Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə79/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
279 
 
əsərlərində  yox,  çıxış  və  məqalələrində  də  sülhün,  təkcə  ayrılıqda 
götürülmüş bir ölkədə yox, bütün yer üzündə bərqərar olmasını arzulayır və 
sülh uğrunda mübarizəni belə mənalandırırdı: 
“Sülh  uğrunda  mübarizə  dünya  xalqlarını  birləşdirmişdir.  İndi  hər 
addımda sülh uğrunda mübarizə aparılır.  
Cavan bir oğlanın bir qızı sevməsi-sülh uğrunda mübarizədir! 
Kəndlinin öz torpağını əkib-becərməsi-sülh uğrunda mübarizədir! 
Nə vaxt ki, uşaqlar doğulur,-bu, sülh uğrunda mübarizədir.  
Nə  vaxt  ki,  Türkiyədə  xalqın  sədaqətli  oğulları,  öz  cəlladlarını 
görərkən məğrur başlarını əymirlər-bu, sülh uğrunda mübarizədir! 
Nə vaxt ki, Vyetnamda adamlar əldə silah, azadlığı müdafiə edirlər,- 
bu, sülh uğrunda mübarizədir! 
Nə vaxt ki, qaralar dünyası Afrika ayağa qalxır və zəncirlərini qırır,-
bu, sülh uğrunda mübarizədir! 
Nə  vaxt  ki,  biz  yaxşı,  namuslu  və  mərdanə  şeirlər  yazırıq,-bu,  sülh 
uğrunda mübarizədir!” 
Nazimin  dünyəvi  şeirlərinin  sadəcə  adlarını  sadalasaq,  onun 
poeziyasının  mövzu  dairəsi  aydın  nəzərə  çarpar:  “Sözüm  sizədir, 
fransızlar”,  “Lehistan  məktubu”,  “Macarıstan  notları”,  “Yapon  balıkçısı”, 
“Faustun  evi”,  “Varna  şeirləri”,  “Paris  üstünə  bilməcələr”,  “Berlində 
Astoriya  lokantasında”,  “  Havana  reportajı”,  “İspanya”,  “Tanqanika 
reportajı”,  “Kız  çoçuğu”...  Sonuncu  şeir  Xirosima  faciəsindən  söz  açır. 
Atom  bombasından  “kağız  kimi  yanmış”  yeddi  yaşlı  qızcığaz  bütün 
bəşəriyyətə üz tutur: 
    Kapıları çalan benim 
    Kapıları birer- birer. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
280 
 
    Gözünüze görünemem 
 Göze görünmez ölüler... 
 
     Xirosimada öleli 
  Oluyor bir on yıl kadar. 
    Yeddi yaşında bir kızım, 
    Büyümez ölü çoçuklar... 
Bu şeir bir çox dünya dillərinə, o cümlədən yaponcaya da çevrilmiş 
və geniş yayılmışdır. Xalq şairi Rəsul Rza  “Canlı Nazim” adlı məqaləsində 
yazırdı:  “Bir  il  idi  ki,  böyük  şairin  yaralı  qəlbi  əbədi  susmuşdu.  Nazimin 
Moskvadakı  mənzilində  onun  bir  neçə  yaxın  dostu  ilə  oturub  Nazimin 
şeirlərini  oxuyur,  ondan  danışırdıq.  Bu  vaxt  bir  kağız  qovluq  gətirdilər. 
Yaponiyadan  idi.  Qovluğun  içində  bir  məktub  və  rəngli  kağızdan  kəsilib 
ipək  sapa  düzülmüş  durna  ülgüləri  vardı.  Bunları  tokiolu  uşaqlar-“Min 
durna”  klubunun  üzvləri  göndərmişdilər.  Xirosima  faciəsindən  sonra 
Yaponiyada belə klublar yaradılmışdı. 
... Maraqlı orası idi ki, yaponiyalı uşaqlar Nazimə “Əziz Nazim, sən 
bilirsən  ki,  biz  ilk  atom  bombasının  dəhşətinə  hədəf  olmuş  ölkənin 
uşaqlarıyıq”-deyə  yazırdılar.  Bu  məktub  canlı,  diri  Nazimə  yazılmışdı. 
Məktubdan  aydın  görünürdü  ki,  onlar  Nazimin  bir  il  əvvəl  vəfat  etdiyini 
bilirlər.  Lakin  tokiolu  balalar  varlığın  bu  amansız  hökmünü  qəbul  etmək 
istəmirdilər.  Onlar  yazırdılar:  “Böyük  şair,  sənin  Xirosimalı  Ölü  çoçuq- 
yəni ölü qız haqqındakı şeirini heç bir şair təkrar yazmalı olmasın deyə, biz 
mübarizə  edirik.  Bu  mübarizədə  sən  də  bizim  sıramızdasan,  bizim 
dəstəbaşımızsan”. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
281 
 
...  Yaponiyalı  balalar  “Min  durnanın  üzvləri  haqlıdırlar,  Nazim  Hikmət 
haqqında  həmişə  sıramızda  olan  mübariz,  humanist,  novator  bir  şairdən, 
canlı bir insandan danışan kimi danışmalıyıq”. 
Mənə  elə  gəlir  ki,  tokiolu  uşaqların  məktubundan  və  Rəsul  Rzanın 
sözlərindən  sonra  əlavə  şərhə  ehtiyac  yoxdur.  Bu  sözlər  Nazim  Hikmətin 
adına, sənətinə, şəxsiyyətinə verilən ən yüksək qiymətdir. 
Nazim Hikmət türk dünyasının pasibanı, təəssübkeşi idi. Onu ən çox 
narahat edən problemlərdən biri bolqar türklərinin acınacaqlı vəziyyətiydi. 
Nazimşünas  Mehmet  Fuad  “Nazim  Hikmət”  adlı  kitabında  Bolqarıstanda 
yaşayan türklərin başına gətirilən müsibətləri belə şərh edirdi: “...Türkləri 
dillərindən,  dinlərindən  uzaqlaşdırmağa  çalışırdılar.  Türk  məktəbləri 
bağlanmışdı. Bolqar məktəblərində həftədə iki saat türkcə tədris olunmaqla 
kifayətlənirdilər.  İstəyənin  evində  namaz  qıla  biləcəyi,  məscidlərə  gələn 
olmadığı irəli sürülərək məscidlər də bağlanırdı. 
Nazim  Hikmət,  istirahət  üçün  gəldiyi  Bolqarıstanda  bu  vəziyyəti 
görüncə, onunla təkcə bir kommunist şair deyil, Moskvadan gələn bir şəxs 
olaraq  da  hörmətlə  davranan  partiya  yetkililəriylə,  hökümət  adamları  ilə 
açıq savaşa girmişdi”. 
Ümumiyyətlə, Nazim Hikmət səfər etdiyi ölkələrdə, əgər orada türk 
toplumu  varsa,  mütləq  onlarla  maraqlanar,  yardımını  əsirgəməzdi. 
Azərbaycanda,  Orta  Asiya  respublikalarında  da  olarkən  Nazim  qələm 
sahiblərinin  problemlərini  öyrənir,  ev  şəraitlərinin  yaxşılaşması  üçün 
çalışır, əlindən gələni edirdi. Və heç vaxt onun sözünü yerə salmırdılar. 
Nazim  Hikmətin  Türkiyədən  sonra  ən  çox  sevdiyi  ölkə  Azərbaycan 
idi.  Nazimin  dünya  miqyasında  tanınmasında  Azərbaycanın  sənət 
adamlarının da, kiçicik də olsa rolu vardır desəm, zənnimcə səhv etmərəm. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
282 
 
Hamıya  məlumdur  ki,  məşhur  bəstəkarımız  Arif  Məlikov  “Məhəbbət 
əfsanəsi”  baletini  Nazim  Hikmətin  “Bir  aşk  masalı”  əsəri  əsasında 
yaratmışdır.  Dünyanın  65  ölkəsində,  o  cümlədən  şairin  vəfatından  sonra 
onun  vətəni  Türkiyədə  də  böyük  uğurla  tamaşaya  qoyulan  və  sonsuz 
rəğbətlə  qarşılanan  bu  əsər  bu  gün  də  Nazimin  adını,  sənətini,  şöhrətini 
yaşadır. Bu  əsər haqqında böyük sənətkarımız Niyazi yazırdı:  “Leninqrad 
opera  və  balet  teatrında  Nazimlə  birgə  keçirdiyim  həyəcanlar  indi  də 
qəlbimi  isidir.  İlk  növbədə  gözümün  qarşısına  gələn  odur  ki,  tamaşadan 
sonra  Nazim  uşaq  kimi  sevinirdi.  Təkcə  ona  görə  yox  ki,  librettonun 
müəllifi  idi.  Şair  ikiqat  fərəhlənirdi.  Çünki  bəstəkar  Arif  Məlikovun 
musiqisi  böyük  müvəffəqiyyət  qazanmışdı.  O,  hərarətlə  Arifi,  baletin 
quruluşunu  verən  Yuri  Qriqoroviçi,  rəssam  Versaladzeni,  bir  dirijor  kimi 
məni, eləcə də iştirakçıları təbrik edir, alqışlayırdı.  
Balet doğrudan da əsl sənət bayramına çevrilmişdi.” 
Azərbaycan  tədqiqatçılarından  nazimşünas  Abuzər  İsmayılovun 
“Nazim Hikmət (həyat və yaradıcılıq salnaməsi)” adlı maraqlı bir əsəri var. 
Bu kitabda Azərbaycanın və Türkiyənin fikir adamları ilə bərabər, bir çox 
başqa  ölkələrin  nazimsevərlərinin  də  rəyləri,  ürək  sözləri  toplanmışdır. 
Onların bəzilərindən qısa sətirlərə nəzər salmaq yerinə düşərdi. 
 “Şair  kimdir?  Belə  hesab  edirəm  ki,  o,  hamıdan  əvvəl  hər  şeyi 
beynəlxalq  aləmin  işığında  görən  bir  insandır...  Bu  işığı  yaymayan  şair 
deyildir və bu işıq N.Hikmətdə vardır”. (Jan Marçenac) 
“Bəzən  şairlərin  əsərləri  onların  ölümü  ilə  birlikdə  sanki  lap 
uzaqlarda,  səssizlikdə  onlarla  birlikdə  qeyb  olur.  Amma  Nazimin 
əsərlərinin  belə  bir  zaman  imtahanına  əsla  ehtiyacı  olmadığı  şübhəsiz  bir 
həqiqətdir”. (Şarl Dobjinski ) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə