Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   80   81   82   83   84   85   86   87   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
297 
 
Hikmətin  o  qədər  kitabları,  fotoları  var  ki,  yadigar.  Bütün  kitabların, 
fotoların üzərinə yazıb ki, oğlum Arif Məlikova yadigar.  
Bilirsiniz  ki,  Nazimin  yaşadığı  dövrdə  onun  birinci  romanslar 
silsiləsini  yazmışdım.  Nazim  Hikmət  eşitmişdi  onu.  Nazim  Hikmətin 
vəfatından sonra ikinci romanslar silsiləsini yazdım. 
Bir  epizod  da  danışım  sizə.  Bir  dəfə  mən  Leninqrada  getməliydim. 
Moskvaya  gəldim,  gecə  idi.  Nazim  Hikmətə  zəng  vurmadım.  Mən 
Moskvaya  hər  dəfə  gələndə  ilk  telefonlaşmam  Nazim  Hikmətlə  olurdu. 
Səhərisi  gün  başım  qarışdı.  Nazimə  zəng  vurmadım.  Leninqrada  uçdum. 
Kimsə  məni görüb, Nazim Hikmətə demişdi ki, Arif Moskvadadır. Nazim 
deyib ki, ola bilməz, çünki o gələndə mənə telefon açır. Mən Leninqraddan 
gəlib zəng vurdum, hiss elədim ki, mənlə çox soyuq danışır. “Bin arabaya 
bu  dakika  gəl  buraya-dedi-Mən  səni  oğul  kimi  qəbul  edirəm,  elə  bilirdim 
ki, sən də məni ata kimi qəbul edirsən”. Tez özümü Nazimə çatdırdım. Üzr 
istədim.  Ürəyi  ağrıyırdı.  Dedi  ki,  “Ataya  telefon  açmaq  üçün  çokmu  vaxt 
lazımdır?”.  Təkrar  üzr  istədim.  Onun  o  vaxtlar  böyük  arzusu  “Yusif  və 
Züleyxa”nı  səhnədə  görmək  idi.  Bu  arzusu  yerinə  yetsə,  mən  özümü 
xoşbəxt hiss edərəm ki, bir oğul kimi borcumu yerinə yetirdim. 
AqĢin Babayev: İnşallah, Nazimin bu arzusu da yerinə yetər. Nazim 
Azərbaycana  çox  bağlı  idi.  “Nazim  Hikmət  və  Azərbaycan”  mövzusu 
ayrıca bir elmi tədqiqat işidir və bu, işlənilib. Nazim Hikmət tədqiqatçıları 
Anar,  Tofiq  Məlikli,  Azər  Abdulla,  Qadir  İsmayıl,  Tofiq  Abdin,  Aytən 
Babayeva  və  başqaları  bu  haqda  yazıblar.  Rəssamlarımız  onun  pyeslərinə 
tərtibat  veriblər.  Münəvvər  Rzayeva  əvvəlcə  onun  büstünü,  sonra  da 
heykəlini yaradıb.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
298 
 
Bəzən mətbuatda, televiziyada, radioda belə fikirlər səslənir ki, guya 
Nazim  Hikmət  təbliğ  olunmur,  unudulur.  Elə  şey  yoxdur.  Bayaq  dediyim 
kimi,  Nazim  Hikmətin  ilk  kitabı  “Günəşi  içənlərin  türküsü”  1928-ci  ildə 
Bakıda  nəşr  olunmuşdu.  Anar  müəllimin  təşəbbüsü  ilə  o  əsər  bəzi 
əlavələrlə  yenidən  nəşr  edildi.  Mən  istərdim  ki,  Anar  müəllim,  bu  haqda 
danışasınız.  Mənim  yadıma  gəlir,  həmin  kitabın  təqdimat  mərasimi  də 
Yazıçılar  İttifaqında  təntənəli  şəkildə  keçirildi.  Mən  özüm  də  orda  iştirak 
etdim, çıxış elədim. Nazim Hikmətin şeirlərini səsləndirdik.  
Anar:  Yadınızdadırsa,  Nazim  Hikmətin  100  illiyi  ərəfəsində  biz 
özümüz  Yazıçılar  İttifaqında  komissiya  yaratdıq.  Komissiyaya  Siz  də, 
Aqşin  müəllim,  Arif  müəllim  də  daxil  idi.  Bu  komissiya  dövlətin 
komissiyası deyildi. Bizim təşəbbüsümüz ilə yaradılmışdı. Bu komissiyada 
bəzi  işlər  planlaşdırıldı.  Nazim  Hikmət  haqqında  televiziya  verilişləri 
olsun,  radioda  çıxışlar  edək,  mətbuatda  yazılar  çap  olunsun.  O  cümlədən 
bizim  rəhmətlik  türkoloq,  sənin  də,  Aqşin  müəllim,  dostun  Qadir  İsmayıl 
Nazim haqqında Azərbaycanda çıxan şeirləri və məqalələri tərtib eləmişdi. 
Bir kitab hazırlamışdı. Mən fikirləşdim ki, belə bir kitaba Nazimin özünün 
də  şeirlərini  əlavə  edək. Bunları  Qadir  müəllimlə  razılaşdırdıq. Kitabın  da 
adını “Günəşi içənlərin türküsü” qoyduq. Nazimin ilk kitabı kimi buraxdıq. 
Onda  Yazıçılar  Birliyi  başqa  bir  məsələ  də  qaldırdı.  Yazıçılar  Birliyinin 
tədbirinə Türkiyənin səfirini də dəvət etdik. Yazıçılar Birliyinin təklifi irəli 
sürüldü ki, Nazim Hikmətə türk vətəndaşlığı qaytarılsın. Mən şəxsən səfirə 
verdim  o  məktubu.  Bu  yaxında  qəzetdə  oxudum  ki,  Nazim  Hikmətin 
vətəndaşlığının  bərpa  olunması  məsələsi  yenidən  qalxıb.  Mən  elə  hesab 
edirəm  ki,  Nazim  Hikmətin  vətəndaşlığı  bərpa  olunsa  da,  olunmasa  da  o, 
Türkiyənin, daha doğrusu dünyanın XX əsrdə yetirdiyi ən böyük şairlərdən 
biridir.  Yunis  İmrədən  tutmuş  bugünə  qədər  türk  dünyasının  ən  böyük 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
299 
 
