65
yazı qaydalarımızın hamısı deyil və onları verməkdə də başlıca amacımız daha çox bəlli bir
təsəvvür yaratmaqdır.
Səslərin yazılıĢ qaydaları
I. Ünlü səslərin yazılıĢı
1. İlk səsi bəzən e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır; örn.: ekiz, en, endirmək,
erkək, ehkam vb.
2. İlk səsi xalq danışıq dilində ı ilə, ədəbi dildə isə i ilə deyilən sözlər ahəng qanununa
tabe edilmədən i ilə yazılır; örn.: ilan, ildırım, ilıq, inanmaq, işıq vb.
3. İlk hecasındakı ünlü səsi həm e, həm də ə ilə deyilən sözlər iki cür yazılır:
a) e ilə yazılan sözlər;örn.: deyil, geniş, gerçək, pendir, pencək vb.
b) ə ilə yazılan sözlər;örn.: çəkic, çəkmək, çəyirtkə, pəncərə vb
26
.
4. İlk hecasındakı ünlü səsi tam sabit olmayıb ö, e, o, ü, ə ünlülərindən bir neçəsinin
iştirakı ilə fərqli biçimlərdə deyilən sözlər ö ilə yazılır; örn.: dövlət, zövq, mövqe, növ, növbə,
nöqsan, nöqtə, hökumət vb.
5. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi həm ə, həm də i ilə deyilən sözlər ə ilə
yazılır; örn.: mətbəx, nəhayət, pəhləvan, rəyasət, səhhət, xəyanət vb.
6. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi əsasən i, hərdən də ə ilə deyilən sözlər i ilə
yazılır; örn.: qiraət, nicat, riayət, iddia, siyasət vb.
7. İlk hecasındakı ünlü səsi əsasən ü, bəzən də i ilə deyilən sözlər ü ilə yazılır; örn.:
büllur, Füzuli, fürsət, hücum, şüar vb.
8. o ünlü səsi ilə işlənən alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə
yazılır; örn.: avtomat, biologiya, velosiped, ensiklopediya, professor, motor vb.
9. İkincisi i olan iki ünlü səs yanaşı işlənərkən deyilişdə araya artırılan y ünsüzü yazıda
göstərilməz; örn.: aid, ailə, daim, dair, zəif, mail, faiz, xain vb.
10.
Ikinci hecasındakı ünlü səsi i, bəzən də ü ilə deyilen sözlər i ilə yazılır; örn.: müdir,
mühit, münbit, münsif vb. Bu sırada təkcə mühüm və üfüq sözləri ü ilə yazılır.
11. Əslində təkhecalı olub sonu iki ünsüz səslə bitən və deyilişdə ünsüz səslər arasına i
və ya bəzən də ü ünlüsü artırılan sözlər iki cür yazılır:
a) deyilişə uyğun iki heca ilə yazılan sözlər; örn.: eyib, ətir, fikir, qədir, qisim, nəsil,
ömür, sinif, şəkil vb.
b) əslində olduğu kimi tək heca ilə yazılan sözlər; örn.: əmr, qeyd, qəbz, qəsr, nəsr,
zülm vb.
12. İkinci hecasında i ünlü səsi olan sözlər iki cür yazılır:
a) əslində olduğu kimi i ilə yazılan sözlər; örn.: qəbih, səhih, təshih vb.
66
b) deyilişə uyğun olaraq e ilə yazılan sözlər; örn.: səfeh, tənbeh, təsbeh vb.
13. İkinci hecasındakı ünlü səsi həm ı, həm də u ilə deyilən sözlər iki cür yazılır:
a) ı ilə yazılan sözlər; örn.: ağı, qayğı, qarpız, pambıq, yarpız vb.
b) u ilə yazılan sözlər; örn.: armud, arzu, mahud, sabun vb.
14. Üçüncü hecasında ə ünlü səsi olan sözlər deyilişə uyğun olaraq i ilə yazılır; örn.:
mübahisə, mübarizə, müdafiə, müqəddimə, müraciət, müzakirə vb.
15. Çeşidli hecalarında ia, io ünlüləri işlənən Avropa kökənli alınma sözlər necə
deyilməsindən asılı olmayaraq, olduğu kimi yazılır; örn.: aksiom, dialektika, imperializm,
materializm, sosializm vb.
16. Sonu a ünlü səsi ilə bitən Avropa kökənli alınma sözlər iki cür yazılır:
a) sonuncu səsi atılarkən anlamı dəyişməyən sözlər a-sız yazılır; örn.: anket, aptek,
dram, fabrik , kontor, qəzet, maşın, sistem vb.
b) sonuncu səsi atılarkən mənası anlaşılmayan və ya başqa anlam verən sözlər a ilə
yazılır; örn.: gimnastika, qrammatika, forma, norma, respublika, taktika vb.
17. İlk, bəzən də ikinci hecada ünlü səsin uzun olduğunu bildirmək üçün eynicinsli ünlü
səs qoşa yazılır; örn.: bədii, camaat, maarif, maaş, mətbəə, təbii vb.
II. Ünsüz səslərin yazılıĢı
18. İlk səsi həm b, həm də p ilə deyilən sözlər iki cür yazılır:
a) b ilə yazılan sözlər; örn.: bıçaq, biçin, bitmək, budaq, bütöv, bütün vb.
b) p ilə yazılan sözlər; örn.: pişik, piti, pusqu vb.
19. İlk səsi həm d, həm də t ilə deyilən sözlər əslinə uyğun olaraq d ilə yazılır; örn.:
dabana, day, damğa, dik, dikmək (gözünü), dükan, düşbərə vb.
20. İlk hecasındakı ünsüz səsi həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır; örn.:
anbar, günbəz, sünbül, şənbə, zənbil vb.
Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
21. Söz ortasında həm q, həm də ğ ilə deyilən sözlər iki cür yazılır:
a) q ilə yazılanlar; örn.: aqronom, əqrəb, manqal, monqol, orqan, təşviqat vb.
b) ğ ilə yazılanlar; örn.: işğal, məşğələ, məşğul, rəğbət, təbliğat vb.
22. Deyilişdə sözortası ünsüz səslərinin yeri dəyişdirilərək işlənən bəlirli sözlər
aşağıdakı kimi yazılır; örn.: çarpaz, çılpaq, irəli, kirpik, külfət, ösgürmək, yanlış, yarpaq vb.
23. Son səsi həm d, həm də t ilə deyilən sözlər d ilə yazılır; örn.: bulud, dörd, kənd,
qurd, palıd, söyüd, yaşıd vb.
24. Son səsi həm z, həm də s ilə deyilən sözlər z ilə yazılır; örn.: almaz, Almaz, Araz,
Xaçmaz, palaz, tovuz vb.
Dostları ilə paylaş: |