Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə70/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
250 
 
“BaĢım üstündə bir çinar olursa... ” 
 
Nazim  Hikmət  vəsiyyət  etmişdi  ki,  öləndə  onu  Anadoluda  bir  kənd 
məzarlığında  dəfn  etsinlər.  “Başım  üstündə  bir  çinar  olursa,  taş-maş  da 
istəməz”,  -  demişdi.  Onun  bu  istəyi  yerinə  yetmədi.  Nazim  Hikmət  qırx 
səkkiz  ildir  ki,  əvvəlcə  heyran  olduğu,  sonra    gəlişinə  peşiman  olduğu 
Moskvada uyuyur...  
Türkiyənin  məşhur  şairi  və  fikir  adamı  Orxan  Seyfi  bir  zamanlar 
yazırdı: “Nazim Hikmət üçün kommunizm bir “din”dir. Bir dəfə bu “din”ə 
inandıqdan  sonra  kor-koranə  axıra  qədər  ona  sədaqət  göstərməyi  lazım 
bilir.  Nazimin  yuxudan  oyanacağı  günü  bir  az  daha  gözləmək  lazımdır.” 
Kommunizm ideallarına, bütün xalqların bərabərliyinə, varlı-yoxsul, əzən-
əzilən  anlayışlarının  bir  dəfəlik  yox  olacağına  bütün  varlığı  ilə  inanan 
kommunistlər kimi Nazim Hikmət də gün gəldi ki, yuxudan ayıldı. Amma 
gec idi artıq. Geriyə yol yox idi. Türkiyə qəbul etmirdi. Moskvada isə “İvan 
İvanıç  varmıydı,  yoxmuydu”  adlı  sovet  bürokratizmini  ifşa  edən  pyesinin 
repertuardan  çıxarılması  ilə  başlanan  təqiblər  davam  edirdi.  Günlərin 
birində  də  şairin  1951-ci  ildən  1963-cü  ilədək  sürən  Moskva  həyatı  sona 
yetdi. 1963-cü il iyunun 3-də Nazim bu dünyadan köçüb getdi... 
Nazim  Hikmətin  sonuncu  həyat  yoldaşı  Vera  Tulyakova  şairin 
ölümünü  ona  müraciətlə  öz  xatirələrində  belə  təsvir  edirdi:  “Yuxudan 
ayıldım.  Yataqdan  qalxmadım.  Səni  oyatmaq  istəmədim.  Poçtalyon 
qəzetləri  poçt  qutusuna  yerləşdirdi.  Bu  səsdən  bildim  ki,  saat  7.20 
dəqiqədir.  Beş  dəqiqə  sonra  sən  cəld  qalxdın,  az  qala,  yüyürərək  qapıya 
getdin. İstədim səni səsləyim, amma fikirləşdim ki, bir az da mürgü vurum. 
Ancaq  sən  qayıtmadın.  Bir  dəqiqə  keçdi,  iki  dəqiqə  keçdi...  sən  nədənsə 
bayır qapısını açmırdın, özünü qəribə şəkildə sakit aparırdın. Mən yenə bir 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
251 
 
az uzandım, amma hansı bir qüvvəsə məni ayağa qaldırdı ki, baxım görüm 
sən  hardasan.  Qalxdım,  fikirləşdim  ki,  yəqin  su  içmək  istəmisən,  ya  da 
siqaret  çəkirsən.  Tez  mətbəxə  keçdim.  Yox  idin.  Hamamxanaya  baxdım, 
sonra tualetə. Birdən qorxu hissi bürüdü məni. Bu elə bir qorxu hissi idi ki, 
sanki arxadan məni odlu bir küləyin zərbəsi vurmuşdu. Tez dəhlizə çıxdım 
və  asılqanın  arxa  tərəfində  yerdə  -  döşəmənin  üstündə  gördüm  səni. 
Oturmuşdun,  kürəyin  qapıda,  bir  əlin  yerdə.  Bir  ayağın  altındaydı,  o  biri 
ayağını  uzatmışdın  qabağa...  Sənin  ağappaq  bənizindən,  qeyri-adi  sakit 
üzündən o dəqiqə başa düşdüm ki, sən... keçinmisən.” 
Bu  sətirləri  oxuyanda  ötən  günlərə  qayıtdım.  Moskvada  Nazim 
Hikmətin  evindəydim.  Dəfələrlə  dediyi  sözü  bir  də  təkrar  etdi.  “Sənin 
dissertasiya müdafiənə mütləq gələcəyəm” dedi mənə. Bakıya yola düşəndə 
Moskvada aspiranturada təhsil alan dostum Yavər Eyvazov təlaşla soruşdu 
məndən:  “Yenə  Nazim  Hikmətlə  şəkil  çəkdirmədin?”  Dedim:  “yox”  və 
əlavə  etdim:  “Yavər,  sənin  ki,  yadındadır,  “Qəribə  adam”ın  birinci 
pərdəsindən sonra mən bir dəstə güllə səhnəyə çıxanda və Nazim Hikməti 
təbrik  edəndə şəklimizi  çəkdilər. Nə olar,  danış də  Yermolova  teatrı  ilə, o 
şəkli mənə versinlər” Yavər güldü, bir söz demədi. Baxışlarından oxudum 
ki,  mənə  deyir:  “Sən  doğrudan  “qəribə  adam”san”.  “Yaxşı,  -  dedim, 
qınama məni, gələn dəfə mütləq çəkdirəcəyəm.” 
Gələn  dəfə  olmadı.  1963-cü  il  iyun  ayının  3-də  Moskva  radiosu  heç 
birimizin  gözləmədiyi  müdhiş  bir  xəbər  verdi:  “Nazim  Hikmət  qəflətən 
vəfat  edib.”  Ağladım.  Sonra  Moskvada  1963-cü  ilin  sərt  qışında  küçədə 
Nazim  Hikmətin  tərcüməçisi  Muza  Pavlova  ilə  görüşdüm,  bir  saat  söhbət 
etdik. Qadın ağlayırdı. Nazimin ölümünə yanırdı. Ən çox Veranı qınayırdı. 
Mehmanxanaya  gəldim.  Şaxta  öz  işini  görmüşdü.  Xəstələnmişdim.  Yenə 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
252 
 
dostum  Yavər  dadıma  çatdı.  Dava-dərman  gətirdi.  “Nə  oldu,  harda  özünü 
soyuğa  verdin,”  deyə  soruşdu.  Əhvalatı  ona  olduğu  kimi  danışdım.  “Hər 
deyilən  sözə  inanma,  -  dedi  Yavər,  -  Nazimin  ürəyi  xəstə  idi.  İnfarkt 
keçirmişdi.”  Sonralar  eşitdim  ki,  Vera  Tulyakova  bir  xatirə  kitabı  yazıb. 
Kitab türkcəyə də çevrilib. Veranın «Bəxtiyar ol, Nazim» kitabını oxudum. 
Veranı  mən  Nazim  Hikmətin  evində  qonaq  olarkən  dəfələrlə  görmüşdüm. 
Çox cavan idi.  
2001-ci  ilin  martında  Vera  Tulyakova  da  bu  dünyaya  vida  etdi. 
Türkiyədə  çıxan  “Radikal”  qəzeti  12  mart  2001-ci  il  sayında  yazırdı: 
“Nazim  Hikmətin  sonuncu  həyat  yoldaşı  Vera  Tülyakova,  dünən  səhər 
9.30-da xərçəng xəstəliyindən həyata vida etdi. 68 yaşındakı Vera bir ildən 
bəri  xərçənglə  çarpışırdı.  2000-ci  ilin  ortalarında  əməliyyat  olunmasına 
baxmayaraq,  müalicəsi  gecikmiş  xərçəng  xəstəliyi  onun  axırına  çıxdı.  Bu 
barədə açıqlama verən qızı Anna bildirdi ki, anasının külü Nazim Hikmətin 
yanında gömüləcəkdir. 
...1951-ci  ildə  Moskvaya  ayaq  basan  Nazim  Hikmət  Vera  Tulyakova  
ilə  1955-ci  ildə  tanış  olmuşdu.  1959-cu  ildə  evlənmişdilər.  Vera  Nazimi 
tanıyanda 23 yaşında idi, Nazimsə 53!” 
Nazim  Hikmət  Veraya  çox  sayda  sevgi  şeirləri  həsr  etmişdi.  Amma 
çox  sonralar  yazdığı  “Gelsene  dedi  bana”  misrası  ilə  başlayan  şeirində 
sevgidən əsər-əlamət yox idi. 
Nazim  ömrünü,  məhəbbətini,  yaralı  taleyini  bu  şeirlə  ifadə  etmişdi. 
Nazimin xanımı Pirayəyə, sonrakı həyat yoldaşı Münəvvərə (həm də dayısı 
qızı  idi.  Nazim  onun  ikinci  əri  idi.)  olan  münasibətinə  mən  haqq 
qazandırmıram.  Xüsusən,  Münəvvərin  çəkdiyi  əzabları  dilə  gətirmək 
istəmirəm.  Amma  bir  şey  vardı  ki,  Nazim  ikiyə  bölünə  bilmirdi.  O  həyat 
yoldaşı  ola-ola  başqa  qadınla  əylənən    kişilərdən  deyildi.  Sevdalandımı, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə