dir. Qapınızın qarşısında tələ qurmuş olan düşmənləridir,
dumanlı havada ərinizi onunla qarışdırıblar. Səhv etdiklərini
anlayınca da buraxıblar onsuz da. Doğru adamı ələ keçirsəy-
dilər nələr olardı, siz düşünün.
– Bu vəziyyətdə nə etməyim lazımdır cənab Holms?
– Sizin kirayəçi mənim diqqətimi çəkməyə başladı xa-
nım Uarren. Onu görmək istəyirəm.
– Bunu necə edəcəyimizi bilmirəm ki; qapını qırıb içəri
girə bilməzsiniz ki… Mən nimçəni qoyub nərdivanlardan
aşağı düşəndə qapının kilidinin açıldığını eşidirəm amma…
– Nimçəni içəri aparmaq məcburiyyətindədir. Bir yer-
də gizlənsək, nimçəni götürdüyü anda onu görə bilərik!
Pansionçu qadın bir-iki dəqiqə səssizcə düşündü.
– Əslində düşünürəm ki, otağının düz qarşısında bir
qarderob var cənab. Bəlkə bir güzgü təşkil edə bilərəm - siz
də qapının arxasında gizlənsəniz.
– Mükəmməl! – dedi Holms. Günorta yeməyini nə vaxt
yeyir?
– Saat birdə, cənab.
– O halda Doktor Uatsonla birlikdə saat birə qalmış ya-
nınızda olacağıq. Hələlik sağ olun xanım Uarren.
Saat yarımdan sonra, xanım Uarrenin evinin qarşısın-
da olduq. “British Museum”un şimal-şərqində qalan “Great
Orme” küçəsində hündür, nazik, sarı bir bina idi. Küçənin
küncünə yaxın bir yerdə olduğu üçün, daha dəbdəbəli evlər
Hove prospektinə də baxırdı. Holms xırıldayaraq, gözə də-
yəcək yüksəklikdəki bu binalardan birini göstərdi.
– Bax Uatson, – dedi. – Daşlı ön fasadıyla, qırmızı,
hündür bina. Bu da siqnal stansiyamız. Yeri də, kodu da bi-
lirik; işimiz çox çətin olmayacaq. Burdakı pəncərədə “kirayə-
111
lik” yazısı asılıb. Bura, kirayəçimizin şərikinin rahat-rahat
girdiyi boş mənzil olmalıdır. Bəli, xanım Uarren, indi nə
edirik?
– Hər şeyi hazırladım. Ayaqqabılarınızı çıxarıb burada
qoysanız sizi yuxarı apara bilərəm.
– Bizə ayrılmış yer gizlənmək üçün mükəmməl idi.
Güzgü elə yerləşdirilmişdi ki, qaranlıqda oturduğumuz yer-
dən qarşıdakı qapını aydın və dəqiq bir şəkildə görə bilər-
dik. Yerlərimizi götürdüyümüz anda, sirli qonşumuzun ac-
dığını xəbər verən zəng çaldı və pansionçu xanım əlində bir
nimçəylə yuxarı gəlib nimçəni qapının yanındakı stula qoy-
du və sonra cəld addımlarla aşağı endi. Holmsla biz, gözlə-
rimiz güzgüdə, qapının arxasında bir-birimizə sıxılmışdıq.
Pansionçu xanımın ayaq səsləri eşidilməz olanda kilidin açıl-
ma səsi eşidildi, qapı dəstəyi döndü və iki incə əl qapıdan
uzanıb nimçəni sürətlə içəri apardı. Bir saniyədən sonra, ye-
nə eyni tələsik şəkildə, nimçə stula geri döndü və əsmər, gö-
zəl bir üzün, dəhşət dolu gözlərlə qarderoba doğru baxdığını
gördüm. Sonra qapı bağlandı, açar kiliddə döndü və ortalıq
yenə səssizliyə büründü. Holms məni qolumdan çəkişdirdi
və birlikdə, səssiz şəkildə nərdivanlardan aşağı endik.
– Axşam yenə gələcəyəm, – Holms, maraqla bizi gözlə-
yən ev sahibəsinə dedi. – Uatson, düşünürəm məsələni öz
mənzilimizdə müzakirə etsək daha yaxşı olacaq.
– Sənin də gördüyün kimi təxminim doğru çıxdı, – de-
di Holms, kreslosuna oturarkən. – Kirayəçilərdə bir dəyi-
şiklik baş verib. Təxmin etmədiyim şey isə yeni kirayəçinin
bir qadın - diqqətili ol Uatson, çox qeyri adi qadın - ola
biləcəyi idi.
– Bizi gördü.
112
– Onu qorxudan bir şey gördüyü dəqiqdir. Amma ha-
disələrin ümumi gedişatı çox aydındır, elə deyilmi? Bir cüt-
lük, böyük bir təhlükədən qaçmaq üçün Londona sığınır.
Təhlükənin ölçüsü, götürdükləri tədbirlərdən aydın olur.
Həll etməsi lazım olan bəzi işləri olan adam, özü ortalıqda
olmadığı halda qadının etibarlı yerdə olmasını istəyir. Sadə
bir problem deyil, amma adam buna orijinal bir həll yolu ta-
pıb - o qədər müvəffəqiyyətli bir həll yoludur ki, qadına ye-
məyini gətirən ev sahibəsi belə dəyişikliyin fərqinə varma-
yıb. Mesajların böyük hərflərlə yazılmasının səbəbi, otaqda
qalan adamın cinsiyyətinin başa düşülməsini istəməmələri
idi. Adam, qadını görməyə gələ bilməz; çünki əks halda düş-
mənlərinə yerini bildirmiş olacaq. Üz-üzə görüşə bilmədik-
ləri üçün də ünsiyyət vasitəsi olaraq bir qəzet sütununu isti-
fadə etməyi seçiblər. Bura qədər hər şey aydındır.
– İşin əsasında nə yatır görəsən?
– Uatson – hər zamanki kimi, son dərəcə düzgün ya-
naşmadır! Bütün bunların əsasında nə yatır? Xanım Uarrenin
qəribə problemi, hadisə inkişaf etdikcə daha dərin, daha cid-
di forma alır. Yalnız onu deyə bilərik ki; bu, adi bir eşq ma-
cərası deyil. Təhlükəni sezdiyi zaman qadının üzünün nə ha-
la düşdüyünü sən də gördün. Eyni zamanda, hər nə qədər
kirayəçin hədəfə alsa da ev sahibinin başına gələn hücum-
dan da xəbərdarıq. Bu hadisələrə, bir də alman ehtiyatcıllı-
ğını əlavə etdikdə, bunun bir ölüm-qalım məsələsi olduğunu
düşünmək şişirtmə olmayacaq məncə. Cənab Uarrenə edilən
hücum, düşmənin də - hər kim olursa olsun - qadınla evi ki-
rayələyən adamın yer dəyişdirdiyindən xəbərsiz olduğunu
göstərir. Son dərəcə maraqlı və qarışıq bir hadisədir Uatson.
113
– Yaxşı nə üçün bu mövzuyla daha çox maraqlanaq ki?
Bunun sənə nə kimi bir faydası olacaq?
– Nə faydası olacaq? Sənət üçün sənətdir bu Uatson.
Həkimlik edərkən bəzi hadisələri, alacağın ödənişi ağılına
belə gətirmədən araşdırdığın olmuşdur hər halda, elə deyil-
mi?"
– Bu, təhsilim üçün lazımlı idi Holms.
– Təhsil heç bir zaman sona çatmaz Uatson. Təhsil, ən
əsas dərslərin sona qaldğı bir prosesdir. Biz də bu anda son
dərəcə qeyri-adi bir hadisəylə qarşı-qarşıyayıq. Nəticədə nə
pul nə də şöhrət tapacağıq, amma insan yenə də onu həll ed-
ib sona çatdırmaq istəyir. Qaranlıq çökdüyü zaman, araşdır-
mamızda böyük bir addım atacağımıza inanıram.
– Xanım Uarrenin evinə döndüyümüz zaman, Londo-
nun qış axşamlarının boz rəngi, qalın bir pərdə kimi ətrafı-
mızı sarmışdı. Bu cansız, sabit təbəqəni qıran tək şey işıqlıq
kvadratlar şəklində görünən pəncərələr və qaz lampaların-
dan yayılan sarı rəngli işıq idi. Pansion evinin qonaq otağın-
dan çölə baxdığımız zaman, qarşımızda sisi deşib keçən bir
işıq da gördük.
– O otaqda kimlərsə var, – dedi Holms pıçıltıyla. Təəc-
cüblü üzünü pəncərəyə yaxşıca yaxınlaşdırmışdı. Bəli, ada-
mın kölgəsini görə bilirəm. Bəli, yenə göründü! Əlində bir
şam var. İndi qarşıya baxır. Qadının baxmasından əmin ol-
maq istəyir. Mesajı verməyə başlayır. Uatson, sən də qeyd et
ki, sonradan müqayisə edə bilək. Tək işıq - bu A deməkdir
hər halda. Davam edək. Sən neçə dənə saydın? İyirmi. Mən
də elə. Yəni T hərfi. AT -çox yaxşı, bir mənası var heç olma-
sa! İkinci sözə başlayır. Baxaq: TENTA. Dayandı. Hamısı bu
ola bilməz elə deyilmi Uatson? ATTENTA; bunun bir mənası
114
Dostları ilə paylaş: |