Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə83/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   80   81   82   83   84   85   86   87   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
294 
 
Gəlib  çatanda  dedim  Ustad,  niyə  belə  etdiniz,  niyə  arabadan  endiniz  ? 
Zarafatla  dedi:  “Mən  bu  moskvalılara  şık  geyinməyin  nə  olduğunu 
göstərmək istədim.” Güldük. 
Son  söhbətimiz  yenə  də  telefonla  oldu.  Çox  ağrılı  bir  söhbət  idi. 
Çünki o vaxt növbəti dəfə atama qarşı kampaniya başlamışdı. Mən Nazimə 
zəng  etdim,  kefini  soruşmaq  üçün.  Mənə  dedi  ki,  Rəsul  nasıldır,  dedim 
necə olacaq, yenə başlayıblar. Mənim Nazimdən eşitdiyim son söz bu oldu: 
“Allah  bəlalarını  versin”.  Ondan  bir  həftə  sonra  Nazim  rəhmətə  getdi. 
Dəfnində  də  iştirak  etdim.  Atam  Bakıdan  gəldi,  orada  çıxış  elədi.  Mən  o 
vaxt  gənc  idim,  amma  onun  öz  səsilə  oxuduğu  şeirlər,  söhbətlər  əbədi 
olaraq xatirəmdə qalacaq.  
AqĢin  Babayev:  Anar  müəllim,  Siz  1957-ci  ili  xatırladız.  1957-ci 
ildə  mən  tələbə  idim,  III  kursda  oxuyurdum.  Nazim  Hikmət  Bakıya  gəldi 
və  Azərbaycan  Dövlət  Universitetində  tələbələrlə  görüş  oldu.  Mən  də  o 
görüşdə iştirak edirdim. Siz təsəvvür edin ki, oturmağa yer yox idi. Mən lap 
arxada,  ayaq  üstə  dayanmışdım.  Əlbəttə,  onda  mən  ağlıma  da  gətirə 
bilməzdim  ki,  gün  gələcək,  mən  Nazim  Hikmətlə  üzbəüz  oturub  saatlarla 
söhbət  edecəyəm,  yaradıcılığı  haqqında  dissertasiya  müdafiə  edəcəyəm, 
ona həsr olunmuş kitablar yazacağam. Bu kitablardan biri də Türkiyədə işıq 
üzü görəcək.  
Anar:  Aqşin  müəllim,  Siz  dediyiniz  o  görüşdə  mən  də  iştirak 
edirdim. O vaxt Azərbaycanda türk sözü yasaq idi. Heç kim demirdi ki, biz 
türkük. Amma Nazim deyirdi ki, mən türkəm, siz də türksünüz, dilimiz bir, 
millətimiz  bir.  Mən  Türkiyədə  olanda  deyirəm  ki,  siz  Nazimi  kommunist 
kimi  qəbul  etmirsiniz.  Amma  biz  onu  türk  kimi  qəbul  etdik.  Biz  onu 
kommunist  kimi  deyil,  Türkiyədən  gələn,  türkcə  danışan  insan  kimi 
xatırlayırıq. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
295 
 
AqĢin  Babayev:  1957-ci  ildə  universitetdəki  görüşdən  Nazim 
Hikmətin  səsi  var  məndə.  Bunu  öz  arxivimdə  qiymətli  bir  ərmağan  kimi 
saxlayıram. Deyirəm o səsə, gəlin birlikdə qulaq asaq.  
Nazim  Hikmətin  səsi:  “Bu  mukaddes,  bu  kutsal  evinize, 
darülfununuza  beni  çağırdınız  için  teşekkür  ederim.  Beni  dünyanın  en 
bahtiyar  insanlarından  biri  yapdınız.  Ve  ben  şimdi  burada  düşünüyorum. 
Belki  ben  görmem,  amma  oğlum  görecek.  Nasıl  İstanbulda  da,  bizim 
universitetde de böyle  salon olacak. Nasıl  oraya  da  Azerbaycandan şairler 
gelecek... Siz beni nasıl karşıladınızsa, onlar da onu öyle karşılayacaklar. O 
şairden bir ricam var. O, Türkiyeye gittiyi vakit, benim istanbullu genclere 
desin ki, bize de senin Nazım geldi. Biz onu kardeş gibi bağrımıza basdıq. 
Ve  biz  ona  çok  şey  öyretdik.  Ne  öyrendiyse  bu  dünyada,  çoğunu  bizden 
öyrendi.  Bunu  söylemeyi  unutmasın  !  Ve  benden  selam  söylesin  !  Çünki 
ben belke memleketime kovuşamam, amma o memleketimi görür”. 
AqĢin Babayev: Arif müəllim, mənim yadımdadır, Nazim Hikmətin 
100  illiyi  ərəfəsində  Siz  İstanbula  getmişdiniz  və  orda  Sizin  “Məhəbbət 
əfsanəsi”  baletinizin  65-ci  premyerası  olmuşdu.  Düzdürmü  ?  Mən  səhv 
etmirəm  ki  ?  Və  o  günlə  əlaqədar  Sizin  mətbuatda  xatirəniz  də  çap 
olunmuşdu. İstərdim ki, Siz dinləyicilərimizə bu haqda məlumat verəsiniz. 
Çünki o premyera, sözün həqiqi mənasında, böyük bir bayram oldu. 
Arif Məlikov: İstanbul Nazim Hikmət üçün Türkiyənin ürəyi idi. Nə 
qədər  söhbətlərimiz  olub  Nazim  Hikmətlə.  O,  həmişə  İstanbulla  bitirirdi 
sözlərini. Şükür Allaha ki, Nazim Hikmətin 100 illiyində, baxmayaraq ki, 
bu  tamaşanı  Türkiyədə  qoymuşduq,  amma  onun  sevdiyi  şəhərdə  bir  də 
göstərməyimiz,  sizə  deyim  ki,  çox  gözəl  oldu.  Qriqoroviç  o  dövrdə 
Avropada-Fransada  çalışırdı,  başqa  bir  tamaşa  üzərində  işləyirdi.  Dedim 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
296 
 
ona  ki,  sən  işlərini  atmalısan  və  Nazim  Hikməti  yad  edərək  ilk  tamaşanı-
Leninqradda  göstərilən  tamaşanı  bərpa  edib  tam  olduğu  kimi  İstanbulda 
qoymalısan. Sizə deyim ki, Türkiyə bu tamaşaya çox böyük məbləğdə pul 
xərclədi.  Moskvadan  rəssamlar  gəlmişdilər.  Böyük  Leninqrad  Teatrının 
səhnəsindən də gözəl dekorlar yaratdılar, türk truppası ilə təzədən işlədilər. 
Sizə deyim ki, İstanbulda çox təntənəli premyera oldu. 
Mən  sizə  bir  neçə  saniyəlik  ilk  görüşümüzdən,  Nazim  Hikmətin 
vəfatına  qədərki  hadisələrdən  danışdım.  Nazim  Hikmətlə  mən  həmişə 
ünsiyyətdə olmuşam, baxmayaraq ki, bugün Nazim Hikmət yoxdur, amma 
mənim yaradıcılığımda yaşayır. Vaxtilə istəyi o idi ki, mən onun “Yusif və 
Züleyxa”sı  əsasında  balet  yazım.  Bəzi  səbəblərə  görə  böyük  fasilə  oldu. 
İndi bu balet üzərində işləyirəm. Mən yenə Nazim Hikmətə qayıtmışam.  
Bir  şeyi  də  deyim  ki,  bugün  milyonlarla  insanın  evində  Nazim 
Hikmətin şəkili, kitabları var. Bayaq, Aqşin müəllim, 65-ci premyera dediz, 
bu  həqiqətdir.  1961-ci  ildən  bugünə  qədər  bu  tamaşa  Leninqradın  teatr 
səhnələrindən  bir  gün  də  düşməyib.  Böyük  Teatrda  bugünə  qədər  bir  gün 
də  repertuardan  çıxarılmayıb.  “Məhəbbət  əfsanəsi”ni  1500-2000  adam 
tutan  salonlarda  göstərmişik.  Moskvanın  Kreml  sarayında  bu  əsərə  eyni 
vaxtda  6  min  nəfər  adam  baxıb.  Türkiyədə  15  min  nəfər  eyni  vaxtda  bu 
tamaşada  olub.  Bir  dəfə  də  “Məhəbbət  əfsanəsi”ni  1  milyon  tamaşaçıya 
göstərmişik, o da Brazilyada  oldu. Tamaşanı göstərmək üçün açıq havada 
xüsusi dekorlar qurmuşdular. Dağların, çəmənliklərin üstündə millət oturub 
tamaşaya baxırdı. 
Nazim Hikmət 1963-cü ildə vəfat etdi. Mən Bakıda küçədə gedirdim, 
təsadüfən  eşitdim.  Mən  evə  getmədim.  Birbaş  təyyarə  meydanına  gəldim, 
mindim təyyarəyə, Moskvada onun dəfninə çatdım. Mənim evimdə Nazim 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə