Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
191 
 
- Hər bir rəssam, şair, bəstəkar öz əsərində oxucu, dinləyici, tamaşaçı 
üçün  “yaradıcılıq  payı”  saxlamalıdır.  Hər  bir  insan  yaradıcıdır,  bunu 
unutmaq olmaz. 
Moskvadakı görüşlərimiz vaxtı Nazim Hikmət  mənim tədqiqat işimlə 
maraqlanar və tez-tez deyərdi: 
-Müdafiədən  əvvəl  mənə  mütləq  xəbər  verərsən.  Bakıya  gələcəyəm, 
sənin müdafiəndə iştirak edəcəyəm. 
Nə yazıq ki, qismət olmadı... 
Bakıya  gələcəyini  deyəndə  mavi  gözlərində  işıq  parladı.  Bakı, 
Azərbaycan  şairin  Vətən  həsrətini  ovudurdu,  amma  bu  yaranı  sağalda 
bilmirdi... 
 
“Ədəbiyyat və incəsənət” qəzeti,  22 yanvar 1972.  
 
 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
192 
 
“Üç cür yaĢamaq var...” 
 
XX əsrin ən böyük sənətkarlarından olan Nazim Hikmət qüdrətli şair, 
ustad  dramaturq  olmaqla  yanaşı,    həm  də  mahir  nasirdir.  Lakin  Nazim 
Hikmətin gözəl bir nasir olması, nədənsə, mütəxəssislər istisna olunmaqla, 
geniş oxucu kütləsinə o qədər də məlum deyil. Bunun da öz səbəbləri var. 
Bu  işdə  hər  şeydən  əvvəl  Nazim  Hikmətin  parlaq  şairlik  istedadının  təsiri 
görünür. Poeziya onun yaradıcılığının əsas  mehvəridir. Nazimin bizə bəxş 
etdiyi ikinci sevinc vəsiləsi onun eyni zamanda böyük dramaturq olmasıdır. 
Bu  da  onun  nasirliyini  kölgədə  qoyan  ikinci  amildir.  Burada  üçüncü  bir 
səbəbi  də  qeyd  etmək  lazımdır.  Bu,  ədəbi  ictimaiyyətimizin,  alimlərin, 
tərcüməçilərin,  nəşriyyatların  Nazim  irsində  mühüm  yer  tutan  nəsr 
əsərlərinə lazımi diqqət yetirməməsidir.  
Diqqətinizə  təqdim  olunan  “Yaşamaq  gözəl  şeydir,  qardaşım...” 
romanı  Nazim  Hikmətin  çox  qüvvətli  nəsr  əsəridir.  Roman  əsasən 
avtobioqrafik  xarakter  daşıyır.  Burada  N.Hikmətin  inqilabi  fəaliyyəti, 
Moskvada  Şərq  Zəhmətkeşlərinin  Kommunist  Universitetində  təhsil 
alması,  türk  kommunistlərinin  və  kommunist  əqidəli  adamların  taleyi, 
mübarizəsi əks olunur. 
Roman  Nazim  yaradıcılığına  bötüvlükdə  xas  olan  novatorluqla 
yazılmışdır.  Mövzu  baxımından  son  dərəcə  maraqlı  olan  bu  əsər  öz 
aktuallığını  indi  də  qoruyur.  Çünki,  şairin  demokratiya  uğrunda  apardığı 
mübarizə bugün də eyni şərtlər altında davam edir. “Yaşamaq gözəl şeydir, 
qardaşım...”  romanı  bu  mübarizənin  bədii  (bəzi  hallarda  sənədli) 
salnaməsidir, tarixidir. 
Əsərin  bədii  məziyyətləri  sırasında  onun  lakonikliyini,  obrazların 
bitkinliyini,  dolğunluğunu  vurğulamaq  lazımdır.  Qısa,  lakin  mənalı 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
193 
 
dialoqlar,  daxili  monoloqlar,  keçmişə  qayıdış,  daha  doğrusu,  keçmişlə 
indinin  zaman  və  məkan  sintezi  romanın  ən  səciyyəvi  cəhətləridir.  Bu 
novatorluq  Nazim  Hikmətə,  şeirlərində  və  dram  əsərlərində  olduğu  kimi, 
“Yaşamaq  gözəl  şeydir,  qardaşım...”  romanında  da  parlaq  surətlər 
yaratmağa imkan vermişdir. Nazim Hikmət şəxsən tanıdığı insanları, şahidi 
olduğu  hadisələri  öz  yaradıcılıq  təxəyyülündən  keçirərək  ümumiləşdirmiş 
və  tipikləşdirmişdir.  Buna  görə  də  Əhməd,  İsmayıl,  Kərim,  Hüsnü  kimi 
surətlərin həyatı, mübarizəsi bizə təbii, canlı və maraqlı görünür. 
Romanı  ana  dilimizə  SSRİ  Elmlər  Akademiyası  Şərqşünaslıq 
İnstitutunun elmi əməkdaşı, tanınmış türkşünas Tofiq Məlikli çevirmişdir. 
O, tərcümənin  orijinala  yaxın olmasına  çalışaraq hər bir  cümlənin, hər bir 
sözün  məna  çalarlarına,  yükünə  ciddi  fikir  vermişdir.  Əsərin  ən  mühüm 
məziyyətlərindən  biri  onun  üslub  orijinallığıdır.  Roman  poetik  dillə  nəsr 
dilinin  sintezinə  ən  gözəl  nümunədir.  N.Hikmət  bu  üslubun  sayəsində 
böyük  bir  tarixi  dövrü  yığcam  lövhələrlə  əks  etdirə  bilmişdir.  Romanda 
hadisələrin  bir-birini  orijinal  priyomlarla  əvəz  etməsi  əsəri  çox  oxunaqlı 
edir.  Belə  bir  üslub  orijinallığı  hər  şeydən  əvvəl  əsərin  dilində  öz  əksini 
tapmışdır. Tofiq Məlikli əsərin üslub gözəlliyini saxlamağa çalışmışdır. O, 
Nazimin  dilini yaralamamağa səy göstərmiş, orijinala sadiq qalmışdır. 
“Yaşamağın  gözəl  şey”  olduğunu  bilən  və  onun  daha  da 
gözəlləşməsinə  can  atan  qəhrəmanların  mübarizəsini,  sevincini,  kədərini, 
nifrətini  və  məhəbbətini  əks  etdirən  bu  realist  əsərin  Azərbaycan  dilində 
nəşr  olunması,  heç  şübhəsiz,  oxuculara  gözəl  hədiyyədir.  Nazim  Hikmət 
həbsxanadan  yazdığı  məktubların  birində  yaşamaq  barədə  deyirdi:  “...Üç 
cür  yaşamaq  var.  Birincisi,  yaşadığının  fərqində  belə  olmamaq.  Yəni 
yaşadığını,  yaşamaq  deyilən  məfhumu  bütün  əzəmətilə  dərk  etmədən 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
194 
 
yaşamaq. Yəni insanların böyük əksəriyyəti kimi... İkincisi, harada olursan 
ol,  hansı  şərtlər  altında  var  olursan  ol,  yaşamaq  bir  səadətdir  səninçin. 
Düşünmək,  oxumaq,  sevmək,  döyüşmək,  görmək,  eşitmək,  çalışmaq, 
işkəncə görmək, nifrət etmək, bir sözlə, bütün bu maddi və mənəvi şeylər 
səadətdir  səninçin.  Yəni  müstəqil  və  sərbəst  yaşamaq  deyilən  şey-nə 
gözəldir!  Bunu  hər  an  və  hər  şəraitdə  dərk  edirsən.  Üçüncüsü,  yaşamaq 
sadəcə bir vəzifədir səninçin. Bəzən ölmək necə bir vəzifə olursa, yaşamaq 
elə  bir  vəzifədir.  Mənim  üçün  yaşamaq  məfhumu  istər  həbsdə  olum,  istər 
olmayım,  istər  sevgilimin  əli  əlimdə  ay  işığını  seyr  edim,  istər 
həbsxanadakı  otağımın tavanını...  -  yaşamaq  bir  səadətdir. Hətta  mənə  elə 
gəlir  ki,  türk  ədəbiyyatında  “Yaşamaq  nə  gözəl  şeydir”  deyən  ilk  şair 
bəndənizdir”. 
Başqa  bir  yaşamaq  növü  isə  -  ölümsüzlükdür.  Bu,  Nazim  Hikmətin 
özünə və əsərlərinə aiddir. 
Nazim Hikmətin “Romantika” kitabının Azərbaycan nəĢrinə ön söz. 
Bakı,“Yazıçı” nəĢriyyatı, 1983.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə