5
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«Bütün dövrlərdə daim su qıtlığı yaşanmışdır və in-
sanlar bir növ buna öyrəşmişdilər. Halbuki, bu qeyri-
normal vəziyyətdir, içməli su daim olmalıdır. Biz bu
problemi köklü şəkildə həll etmək əzmindəyik».
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
7
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Ön söz əvəzi
H
2
O haqqında bir də düşünmək imkanı
Əziz oxucu!
Diqqətinizə təqdim edilən bu kitab təkcə mütəxəssislərə – coğ-
rafiyaşünaslara, hidroloqlara, melioratorlara, su təsərrüfatı ilə əlaqəli
məmurlara, siyasətçilərə deyil, yaşından, cinsindən, sosial mövqeyindən
və intellektual səviyyəsindən asılı olmayaraq hər birimizə ünvanlanıb. Ki-
tabın məqsədi Tanrının bizə verdiyi ən dəyərli nemətin – adi şirin suyun
qədrini bilməyə, ən azı ona özümüz qədər sayğı və hörmətlə yanaşma-
ğa sövq etməkdir. Çünki, su nə coğrafi, nə milli, nə siyasi, nə də mənəvi
sərhədlər tanıyır. Su biosferin, canlı aləmin ən vacib elementidir. Susuz
üzvi təbiət, eləcə də bəşəriyyət mövcud ola bilməz. Fransız yazıçısı An-
tuan de Sent-Ekzüperinin təbirincə desək, «Su, sən həyatın mənbəyi
deyilsən. Sən həyatın özüsən!». Su mənim, sənin, onun, birlikdə isə ha-
mımızındır. Onun qıtlığı qarşısında hər birimiz bərabərik.
Orta məktəb dərsliklərindən hər birimizə məlumdur ki, insan or-
qanizminin üçdə iki hissəsi sudan ibarətdir. O da müəyyən edilib ki,
insan qidasız dörd həftə, susuz isə maksimum yeddi gün yaşaya bilər.
Orqanizmin normal fəaliyyəti üçün hər birimizə gün ərzində azı 2-3 litr
su lazımdır. Bir çox alimlərin fikrincə, insanın yaşayışı mahiyyət etiba-
rı ilə «su uğrunda mübarizə» üzərində qurulub. Planetin əhalisi sutka
ərzində nə az, nə də çox – təqribən 8 milyard ton sudan istifadə edir. Və
o da yaxşı məlumdur ki, əgər bəşəriyyət sudan səmərəli, şüurla istifadə
edərsə, onu çirkləndirməzsə, mənbələrini qoruyarsa, bu nemət hələ nəvə-
nəticələrimizə də gen-bol çatar. Təəssüf ki, hər il böyük miqdarda çirkab,
sənaye, kənd təsərrüfatı tullantıları təbiətə axıdılaraq şirin su mənbələrini
– çay və gölləri, yeraltı yataqları çirkləndirir. Əli hər yerdən üzülən işğalçı
Ermənistan davamlı olaraq zərərli kimyəvi maddələri Azərbaycana doğ-
ru səmt götürən transsərhəd çaylara axıdır, bizi süni sel və daşqınlarla,
quraqlıqla təhdid edir, iradəmizi sındırmaq, xalqımızı su ilə imtahana
çəkmək istəyir. Digər tərəfdən, qlobal iqlim dəyişməsi, Yer üzündə şirin
su ehtiyatlarının azalması, mənbələrin sürətlə çirklənməsi, israfçılıq, bir
sıra dövlətlərin «su hegemonluğu» iddiaları və s. gələcəkdə Azərbaycan