Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
195 
 
Gün kimi Ģəfəq saçdı...
 
(Nazim Hikmətin 80 illiyi münasibətilə) 
 
 
Nazim  Hikmət  XX  yüzilin  4-5  ulu  ozanından  biri  idi.  O  kiminlə 
yanaşı durur? Bu sualı “Kim onunla yanaşı durur?” şəklində qurmaq yəqin 
ki, daha doğru olardı. Yaxşı, kim onunla yanaşı durur? Pablo Neruda, Lui 
Araqon,  Jorj  Amadu,  Vladimir    Mayakovski,  Rəsul  Rza.  Bir  də  hər  xalq 
özünün ən böyük çağdaş ozanını bu cərgəyə qata bilər… 
 
Nazim  Hikmət  həzin,  titrək,  kövrək,  ağlar  bir  bayatı  idi.  Türk 
xalqının bağrından qopmuşdu. Nazim Hikmət  61 il həyat yolu ilə, 47 sənət 
yolu ilə keçən bir atlı idi. O, dünyanın və Türkiyənin ona olan ehtiyacından 
yaranmışdı. Atını heçlikdən əbədiyyətə çapırdı.  
     Burdan bir atlı keçdi, 
     Atın oynatdı keçdi. 
                 Gün kimi şəfəq saçdı, 
                 Ay kimi batdı keçdi. 
Yaxşı ki, günəşlə ay səmanı boş qoymurlar. Gündüz biri, gecə o biri 
nur saçır… 
Nazim  Hikmətin  həzinliyi,  kövrəkliyi,  titrəkliyi  bir  sıra  səbəblərə 
bağlı idi. Başdan, özü qəlbi yumşaq idi. Humanist idi. Bütün ulular kimi. 
Sonra  uzun  illər  həbsxanada  yatmışdı.  Acılar  dadmışdı.  Daha  sonra, 
ömrünün  bir  hissəsi  vətəndən  uzaqlarda  keçmişdi.  Həsrətlə.  Lap  sonda, 
açıq desək, Nazimin şəxsi həyatı faciəli idi.  
Nazim “Tərcümeyi-hal” şeirində yazırdı: 
                 Həbsxanalarda da yatdım, 
       Böyük otellərdə də. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
196 
 
       Kimi balıqların çeşidini bilir, 
       Mənsə ayrılıqların. 
Bütün  bunlardan  sonra  kim  idi  Nazim  Hikmət?  Bu  sualın  çox 
cavabları  var.  Nazim  mətin,  yenilməz,  cəsur  bir  insan  idi.  Özü  kimilərin 
zəfər  şərqisi,  marşı  idi.  Kərəm  idi,  siqarasını  qurşun  yaxacaq  fədai  idi. 
Məmləkətindən insan mənzərələri yaradan rəssam idi.  
Nazim  Hikmət  Azərbaycana  və  azərbaycanlılara  son  dərəcə  böyük  
rəğbət  bəsləyirdi.  Təsadüfi  deyil  ki,  onun  ilk  şeirlər  kitabı  (1928)  məhz 
Bakıda  nəşr  olunmuşdu.  Nazim  görüşlərinin  birində  demişdi:  “Canım, 
gözüm bakılılar! Bakıya gəldim, dünyalar mənim oldu! İnanın, həmişə sizi 
xatırlayıram. Bakı, Azərbaycan bilirsinizmi mənə nə qədər əzizdir? Mənim 
gəncliyim də, qocalığım da Bakıya bağlıdır”. 
N. Hikmət bizim sənət və ədəbiyyat xadimlərimizlə sıx yaradıcılıq və 
dostluq  telləri  ilə  bağlı  olmuşdu.  Bu  əlaqələr,  bu  görüşlər  N.Hikmətin 
yaradıcılığında öz geniş əksini tapmışdı. Şübhəsiz N. Hikmətin Azərbaycan 
poeziyasına böyük təsiri olmuşdur. 
Şairin Bakıya hər gəlişi nazimsevərlər üçün o cümlədən mənim üçün 
də  əsl  bayram  idi. Mən  həm  onun  haqqında  tədqiqat  işi  yazan  aspirant  və 
eyni  zamanda  bir  radiojurnalist  kimi  tez-tez  Nazimlə  görüşərdim,  onunla 
maraqlı söhbətlər edərdik.  
 
Şair  Bakıya  gələndə  həmyerlimiz  Əkbər  Babayev  həmişə  onun 
yanında  olardı.  İndi  nə  Nazim  Hikmət  həyatdadır,  nə  də  Əkbər  Babayev. 
Qalan  xatirələrdir,  lent  yazılarıdır,  şəkillərdir,  bir  də  ən  qiymətli  xəzinə 
olan  kitablardır.  Əkbər  özü  ömrü  boyu  bircə  dəfə  də  Türkiyədə  olmadı, 
amma  onu  bu  məmləkətdə  tanıyırlar,  sevirlər.  İndi  də  onu  kövrək 
duyğularla  yad  edirlər.  Bu  yadetmələr  təkcə  quru  söz  olaraq  qalmır, 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
197 
 
mətbuat  səhifələrinə  çıxır,  xalqın  malı  olur.  Türkiyədə  Əkbər  haqqında 
yazılanları oxuyanda iftixar hissi keçirirəm.  
 
Türk sənət xadimlərinin dediklərindən:  
HALDUN  TANER:  “Hamımızın  dostu,  ən  böyük  köməkçimiz  idi. 
Demək olar ki, onu həm heç tanımırıq, həm də çox yaxşı tanıyırıq. Çünki 
Nazim  Hikmətin  bir  parçası  kimi  idi.  Nazimə  olan  böyük  sevgisinə  görə 
bəlkə  də  bir  az  kölgədə  qalmışdı.  Amma  bu  sevgidən,  bu  dostluqdan, 
yaxınlıqdan  əsla  istifadə  etməyə  çalışmamışdı…Əkbərin  təvəllüdünün 
1913-cü  il  olduğunu  biləndə  inanmadım.  Yaşından  xeyli  cavan 
görünürdü… Sanki 100 yaşınadək yaşıyacaq insanlar kimi idi…” 
 
ÇĠNGĠZ  BEKTAġ:  “Türk  yazıçıları  üçün  Sovet  İttifaqında  iki 
səfirlik  vardı.  Biri  rəsmi  səfirlik,  o  biri  Babayevin    evi  di.  Belə  bir  dost 
idi… Sovet yazıçıları, tadqiqatçıları türkoloqları və tərcüməçiləri isə onun 
haqqında belə deyirlər: Ə. Babayev  olmasaydı, biz türk ədəbiyyatını tanıya 
bilməzdik. O, türk ədəbiyyatının ağzı, dili, qulaqı idi…” 
 
ƏZĠZ  NESĠN:  (Türkiyə  Yazarlar  Sindikatının  sədri  olaraq  Sovet 
Yazıçılar  İttifaqına  göndərdiyi  teleqramdan)  “Qabaqçıl  türk  yazıçılarının 
dostu  olan  Ə.  Babayevin  ölümü  münasibətilə  Türk  Yazarlar  Sindikatının 
bütün  üzvləri  dərin  kədər  duymuşlar.  İllərdən  bəri  həsrətlə  Türkiyəni 
ziyarət etmək istəməsinə və bizim də bu yolda əlimizdən gələni etdiyimizə  
baxmayaraq,  Türkiyəni  görmədən  ölməsi  bu  kədərimizi  daha  da 
artırmışdır.” 
 
Amma  türklərin  hamısı  Nazimi  sevməz.  Məsələn,  bir  türk  gəlmişdi 
bu yaxınlarda Bakıya. Yaxşı süfrə açdıq ona. Nazimin səsini dinləyəndən 
sonra  “Onu  sevmirəm”  dedi.  Ağzından  bir  kəlmə  də  xoş  söz  çıxmadı 
Nazim  Hikmət  üçün.  Mən  bilirəm,  Türkiyədə  Nazimin  Orxan  Seyfi, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə