8
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
üçün də müəyyən çətinliklər yarada bilər. Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təqdim etdiyi bu
kitab (əslinə qalsa, monoqrafiya) siyasi və hidroloji tədqiqatların nəticəsi
olmaqla, qlobal şirin su problemlərinə, onların obyektiv və subyektiv
yaranma səbəblərinə, proqnozlaşdırılan su müharibələrinə və siyasi
münaqişələrə, ən nəhayət, bu təhdidlərin aradan qaldırılması yollarına
həsr edilmişdir. İsrafçılıq bəşəriyyəti elə bir çətin problem qarşısında
qoymuşdur ki, onu yalnız qüvvələri birləşdirməklə aradan qaldırmaq
olar. İndi artıq suyun həm fiziki, həm maddi, həm də mənəvi tərəfdən
müstəsna qiymətini dərk etməyə başlayırıq. Artıq şirin su mənbələrindən
istədiyimiz kimi və istədiyimiz qədər, sərbəst, maneəsiz istifadə etmək
dövrü arxada qalmışdır. Yer kürəsi də insan orqanizmi kimidir: qocaldıq-
ca «orqanizmin» tərkibindəki suyun miqdarı da azalır.
Müasir dünyada şirin su azalmağa doğru neqativ tendensiyaya malik-
dir. İçməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi riski var
və o, bəşəriyyətin gələcək inkişaf yolunu müəyyənləşdirən resursdur. Hər
gün dünyada altı mindən çox insan susuzluqdan dünyasını dəyişir, mil-
yonlarla insan istifadəyə yararsız su üzündən müxtəlif xəstəliklərə yoluxur.
Dünya alimlərinin fikrincə, əgər ötən əsrdə bəşəriyyət ərazi uğrunda iki
dünya müharibəsi ilə üzləşmişdirsə, Üçüncü dünya müharibəsinə səbəb
isə içməli su ehtiyatları olacaqdır. İçməli su bir ölkədən digərinə artıq
tankerlərlə daşınır və ticarət əmtəəsinə çevrilmişdir. Məsələn, Niderland
Norveçdən, Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur isə Malayziyadan
tankerlərlə içməli su alır. Şirin su problemi bu gün dünyanın aktual siyasi
və sosial-iqtisadi probleminə çevrilmişdir. Təəssüflə qeyd edilməlidir ki,
onun həlli yolları lazım olan səviyyədə deyildir. Əgər, bu gün şirin suyun
bir litrinin qiyməti bir litr neftin satışı ilə bərabər səviyyəyə gəlib çatıbsa,
sabahın acı gələcəyini təsəvvür etmək heç də çətin deyildir. Su qıtlığı ilə
əlaqədar yaxınlaşan təhlükəni nəzərə alaraq, bir çox dövlətlər, o cümlədən
Azərbaycan bu sahədə strateji plan və layihələr hazırlamışlar.
Beynəlxalq təşkilatlar isə hazırda su ehtiyatlarının ədalətlə və qarşılıqlı
razılaşma prinsipləri üzrə bölüşdürülməsi üçün fikir mübadilələri aparır,
sudan istifadənin beynəlxalq və hamılıqla qəbul oluna biləcək hüquqi
əsaslarını hazırlayırlar. Çünki, hər bir dövlətin su ehtiyatları hazırda təkcə
onun ərzaq və enerji təhlükəsizliyini təmin etmir, həm də bütövlükdə
ölkənin milli təhlükəsizliyinin təminatıdır. Lakin, bu cəhdlərə baxma-
9
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yaraq, bəzi ölkələr öz qonşularına siyasi və iqtisadi təsir göstərmək üçün
su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırırlar.
Bir sıra dövlətlər isə, məsələn, Ermənistan Respublikası transsərhəd su
axarlarından Azərbaycana qarşı diversiya məqsədilə istifadə edir. Qeyd
edim ki, Beynəlxalq Hüquq Assosiasiyası ilk dəfə olaraq «Transsərhəd
su axarlarından istifadəyə dair» qaydalar hazırlamışdır. Tövsiyə xarak-
terli həmin sənəd sonralar «Helsinki qaydaları» adı ilə tanınmışdır. Bu
sənəd BMT-nin Avropa İqtisadi Komissiyasının «Transsərhəd su axar-
larının və beynəlxalq göllərin mühafizəsinə və istifadəsinə dair» Helsin-
ki Konvensiyasının (1992-ci il) əsasını təşkil etmişdir. Konvensiyanın
əsas müddəalarından birində qeyd olunur ki, transsərhəd çayının yuxarı
hissəsində yerləşən dövlət onun aşağı hissəsindəki dövlətin razlığı olma-
dan çayın sularının kəmiyyət və keyfiyyət göstəricisini dəyişə bilməz.
Amma, reallıqda vəziyyət tamamilə fərqlidir.
Kitabın süjet xətti ümumidən xüsusiyə doğru yönəlib. Əvvəlcə qlobal
su çatışmazlığı probleminin ümumi mənzərəsi verilir, sonra isə mövzu
tədricən konkretləşərək regionları və ölkələri, eləcə də Azərbaycanı əhatə
edir. BMT-nin məlumatına görə, bu gün dünya dövlətlərinin 40%-i ciddi
su çatışmazlığı problemi ilə qarşılaşmaqdadır. Təəssüflər olsun ki, Dünya
Təbii Ehtiyatlar İnstitutunun hesabatlarında bu gün transsərhəd suaxar-
lardan asılı olan 13 ölkə arasında Azərbaycanın da adı vardır. Bir misal
çəkim. 2009-cu ilin may ayında BMT-nin Avropa İqtisadi Komissiyasının
Cenevrə şəhərində «Avropanın transsərhəd çaylarında daşqınların in-
teqrasiya olunmuş üsulla idarə olunması» mövzusunda keçirilmiş semi-
narında Kür çayında daşqınların inteqrasiya olunmuş üsulla idarə olun-
masına dair məruzə ilə çıxış etmişəm. Tədbir zamanı təşkilatçılar Avropa
və onun transsərhəd çayları üzərindəki ölkələrin «Helsinki-92» Kon-
vensiyasına qoşulması xəritəsini nümayiş etdirdilər. Məlum oldu ki, ən
acınacaqlı vəziyyət Kür çayı ilə bağlıdır. Yəni, bu çayın keçdiyi ölkələrdən
təkcə Azərbaycan həmin konvensiyanı imzalamış, Türkiyə, Gürcüstan və
Ermənistan isə imtina etmişlər. Etiraf olundu ki, beynəlxalq təşkilatlar
məhz bu səbəbdən Kür çayının problemlərinin həllində fəal iştirak edə
bilmirlər. Kitabın qaldırdığı məsələ ilə bağlı başqa bir misal. 1999-cu ildə
Finlandiyanın Espo şəhərində «İqlim dəyişmələri və Yer kürəsinin su ba-
lansı» mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumun
əsas nəticələrindən biri planetin arid ərazilərində yağıntının bir qədər
10
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
də azalacağı proqnozudur. Azərbaycan ərazisinin 60%-nin arid zonası
olduğunu nəzərə alsaq, ölkədə sudan düzgün istifadənin nə dərəcədə
vacib olduğunu dərk edə bilərik. Azərbaycanda şirin su ehtiyatlarına,
onların kəmiyyət və keyfiyyət göstəricilərinə regional qonşuların imkan-
ları kontekstindən yanaşmaq lazımdır. Cənubi Qafqazın əsas su resurs-
ları Kür və Araz çaylarında cəmlənmişdir. Mənbəyi Türkiyənin Ərdahan
vilayətində olan Kür çayının su ehtiyatlarının çoxillik orta həcmi 26,6
km
3
-ə bərabərdir. Çayın hövzəsindəki ölkələrin illik orta su istifadəsi isə
23 km
3
-dir. Yəni hövzədəki su resurslarının 86,6%-dən sənaye və kənd
təsərrüfatının, əhalinin ehtiyaclarının ödənilməsi üçün istifadə olunur.
Bu isə çayın aşağı hissəsində axımın azalması ilə nəticələnir. Kür çayı
hövzəsində yerləşmiş Cənubi Qafqaz ölkələrində sudan istifadənin struk-
turu belədir: Suvarma - 68 %, istilik enerjisi – 11,0 %, sənaye – 6,9 %,
məişətdə istifadə - 6,3 %, kənd təsərrüfatının su təminatı – 5,2%, balıq-
çılıq təsərrüfatları – 2,6 %. İqlim dəyişmələri ilə əlaqədar yaranmış şərait
Kür və Araz çayları hövzələrində vəziyyəti bir qədər də gərginləşdirir.
Məsələn, 1995-2001-ci illərdə təbii axım 25-30%-ə qədər azalmışdır.
Müəllif postsovet məkanında su ehtiyatları baxımından ən böh-
ranlı region olan Mərkəzi Asiyada yaranmış vəziyyəti də obyektiv
təhlil süzgəcindən keçirmişdir. Məlum olduğu kimi, su müharibələrinə
ən «şanslı» olan bu regiondakı beş dövlət - Qazaxıstan, Qırğızıs-
tan, Özbəkistan, Tacikistan və Türkmənistan transsərhəd suaxarla-
rın, xüsusən Amudərya və Sırdərya çaylarının ehtiyatlarının ədalətli
bölüşdürülməsində hələ də ümumi razılığa gələ bilməmişlər. Və müəllifin
qeyd etdiyi kimi, fövqəldövlətlərin «dirijorluğu» altında artıq burada
hələlik siyasi müstəvidə «kətmən savaşı»na başlanılmışdır.
«Hidroböhranlar, hidromünaqişələr və hidrostrategiya» kitabı-
nın əhəmiyyəti və aktuallığı ondan ibarətdir ki, burada ilk dəfə olaraq,
Azərbaycanın şirin su problemlərinə qlobal və regional aspektdən yana-
şılır, təhdidlər proqnozlaşdırılır və qaldırılan məsələlər beynəlxalq hüquq
müstəvisindən təhlil edilir. Bundan başqa, problemdən çıxış yollarının
müəyyən olunması üçün xarici ölkələrin təcrübəsi də öyrənilmiş, dəyərli
təklif və tövsiyələr verilmişdir. Kitabdakı «Su şəriəti» yarımfəsli üzərində
bir qədər dayanmaq istərdim. Müəllif göstərir ki, bu gün beynəlxalq su
hüququnun əsasını təşkil edən aktual müddəalar, məsələn, suyun ümumi
nemət kimi tanınması, ehtiyatların ədalətli, qarşılıqlı razılıq prinsipi üzrə
Dostları ilə paylaş: |