şairlərindəndir.  Mənim  bu  barədə  mübahisələrim  çox  olub.  Necə  olur  ki, 
türk  ədəbiyyatını,  türk  dilini,  türk  mədəniyyətini  sevəsən  və  Nazimi 
sevməyəsən, bu dilin ən böyük daşıyıcısını sevməyəsən. Onun 100 illiyində 
Türkiyədə  oldum-Atatürk  Kültür  Mərkəzində,  bir  az  gecikmişdim,  ayaq 
üstə  qaldım.  Bütün  salon  dolu  idi.  Nazim  Hikmətin  şeirləri  səsləndikcə 
salonda  da  o  şeirləri  təkrar  edirdilər.  Xüsusilə  gənclər.  İstiqlal  küçəsilə 
gedərkən  dükanlarda  Nazimin  səsi,  kassetləri  səslənirdi.  Yəni  Türkiyədə 
Nazimi  sevənlərin  sayı  sevməyənlərin  sayından  yüz  dəfə  çoxdur.  Elə  bir 
vaxt gələcək ki, onu sevməyən qalmayacaq. Mənim üçün Dədə Qorqudsuz, 
Nəvaisiz,  Yunis  İmrəsiz  türk  dünyası  olmadığı  kimi,  Nazimsiz  də  türk 
dünyası yoxdur. Nazim Hikmət türk dünyasının ən böyük şəxsiyyətlərindən 
biridir.  Azərbaycanda  ona  sevgi  çox  böyükdür.  Elə  Arif  Məlikovun  baleti 
ona çox böyük, əziz bir yadigardır. Onun haqqında atamın, anamın şeirləri 
var,  rəssam  Toğrul  Nərimanbəyov  onun  şəklini  çəkib,  Münəvvər  xanım 
onun  heykəlini  yaradıb,  tamaşaları  gedir,  filmləri  çəkilib.  Yəni  Türkiyə 
ondan imtina edəndə Azərbaycan ona sahib çıxdı. Və bugün də Azərbaycan 
ona  sahib  çıxmağa  hazırdır.  Onun  özü  Azərbaycanı,  Bakını  çox  sevirdi. 
Gözəl şeirlər həsr edib Bakıya. Azərbaycan sənətkarları ilə dostluq edirdi. 
Təbiidir ki, Nazim Hikmət hamımızın ürəyindədir. 
AqĢin Babayev: Nazim Hikmətdən söhbət açarkən mənə elə gəlir ki, 
Əkbər  Babayevin  adını  biz xüsusi  qeyd  etməliyik.  Nazim  Hikmətin ölüm 
xəbəri kimi Əkbər Babayevin vəfatı da məni çox sarsıtdı. Mənə “Ədəbiyyat 
qəzeti”ndən  Baş  redaktor  Ayaz  Vəfalı  zəng  vurdu,  dedi  ki,  Rəsul  Rza 
Əkbər  Babayev  haqqında  “Bizim  Əkbər”  adlı  çox  təsirli  bir  yazı  yazıb. 
Nekroloq  əvəzi  verəcəyik  onu.  Amma  şəklini  tapa  bilmirik.  Mən  baxdım 
foto arxivimə, gördüm ki, türk müğənnisi Müşərrəf Tezcan Bakıya gələndə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə