Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə21/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   17   18   19   20   21   22   23   24   ...   195

47 

 

divarlarından içəridəki sahədə mədəni təbəqənin qalınlığı 3-5 təşkil edir. Şəhərin yanı 



ilə  orta  əsrlərdə  Arazla  Qarqarçayı  birləşdirən  Govurarx  a xırmış;  onun  izləri  bəzi 

yerlərdə indi də aydın bilinir. 

Govurarxın  suyundan  şəhərin  qala  xəndəyini  doldurmaq  və  ətraf  əraziləri 

suvarmaq üçün istifadə olunurdu. Şəhər üç hissədən ibarət olmuşdur: 40 hektarlıq sahəni 

əhatə edən  Böyük şəhər,  onun  cənub-şərq  küncündə yerləşən  14  hektarlıq  sahəsi olan 

Kiçik şəhər və Böyük şəhərdən cənub-qərb tərəfdə qala divarlarından kənarda yerləşən 

sənətkarlar  məhəlləsi  (tablo  6,  şək.  2).  Bu  sahələrin  hamısında  çoxlu  miqdarda saxsı 

qab, bişmiş kərpic, metal, şüşə, fayans və s. qırıqlarına və mis pullara rast gəlinir.  Belə 

tapıntılara  həm  də  şəhər  yerini  əhatə  edən  ərazilərdə,  xüsusilə  şimal-qərb  tərəfdə 

yerləşən,  adını  düzənliyə  vermiş  Mil-Minarənin  xarabalığına  qədər  olan  sahələrdə 

təsadüf edilir. 

Yu xarıda  qeyd olunduğu  kimi,  Örənqalada  1933  və  1951-ci  illərdə  kiçik  həcmli 

qazıntılar aparılmış, 1953-1968-ci illərdə isə ardıcıl və sistemli olaraq böyük qazıntı işləri 

görülmüşdür (Q.M.Əh mədov, 1962; 1979). 

1951-ci ildə əsas iş Böyük şəhərlə Kiçik şəhərin şimal-şərq qala divarının kəsişdiyi 

yerdə  görülmüşdür.  Burada  Böyük  şəhərin  qala  divarının  bir  bürcünün  hiss əsi  aşkara 

çıxarılmışdır.  Həmin  bürcü  Kiçik  şəhərin  şimal  qala  xəndəyi  kəsmişdi.  Məlum 

olmuşdur  ki,  Böyük  şəhərin  ilk  qala  divarı  və  bürcləri  49x49x17  sm  ölçüdə  olan  çiy 

kərpiclə  hörülmüşdür.  Xeyli  şirli  və  şirsiz  qab,  fayans,  şüş ə  qırıqları,  pul  və  s.  əldə 

edilmişdir. 

1953-1968-ci  illərdə  Örənqalada  6  sahədə  qazıntı  aparılmışdır:  şimal-şərq  (II 

qazıntı), şimal-qərb (VI qazıntı) qala divarlarında, Kiçik şəhərin içərisində, onun şimal-

qərb divarı  yanında  (I  qazıntı),  həmin  qazıntı şimal-qərbə doğru genişləndirilərək  qala 

divarı, xəndək kəsilmiş və Böyük şəhərin buradakı xəndəkyanı sahəsi əhatə olunmuşdur 

(V qazıntı) və sənətkarlar məhəlləsində (III və IV qazıntılar). 

I qazıntıda şəhərin VI-XIII əsrləri əhatə edən təbəqələri aydınlaşdırılmış, yaşayış 

binalarının  qalıqları  aşkar  olunmuş  (tablo  7,  şək.l),  küllü  miqdarda  maddi  mədəniyyət 

nümunələri  əldə  edilmişdir.  Burada  mədəni  təbəqənin  qalınlığı  və  stratiqrafiyası 

müəyyənləşdirilmiş,  şəhərin  tikintilərində  tarixən  əmələ  gələn  dəyişikliklər  izlənmiş, 

təbəqələr üzrə əşyavi materialların dövrü müəyyənləşdirilmiş, şəhərin sənət istehsalı və 

mədəni həyatının inkişaf mərhələlə ri aydınlaşdırılmışdır. 

VI  qazıntı  sahəsində  aparılan  qazıntılar  nəticəsində  müəyyən  edilmişdir  ki, 

Böyük  şəhərin şimal-qərb  qala  divarı  da şimal-şərq  divarı  kimi  eyni  üslubda  və  eyni 

material ilə tikilmişdir. Bu divarın da üstündə yaşayış tikintiləri və müsəlman qəbirlərinin  

qalıqları  aşkar  olunmuşdur.  Divarın  qala  xəndəyində,  içərisində  XIII  əsrə  aid  şar-

konusvari qablar olan dulus kürəsi tapılmışdır. Bu qazıntıda şəhərin şimal-qərb (Bərdə) 




48 

 

darvazasının  müxtəlif  inşaat  dövrləri,  kərpic  kürəsi  qalıqları  və  şəhərin  kanalizasiya 



xəttinin hissəsi üzə çıxa rılmışdır. 

V  sahədəki qazıntılardan aydın olmuşdur  ki,  Kiçik şəhərin şimal-qərb qala divarı 

Əmir  Teymurun  dövründə  inşa  edilmişdir.  Qazıntının  şimal-qərbə  davam  edən  hissəsində 

həmin  divarın  xəndəyi  müəyyənləşdirilmiş,  Böyük  ş əhər  tərəfdə  isə  VI-XIII  əsrin  

əvvəllərinə aid yaşayış evlərinin qalıqları aşkara çıxarılmışdır. 

Şəhər  yerinin  cənub-qərb  qurtaracağında,  Govurarxa  yaxın  olan  yerdə, şəhərin 

sənətkarlar  məhəlləsi  yerləşmişdi.  Buradakı  təpə  kimi  yerdə  (III  sahə)  XIII  əsrin 

əvvəllərinə  aid  7  ədəd  dulus  kürəsi,  üstü  örtülü  olmuş  su  kəməri  və  XII-XIII  əsrin  

əvvəllərinə  aid  təsərrüfat  əhəmiyyətli  böyük  bir  kompleks  tikinti  qalıqları  üzə 

çıxarılmışdır  (tablo  8).  1221-ci  ildə  monqol  qoşunları  tərəfindən şəhər  dağıdıldıqdan 

sonra  sənətkarlar  məhəlləsi  qəbiristanlığa  çevrilmişdir,  burada  (III  sahədə)  ətrafında 

onlarla  müsəlman  qəbirləri  olan  dörd dördkünclü  türbə,  IV  sahədə  isə  içərisində  dörd 

qəbir  olan,  mozaika  və  boyalı  rəsmlərlə  na xışlanmış  səkkizguşəli  türbənin  qalıqları 

aşkara  çıxarılmışdır.  İkinci  türbənin  içərisində,  mehrab  yerində  yazı  qalığı  və  türbənin 

ətrafında isə iki müsəlman qəbiri olmuşdur. 

III və IV sahələrdəki qazıntıların şəhərin plan quruluşunu, s ənətkarlar məhəlləsinin 

xüsusi  ərazidə  cəmləşməsini,  dulusçuluq,  metalişləmə,  şüşə  istehsalı  və  digər  sənət 

sahələrinin inkişaf mərhələlərini, şəhərin dağıdılması tarixini və bir sıra başqa məsələləri 

öyrənmək üçün böyük əhəmiyyəti var. 

Beləliklə,  Örənqalada  ardıcıl  və  planlı  şəkildə  aparılan  qazıntılar  nəticəsində 

şəhərin meydana gəlməsi, mədəni təbəqələrin dövrləri, Böyük şəhərin və Kiçik şəhərin 

bir-birinə münasibəti, sonrakının ayrılma tarixi, şəhərin sənətkarlıq və ticarət mərkə zinə  

çevrilməsi  məsələləri  həll  edilmiş,  Örənqalanın  orta  əsr  mənbələrində  adı  çəkilən 

Beyləqan  şəhərinin  xarabalığı  olduğu  qəti  dəqiqləşdirilmiş  və  ümumiyyətlə, 

Azərbaycanın  orta  əsr  şəhər  tarixi  və  mədəniyyəti  problemlərin in  öyrənilməsi  üçün 

geniş perspektivlər açılmışdır. 

Ən alt mədəni təbəqə iri təsərrüfat quyularının çoxluğu ilə fərqlənmişdir. Qalınlığı 

1,52 olan bu təbəqədə yanıq izləri və ilk orta əsrlərə aid sönük, az miqdarda maddi-

mədəniyyət qalıqları - əsasən saxsı qab qırıqları tapılmışdır.  

IX-X  əsrlərə  aid olan təbəqə  2  m  qalınlığındadır,  ilk  abbası  pulları  və  ilk  şirli 

qab qırıqları ilə yaxşı müəyyənləşdirilir. 

Yaşayış,  ictimai  və təsərrüfat  xarakterli  tikinti  qalıqları,  külli  miqdarda  məişət və 

mədəniyyət  əşyaları  ilə  zəngin  olan  XII-XIII  əsrin  əvvəllərinə  aid  mədəni  təbəqə 

şəhərin  iqtisadi  və  mədəni  inkişafının  çiçəklənmə  dövrünü  əks  etdirir.  Bu  inkişaf 

monqol dağıntılarına qədər yüksələn xətlə davam etmişdir. 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə