədir. 
 
“525-ci qəzet, 22 may 2014-cü il. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
290 
 
Bu həsrət bizim ! 
(Nazim Hikmətin doğum günü münasibətilə) 
 
Yazıçı-jurnalist  AqĢin  Babayev  2006-2011-ci  illərdə  “ANS-ÇM” 
radiosunda  apardığı  həftəlik  müəllif  proqramı  əsasında  “Efirdən 
vərəqlərə”  adlı  yeni  kitabını  nəĢrə  hazırlamıĢdır.  Həmin  kitabdan 
Nazim  Hikmətə  həsr  olunmuĢ  “Bu  həsrət  bizim!”  bölümünü 
oxucuların diqqətinə təqdim edirik. 
AqĢin  Babayev:  Bugünkü  proqramımızı  Türk  dünyasının  böyük 
sənətkarı  Nazim  Hikmətə  həsr  edirik.  Bu  münasibətlə  studiyamıza 
görkəmli  sənət  xadimləri-  bəstəkar  Arif  Məlikovu  və  yazıçı  Anarı  dəvət 
etmişik.  Bu  iki  şəxsiyyətin  xüsusi  təqdimata  ehtiyacı  yoxdur.  Hamınız 
onları  çox  gözəl  tanıyırsınız.  Arif  Məlikov  Nazim  Hikmətin  “Bir  aşk 
masalı”  (“Fərhad  və  Şirin”)  pyesi  əsasında  ölməz  “Məhəbbət  əfsanəsi” 
kimi  dünyaca  məşhur  balet  yaradıb. Onun  şeirlərinə  silsilə  romanslar  həsr 
edib. Anar müəllim də, valideynləri- unudulmaz xalq şairlərimiz Rəsul Rza 
və  Nigar  xanım  Rəfibəylinin  Nazim  Hikmətlə  böyük  dostluğunun  canlı 
şahidi  olub.    Eyni  zamanda  o,  Nazim  Hikmətlə  bağlı  çox  dəyərli  əsərlər 
yazıb, nəşr etdirib.  
Nazim  Hikmətin  keçdiyi  həyat  yolu  və  çoxşaxəli  yaradıcılığı 
haqqında  danışmaq  üçün  saatlar  lazımdır.  Dinləyicilərimizə  xatırlatmaq 
istəyirəm  ki,  Nazim  Hikmət  61  il  ömür  sürüb.  1902-ci  ildə  Salonikdə 
anadan  olub.  1963-cü  ildə  Moskvada  vəfat  edib.  Məzarı  məşhur  sənət 
xadimlərinin dəfn olunduqları “Novodeviçi” qəbrstanlığındadır.  
Nazim  Hikmət  Azərbaycanla  çox  bağlı  olub.  İlk  dəfə  1927-ci  ildə 
Bakıya  gəlib.  1928-ci  ildə  burada  onun  ilk  kitabı-“Günəşi  içənlərin 
türküsü” nəşr olunub. Uzun illər Türkiyədə həbsxanalarda yatan, mütərəqqi 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə