73
Tarixi-gələnəksəl ilkə hər dilin öz yazı ənənəsini sərgiləyir və hər dilin özü üçün
gözəldir, normaldır.
Qaynaq dili yamsılama ilkəsi alıcı dilin öz yazı qaydalarını bir qırağa ataraq qaynaq dil
(daha doğrusu, aparıcı hakim dil) qaydalarına tabe olmasını, boyun əyməsini göstərir. Qaynaq
dili yamsılamanın geniş yayılıb sistem oluşduracaq bir düzeyə çatması alıcı dilin varlığı üçün
ciddi təhlükə deməkdir. Siyasi alanda bir xalqın əsarətdə yaşaması, başqasından asılı olması
nədirsə, dil alanında da bir dilin qaynaq dili yamsılaması odur. Daha doğrusu,
qaynaq dili
yamsılama ilkəsi kültür imperializminin dil alanındakı bəlirtisidir və ona görə də, siyasi
bağımsızlığı olan, kültür imperializminin məngənəsində çırpınmayan dillərin heç birində
qaynaq dili yamsılama ilkəsi sistem halında yoxdur və ola da bilməz. Yalnız siyasi asılılığı
olan, aşağılıq kompleksinə uğradılan və ikinci, üçüncü... dərəcəli bir dil kimi davranılan
dillərdə qaynaq dili yamsılama ilkəsi körüklənər, geniş yayılıb sistem oluşdurmasına çalışılar.
Bu işi istər bilərəkdən, istərsə də bilməyərəkdən görənlər əslində
kültür imperializminin dil
viruslarından başqa bir nəsnə deyillər.
Kültür imperializminin dil virusları iki yön üzrə dilimizə zərbə vurmaqda və dilimizin
aşağılanmasına nədən olmaqdadır:
1. Adlarımızın yabançı dillərdə yazılışı bizim dilimizin qaydalarına yox, bizə hakim
olmuş yad dillərin qaydalarına söykənir. Sonucda yer-yurd, şəxs vb. özəl adlarımız başqa
dillərdə indi də bizim dilimizin yox, rus, fars, ərəb dillərinin qaydalarına uyğun yazılır; örn.:
Azərb.
Həsən Həsənov – ingilis.
Gasan Gasanov (< rus.
Гасан Гасанов. Halbuki ingiliscə
h hərfi var və adımız ən azı
Hasan Hasanov yazıla bilərdi); Azərb.
Arif Səidi – isveç.
Aref
Saedi (< fars, ərəb deyilişi. Halbuki isveçcə həm
i, həm də
e, yaxud
ä = e//ə səsi var və
adımız isveç dilində
Arif Seidi, yaxud
Arif Säidi olaraq doğru yazıla bilərdi); Azərb.
Araz –
bir sıra Batı dillərində
Araks (Halbuki həmin dillərdə
z səsi (hərfi) var və Araz adımız eynilə
qoruna bilərdi), Azərb.
Marağa, Urmu//Urmiya – ingilis.
Maragheh, Orumiyeh (< fars
deyilişi. Halbuki elə bir dəyişiklik
olmadan Maragha, Urmu//Urmia yazıla bilərdi) vb.
Təbii ki, dilimizə qarşı bu saymazyana davranışın ortaya çıxması siyasi
bağımsızlığımızın yoxluğundan, milli dil bilincinə hələ tam yiyələnməməyimizdən və
adlarımızı öz dilimizin qaydaları özülündə standartlaşdıraraq dünyaya təqdim
etməməyimizdən qaynaqlanmaqdadır. Ona görə də, dünya üzrə dilimizə sayğı qazandırma
yönündə ciddi çalışmamız və araçı dilə gərəksinmə olmadan dilimizin dünya dilləri ilə
birbaşa təmasını gücləndirməmiz gərəkir.
2. Alınma sözlərin və yabançı adların öz dilimizdə yazılışında qaynaq dili yamsılama
ilkəsi yayılıb önə çıxır və aparıcı olmağa başlayır. Ancaq çox yazıqlar ki, savadlı olduğunu,