Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   80   81   82   83   84   85   86   87   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
304 
 
              Şeirin sözü neçə candan can almış. 
 Nazim, sənin yüz kitabın öz mayasını, 
Bakımızda yaratdığın kitabdan almış. 
_____________________ 
 
* Məqalə ixtisarla verilir. 
 
Kitabı 
Türkiyə 
türkcəsinə 
qardaş 
ölkənin 
 
məşhur 
nazimşünaslarından  tanınmış  pedaqoq-mütərcim  Aslan  Kavlak  çevirib. 
Nazim  Hikmətin  Azərbaycan  sevgisini  bütün  çalarları  ilə  göz  önündə 
canlandıran  kitab  2012-ci  ilin  aprelində  İzmirdə  təşkil  edilmiş  kitab 
yarmarkasında böyük maraqla qarşılanıb.  
 
Girişdəki  təqdimatdan  öyrənirik  ki,  kitab  Bakıda  doğma  dilimizdə 
təxminən  10-12  il  əvvəl  yazılıb  və  Aqşin  müəllimin  sənətkara  həsr  etdiyi 
dörd  kitabdan  üçüncüsüdür:  “Nazim  Hikmət”  (1978),  “Nazim  Hikmət  və 
həyatı” (1989, bu kitab Almaniyada  türk dilində də nəşr edilib), “100 yaşlı 
Nazim  Hikmət”  (2000),  “Nazim  Hikmət  qalaktikası”  (Elektron  variantda-
2011).  
 
Kitabda Aqşin müəllimin qısa bioqrafiyası verilib: 23 noyabr 1936-cı 
ildə  Bakıda  anadan  olub.  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 
fakültəsini  bitirib  (1959).  Aspiranturada  təhsil  alıb  və  Nazim  Hikmətin 
dramaturgiya  yaradıcılığına  dair  namizədlik  dissertasiyası  müdafiə  edib 
(1967).  Elmlər  doktoru  (1996),  professordur  (1998).  Türkşünas-alimin 
yuxarıda  adları  çəkilən  4  əsəri  ilə  yanaşı,  “Türk  ədəbiyyatı  müntəxəbatı”, 
“Türk  dramaturgiyası”,  “Cümhuriyyət  dövrü  türk  ədəbiyyatında  sosial 
motivlər”,  “Azərbaycan  və  türk  dünyası”  adlı  son  dərəcə  dəyərli  elmi-
nəzəri kitabları və dərs vəsaitləri işıq üzü görmüşdür.  


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
305 
 
 
Aqşin  müəllimin  müxtəlif  vəzifələrdə  çalışdığı  qeyd  olunur:  1959-
1969-cu  illərdə  Azərbaycan  Dövlət  Televiziya  və  Radio  verilişləri 
Komitəsində  türk  verilişləri  şöbəsində  redaktor  və  baş  redaktor  müavini, 
1970-1972-ci illərdə Xarici verilişlərin baş redaktoru, 1976-1990-cı illərdə 
Azərbaycan  Dövlət  Televiziya  və  Radio  verilişləri  Komitəsində  Sədr 
müavini  işləmişdir.  1972-1975-ci  illərdə  Türkiyədə    çalışmışdır.  1977-
1982-ci  illərdə  Azərbaycan  Jurnalistlər  İttifaqının  idarə  heyətinin  katibi 
olmuş,  “Əməkdar  jurnalisr”  fəxri  adına  layiq  görülmüşdür.  1991-2006-cı 
illərdə  Azərbaycan  Milli  Məclisi  Aparatının  mətbuat  xidməti  şöbəsinə 
rəhbərlik  etmişdir.  İkinci  dərəcəli  dövlət  müşaviridir.  N.  Hikmətin  bacısı 
mərhum Samiyə Yaltırım tərəfindən Türkiyədə təsis edilmiş Nazim Hİkmət 
Kültür və Sanat Vakfının fəxri üzvüdür.  
 
