Geniş, dəbdəbəli, divarlarını sarı şibyələr bürümüş, iki
mərtəbəli bir bina idi. Lakin bağlı pərdələr və tüstüsüz ba-
calarıyla, boşaldılmışa bənzəyirdi. Sanki bu lənətin ağırlığı
hələ üzərində idi. Qapını döydük və Holms, xidmətçidən
ağasının öldüyü gün geyindiyi çəkmələri və oğulun çəkmə-
lərindən bir cütünü göstərməsini xahiş etdi. Onları yeddi-
səkkiz dəfə diqqətlə ölçdükdən sonra həyətdən Boskomb gö-
lünə gedən çığıra düşdük.
Qoxu hiss edəndə, Şerlok Holms sanki başqa adam olar-
dı. Beyker küçəsindəki səssiz filosof və məntiq ustasını gö-
rənlər onu tanımaqda çətinlik çəkərdilər. Üzü qızarar və tut-
qunlaşardı. İki tünd xəttə çevrilən qaşlarının altından gözləri
polad kimi parlayardı. Başı aşağı olar, çiyinlərini qısar, do-
daqlarını bir-birinə sıxar və uzun, əsəbi boynunda damar-
ları bir-bir şişərdi. Burun dəlikləri heyvani bir ov hissiyatı ilə
böyüyər və ağlı tamamilə qarşısındakı problemə toparlanar-
dı. Belə ki, ona bir sual verildiyində və ya kimsə bir fikir irəli
sürdüyündə ya heç eşitməz, ya da tez və səbirsiz bir don-
quldanmaqla cavab verərdi.
Çəmənliyin arasında uzanan cığırı sürətlə və səssizcə
keçərək meşə tərəfdən Boskomb gölünə çatdıq. Yer bütün
bölgədə olduğu kimi nəmli və palçıqlı idi. Həm yol üstündə,
həm də yolun hər iki tərəfindəki çəmənlik üzərində çoxlu
ayaq izi vardı.
Holms bəzən yüyürür, bəzən də tərpənmədən
dayanırdı. Çəmənliyin ətrafında kiçik bir dövrə vurdu. Les-
trade və mən arxasınca gedirdik.
Lestrade diqqətsiz və qürurlu halda idi amma mən, bü-
tün hərəkətlərinin müəyyən bir məqsədə istiqamətli oldu-
ğunu bildiyimdən dostumu maraqla izləyirdim. Seyrək qa-
mışlıqlarla örtülmüş Boskomb gölü təxminən əlli metr radi-
53
-Yaxşı bəs qatil?
-Uzunboylu, solaxay, sağ ayağı axsayır, qalın altlıqlı ov-
çu çəkmələri və boz rəngli plaş geyinir, hind siqarı çəkir, bir
müştük istifadə edir və cibində köhnə bir bıçaq gəzdirir. Baş-
qa
işarələr də var, amma bu qədəri bəs edər.
Lestrade güldü:
-Təəssüf ki, şübhələrim yerindədir, - dedi. - Nəzəriyyə-
lər yaxşıdır, yekəbaş bir İngilis hakiminə başa salmaq məc-
buriyyətindəyik.
-“Nous verrons," - deyə cavab verdi Holms sakitcə. - Sən
öz üsullarını istifadə et, mən də öz üsüllarımı. Günortadan
sonra bir az məşğul olacağam və böyük ehtimalla axşam qa-
tarıyla Londona dönəcəyəm.
-Məsələni yarımçıq qoyacaqsan?
-Xeyr, onsuz da tamamlandı.
-Yaxşı bəs sirr?
-Çözüldü.
-Günahkar kimdir o zaman?
-Bir az əvvəl təsvir etdiyim cənab.
-Yaxşı, kimdir?
-Onu tapmaq çətin olmayacaq. Bura o qədər də sıx məs-
kunlaşmış bölgə deyil.
Lestrade, çiyinlərini çəkdi:
-Mən praktik adamam, - dedi, - və qəsəbəyə gedib so-
laxay bir cənabı axtarası deyiləm. Skotland Yardda biyabır
olaram.
-Problem deyil, - dedi Holms səssizcə. - Mən sənə fürsət
verdim. Qaldığın yerə çatdıq. Gülə-gülə. Getmədən əvvəl sə-
nə teleqram vuracam.
56