63
ədəbi dili zənginləşdirmək olmaz və quşqusuz, öz dil normamız
24
(“Siz
ə təşəkkür edirik”) ola-
ola gərəksiz alınma normanı ədəbi dilə gətirmənin anlamı yoxdur.
6. Yazımızın düzənlənməsində az-çox rol oynaya biləcək bütün yazı qaydaları açıq-
aydın göstərilməli və heç bir boĢ alan buraxılmadan hər sahədə standart normanın nə
olması ortaya qoyulmalıdır. Çünki 45-50 milyonluq Azərbaycan toplumunun bütövləşmiş
standart yazı qaydalarına yiyələnə bilməsi üçün öncə önəmlilik düzeyinin ən aşağı ucundan
tutmuş ən yuxarı ucunadək bütün yazı qaydalarının dəqiq bilinməsi gərəkir. Özəlliklə, hamı
üçün gərəkli “Azərbaycan türkcəsinin imla sözlüyü” (yaxud çap edilmiş adı ilə “Azərbaycan
dilinin orfoqrafiya lüğəti”) kimi özül qaynaqlarda bütün qaydalar verilməli və bütün durumlar
üzrə yazımızın standart qaydaları göstərilməlidir. Yalnız bundan sonra ayrı-ayrı kəsimlər üçün
ən önəmli və aparıcı yazı qaydaları seçilib yarımçıq halda ortaya qoyula bilər.
7. Ġmla (ümumiyyətlə, ədəbi dil) normaları üzrə bütövləĢmə sorunu bir yandan
Azərbaycan türkcəsi ədəbi dilində, o biri yandan isə çağdaĢ türk ədəbi dilləri arasında
özünü göstərməkdədir. Ona görə də, Azərbaycan türkcəsi ədəbi dilində orfoqrafiya
normalarının bütövləşməsinə çalışmaqla yanaşı, Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək
türkcəsi, qazax türkcəsi, qırğız türkcəsi, türkmən türkcəsi, uyğur türkcəsi, tatar türkcəsi vb.
çağdaş türk ədəbi dilləri arasında orfoqrafiya normalarının bir-birinə yaxınlaşmasına və
uyğunlaşmasına da özəl diqqət yetirilməlidir. Çağdaş türk ədəbi dillərində bir-birindən
öyrəniləsi məsələlər az deyil. Örnəyin, Azərbaycan türkcəsinə yönəlik araşdırmalarda
varlığı
tək olan əşya adlarına xüsusi isim (=özəl ad) deyilir və onların ilk hərfinin böyük yazılması
bir qayda olaraq irəli sürülür;
varlığı tək olmayan eynicinsli əşyaların adları isə ümumi isim
sayılır və onların kiçik hərflə yazıldığı bildirilir. Deməli, adların özəl və ümumi adlara
ayrılmasının məntiqi bölgü özülü
varlığı tək olan – varlığı tək olmayan anlayışıdır. O halda
millət, xalq, oymaq, boy, dil, din, mifik surət vb. bu kimi varlığı tək olan adların özəl ad
sayılıb böyük hərflə yazılmaması məntiqi bölgü özülünün vahidliyi ilkəsinə zidd deyilmi?
Quşqusuz, ziddir və bu uyğunsuzluq Azərbaycan orfoqrafiya normalarının yanlışlıqlarından
sayılmalıdır (Bu yanlışlıq hələ rəsmən düzəldilmədiyi üçün və yazımızda ikilik yaranmasın
deyə biz indilik özəl adları kiçik hərflə yazmaqda davam edir, ancaq inanırıq ki, bunlar
gələcəkdə böyük hərflə yazılacaqdır).
Çağdaş Türkiyə türkcəsi yazı qaydalarında isə millət, boy, oymaq, dil, ləhcə, din,
məzhəb, mifologiya ilə bağlı adlar özəl ad sayılır və böyük hərflə yazılır ki, bizcə, doğrusu da
budur və bu doğru qaydanın Azərbaycanda da qəbul edilməsi çox gərəklidir.
Quşqusuz, qardaş türk ədəbi dilləri ilə uyğunlaşma anlayışı
heç də o anlama gəlməz ki, o
biri türk ədəbi dillərində olan nə varsa hamısı doğrudur və qəbul edilməlidir. Örnəyin,