Qırxa  yaxın  bədii  elmi  və  publisistik  kitabın  müəllifi  olan  A. 
Babayevin “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı 1964-cü ildə işıq üzü 
görmüşdür.  Bunun  ardınca  “Həmişəbahar”  (1967),  “Bir  parça  həyat” 
(1971),  “Ağ  ulduzlar”  (1977),  “Bir  ürəyin  hərarəti”(1979),  “Kişilər  az 
yaşadı” (1981), “Ayrılıq” (1982), “Dünya vəfalıdır” (1984), “Sünbül  ətri” 
(1986), “Söz gülləsi” (1989), “Dünyanın axırı” (1992), “Başımıza gələnlər” 
(1994), “Azərbaycan və türk dünyası”(1998), “Müasir türk dramaturgiyası” 
(1998),  “Yanan  Zürafə”  (1999)  kimi  ədəbi-bədii  əsərləri  və  elmi-nəzəri 
monoqrafiyaları  çap  olunur.  Yenə  bu  dövrdə  onun  “Kişilər  az  yaşadı” 
romanı  otuz  min  tirajla  Moskvada  (1986),  “Nazim  Hikmət  yaşamı”  əsəri 
Berlində  (1989)  işıq  üzü  görür.  Povest  və  hekayələri,  elmi  məqalə  və 
monoqrafiyaları Türkiyə , İraq, Gürcüstan, Moldova, Belarus, Ukrayna və 
başqa ölkələrdə dərc edilir.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
306 
 
 
Ümummilli  liderimiz  Heydər  Əliyevə  həsr  etdiyi  “Oğul”  və 
“Xilaskar”, eləcə də “Yaralar”, “Kim nə deyər...”, “Olmuş əhvalat”, “Əlin 
cibində  olsun”,  “Şeytanın  yubileyi”,  “Bir  parça  həyat”,  “Nekroloq”, 
“Dəvətnamə”,  “Yol”,  “Mükafat”  kimi  pyes,  libretto  və  telefilmləri 
ölkəmizin  məşhur  teatr  səhnələrində  tamaşaya  qoyulmuş,  televiziya 
ekranlarında nümayiş etdirilmiş, geniş tamaşaçı rəğbəti qazanmışdır.  
 
“Bir  içim  su  istədim”  adlı  şeirlər  kitabı  2002-ci  ildə  görkəmli 
şairlərimiz  Fikrət  Qoca  və  Vaqif  Bəhmənlinin  “Ön  söz”ü  ilə  işıq  üzü 
görmüş, şeirlərinə mahnılar bəstələnmişdir.  
 
A.  Babayev  bədii  tərcüməçilik  sahəsində  də  fəaliyyət  göstərmişdir. 
İtalyan dramaturqu Terensinin “Qardaşlar”, türk yazıçı-dramaturqu Haldun 
Tanerin  “Keşanlı  Əli  dastanı”  pyeslərini,  Əziz  Nesinin  “Hekayələr” 
kitabını və s. əsərləri dilimizə çevirmişdir. 30-dan artıq xarici ölkə filminin 
Azərbaycan dilinə tərcüməsinin altında Aqşin müəllimin imzası var.  
 
Aqşin  müəllim  “Yusif  Məmmədəliyev”,  “Həsən  bəy  Zərdabi”, 
“Humay”,  “Qızıl  qələm”,  “Açıq  söz”,  “Nurlu  qələm  ustası”,  “Ustad 
sənətkar”  kimi  müxtəlif  müjafatlara  layiq  görülmüş,  “Azərbaycan  Ali 
Sovetinin  Fəxri  fərmanı”,  “Əmək  rəşadətinə  görə”  və  “Əmək  veteranı” 
medalları ilə təltif olunmuşdur.  
 
1965-ci  ildən  pedaqoji  fəaliyyətlə  məşğul  olan  A.  Babayev  hal-
hazırda  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin 
kafedra  müdiri  və  professoru  olaraq  öz  elmi-pedaqoji  fəaliyyətini  davam 
etdirir.  
 
“Nazim Hikmət və Azərbaycan” kitabı sənətkarın 11 sentyabr 1961-
ci  ildə  Şərqi  Berlində  qələmə  aldığı  məşhur  “Avtobioqrafiya”  şeiri  ilə 
açılır. Fikrimizcə, bu təsadüfi deyildir. Bu şeir N. Hikmətin ədəbi kredosu, 
sənətkar missiyasının  manifesti, Şəxsiyyət olaraq kimliyidir.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə