61
Azərbaycan türkcəsi ədəbi dilinin bütövləşməsinə yönəlik vahid imla normaları
yaradılmasında izlənəcək yolun ana cizgiləri nələr olmalıdır? Bu soruya dürlü cavablar
vermək mümkündür
və bizcə, o cavabların içərisində aşağıdakılar da unudulmamalıdır:
1. Fonetik, leksik və qrammatik özüllər üzrə ədəbi dil normalarımız, o sıradan
düzgün yazı qaydalarımız var olan vahid xalq danıĢıq dilimizdən aralı düĢərək ayrıca
bir yeni dil normaları kimi ortaya çıxmamalı, xalq danıĢıq dilimizə yaxın olmalıdır.
Ancaq bu yaxınlıq ədəbi dilin xalq danışıq dili ilə eyniləşdirilməsi anlamına gəlməz və ədəbi
dilin başlıca özəlliyi olan seçmə və əvəzetmə əməliyyatı aparmaqla standartlaşdırılıb normaya
salınma özülü daim qorunmalı, çağa uyğun gəlişdirilməlidir.
2. Ġmla qaydaları ilə bağlı tarixi mirasımıza sahib çıxmalı və onun kəsirlərini
ortadan qaldırmaq, boĢluqlarını qapatmaq, çağa uyğun gəliĢdirmək qayğısına
qalmalıyıq. Başqa sözlə, vahid orfoqrafiya normaları yaradılmasında sıfırdan başlanıla
bilməz və çağdaş ədəbi dilimizin tarixən qazandığı, indiyədək var olub yazımızı düzənləyən
imla qaydaları kökdən danılmamalı, tərsinə, əsas götürülməli, bütün yeniliklər və
gəlişdirmələr bu qaydaların üzərində qurulmalıdır.
3. Dilimizin sisteminə uyğun öz qanun-qaydalarına söykənilməli və bütün
məqamlarda öz dilimizin özəllikləri əsas götürülməlidir. Örnəyin, xatırladaq ki, hər dilin
söz dağarcığında – lüğət tərkibində a) milli sözlər; b) milliləşmiş sözlər və c) alınma sözlər
vardır. Ədəbi dilimizin istər təmizlənib arıdılmasında, istərsə də zənginləşdirilməsində
izlənəcək ana yol milli sözlərimizin tam və mütləq biçimdə əsas götürülməsidir. Yalnız
bundan sonra, ciddi gərəksinmə duyduğumuz sözləri başqa dillərdən alırıqsa, onda o sözlərin
milliləşməsinə və hər yöndən dilimizin qanun-qaydalarına uyğunlaşdırılmasına ayrıca önəm
verməliyik. Yalnız bu iki yoldan sonra və bu iki yol uyqulana bilmədikdə alınma sözləri
əslində olduğu kimi qəbul edə bilərik.
Eyni yanaşma təkcə sözlərə yox, qrammatik qaydalara və orfoqrafiya normalarına da
aiddir. Aydınlıq üçün bir örnək verək: bir zaman dilimizdə tarixi-gələnəksəl ilkə üzrə ərəb dil
qaydalarına uyğun olan
nöqteyi-nəzər izafət tərkibi işlədilirdi ki, bu tərkib iki alınma sözdən
(
nöqtə və
nəzər) ibarət idi. Zaman içində bu tərkib milliləşdirilərək dilimizin qaydalarına
uyğun
nəzər nöqtəsi kimi işlədildi və bununla da həm ərəb dilinin izafət anlayışı, həm də
dilimizdə bu izafəti göstərən defislə yazılış bir qırağa qoyuldu. Daha sonra isə öz dilimizin
fonetik ilkəyə uyğun yazılan
baxıĢ sözü eyni anlamda işlərlik qazandı. Deməli, bütün
durumlarda gəlişmənin başlıca yönü milli dilimizin aparıcılığına və üstünlüyünə doğru
olmalıdır.
62
4. Yenidən vurğulayaq ki,
Azərbaycan türkcəsi rus dilinin, fars dilinin, yaxud hər
hansı bir üçüncü dilin vasitəçiliyinə söykənmədən özü birbaĢa dünya dillərinin hər biri
ilə ayrı-ayrılıqda təmasa keçməli və yabançı adların, sözlərin yazılıĢında yalnız birbaĢa
qaynaq dilin səs özəllikləri ilə Azərbaycan türkcəsinin səs özəllikləri əsas alınmalıdır.
Unudulmamalıdır ki, dünyaya öz dilinin gözü ilə yox, hansısa başqa bir dilin gözlüyü ilə
baxmaq və öz imla normalarını başqa dilin özəllikləri əsasında qurmaq dilin zəifliyini göstərir
ki, bu da əslində mahiyyətcə siyasi asılılığın, kültürəl bağımlılığın və özümlü düşüncədən
yoxsunluğun bir bəlirtisidir. Siyasi bağımsızlıq istəyiriksə, doğal olaraq həm də bu siyasi
bağımsızlığın kültürəl özüllərindən biri olan milli bilincli dil siyasəti yürütməli, dilimizin də
müstəqilliyi uğrunda çalışmalıyıq. Bu yöndə Azərbaycan türkcəsinin dünya dilləri ilə vasitəçi
olmadan, birbaşa qarşılıqlı təması çox önəmli şərtlərdən biridir.
5. Azərbaycanın güneyində qorunmuĢ dəyərli və gərəkli milli dil faktlarımızın
ədəbi dilə gətirilməsinə özəl qayğı göstərilməlidir. Təbii ki, Azərbaycanın quzey
ləhcələrində olan hər dil faktı ədəbi dilə gətirilmədiyi kimi, Azərbaycanın güneyində olan hər
dil faktı da ədəbi dilə gətirilə bilməz. Söhbət yalnız ədəbi dilimiz üçün dəyərli və gərəkli olan
dil faktlarından gedir. Ədəbi dilimiz üçün dəyərli və gərəkli dil faktı anlayışı iki aparıcı özül
üzrə bəlirlənir: 1. ədəbi dilimizin arıdılıb təmizlənməsinə və milliləşməsinə yardım edən dil
faktı; 2. ədəbi dilimizin gəlişib zənginləşməsinə yardım edən dil faktı.
Təbii ki, birinci özül əsasdır və ədəbi dildəki alınma dil faktlarının qarşılığı olaraq
Güneydə işlənən milli dil faktları mütləq ədəbi
dilimizə gətirilməli, alınma dil faktı dilimizdən
çıxarılmasa belə, sinonimlər cərgəsi genişlədilməklə ədəbi dilimiz zənginləşdirilməlidir.
Örnəyin, ədəbi dilimizdə alınma
məĢhur sözü var və öyrətmənlərimiz yaxşı bilir ki, bir çox
durumlarda öyrəncilər bu sözü yanlış olaraq
məhĢur kimi yazırlar. Ancaq Azərbaycanın
güneyində işlədilən
adlım “məşhur” sözü təkcə milli olması ilə yox, həm də yazılış rahatlığı
ilə seçilir
və ona görə də, bu sözün ədəbi dilimizə gətirilməsi
həm dəyərli, həm də gərəklidir.
Ancaq təbii ki, hər cür dil faktını qəbul etməklə sinonimlər cərgəsini genişlətmək və
bununla da ədəbi dilimizi zənginləşdirmək özünü doğrulda bilməz. Örnəyin, Azərbaycanın
güneyində yayılmış “Siz
dən təşəkkür edirik” cümləsi ədəbi dilimizdə “Siz
ə təşəkkür edirik”
kimi işlədilməkdədir. Burada eyni məqam üçün hal kateqoriyasının həm Çıxışlıq hal (
-dən),
həm də Yönlük hal (
-ə) şəkilçiləri var və ilk baxışda adama elə gələ bilər ki, ədəbi dilimizi
zənginləşdirmək üçün hər iki variantı qəbul etmək olar. Ancaq bir zaman ədəbi dilimizin
klassik dövrlərində də işlənmiş “Siz
dən təşəkkür edirik” variantı heç də milli variant deyil və
farscanın “
Əz şoma təşəkkor mikonim” (hərfən: “Siz
dən təşəkkür edirik”) deyiminin olduğu
kimi çevrilməsi – hərfi tərcüməsi ilə ortaya çıxmışdır. Bu cür gərəksiz alınma normalarla