Arxeo logiya və etnoqrafiya institutu


Şabran şəhər yeri. V qazıntı



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə20/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   16   17   18   19   20   21   22   23   ...   195

45 

 

Şabran şəhər yeri. V qazıntı 



sahəsindən görünüş. 

qalıqları, zibil və çirkab quyuları üzə çıxarılmış,  xeyli  miqdarda əmək alətləri, şirsiz və 

şirli saxsı qab nümunələri, bəzək əşyaları tapılmışdır (T.M.Dostiyev, 2001, səh. 30-39). 

II  qazıntı  sahəsindən  200  m  cənubda  yerləşən  V  sahədə  aparılan  qazıntıların 

nəticələri daha maraqlı olmuş, ş əhərin IX-XVII əsrlər maddi mədəniyyətini araşdırmaq 

üçün zəngin faktik material vermişdir. 1981-1993-cü illərdə burada 2300 kv.m sahədə 

görülən  qazıntı  işləri  nəticəsində  mədəni  təbəqənin  IX-XI  və  XII-XIII  əsrlərə  aid 

inşaat qatlarında daş və bişmiş kərpicdən tikilmiş istehkamın, iri ictimai bina və yaşayış 

evlərinin  qalıqları,  döşənmiş  küçələr,  tünglərdən  quraşdırılmış  su  kəməri,  ocaqlar, 

təndirlər,  də mirçixana  və  s.  üzə  çıxarılmışdır  (tablo  5).  Sa xsı,  metal,  şüşə  məmulatı, 

bəzək əşyaları, qızılın əyarını təyin etmək üçün istifadə olunan məhəkdaşı nümunələri 

daha  çox  əldə  edilən  tapıntılardır  (P.Б.Геюшев,  1985;  T.M.Dostiyev,  2001; 

F.Ə.Abbasova,  2002).  2002-ci  ildə  V  sahədə  qazıntılar  bərpa  edilmiş,  2002-2005-ci 

illərdə  burada  sənət  istehsalı  -  metalişləmə  və  şüşə  istehsalı  ilə  bağlı  yeni  faktik 

materiallar əldə olunmuşdur (F.Ə.Abbasova, 2003; 2005). 

Şamaxı-Dərbənd  karvan  yolunun 

üstündə  yerləşən  bu  şəhər  Azərbaycanın 

Şimal  ölkələri  ilə  ticarətində  mühüm  rol 

oynamışdır.  Bəndovan  şəhər  yeri  Salyan 

rayonu  ərazisində,  Xəzərin  qərb    sahilində  

yerləşir. 

Burada 


1970-1978-c i 

illə rdə 

Azərbaycan  Tarixi  Mu zeyinin    Sualtı  

arxeoloji    dəstəsi  a xtarışla r  aparmış,  Kür 

çayının  deltasında, Bəndovan burnunda və 

dənizdə  I  Bəndovan  və  II  Bəndovan  kimi 

qeydə   aldığı   şəhər   xaraba lıq larını tədqiq 

etmişdir.  (B.A.Kвачидзе, 1971; 1972; 1972a; 

1976; 1978; 1979; B.A.Kвачидзе и дp., 1975). 

Suda  və  sahilboyu  ərazidə  görülən  işlərin  nəticəsində  müəyyən  edilmişdir  ki,  vaxtilə  

burada  Şirvanın  mühüm  şəhərləri  olmuş  və  dənizin  səviyyəsinin  qalxması  ilə  onlar 

suyun altında qalmışlar. Sahil boyunca 1 km izlənən I Bəndovan şəhər yerinin tutduğu 

ərazinin  sərhədlərini  dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Tədqiqat  işləri  zamanı 

sahildə  çubuqhörmə,  dənizdə  isə  çaydaşından hörülmüş  tikinti  qalıqları,  ocaq,  təndir, 

şirli  və  şirsiz  saxsı  qab-qacaq,  şüşə,  metal  məmulat,  bəzək  əşyaları,  daş  lövbərlər, 

kirkirə   və  s.  aşkara  çıxarılmışdır.  Şəhər  Şirvanın  iri  dulus çuluq  mərkə zlərindən  biri 

olmuşdur. 



46 

 

Sahildən  650  m  məsafədə, dənizin dibində  iki  yerdə dulus  istehsalını  əks etdirən 



faktik  materiallar  -  dulus  kürəsinin  qalıqları,  kürə  ləvazimatı,  istehsal  çıxarları 

aşkarlanmışdır (B.A.Kвачидзе, 1999, cтp. 17-19; B.A.Kвачидзе, 2004, cтp. 126). 

