Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə71/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
253 
 
sevdimi,  sevdiyi  insanla  yaşamaq,  heç  kəsi  aldatmamağı  özünə  həyat 
kredosu  seçmiş  bir  insandı.  Təbii  ki,  bu  sözlərlə  Nazimə  bəraət 
qazandırmaq fikrindən uzağam. Görünür nəhəng sənət adamlarının nöqsanı 
da böyük, taleyi də burulğanlı olur.  
61 il yaşadı Nazim. Ömrümün sonunu hiss edəndə belə yazmışdı: 
Bizim avludan mı (həyətdən) 
Kalkacak cenazem? 
Nasıl indireceksiniz 
Beni üçüncü katdan? 
Asansöre sığmaz tabut. 
merdivenlersə daracık... 
“Bakacak  arkamdan  mutfak  penceremiz”  deyən  şair  artıq  əzrayılın 
nəfəsini  hiss  etmişdi.  Nazim  Hikmətin  ölüm  xəbəri  ildırım  sürətilə  bütün 
dünyaya  yayıldı.  Bu  xəbər  Türkiyədə  Vala  Nürəddinə  də  çatdı  –  Nazimin 
gənclik dostuna. Vala, şair dostuna iri həcmli bir kitab həsr etdi. Adını da 
qoydu: “Bu dünyadan Nazim keçdi”. Kitabın ikinci nəşri işıq üzü görəndə 
artıq  Vala  Nürəddin  də  dünyasını  dəyişmişdi.  Kitaba  Nazimin  və  Valanın 
gənclik  dostu  Şevket  Sürəyya  Aydəmir  ön  söz  yazmışdı.  Ön  sözdə 
deyilirdi:  “Elə  sanıram  ki,  sabahkı  nəsillər  Nazim  Hikmətin  üzərində 
bugünkilərdən  daha  çox  duracaqlar.  Onlar  üçün  Nazim  Hikmət  sabah 
yalnız  sənətkar,  bu  torpağın  yetişdirdiyi  böyük  bir  sənətkar  olaraq  dəyər 
alacaq və  məna daşıyacaqdır. “Bu  dünyadan  Nazim  keçdi”  kitabı    Nazimi 
ən yaxşı təqdim edən və dəyərləndirən əsər kimi gələcək nəslə də ən doğru 
qaynaq və dayanaq olacaqdır.  
...Nazimin 
məzarı 
Moskvada, 
“Novodeviçi”  məzarlığındadır. 
“Novodeviçi”,  əvvəllər  qızlar  monastrı  olub.  Məzarlıq  bu  monastrı 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
254 
 
dövrələyərdi. Indi bura məşhur insanlar məzarlığı kimidir. Zatən Çexov da, 
Qoqol da burada uyuyurlar. 
...Biz gəldiyimiz zaman sabahın erkən saatına baxmayaraq ağır, dəmir 
qapılar açıqdı. Məzarlıq bu saatda da qələbəlikdi...Əllərində çiçək dəstələri, 
qadın, kişi, gənc, ixtiyar, hələ uşaqları ilə moskvalılar məzarlığa gəlirdilər. 
Biz də məzarlığa girdik...  
...Nazimin  məzarını  tanıdım.  Çox  qiymətli,  yüksək  qara  mərmər 
blokun  üzərinə  onun  ayaqda  dinamik  silueti  ovulmuşdu.  Üzərinə  türkcə 
imzasını işləmişdilər.” 
Nazim  Hikmətin  oğulluğu  (Pirayənin  oğlu)  görkəmli  tədqiqatçı 
Mehmet Fuad 2000-ci ildə işıq üzü görmüş (sonra bu kitabı o, daha üç dəfə 
təkrar nəşr etdirdi.) 719 səhifəlik “Nazim  Hikmət” adlı kitabında Nazimin 
yaxın  dostu  və  məsləkdaşı  Zəkəriyyə  Sərtəlin  və  onun  həyat  yoldaşı 
Səbihənin  yadigarı  olan  qızı  Yıldız  Sərtəlin  şairin  cənazə  mərasimindən 
qələmə aldığı təəssüratı belə təqdim edirdi: 
“Yaxınlaşdım.  Nazim  orada  üzü  açıq  yatırdı.  Sanki  şirin  bir 
yuxudaydı...  Yanıma  bir  fransız  yazıçısı  gəldi:  “Yıldız  hanım,  -  dedi,  - 
sabah  Münəvvərlə  Mehmet  gəlirlər.  Onları  heç  tanımayan  bir  qrup  rus 
ziyalısı  qarşılayacaq.  Bu  doğrumu?”  Soruşdum:  “Kim  təşkil  edib  bu 
qarşılamağı?” 
...Arxamdan  birisinin  qolumu  çəkdiyini  hiss  etdim.  Döndüm. 
Qalya...(Qalya  Nazimin  həkimi,  Vera  Tülyakova  peyda  olana  qədər  çox 
yaxını və çox inandığı bir insandı.-A.B.) 
-  Yıldız,  -  dedi  Qalya  –  Münəvvərlə  Mehmet  gələcəklər.  Məni 
Münəvvərlə  görüşdürməlisən.  Nazimin  vəsiyyətini  mən  ona  öz  əllərimlə 
vermək  istəyirəm.  Nazim  Hikmət,  mirasının  böyük  qismini  ona  və 
Mehmetə vəsiyyət edib.  


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
255 
 
Çox cevdiyim bu qadının yanaqlarından öpdüm. “Təbii, - dedim, - heç 
şübhən olmasın, mən səni Münəvvərlə tanış edəcəyəm.” 
Sonra Yıldız, Qalya ilə təyyarə meydanına getməsindən, Münəvvəri və 
Mehmeti qarşılamasından söz açaraq yazır: 
“Doktor  Qalinanın  Münəvvərə  verdiyi  vəsiyyət  10  sentyabr  1959-cu 
ildə hazırlanmış, rusca yazılıb notariusda təsdiqlənmişdi. Bu sənədə əsasən 
Nazim  Hikmət,  əsərlərinin  müəllif  hüquqlarına  görə  ayrılan  pulunun 
dörddə  üçünü  Münəvvərə  və  oğlu  Mehmetə,  dörddə  birini  isə  Türkiyə 
Kommunist Partiyasına vəsiyyət etmişdi.” 
Daha  sonra  Mehmet  Fuad  adı  keçən  kitabında  Nazim  Hikmətin  oğlu 
Mehmet  Nazimin  1971-ci  il  mart  ayının  31-də  “Milliyət”  qəzetində  çap 
olunmuş  on  iki  yaşındaykən  izlədiyi  atasının  cənazə  mərasimində 
gördüklərini onun dilindən belə təqdim edirdi: 
“Sonra  atamı  gördük,  belə...  uzandırmışdılar...  bir  masanın  üstündə 
yatırdı.  Bir  qadın  atamın  cəsədinə  sarılmış  bağırırdı...  Sonradan  evləndiyi 
arvadıymış  bu  demə.  Çox  qorxdum  öncə...İlk  dəfə  bir  ölü  gördüm.  Və  bu 
ölü atamdı. 
...Anam  yavaşca  yaxınlaşdı  atamın  ölüsünə...  Ağlayırdımı,  bilmədim. 
O ara gördüyüm anamın atamın əlini əllərinə aldığı, bir müddət tutduqdan 
sonra, (o artıq soyumuş, heç bir şey hiss etməyən ət parçasını) öpməsi oldu.  
Məşhur  türk  dramaturqu  Haldun  Taner  N.Hikmətin  məzarını  ziyarət 
etdikdən  sonra  belə  yazmışdı:  “Nazim  Hikmət  də  Novideviçi 
qəbristanlığında uyuyur. Nazimin məzarı bir tək qaya parçasından ibarətdir. 
İtalyan  heykəltəraşının  onun  “Addımlayan  adam”  şeiri  üçün  yonduğu 
fiqurdur.  Nazim,  ölümündən  bir  neçə  il  əvvəl  “Anadoluda  bir  köy 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
256 
 
məzarlığında  dəfn  edilməsini,  başı  üstündə  bir  çinar”  olmasını  vəsiyyət 
etmişdi. Kaş arzusuna çataydı. 
N.Hikmətin  qəbri  başında  Azərbaycanın  görkəmli  şairi  Rəsul  Rza, 
oğlu  yazıçı  Anar,  xanımı  gəncəli  Nigar  xanım  və  yazıçı  Ənvər 
Məmmədxanlını gördük.  
...Nazim  deyirdi:  “Ölümümdən  sonra  xalqımla  mənim  aramda  bir 
barışıq başlayacaq. Güman etdiyi bir dərəcədə doğruya bənzəyir”. 
Bu  həqiqətən  belə  oldu.  Nazimin  ölümündən  sonra  Türkiyə  Nazimlə 
barışdı.  Türk  yazarları,  xüsusən  Əziz  Nesin  şairin  bəraəti  üçün  əlindən 
gələni əsirgəmədi. Bakıya ilk gəlişində məndən (o vaxt radioda işləyirdim) 
Nazimin səsini, lent yazılarını istədi. Mən də verdim. Əziz Nesin Türkiyəyə 
qayıdan kimi polis tərəfindən saxlanıldı. Sonradan mənə göndərdiyi “ Əziz 
Nesin  polisdə”  kitabının  arasında  mənə  ünvanladığı  bir  məktub  vardı. 
Həmin  məktubda  yazırdı:  “...Türkiyəyə  ayaq  basdığım  gün  həbs  edildim. 
Gətirdiyim  kitabları,  mənə  verdiyin  lent  yazılarını  əlimdən  aldılar.  Kitabı 
oxuduqca başıma gələnləri biləcəksən. Çox şey sordular məndən. “Bu lenti 
–  Nazim  Hikmətin  səsini  sənə  kim  verib?”  deyə  sordular.  Təbii  ki,  sənin 
adını demədim.” 
Titul  vərəqində  “Aqşin  Babayevə  dostluqla.  20  oktyabr  1967-ci  il” 
yazılmış “Əziz Nesin polisdə” adlı kitabda ədib yazırdı:  
“Masanın  üstünə  maqnitafonu  qoyurlar...  Nazim  Hikmət  şeirlərini 
birlikdə dinləyirik. Qismət polislərlə birlikdə dinləməkmiş... Bu şeirləri ilk 
orada  dinləməyim  hər  halımdan  bəlli  idi. Amma  anlamırdılar, anlamaq  da 
istəmirdilər.  
Nazimin  səsini  eşidincə, o  atmosfer, o  mühit  içində  açığını deyim  ki, 
kövrəldim. Və elə bilirdim ki, onlar da az-çox, yurd həsrətini böyük acı ilə 
anladan  o  gözəl  şeirləri  dinləyincə  bir  az  da  olsa,  yumşalacaqlar, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə