istəyib. Eynilə bütün bunlar, müfəttişin də söylədiyi kimi,
tamamilə oğlanın əleyhinədir.
Holms səssizcə güldü və yumşaq kreslosunda uzandı.
-Sən və müfəttiş, - dedi, - gənc adamın lehinə olan bəzi
güclü nöqtələri göz ardı etməyə çalışırsınız. Şübhəlinin, eyni
zamanda həm çox, həm də az təxəyyül gücü olduğunu iddia
etdiyinin fərqində deyilsənmi? Məhkəmənin simpatiyasını
qazanacaq bir mübahisə səbəbi uydura bilmədiyi üçün az,
ölən adamın son sözlərinin ''arat” a bənzər bir söz olduğunu
söyləməsi və yoxa çıxan paltarla əlaqədar izah etdiklərindən
dolayı da çox təxəyyül gücü olduğunu deyirsən əslində.
Xeyr cənab, mən bu hadisəyə, gəncin söylədiklərinin doğru
olduğu fərziyyəsiylə başlayacağam və bu fərziyyənin bizi
haralara aparacağını birlikdə görəcəyik. Amma indi, yanım-
dakı kitabı oxuyacağam və hadisə yerinə çatana qədər çox
danışmaq istəmirəm. Günorta yeməyini Svindonda yedik-
dən sonra təxminən iyirmi dəqiqəyə orada olarıq.
Gözəl Strud vadisini və Severni keçdikdən sonra saat
dördə qalmış, kiçik Ross qəsəbəsinə çatdıq. Perronda bizi
yaramaz və hiyləgər baxışlı, zəif, siçan görkəmli bir adam
gözləyirdi. Ətrafındakı mühitə uyğun gəlməyən açıq qəhvə-
yi pencəyi və dəri şalvarı ilə Skotland Yarddan Lestradeni
tanımaqda çətinlik çəkmədim. Onunla birlikdə, qalacağımız
yerə - Hereford Armsa getdik. Çay içmək üçün oturduğu-
muz zaman Lestrade dedi:
-Bir fayton hazırlamışam. Sizin enerjili təbiətinizi unut-
mamışam və cinayət baş verən yerə gedənə qədər rahat ola
bilməyəcəyinizi bilirəm.
-Çox nəzakətlisən, - deyə Holms cavab verdi. - Tamami-
lə barometrik təzyiq problemidir.
Lestrade çaşmışdı:
45
-Dediklərinizi anlamaqda bir az çətinlik çəkirəm, - dedi.
-Barometr nə deyir görək. Hmm, iyirmi doqquz. Ha-
vada nə bulud, nə də külək var. Çəkilməyi gözləyən siqare-
tim var və öyrəşdiyim səhra otellərindəkilərin əksinə, bu di-
van çox rahatdır. Bu gecə, faytondan istifadə etmək istəyəcə-
yimi düşünmürəm.
Lestrade rahat-rahat güldü.
-Qəzetlərdən əldə etdiyiniz məlumatlarla hadisəni çox-
dan həll etmisiniz şübhəsiz, - dedi. - Məsələ açıq-aşkar orta-
dadır və nə qədər dərininə ensən o qədər diqqət çəkəndir.
Amma bir qadın əlbəttə ki, rədd edilməz; xüsusən onun kimi
iradəlisi. Sizin haqqınızda hər şeyi eşidib. Mənim edə bildik-
lərimdən çoxunu edə bilməyəcəyinizi təkrar-təkrar deməyi-
mə baxmayaraq sizin də fikrinizi eşitmək istədi. Amma nə
olsun!
Araba qapıya çatıb, elə sözünü yenicə bitirmişdi ki, hə-
yatımda gördüyüm ən gözəl qadınlardan biri sürətlə otağa
daxil oldu. Parlaq bənövşəyi gözləri, yarıaçıq dodaqları və
yanaqlarındakı çəhrayılığıyla, həyəcan və narahatlığının bir
müddət üçün təbii utancaqlığına üstün gəldiyi aydın olurdu.
Bizi tək-tək süzdükdən sonra qadın hissiyyatı ilə dostumun
üzərində dayandı:
-Cənab Şerlok Holms, - deyə qışqırdı. - Gəlməyinizə çox
sevindim. Sizə bəzi həqiqətləri söyləmək istəyirəm. Ceymsin
cinayət işləmədiyini bilirəm. Bunu bildiyim üçün də, sizin də
bunu göz önünə alaraq işə başlamağınızı istəyirəm. Bu barə-
də heç şübhəniz olmasın. Kiçikliyimizdən bəri bir-birimizi
tanıyırıq və qüsurlarını hamıdan yaxşı bilirəm; amma o
qarışqanı belə incidə bilməyəcək qədər kövrək ürəklidir.
Onu tanıyan hər kəs bu iddianın nə qədər mənasız olduğu-
nu bilir.
46
-Ümid edirəm onu təmizə çıxararıq xanım Turner, - dedi
Şerlok Holms. -Əlimdən gələni edəcəyimə əmin ola bilərsi-
niz.
-Hadisəni bilirsiniz, deyilmi? Hər hansı bir nəticəyə gəl-
dinizmi? Bir detal, bir ipucu tapa bildinizmi? Siz də onun
günahsız olduğunu düşünürsünüzmü?
-Belə ehtimal var.
-Bax, görürsünüz, - deyə qışqırdı, - başını arxaya atıb
Lestradeyə tərs-tərs baxaraq. - Eşidirsiniz! Mənə ümid verir.
Lestrade çiyinlərini çəkdi: Qorxuram ki, həmkarım qərar
verməkdə bir az tələskənlik edir, - dedi.
-Amma haqlıdır. Haqlı olduğunu bilirəm. Bunu Ceyms
etməyib. Və atasıyla arasında baş verən bu mübahisə;
əminəm ki müfəttişə izah etməməsinin səbəbi, mövzunun
mənimlə əla-qədar olmasıdır.
-Necə əlaqəsi var, - deyə soruşdu Holms.
-Artıq bəzi şeyləri gizlətməyin mənası yoxdur. Ceyms
və atası, mənim haqqımda bəzi mövzularda razılaşa bilmir-
dilər. Cənab Makkarti evlənməyimizi istəyirdi. Ceyms və
mən bir-birimizi həmişə qardaş kimi sevmişik; lakin o hələ
gənc və təcrübəsizdir və... və... e, təbii olaraq belə bir şey et-
mək istəmirdi. Buna görə tez-tez mübahisə edirdilər və dü-
şünürəm bu sonuncusu da onlardan biridir.
-Yaxşı bəs sizin atanız, - deyə soruşdu Holms. - Belə mü-
nasibəti o dəstəkləyirdimi?
-Xeyr, o da qarşı idi. Cənab Makkartidən başqa heç kəs
istəmirdi.
Holms iti və sual dolu baxışlarla qıza baxanda, o qızardı.
-Bu məlumat üçün təşəkkür edirəm, - dedi. - Sabah gəl-
səm atanızı görə bilərəmmi?
-Qorxuram ki, həkim buna icazə verməsin.
47
-Həkim?
-Bəli, eşitməmisinizmi? Yazıq atamın sağlamlığı onsuz
da son bir neçə ildir yaxşı deyildi; bu son hadisə də onu
əməlli-başlı çökdürdü. Yataqdan qalxa bilmir. Doktor Vil-
lyams, onun bərbad olduğunu və sinir sisteminin pozuldu-
ğunu söyləyir. Cənab Makkarti atamı, Viktoriyadakı köhnə
günlərindən tanıyan yeganə adam idi.
-Viktoriyada, eləmi? Baxın, bu əhəmiyyətlidir.
-Bəli, mədənlərdə.
-Elə olmalıdır; bildiyim qədər, cənab Turnerin sərvətini
qazandığı qızıl mədənlərində.
-Bəli, doğrudur.
-Təşəkkür edirəm xanım Turner. Çox yardımçı oldunuz.
-Sabah yeni bir şey olsa xəbər verərsiniz. Hər halda
həbsxanaya Ceymsi görməyə gedəcəksiniz. Əgər gedəcəksi-
nizsə cənab Holms, ona günahsız olduğuna inandığımı söy-
ləyin.
-Söyləyərəm, xanım Turner.
-İndi evə dönməliyəm çünki atam çox xəstədir və yoxlu-
ğuma dözə bilməz. Hələlik. Tanrı yardımçınız olsun.
Otaqdan, gəldiyi kimi həyəcanla çıxıb getdi.
Arabasının təkərlərinin tıqqıltısı qısa bir müddət sonra
eşidilməz oldu.
Bir neçə dəqiqəlik səssizlikdən sonra Lestrade təkəbbür-
lə dilləndi:
-Səndən utanıram Holms, niyə boşa çıxacaq ümidlər ve-
rirsən ki? O qədər kövrək ürəkli deyiləm, amma buna za-
lımlıq deyilir.
-Ceyms Makkartini təmizə çıxaracaq bir yol tapdığımı
düşünürəm, - dedi Holms. -Onu həbsxanada görməyimə ica-
zə varmı?
48
Dostları ilə paylaş: |