II  Bəndovan  şəhər  yeri  I  Bəndovandan  şimalda  yerləşir.  Şəhər  xarabalıqları 

Kürün qədim yataqları - qolları boyunca üç sahədə - A, B, V sahələrində izlənmişdir. "A" 

sahəsində  arxeoloji  qazıntılarda  dulus  kürəsi  aşkarlanıb tədqiq  edilmişdir,  "B"  və "V" 

sahələrində istehsal tullantıları,  mü xtəlif növ saxsı qab çıxarlarının  cəmləşdiyi topalara 

rast  gəlinmişdir.  "B"  sahəsində  şar  konusvari  qabların  çıxarlarının  həddən  çox  olması 

diqqəti çəkmişdir. Burada istehsal çıxarlarının  əhatə etdiyi sahə  1600  k v.m təşkil  edirdi 

(B.A.Kвачидзе, 2003a, c тp. 76-77). 

II  Bondovan şəhər  yerinin saxsı  məmulatı  istər  hazırlanma  xüsusiyyətlərinə,  istər 

şirlənmə texnikasına, istərsə də naxış motivlərinə görə I Bəndovan şəhər yerinin saxsı 

mə mulatından fərqlənir. Abidələrin tədqiqatçısı V.A.Kvaçidze IX-XIII əsrin abidəsi olan 

I Bəndovan şəhər yerini orta əsr Quştafsı ilə, XI-XII əsrlərin abidəsi olan II Bəndovan 

yaşayış  yerini  isə  Muğan şəhərinin  xarabalıqları  ilə  eyniləşdirir  (B.A.Kвачидзе,  1999, 

стp. 17; B.A.Kвачидзе, 2004, стp. 126-127). Abidələrin suyun altında qalması isə, ehtimal 

ki, XIV əsrin əvvəllərində baş vermişdir. 

XIV  əsrin  əvvəllərində  Xəzərin  suları  altında  qalmış  Şirvanın  yaşayış 

məntəqələrindən  biri  də  Şəhri-Gürkandır.  Həmin  yaşayış  yeri  Abşeron  yarımadasının 

Gürkan  burnunda, hazırkı  Zirə  qəsəbəsindən  5 km şərqdə  yerləşir.  1958-ci  ildə  Şəhri-

Gü rkan  yaşayış yerinin  sahilboyu  ərazisi,  1987-ci  ildə  isə  həm  sahilboyu  ərazi,  həm 

də  sualtı  ərazisi  kəşfiyyat  xarakterli  tədqiqatlarla  öyrənilmişdir  (Г.М.Асланов, 

Т.И.Голубкина, 1973, стp. 191-200; B.A.Kвачидзе, 2003, стp. 143-147). Sahilboyu ərazidə 

araba təkərlərinin  izlərinin  qalığı,  yol  qeydə  alınmış,  XI-XIII  əsrlərə  aid  xeyli  şirli  və 

şirsiz saxsı qab qırıqları aşkarlanmışdır. Əhəngdaşından hazırlanmış üzüməzən qurğu, ip 

keçirmək üçün dəliyi olan daş əşya və qurğunun fraqmenti toplanmışdır. Sualtı sahədən 

boyalı  qab  qırıqları,  bir  neçə  güvəc  fraqmentləri,  az  miqdarda  şirli  qab  nümunələri 

tapılıb  götürülmüşdür.  250  m  şimalda  kirjim  tipli  batmış  gəmi  aşkarlanmışdır  ( 

B.A.Kвачидзе 2003, стp. 144). 

Bərdə,  Gəncə,  Şəmkir,  Beyləqan,  Dəbil  Arran  şəhərləri  arasında  başlıca  yer 

tuturdular.  Beyləqan  şəhərinin  xarabalıqları  -  Örənqala  Mil  düzündə  Beyləqan 

rayonunun  Kəbirli  kəndinin  ərazisində  yerləşir.  Va xtilə  Cənubi  Qafqazın  mühüm 

şəhərlərindən  biri  olmuşdur.  Bərdədən  Ərdəbilə  gedən  ticarət  karvan  yolu  üzərində 

yerləşən Beyləqan şəhəri, eyni zamanda, Kürlə Araz arasındakı əraziləri dağ rayonları ilə  

birləşdirirdi.  Mil  və  Muğan  düzənliklərindən  Kiçik  Qafqaza  yaylağa  köç  edən  əhali 

buradan  keçirdi.  Şəhərin  xarabaları,  kvadrat planda olan qala divarlarının qalıqları  köbər 

şəklində  düzənliyin  adi  səthindən  6-8  m  hündürlükdə  aydın  görünməkdədir.  Qala 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə