Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə76/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
269 
 
Kurdakulun  və  başqa  sənət  nümayəndələrinin,  ictimai  xadimlərin  adları 
var. Bu nəşrdə Nazim Hikmətin məktublarından da nümunələr verilmişdir.  
Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfının  səyləri  ilə  meydana  gəlmiş 
“Nazim  Hikmət”  adlı  sənədli  film  də  Türkiyədə  populyardır.  Bu  film  ilə 
bağlı  Vakfın  baş  katibi  Kiymet  xanım  Coşğun  və  bu  qurumun 
idarəçilərindən  olan  məşhur  aktyor  Tarik  Akan  bir  çox  dünya  ölkələrinə 
səfər  etmiş,  maraqlı  bir  sənət  nümunəsi  yaratmışlar.  Bu  fədakar 
nazimsevərlərin Azərbaycana gəlişi də yadımdadır və çox şadam ki, həmin 
filmdə Nazimlə əlaqədar mənim də çıxışım yer almışdır.  
Nazim  Hikmət  həm  də  rəssam  idi.  Bu  şübhəsiz  ki,  ona  anası  Ayişə 
Cəlilədən  keçmişdi.  Ayişə  Cəlilə  dövrünün  tanınmış  rəssamlarından  idi. 
Uşaq  yaşlarından  şəkil  çəkməyə  böyük  marağı  Nazimdə,  məhz  anası 
yaratmışdı.  Balaca  Nazimin  ən  çox  çəkdiyi  şəkil  poçtalyon  rəsmi  idi.  O, 
böyüyəndə  poçtalyon  olmaq  istəyirdi.  Deyirdi  ki,  poçtalyon  ev-ev  gəzir, 
insanlara xoş xəbərlər gətirir. Böyüdükcə poçtalyon olmağı unutdu. Amma 
rəssamlıqdan ayrılmadı. Xüsusən həbsxana illərində bir sıra tablolar çəkdi. 
Böyük  sənətkar,  əlbəttə,  bilmirdi  ki,  gün  gələcək,  həmin  tablolar  onun 
sevimli  İstanbulunda  sərgilənəcək,  xalqın  rəğbətini  qazanacaqdır.  Nazim 
Hikmət  həbsxanada  ikən  anası  Ayişə  Cəlilə  Nazim  Hikmətin  portretini 
yaratmışdı.  Şairin  ən  çox  çəkdiyi  portretlər  onun  həyat  yoldaşı  Pirayə 
xanıma  aid  idi.  Bundan  başqa,  Nazim  Hikmətin  Bursa  cəza  evində 
həbsxananı təsvir edən əsərləri də sərgilərdə nümayiş etdirilmişdir. 2001-ci 
ilin  yanvar  ayında  Pirayənin  oğlu  məşhur  ədəbiyyatşünas  Mehmet  Fuad 
“Nazim  Hikmət.  Portretlər”  kitabını  oxucuların  ixtiyarına  verdi.  Bu  kitab 
Nazimin  100  illiyi  ərəfəsində  nazimsevərlərə  bir  ərməğan  oldu.  Mehmet 
Fuad  yazırdı:  “Nazim  şəkil  çəkməyə  anasının  təsiri  ilə  başlamışdı.  Cəlilə 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
270 
 
xanımın  rəssamlığı  varlı  bir  qadının  vaxtını  keçirmək  üçün  seçdiyi  bir 
hobbi  deyildi,  fitri  bir  vurğunluq  idi...  Kadıköydə  yaşadığımız  illərdə 
Nazim  Hikmət,  anam  və  mən  arada  bir  Cəlilə  xanımı  ziyarət  edərdik. 
Otaqları  çəkdiyi  tablolarla  dolu  idi.  Mənzili  tam  anlamı  ilə  bir  rəssam  evi 
idi.  Aydın  görünürdü  ki,  rəsmdən  başqa  onu  heç  nə  maraqlandırmır.  Tək 
yaşayırdı.  Amma  hər  zaman  çox  süslü,  bəzəkli  idi.  Gözəlliyə  vurğun  bir 
insan kimi yadımda qalıb”.  
Mehmet  Fuad  bu  kitabında  Nazim  Hikmətin  Çankırı  və  Bursa 
həbsxanalarında yağlı boya ilə, akvarellə, kömürlə çəkdiyi tablolardan söz 
açır.  Maraqlı  faktlardan  biri  də  odur  ki,  şair  məhbəsdə  ikən  sonralar 
Türkiyənin  məşhur  rəssamı  olmuş  İbrahim  Balabana  öz  boyalarını  və 
fırçalarını hədiyyə etmişdi. İbrahim Balaban da Nazimi həmişə şükranlıqla 
yad  edir,  böyük  sənətkara  minnətdarlığını  bildirirdi.  Mehmet  Fuadın 
kitabında  Nazim  Hikmətin  çəkdiyi  portretlərlə  yanaşı,  onun    əl  işlərindən 
nümunələrin-müxtəlif  mücrülərin,  çantaların,  üzük  və  digər  əşyaların 
fotoları da verilmişdir. Həm Ayişə Cəlilənin, həm də Nazim Hikmətin rəsm 
əsərləri sonralar auksionlara da  çıxarılmışdı.  
Ayişə Cəlilə ilə Nazimin rəssamlıq sahəsindəki fəaliyyətlərini bu gün 
şairin  oğlu  Mehmet  Nazim  davam  etdirir.  (Bəziləri  Mehmet  Nazimi 
Mehmet  Fuadla  qarışdırırlar.  Mehmet  Fuad  Nazimin  ögey  oğludur.  Onun 
atası kinoşünas, aktyor və romançı Vedat Örfi Bengu olmuşdur. Anası isə 
Nazim Hikmətin Münəvvər Andaçdan əvvəlki həyat yoldaşı Pirayə xanım 
idi).  
Mən  Mehmeti  bir  fotoşəkildə  görmüşdüm.  Sonra  N.Hikmətin  cənazə 
mərasimindən  təəssüratını  Mehmet  Fuadın  “Nazim  Hikmət”  kitabından 
oxudum və bir gün Mehmet Bakıya gəldi, anası Münəvvər xanımla və ögey 
bacısı ilə birlikdə. Bu haqda mən Münəvvər Andaça həsr etdiyim “Qapadı 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
271 
 
kitabı  Münəvvər”  yazımda  söz  açmışam.  Münəvvər  Andaç  son  dərəcə 
kübar, əfəndi bir xanımdı. Fransız dilini çox gözəl bilirdi. Nazim Hikmətin 
şeirlərini fransızcaya çevirmişdi. Onunla Bakıdakı görüşlərimiz,  mehriban 
siması, gənclik təravətini itirməmiş işıqlı gözləri xatirimdədir... 
Nazim  Hikmət,  ölümündən  sonra  kitablarından  gələcək  məbləğin 
dörddə üç hissəsini Münəvvər xanıma və oğlu Mehmetə, dörddə birini isə 
Türkiyə  Kommunist  Partiyasına  əmanət  etmişdi.  Münəvvərin  ölümündən 
sonra    təbii  ki,  bu  dörddə  üç  hissənin  haqqı  Mehmet  Nazimə  aid  oldu. 
Təxminən  beş  il  bundan  əvvəl  internet  saytında  Mehmet  Nazim  haqqında 
bir  xəbərə  rast  gəldim.  Xəbərin  başlığı  belə  idi:  “Nazim  Hikmətin  oğlu 
Mehmet  Böyükadada  yerləşdi.”  Xəbərdə  deyilirdi:  “Son  iki  ildir  ki, 
İstanbulun Adaları artıq əvvəlki kimidir, çimərliklərində dənizə girirlər. Qış 
aylarında 10 min nəfərin yaşadığı Adalarda yay fəslində bu rəqəm 100 mini 
aşır.  Bu  arada  Adalara  bir  çox  məşhur  insanlar  da  yerləşməyə  başladı. 
Bunların  arasında  məşhur  şair  Nazim  Hikmətin  oğlu  Mehmet  Nazim  də 
vardır. Böyükadada səssiz-sədasız yerləşən Mehmet Nazim burada “rəssam 
Nazim” olaraq tanınır. Uzun illər Fransada yaşayan rəssam Mehmet Nazim 
deyilənə  görə  Adalarda  yaşamaq  qərarına  gəlib.  Deyirlər  ki,  o,  ilin  böyük 
bir  hissəsini  burada  keçirir.”  Başqa  bir  xəbərdə  deyilirdi:  “Məşhur  şair 
Nazim  Hikmətin  Münəvvər  Andaçdan  olan  rəssam  oğlu  Mehmet  Nazim 
Türkiyədədir.  Bir  vaxtlar  Nazim  qürbətdə  olarkən  Mehmetə  belə  bir  şeir 
yazmışdı:  “Qarşı  yaka  məmləkət,  səslənirəm  Varnadan,  eşidirmisin, 
Mehmet?”  Şairin  hələ  üç  aylıqkən  tərk  etmək  məcburiyyətində  qaldığı 
Mehmet Nazim uzun illər Fransada yaşadıqdan sonra Böyükadaya yerləşdi. 
Beləliklə  atasının  tərk  etmək  zorunda  qaldığı  ölkəyə  dönmək  qərarını 
verdi”.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə