Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
275 
 
Tofiq  Abdinin,  Azər  Abdullanın,  Rəşid  Quliyevin,  Aytən  Babayevanın  və 
başqa qələm sahiblərinin əsərlərində yaşayır...  
 
 
“525-ci qəzet”, 21 may 2011. 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
276 
 
Dünyada Nazim, Nazimdə dünya 
(Nazim Hikmətin vəfatının 50 illiyi münasibətilə) 
 
Nazim  Hikmətin  dünya  miqyasındakı  şöhrətindən  söz  düşəndə 
həmişə  məşhur  türk  yazıçısı  Əziz  Nesinin  sözlərini  xatırlayıram:  ”Nazim 
Hikmət  dünyanı  gəzən  bir  türk  şarkısıdır”.  Bu  doğrudan  da  belədir. 
Nazimin  adı,  əsərləri-  Amerikada,  İngiltərədə,  Almaniyada,  İtaliyada, 
Fransada,  İsveçrədə,  Çində,  Yaponiyada,  Misirdə,  İraqda,  Hindistanda  və 
başqa ölkələrdə tanınır, bu ölkələrdə böyük sənətkarın əsərləri nəşr edilir, 
yaradıcılığı  tədqiq  olunur,  vaxtaşırı  şairə  həsr  olunmuş  simpoziumlar, 
xatirə gecələri, ədəbi məclislər keçirilir. 
“Şeirimin  kökü  yurdumun  torpaqlarındadır.  Amma  budaqlarıyla 
bütün  torpaqlara,  Şərqdə,  Qərbdə,  Şimalda,  Cənubda  ucsuz-bucaqsız 
yayılan  bütün  torpaqlara,  o  torpaqlar  üstündə  qurulmuş  mədəniyyətlərə, 
böyük  dünyamıza  uzanmaq  istədim”.  Nazim  Hikmətin  bu  sözləri  onun 
sənət və həyat amalını necə də sərrast ifadə edir. 
Məşhur  alman  nazimşünası  Dıetrich  Gronau  “Nazim  Hikmət”  adlı 
monoqrafiyasında  (Bu  əsər  1995-ci  ildə  İstanbulda  “Altın  kitablar” 
nəşriyyatı  tərəfindən  türkcə  kütləvi  tirajla  çap  edilmişdir.  Alman  dilindən 
tərcümə  edəni  Gülderen  Pamirdir)  yazır:  “N.Hikmətin  əsərləri  XX  əsrdə 
yaşananları  poetik  bir  dillə  ifadə  etdiyindən  və  bir  anlamda  bu  “Əsrin 
sənədləri”  sayıldığından,  bugünə  qədər  Türkiyənin  sərhədləri  xaricində  də 
böyük  bir  heyranlıq  toplamışdır...  Amerikan  kitab  maqazin  məcmuəsi 
“Bookman”  hələ 1932-ci  ildə  altı fotoşəkillə süslədiyi  8 səhifəsini  Nazim 
Hikmətə ayırmış, onu “Yeni Türkiyənin şairi” olaraq təqdim etmişdi”. 
Keçən  əsrin  20-ci illərində    Nazim  Hikmət  artıq  Sovetlər  Birliyində 
tanınmış  bir şairdi, 1921-ci ildə  Moskvaya,  1927-ci ildə  Bakıya  gəlmişdi, 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
277 
 
1928-ci  ildə  Bakıda  ilk  şeirlər  kitabı  işıq  üzü  görmüşdü.  Həbsxana 
həyatından  (1938-1950)    sonra  yenidən  Moskvaya  qayıtmış  və  ömrünün 
sonuna qədər burada yaşamışdı. 
Nazim  Hikmət  həbs  edildikdən  sonra  onun  azadlığa  çıxması  üçün 
demək olar ki, bütün dünya ayağa qalxmışdı. Nazimşünas Kemal Sülkerin 
sözləri    ilə  desək,  “Nazim  Hikmətin  günahsız  yerə  məhkum  edilməsi  də 
onu  bir  abidə  kimi  ucaltmışdı.”  Kemal  Sülker  “Nazim  Hikmət  dosyası” 
kitabında  (İstanbul, May yayınları, 1974 ) yazırdı ki, o vaxt 16 ölkənin 3,5 
milyon  gənci  Beynəlxalq  Tələbə  Birliyi  adından  Türkiyənin  Baş  Nazirinə 
müraciət  edərək  Nazim  Hikmətin  dərhal  sərbəst  buraxılmasını  tələb 
etmişdi. Sonralar bu ölkələrin sayı 60-a çatdı.  
Qırxıncı  illərin  sonunda  Nazimin  azadlığa  buraxılması  üçün 
Birləşmiş  Millətlər  Təşkilatı,  İnsan  Haqları  Cəmiyyəti,  Yunesko  və  başqa 
ictimai  qurumlar  Türkiyənin  hakim  dairələrinə  müraciətlə  şairin  sərbəst 
buraxılmasını  tələb  edirdilər.  Həmin  dövrdə  sovet  yazıçıları  da  öz  səsini 
ucaltmış,  N.Hikmətin  bir  an  öncə  azadlığa  çıxmasını  təkidlə  tələb 
etmişdilər.  Fransız  ziyalıları,  İngiltərə  tələbələri,  Kipr  fəhlələri  də  bu 
hərəkatın  ön  cərgələrində  idilər.  Amerikada,  İsveçrədə,  habelə  Misirdə, 
İraqda, Hindistanda və başqa ölkələrdə nazimsevərlər ayağa qalxmışdılar.  
Nazim  Hikmət  artıq  dünyanın  bir  çox  ölkələrində  tanınırdı.  15  iyul 
1950-ci  il  tarixində  şairin  sərbəst  buraxılması  haqqında  əfv  qanunu 
qüvvəyə mindi. Nazim o vaxt vəkili İrfan Eminə belə demişdi: 
“Həyəcanlıyam. Amma həyəcanım əfvdən deyildir. Nəhayət haqqımı 
aldım.  Bütün  sevincim  dostlarıma,  qohum-əqrabama  və  hər  şeydən  üstün 
tutduğum hürriyyətə qovuşmağımdan irəli gəlir. Bu gecə arxası üstə yatıb 
göy  üzünə  baxacağam.  Ulduzları,  ucsuz-bucaqsız  ənginlikləri  seyr 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
278 
 
edəcəyəm.  Çünki  həbsxanada  yatdığım  yerdə  tavandan  başqa  bir  şey 
görmürdüm”.  
Nazim  Hikmət  artıq  azaddı.  Ancaq  bu  azadlıq  hakim  dairələrin 
ürəyincə deyildi. Ona görə də şair aylarla təqib edildi. Sonra da  əsgərliyə 
çağırıldı. Niyyət aydındı. Nazimi öldürəcəkdilər! 
Moskvaya  son  gəlişinin  də  səbəbi  bu  oldu.  Qəribədir  ki,  Sovetlər 
Birliyində də həbsxanada qaldığı qədər-13 il yaşadı. Geriyə isə yol yox idi. 
Türkiyədə  əsərlərinin  nəşri  də  yasaq  edilmişdi.  Amma  dünya  Nazimi 
dəstəkləyirdi. Onun şeirlərini hər yerdə sevə-sevə oxuyurdular.  
Nazim  Hikmət,  şeirlərinin  dünya  dillərinə  çevrilməsi  məsələsinə 
xüsusi  önəm  verir,  bununla  sanki  öz  dilində  çap  olunmamasının  ağrısını 
ovudurdu.  Doğrudur,  Nazimin  şeirləri,  pyesləri,  məqalələri  Bolqarıstanda 
türk  dilində  işıq  üzü  görürdü.  Azərbaycanda  da  Nazim  Hikmətin  azəri 
türkcəsində nəşr olunmuş əsərləri, “Kəllə”, “Qəribə adam”, “Şöhrət və ya 
unudulan  adam”,  “Türkiyədə”,  “Damokl  qılıncı”  pyesləri  oxucu  və 
tamaşaçı  rəğbəti  qazanmışdı.  Nazim  Hikmətin  dram  əsərlərinə  Adil 
İsgəndərov,  Tofiq  Kazımov,  Məhərrəm  Haşımov  kimi  məşhur  rejissorlar 
quruluş  vermişdilər.  Onun  yaratdığı  surətlər  teatr  səhnələrində  azəri 
türkcəsində  danışırdılar.  Ancaq  bütün  bunlar  Nazim  üçün  ana  vətəni 
Türkiyəni əvəz edə bilmirdi. 
Türkiyə  isə  susurdu,  Nazimin  əsərlərini  nəşr  etmirdi.  Şair  belə 
deyirdi: “Əsərlərim Türkiyədə mən öləndən sonra nəşr olunacaq. Ona görə 
də ölmək zorundayam”.  
Dünya  nəşriyyatlarında  Nazimin  şeirləri  müntəzəm  çap  edilir, 
pyesləri  səhnələri  bəzəyirdi.  Bu  şeirlərin  və  pyeslərin  ruhu,  mayası 
dünyəvi, bəşəri mövzular idi: azadlıq, sülh, bərabərlik, qardaşlıq! Nazimin 
amalı  bütün  dünyada  əbədi  sülhün  bərqərar  olması  idi.  Şair  təkcə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə