75
Dilimizi və imla qaydalarımızı bu zərbələrdən qorumanın ən doğru yolu alınma sözlərin
və yabançı adların öz dilimizin qaydalarına uyğun yazılmasıdır. Təbii ki, uyğun səslərin və
uyğun hərflərin yazılışı nisbətən asandır. Ancaq tərkibində özümlü səslər və bu səsləri
bildirən özümlü hərflər işlənən, həmçinin qaynaq dildə hərf birləşmələri ilə verilən alınma söz
və özəl adların yazılışında ciddi sorunlar olduğundan onlara ayrıca göz yetirilməlidir. Öz
dilimizin qaydalarına uyğunluq ilkəsinə söykənərək bu cür söz və özəl adların Azərbaycan
türkcəsində yazılışı ilə bağlı aşağıdakıları göstərə bilərik:
a) Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılıĢı
39. Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar Azərbaycan türkcəsində
deyildiyi kimi yazılır; örn.: darvaza, şəhər, adam, şeytan, heyvan, saat, Kövsər, Akif, Vasif,
Arzu, Dilşad, Kirman, Qahirə vb.
40. Ərəb əlifbalı qaynaq dillərə aid bəzi alınma söz və özəl adlar tarixən yazıldığı kimi
yazılır; örn.: hətta, şair, neştər, Rza, Əfrasiyab vb. (deyilişdə: hətda, şayir, neşdər, İrza,
Əfrasyab vb.)
41. Ərəb əlifbalı qaynaq dillərdəki sözlərin və özəl adların tərkibində işlənən özümlü
səslər və bu səsləri bildirən hərflər Azərbaycan türkcəsində uyğun səs dəyərini qarşılayan
milli hərflərlə yazılır. Örnəyin, (ﻩ ﺡ) ha və he, (ﺹ ﺙ ﺱ) sad, se və sin, (ﻁ ﺕ) ta və te, (ﻅ ﺽ ﺫ
ﺯ) za, zad, zal və ze hərfləri ərəb dilində fərqli səsləri bildirsələr də, Azərbaycan türkcəsində
h, s, t və z səslərinə uyğun gəlir və yalnız bu səsləri bildirən hərflərlə verilir. Örnəyin, دﻤﺻ –
Səməd, ﻪﻴ ﻧا ﺛ – saniyə, ﻞئ ﺳ – sel sözləri istər ﺹ - sad ilə, istər ﺙ - se ilə, istərsə də ﺱ - sin
ilə verilsin, ərəbcə üçün bunun önəmi böyük olsa da, Azərbaycan türkcəsi üçün elə bir önəmi
yoxdur və bu sözlərin hamısı yalnız bircə s hərfi ilə veriləcəkdir. Ona görə də, örnəyin, ﺫ - zal
hərfini gah z, gah da d kimi verməyə və deyək ki, ي فﺍﺬﻘ ﻟﺍ - əl-Qəzzafi adını bəzən əl-
Qəddafi yazmağa gərək yoxdur.
b) Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılıĢı
42. Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar Azərbaycan türkcəsində
deyildiyi kimi yazılır; örn.: sovet, kolxoz, vaqon, maşın, Rusiya, Minsk, Volqa, Nataşa, İvan
vb.
43. Kiril əlifbalı slavyan dillərinin (rus, ukrayna, belorus, bolqar, serb vb.) özümlü ц
(tse) səsi dilimizdə yerinə görə həm s səsini, həm də ts ( transkripsiyada: ç
ı
) səsini verir
27
.
2004-cü il imla qaydalarına görə, tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent,
konsert, sex, sirk, sement, lisey.
Vitse sözü istisnadır.
76
Xüsusi isimlərdə (=özəl adlarda – A.R.) sözün əvvəlində s, sözün ortasında və axırında
ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Muromets... (artıraq ki, bu qayda mütləq
deyil və həm söz ortasında, həm də söz sonunda təkcə ts yox, s da işlənə bilir; aş.bax).
44. Kiril əlifbalı slavyan dillərinin özümlü щ (ĢĢa) səsi və hərfi çağdaş bolqarcada Ģt
kimi, ruscada uzun yumşaq ĢĢ kimi, bəzən də Ģç kimi deyilir və Azərbaycan türkcəsi öyrənci
jarqonunda bu səsi bildirən hərf quyruqlu Ģ adlanır. Ruscadan alınma sözlərdə və rus
adlarında işlənən quyruqlu Ģ Azərbaycan türkcəsində sözönü və sözsonu durumlarda bir Ģ
səsi ilə, sözortası durumlarda isə iki ĢĢ səsi ilə verilir; örn.: щайба – şayba;
М.Е.С.-Щедрин
– M.E.S.-Şedrin; борщ – borş; марщ – marş; В.В. Верещагин – V.V.Vereşşagin;
Д.В.Гущина – D.V.Quşşina vb.
Ancaq sözortası durumlarda da щ səsinin bir Ģ ilə verilməsinə də tuş gəlinir; örn.:
марщал – marşal; марщрут – marşrut; С.Марщак – S.Marşak vb.
45. Kiril əlifbalı slavyan dillərinin e səsi söz önü və söz içi durumlarda ye kimi deyilir
və tərkibində e hərfi olan sözlər, adlar Azərbaycan türkcəsində ye ilə yazılır; örn.: епископ –
yepiskop; карабинер – karabinyer; С. Есенин – S. Yesenin, Б. Елцин – B. Yeltsin,
Д.И.Менделеев – D.İ.Mendeleyev vb.
46. Kiril əlifbalı slavyan dillərində sonu -iy və ya -skiy ilə qurtaran sözlər, yaxud adlar
Azərbaycan türkcəsində yazılarkən y düşür; örn.:
сценарий – ssenari; М.Горкий – M.Qorki;
В.В.Майаковский – V.V.Mayakovski; Ф.М. Достойевский – F.M.Dostoyevski vb.
47. Kiril əlifbalı bəzi slavyan dillərinin (örn.:rus, belorus...) ё (yo) səsi və bu səsi
bildirən iki nöqtəli e – ё hərfi Kiril kökənli slavyan əlifbalarında bəlkə də ən çox dartışmalı
səs və hərfdir. Kiril kökənli slavyan əlifbalarının heç də hamısında ayrıca göstərilməyən bu
hərf slavyan dillərinin özündə belə bir sıra durumlarda gah e, gah da yo səsini bildirir. Bu
bəlirsizlik rus söz və özəl adlarının Azərbaycan türkcəsindəki yazılışında da eynilə qorunur və
ё hərfi yazımızda gah yo, gah e, gah da hətta o kimi verilir; örn.: ёлка – yolka;
стажёр//стажер – stajor; Потёмкинъ// Потемкинъ – Potyomkin; Пётр//Петр – Pyotr;
Петербург – Peterburq; Фёдор – Fyodr; Королёв//Королев – Korolyov; Н.С. Хрущёв//
Н.С. Хрущев – N.S.Xruşşov; Горбачёв// Горбачев – Qorbaçov
vb.
c) Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılıĢı
48. Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar Azərbaycan türkcəsində
deyildiyi kimi yazılır; örn.: abiturient – abituriyent; komission – komisyon; Byron – Bayron;
Beethoven – Bethoven; Molière – Molyer; Montesquieu –Monteskyö; Richelieu – Rişelye ;
Shakespeare – Şekspir vb.
Dostları ilə paylaş: |