Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə85/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   80   81   82   83   84   85   86   87   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
300 
 
Arif  Məlikov,  mən  və  Əkbər  Babayev  birlikdə  şəkil  çəkdirmişik.  Həmin 
şəkli  Ayaz  müəllimə  göndərdim.  O  şəkildən  Əkbərin  fotosunu  ayırıb  çap 
elədilər. İndi mən istərdim ki, həm Arif müəllim, həm Anar müəllim Əkbər 
Babayev haqqında bir-iki kəlmə söz desin. Mən bir şeyi də xatırladım ki, 
Moskvaya  gələndə  Nazim  Hikmət  bilirdi  ki,  Əkbər  Babayev  onun 
tədqiqatçısıdır  və  Nazim  sonralar  öz  kitabını  Əkbər  Babayevə  yadigar 
olaraq  verəndə  yazmışdı:  “Beni,  bana  tanıtana”,  yəni  “Məni  mənə 
tanıdana”. 
Arif  Məlikov:  Əkbər  Babayev  həmişə  Nazim  Hikmətin  yanında 
olub. Bir şeyi də deyəcəyəm ürək ağrısı ilə. Əkbər özünü Nazim Hikmətə 
həsr  etdi.  Əkbər  Babayev  ədəbiyyat  sahəsində,  elm  sahəsində  çox  böyük 
işlər görə bilərdi. Ona dəfələrlə demişdilər ki, sən doktorluq dissertasiyasını 
gərək  müdafiə  edəsən.  Amma  o,  mübaliğə  olmasın,  günün  iyirmi  dörd 
saatını  Nazim  Hikmətə  həsr  edirdi.  Nazimin  8  cildliyini  Əkbər  Babayev 
hazırlayıb  Bolqarıstanda  çap  etdirmişdi.  Şairin  külliyatı  indi  yavaş-yavaş 
Türkiyədə  çap  olunmağa  başlayır.  Amma  birdən-birə  o  həcmdə,  8  cild 
ancaq Əkbər Babayevin sayəsində çap olunmuşdu. Əkbər Babayev Nazim 
Hikmətin  sağ  əli  idi.  Çünki  nəsə  bir  şey  olanda  o  ilk  növbədə  Əkbərdən 
soruşardı.  Əkbər  Babayev  onun  yaddaşı  idi.  Tərcüməçisi  olmuşdu.  Onun 
işlərini  aparan  adam  idi.  Əkbər  Babayevlə  1958-ci  ildən  sonra  lap  yaxın 
olduq.  Mən  Moskvaya  gələndə  daha  oteldə  qalmırdım.  Əkbərin  evində 
yaşayırdım.  Əkbər  Babayev  mənim  üçün  qardaş  kimi  olmuşdu.  Gözəl 
insan, gözəl şəxsiyyət idi.  
Bir  şeyi  də  qeyd  etmək  istəyirəm.  Biz  həmişə  Nazim  Hikməti  türk 
şairi  kimi  görürük.  Mənim  üçün  Nazim  Hikmət  XX  əsrin  dünya 
miqyasında ən böyük şairlərindən biridir. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
301 
 
 Mən Türkiyədə tamaşalarımla bağlı tez-tez oluram. Dörd dəfə ancaq 
“Məhəbbət əfsanəsi”ni qoymuşuq. Həmişə mən türklərə deyirəm ki, Nazim 
Hikmət  həm  sizindir,  həm  də  sizin  deyil.  Dünyanındır  !  Mən  Nazim 
Hikmətin  İtaliyada  çıxmış  iki  cildlik  kitabında  Abidin  Dinonun  yüzlərlə 
rəsmini  görmüşəm.  Bu  gün  də  mənim  evimdə  Abidin  Dinonun  rəsmləri 
var. Abidin Dino bilirdi ki, mən Nazimlə yaxınam. 
Sizə  deyim  ki,  Nazim  İstanbula  çox  bağlı  idi.  Türklər  həmişə  deyir 
ki,  İstanbulda  Nazim  Hikmətin  ad  günündə,  vəfat  günündə  bilmirik  ki, 
çiçəkləri  hara  qoyaq.  “Məhəbbət  əfsanəsi”  ilk  dəfə  İstanbulda  tamaşaya 
qoyulanda  bir  metrlik  gülləri  dərdik,  gəldik  Qalata  körpüsünə.  O  gülləri, 
Nazimi anaraq körpüdən bir-bir atdıq. Sonra türklər demişdilər ki, bundan 
sonra  biz  də  Nazim  Hikmətin  ad  günündə  gülləri  Qalata  körpüsündən 
atacağıq. Elə də etdilər və sonra mənə dedilər ki, türk rəssamı bu hadisəni 
eşidib  böyük  bir  rəsm  əsəri  çəkmiş,  Nazim  Hikmətin  sevdiyi  Qalata 
körpüsünü  təsvir  etmişdir.  Sonra  həmin  rəssam  o  rəsmi  mənə  bağışladı. 
Bugün də o rəsm mənim evimi bəzəyir. 
Bilirsiniz,  Nazim  Hikmət  haqqında  saatlarla  danışmaq  olar. 
Türkiyədə  bir  dəfə  altı-yeddi  kamera  qarşısında  bir  gün  səhərdən  axşama 
qədər Nazim Hikmət haqqında danışmışam. 
Anar: Nazimi Əkbərsiz təsəvvür etmək mümkün deyildi. Bakıda da 
Əkbərlə  olub  dəfələrlə.  Moskvada  da  həmişə  onun  işlərini  Əkbər  görüb. 
Əkbər  həm  atamın  dostu  idi,  həm  də  mənim.  Əkbər  Nazimin  ölümündən 
sonra  da  Moskvaya  gələn  türk  yazıçıları  ilə  əlaqə  saxlayırdı.  Amma 
Əkbərin  belə  bir  faciəsi  vardı  ki,  bu  qədər  Türkiyəni  sevə-sevə,  türk 
yazıçıları  ilə  bu  qədər  bağlı  ola-ola,  bir  dəfə  də  onu  Türkiyəyə 
buraxmadılar.  Mən  Türkiyəyə  gedib  gələndən  sonra,  yadımdadır,  Əkbər 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
302 
 
məni hava limanında qarşıladı. Elə qarşıladı ki, elə bil özü gedib-gəlmişdi 
Türkiyəyə.  Evində,  yatağının  üstündə  İstanbulun  xəritəsi  asılmışdı.  O, 
deyirdi ki, hər səhər gözümü açıb bu xəritəyə baxıram və Nazim Hikmətin 
çox sevdiyi İstanbulu görməyi arzulayıram... Əkbərlə bağlı xatirələr bir az 
kədərlidir. O, niskilini özüylə apardı. 
AqĢin Babayev: Nazim Hikmətli dəqiqələrimiz çox sürətlə keçdi və 
təəssüf  ki,  vaxtımız  sona  çatdı.  Mən  Sizlərə  çox  təşəkkür  edirəm  Arif 
müəllim, Anar müəllim. Dəyərli vaxtınızı ayırıb studiyaya gəldiyinizə görə 
çox sağ olun!  
 
 “Ədəbiyyat qəzeti”,  24 yanvar 2014-cü il. 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
303 
 
Əsgər Rəsulov 
Filologiya elmləri doktoru, professor 
Görkəmli nazimĢünasın “Ceviz ağacı” və “Çinar” rapsodiyası* 
(Son söz əvəzi) 
 
Türk  dünyasının  ayrılmaz  parçası  müstəqil  Azərbaycanın  20, 
tanınmış  türkoloqu  və  yazıçı-publisisti  Aqşin  Babayevin  75,  böyük 
sənətkarı Nazim Hikmətin 110 yaşı tamam oldu. Qısa aralıqlarla təxminən 
eyni zaman diliminə sığan bu üç ad gününü xatırlamağımız təsadüfi deyil. 
Azərbaycanı  suveren  dövlət  kimi  görmək  istəyənlər  içərisində  ötən  əsrin 
20-ci  illərində  birinci  dəfə  ölkəmizə  ayaq  basan,  1928-ci  ildə  “Günəşi 
içənlərin türküsü” adlı ilk kitabı Bakıda nəşr edilən, 1951-ci ildə SSRİ-yə 
pənah gətirib, ömrümün sonuna qədər (3 iyun 1963)  Moskvada yaşamağa 
məhkum  olan,  xalqımızın  vəfalı  dostu  və  yurdumuzun  vurğunu  Nazim  də 
vardı  –  qüdrətli  şair,  orijinal  dramaturq,  mübariz  publisist,  novator  nasir 
Nazim  Hikmət!  Aqşin  Babayevə  gəlincə,  onun  xüsusi  təqdimata  ehtiyacı 
olmasa  da,  haqqında  söhbət  açacağımız  kitabın  müəllifi  kimi  az  sonra 
tanıdacağıq. Burada sadəcə bunu qeyd etməklə kifayətlənək ki, yuxarıdakı 
üç ad günü kontekstində adının çəkilməsi bənzərsiz olmasından irəli gəlir.  
 
Budur,  qarşımda  Aqşin  müəllimin  Türkiyədə  nəfis  tərtibatla  yenicə 
çapdan çıxmış kitabı var. “Nazim Hikmət və Azərbaycan” (Zeus kitab evi, 
2012).  Bəyaz  cildin  üst  qapağında  çinar  yarpağı  misalı  Azərbaycan 
xəritəsi...  Cadar-cadar  olmuş,  ürək  çatlarının  naxışladığı  Nazim  Hikmətin 
üzü...  İri,  kənarları  erkən  qırışlarla  haşiyələnmiş  gözləri...  İnsanın  içinə 
işləyən  ağlar-gülər  baxışları...  Kitabın  arxa  qapağında  xalq  şairimiz 
Bəxtiyar Vahabzadənin Nazim Hikmətə həsr etdiyi şeirdən bir bənd:  
              Ürəklərdən alır ancaq söz mayasını, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə