67
25. Son səsi k, g , y (yaxud cingiltili y ünsüzünün kar qarşılığı olan [x
ı
] ünsüzü) ilə
deyilən iki və ya çoxhecalı sözlər k ilə yazılır; örn: böyük, çiçək, çörək, hörümçək, kəpənək,
kiçik, külək vb.
26. Son səsi ğ, x , q (yaxud cingiltili q ünsüzünün kar qarşılığı olan [k
ı
] ünsüzü) ilə
deyilən iki və ya çoxhecalı sözlər q ilə yazılır; örn: bulaq, qaşıq, qatıq, qonaq, ocaq , papaq,
yanaq, yarpaq vb.
27. Son səsi əsasən x, bəzən də ğ ilə deyilən ikihecalı sözlər x ilə yazılır; örn.:
darı x(maq), Qaza x, Samu x, vurnu x(maq), Yevla x vb.
28. Son səsi c, ç, j və ya Ģ ilə deyilən sözlər c ilə yazılır; örn.: ağac, dinc, gec, güc,
kərpic, qılınc, sac, süzgəc vb.
29. Sonu ng ünsüzləri ilə bitən sözlər deyilişindən asılı olmayaraq ng ilə də yazılır; örn.:
ahəng, əhəng, dəng, qəşəng, pələng, tüfəng, zəng vb.
30. Əslində sonu eynicinsli qoĢa ünsüzlə yazılan iki və ya çoxhecalı sözlər bir ünsüzlə
yazılır; örn.: ekspres, kilovat, konqres, mühüm, rəsmxət, sərhəd vb.
31. Təkhecalı sözlərin sonunda, iki və çoxhecalı sözlərin isə ortasında y, bəzən də g ilə
deyilən sözlər y ilə yazılır; örn.: çiy, düymə, düyü, göy, göyərti, iydə, iynə, iyirmi, zəy vb.
Ancaq burada digər, əgər, igid, məgər, Nigar, nigaran, şagird sözləri istisna olaraq g ilə
yazılır.
32. Təkhecalı sözlərin sonunda, iki və çoxhecalı sözlərin isə ortasında işlədilən
eynicinsli qoşa ünsüzin hər ikisi yazılır:
a) söz ortasında; örn.: addım, diqqət, izzət, məhəbbət, millət, minnət, səkkiz, tappıltı,
tələffüz vb.
b) söz sonunda; örn.: fənn, haqq, hədd, həll, hiss, xətt, rədd, sirr, tibb, zənn, zidd vb.
Qeyd. Bu sözlərə ünsüzlə başlayan şəkilçi artırdıqda söz kökündəki qoşa ünsüzlərdən
biri düşür; örn.: fən-lər, haq-lı, həd-siz, sir-daş vb.
Ancaq hiss sözü istisnadır, çünki burda ünsüzün biri düşsə sözün anlamı dəyişər
(tutuşdur: hiss “duyğu” – his “ocaq hisi”). Ona görə də, hiss sözünə ünsüzlə başlayan şəkilçi
artırdıqda kök dəyişmir (yalnız -siz şəkilçisi artıranda üç s ünsüzü bir yerdə gəlməsin deyə
biri düşər və hisssiz yox, hissiz yazılar).
33. Çeşidli hecalarında eynicinsli qoşa ünsüz olan alınma sözlər qoşa ünsüzlə də yazılır;
örn.: assimilyasiya, attaşe, ballada, klassik, operetta, rejissor, sessiya vassal vb.
Ancaq aparat, balon, masaj, paralel, pasaj, tunel və şose sözləri istisna olaraq bir
ünsüzlə yazılır.
III. Ünlü və ünsüz səslərin yazılıĢı
68
34. Son hecasındakı diftonqu öv, öy və ya ö kimi deyilən sözlər öv ilə yazılır; örn.:
bülöv, bütöv, kösöv vb.
35. Çeşidli hecalarındakı diftonqu çox zaman ov, bəzən də av, oy və ya o kimi deyilən
sözlər ov ilə yazılır; örn.: alov, buxov, qovun, dovşan, ov, ovmaq, ovuc, oxlov, plov vb.
36. Həm et, həm də ə ilə deyilən sözlər iki cür yazılır:
a) ə ilə yazılanlar; örn.: büdcə, komitə, fakültə vb.
b) et ilə yazılanlar; örn.: immunitet, kabinet, süjet vb.
37. Son iki hecasında eynicinsli qoşa m (mm) ünsüzü və bəzən də a ünlüsü olan alınma
sözlər a-sız və bir m ilə yazılır; örn.: diaqram, monoqram, proqram, stenoqram, teleqram vb.
38. Sözün ikinci və ya üçüncü hecasındakı ünlünü, eləcə də ünsüzü uzatmaq və ya daha
aydın tələffüz etmək üçün alınma sözlərdə eynicinsli qoşa ünlü və ünsüzün hər ikisi yazılır;
örn.: təəccüb, təəssüf, məəttəl, təəssürat, təəhhüd vb.
IV. Qaynaq dildə özümlü səsləri (hərfləri) olan alınma sözlərin
və yabançı adların yazılıĢı
Yuxarıda göstərilən qaydalar bəzi yerlərdə azacıq redaktə işləri aparılmaqla 1958-ci və
2004-cü illərdə təsdiqlənmiş orfoqrafiya qaydalarından götürülmüşdür. Ancaq var olan
qaydaların heç də hamısını tam yazmadıq, çünki düşüncəmizə görə, qalan qaydalardan
bəzilərini yazmağa gərəksinmə yoxdur (örnəyin, apostrof çıxarıldığı üçün 1958-ci il
qaydalarındakı § 45 önəmini itirmişdir), bəziləri rus dilinin araçı “böyük qardaş dili” rolu
oynadığını ortaya qoyduğundan (örnəyin, 1958-ci il qaydalarındakı § 32, § 33, § 34, § 35;
2004-cü il qaydalarındakı 7, 8, 9, 10, 11, 12-ci maddələr) dəyişdirilməli və təkcə ruscanı yox,
qaynaq ola biləcək bütün dillərin hamısını qapsamalıdır, bəzilərinin yeri dəyişdirilməli və
uyğun bölmədə verilməlidir (örn., 1958-ci il qaydalarındakı § 32-nin b) bəndi) vb.
Unudulmamalıdır ki, bir dil söz aldığı və özəl adlarını yazmalı olduğu başqa dillərlə
birbaşa ilişgi qurmayaraq ayrı bir üçüncü dilin araçılığına (vasitəçiliyinə) söykənirsə, o zaman
qaynaq dillərin yox, araçı (vasitəçi) dilin səs özəlliklərini yansıtmağa məcbur olur. Daha
doğrusu, bu məcburiyyət siyasi-strateji baxımdan araçı dilin ağalığını ortaya qoyursa, dilçilik
baxımından da bir sıra yanlışlıqların yaranmasına yol açır. Örnəyin, rus imperiyasının ağalığı
dönəmində rus dili bağımsız bir dil olduğuna görə, dünya dilləri ilə birbaşa ilişgiyə girir, belə
bir imkandan məhrum edilən Azərbaycan türkcəsi isə yalnız rus dilinin araçılığından
yararlanmalı olurdu ki, sonucda rus dili araçılığı ilə alınan bir sıra sözlərdə qaynaq dilə aid səs
özəllikləri yox, rus dilinə aid səs özəllikləri ortaya çıxmışdır. Aydınlıq üçün gigiyena sözünə
göz yetirək. Bu söz rusca гигиена sözünün Azərbaycan türkcəsinə uyğunlaşdırılmış
variantıdır və ruscanın гигиена sözü isə ingilis dilində hygiene, alman dilində Hygiene ,
Dostları ilə paylaş: |