|
Arif Rəhimoğlu
85
17. -cıl, -cil, -cul, -cül şəkilçisi; örn.: ardıcıl, söhbətcil, yuxucul, ölümcül vb.
18. -ıltı, -ilti, -ultu, -ültü şəkilçisi; örn.: danqıltı, dingilti, gurultu, cüggültü vb.
19. -sız, -siz, -suz, -süz şəkilçisi; örn.: adsız, sənsiz, susuz, sözsüz vb.
20. -çı, -çi, -çu, -çü şəkilçisi; örn.: yalancı, güləşçi, oyunçu, üzümçü vb.
Mürəkkəb sözlərin və mürəkkəb özəl adların yazılıĢ qaydaları
İki və daha artıq sözün birgə işlənməsi ilə yaranan mürəkkəb sözlər və mürəkkəb özəl
adlar yazılış biçiminə görə üç yerə bölünür: ayrı, bitişik və yarımbitişik yazılanlar. Bu yazılış
biçimlərindən hər birini doğru-düzgün işlətmək imla qaydaları baxımından çox gərəklidir.
I. Ayrı yazılan mürəkkəb sözlər və özəl adlar
Ayrı yazılan mürəkkəb söz və özəl adlar yazılış tərzinə görə iki yerə bölünə bilər: a) bir-
birindən boşluqla ayrılan mürəkkəb sözlər; b) bir-birindən ayırtı (tire)
29
ilə ayrılan mürəkkəb
söz və adlar.
Bir-birindən boşluqla ayrılmada heç bir orfoqrafik işarə işlədilmir və tərəflər arasında
buraxılmış boşluq imla işarəsi görəvi üstlənərək yazıda mürəkkəb sözün tərəflərini ayırır
(Deyilişdə bu görəvi fasilə yerinə yetirir).
Aralarında ayırtı (tire) qoyulan mürəkkəb söz və ya adlarda isə tərəflər bir-birindən üfiqi
düz cizgi – ayırtı (tire) işarəsi ilə ayrılır və ayırtıın hər iki yanında boşluq buraxılır. Ayırtı
işarəsi və onun hər iki yanında buraxılan boşluq imla işarəsi görəvi daşıyaraq tərəfləri bir-
birindən ayırır (Deyilişdəki ayrılmanı isə fasilə yerinə yetirir)..
a) Bir-birindən boĢluqla ayrılan mürəkkəb sözlər
60. Ayrı yazılan aşağıdakı mürəkkəb sözlər bir-birindən yalnız boşluqla ayrılır:
1. Çıxışlıq hal şəkilçili ismə qoşulmuş sifətdən düzələn mürəkkəb sözün tərkib hissələri
ayrı yazılır; örn.: qoldan güclü, dildən iti, ağıldan kəm vb.
2. Mürəkkəb miqdar, sıra, kəsr sayları ayrı yazılır; örn.: altmış altı, on üçüncü, dörddə
üç vb.
Qeyd: Miqdar sayları bəlirsizlik (qeyri-müəyyənlik) bildirdikdə cızqı (defis) ilə yazılır;
örn.: əlli-altmış, beş-on, on-on beş vb.
3. İlk sözü o, bu işarə əvəzliklərindən ibarət olan mürəkkəb sözlər ayrı yazılır; örn.: o
gün, bu il, o çağlar, bu dönəm vb.
4. Mürəkkəb sual əvəzliklərinin, bəlirsiz əvəzliklərin tərkibindəki sözlər ayrı yazılır;
örn.: nə üçün, nə cür, hər kəs, heç kim vb.
Ġstisna: Filankəs bəlirsiz əvəzliyi bitişik yazılır, kim isə əvəzliyi həm bitişik ( kimsə
biçimində), həm də ayrı yazıla bilər.
86
5. Çeşidli sözlərə bilmək, etmək, eləmək, olmaq fellərinin, yaxud onların inkar
biçimlərinin qoşulması ilə düzələn mürəkkəb fellərin tərkib hissələri ayrı yazılır; örn.: ala
bilmək, ala bilməmək, qəbul etmək, qəbul etməmək, razılıq eləmək, razılıq eləməmək, yazıq
olmaq, yazıq olmamaq vb.
Qeyd: ala, gələ... bilmək//bilməmək mürəkkəb feli danışıqda alammaq, alammamaq,
gələmmək, gələmməmək... kimi biçimlərdə işlənə bilir. Danışıq və yazılış varıantları
qarışdırılmasın.
6. Məcazi anlamda işlənən fellərlə başqa nitq hissələrinə aid sözlərin birləşməsindən
düzələn mürəkkəb fellərin tərkib hissələri ayrı yazılır; örn.: boğaza yığılmaq, cana gəlmək,
başa düşmək vb.
7. Miqdar saylarından yaranıb ilk sözü yönlük halda işlənən zərflər ayrı yazılır; örn.:
birə beş, birə on, birə yüz vb.
8. Mürəkkəb adların tərkibindəki sözlər ayrı yazılır; örn.: Xəzər dənizi, Savalan dağı,
Azərbaycan Milli Hərəkatı, Otuz bir dekabr (və ya: 31 Dekabr), İyirmi bir azər (və ya: 21
Azər), Bütöv Azərbaycan yolu vb.
9. Yabançı soyadların tərkibində işlənən artikl, ədat və hissəciklər ayrı yazılır; örn.:
Lüdviq van Bethoven, Otto fon Bismark, Leonardo da Vinçi, Lope de Veqa vb.
b) Bir-birindən ayırtı (tire) ilə ayrılan mürəkkəb söz və adlar
61. Ayrı yazılan aşağıdakı mürəkkəb söz və adlar arasında ayırtı (tire) qoyulur:
a) məkan və ya məsafə hüdudu bildirən iki coğrafi ad yanaşı işlədildikdə; örn.: Bakı –
Təbriz qatarı, Samur – Dəvəçi kanalı, Gəncə – Urmu hava yolu vb.
b) yer və ya şəxs adı bildirən bir meçə özəl ad yanaşı işlədildikdə; örn.: Məmmədəmin
Rəsulzadə – Elçibəy irsi, Azərbaycan – Türkiyə danışıqları, Coul – Lens qanunu vb.
c) vaxt bildirən qoşa sözlər; örn.: səksən – doxsanıncı illər, şənbə – bazar günləri vb.
II. BitiĢik yazılan mürəkkəb sözlər
62. Aşağıdakı mürəkkəb sözlər tələffüzdə eyni bir baş vurğu ilə deyilir və yazıda bitişik
yazılır:
1. Miqdar sayı ilə
isim və ya sifətdən yaranan mürəkkəb sözlər; örn.: beşillik, birhecalı,
ongünlük, ücbucaq vb .
2. Sadə (və ya düzəltmə) isimlə mənsubiyyət şəkilçili zərfdən yaranan mürəkkəb sözlər;
örn.: bayramqabaği, dənizqırağı, həyətyanı, cərgələrarası, şəhəryanı vb.
3. Çıxışlıq halda olan isimlə feli isimden yaranan mürəkkəb sözlər; örn.: anadangəlmə,
başdansovma, ucdantutma vb.
Dostları ilə paylaş: |
|
|