Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə29/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   25   26   27   28   29   30   31   32   ...   195

66 

 

tikintisində  bir-birin i  əvə z  edən  möhrə  (1  m)  və  ç iy  kərp ic  (32x32x7  sm)  



hörgülərdən  istifadə  edilmişdir  (Q.M.Əh mədov,  1979,  səh.  25-26).  Bu  divarın  

ümu mi en i  6  metrdir.  VI qazıntı sahəsində o özündən əvvəlki d ivardan  xaricə çıxır 

və  hətta  dulus  kürəsinin  üstünü örtür.  Daha  sonrakı  dövrə  təxminən  XII-XIII  əsrin  

əvvəllərinə  biş miş  kərpiclə  (24x24x5  və  26x26x5  sm)  ikiqat  işlən miş  möhrəli  çiy  

kərpic   divarı  a id  etmə k  la zımdır  (Q.M.Əh mədov,  1979,  s əh.  44-46).  Qeyd  olunan 

divarların  mü xtəlif dövrlərə aid olması onların bünövrələrin in  mü xtəlif səviyyələrdə 

qalması  ilə  də  təsdiq  edilir.  Divarların  bünövrələrinin  səviyyəsi  şəhərin  mədəni 

təbəqələrinin səviyyəsinə müvafiq şəkildə uyğun gəlir. 

Orta  əsr  Gəncə  şəhərinin  qala  divarları  möhrə,  çiy  kə rpic  və  çaydaşı  ilə  

bişmiş  kərpicin  dəyişən  cərgələrindən  ibarətdir  (tablo  13,  şək.  b ).  Daş  və  kərpic 

hörgülərdə  kirəcdən  geniş  istifadə  olunmuşdur.  Gəncədə  aparılan  qazıntılar 

nəticəsində  şəhərin 

üç  dairə  qala  divarı  olduğu  müəyyənləşdirilmişdir 

(И.М .Джафарзаде, 1949, стp. 35-59). 

Birinci dairə  möhrə və iri çiy kərp iclə hörülmüşdür. Bu divarın eni 6-7 m-dir. 

Divarın  hər  iki  üzü  sonradan  möhkəmləndirilmişdir.  Bayır  tərəfdə  en i  1  m  olan  

üzlü k divar  kirəc  məh lulunda çaydaşı, tuf daş və bişmiş kərpiclə,  ikinci dairə d ivar 

kirəc  məh lulunda  çaydaşı  ilə   hörülmüşdür.  Eni  3  metrd ir.  Üçüncü  dairədə  hə ləlik 

qazıntı  aparılma mışdır.  Hə r  üç  divarın  dövrləri  hələ  dəqiq  müəyyən  olunmayıb, 

ancaq  onların  şəhər  böyüdükcə  mü xtəlif  vaxtlarda  ardıcıl  o laraq  tikildiy i  şübhə 

oyatmır. 

Gəncənin  qala  divarları  çayın  sahil  bəndləri  və  iki  sahili  birləşdirən  

körpülərlə u zlaşdırılaraq inşa edilmişdir. 

Gəncə xüsusilə XII-XIII əsrin  əvvəllərində ço x möhtəşəm istehkamlara  ma lik 

bir  şəhər  olmuşdur.  Xatırladaq  ki,  Zəkəriyyə  əl-Qəzv ini  Gəncənin  müsəlman  

alə minin  sərhəd  vilayətində  yerləşməsini,  möhkə m  istehkamla ra  malik  olmasını, 

sakinlərinin  cəsurluğunu  xüsusi  qeyd  edir  (3.M.Б

УНИЯТ ОВ


,

 

1978,  cтp.  189).  Bu  



səbəbdən  monqollar  Azə rbaycana  birinci  hücu mla rı  za manı  (1221)  Gəncəni  a la  

bilmə miş,  əhalidən  ancaq  bac  olaraq  pul  və  geyim  şeyləri  götürməklə  

kifayətlən mişlə r,  ikinci  hücu mda  is ə  (1231)  monqolla r  ya lnız  u zun müddətli 

müqavimətdən sonra çox böyük çətin liklə şəhəri tuta bilmişlər. 




67 

 

Şamaxı. Qazını zamanı üzə çıxarılmış qala divarının planı və görünüşü. 

Orta əsr Şəmkir şəhərinin istehka mlarından narınqala divarları nisb ətən yaxşı 

öyrənilmişdir. Arxeoloji qazıntılarla narınqalanın şərq divarı 80 u zunluqda torpaq 

qalaqlarından  təmizlənərək  bünövrəyədək  öyrənilmişdir  (T.M.Dostiyev,  2007,  səh. 

28).  Bünövrə  üçün  çınqıl  qatında  xəndək  qazılmış,  yerli  ağ  daşlardan  və  iri  çay  

daşlarından keyfiyyətli əhəngli, gilli yapışdırıcı  məh lulla özül qoyulmuşdu. Bünövrə 

kürsülüklə  vahid  konstruksiya  təşkil  ed ir  və  ikip illəlidir  (tablo  14,  şək.  1).  Belə 

quruluş divarın  dayanaqlığını  artırır,  onun  antiseysmistik  imkanların ı  gücləndirirdi. 

Bünövrə və kürsülüyün hündürlüyü 1,5 m-ə çatır. Divarın ö zü biş miş kərp ic, yerli ağ  

daş  və  çaydaşından  əhəngli,  gilli  məh lulla  Arran  memarlıq  məktəbi  üçün  səciyyəvi 

olan  qarışıq  hörgü  üsulu  ilə  hörülmüşdü.  Divarın  torpaq  qalaqlarından  təmizlən miş 

qalıqların ın  hündürlüyü  5-6  m  təşkil  edird i.  Memar  və  bənnalar  divar  üzlüyünə 

xüsusi diqqət yetirmiş, ağ daş blokların, q ırmızı  kərpiclərin və boz-göy çay daşların  

ritmik şəkildə növbələşməsi bir tərəfdən göz oxşayan polixro m divar səthi yaradır, digər 

tərəfdən istehkama monumentallıq əzəmət verirdi (tablo 14, ş ək. 2). 

Şəhərlərin  qala  divarları  tikilən  zaman  yerin  quruluşu  nəzərə  alınırdı.  Zərurət 

yarandıqda qala  divarları dayaqlarla  möhkəmləndirilirdi.  Məsələn,  Şamaxının  qala  divarı 

tikilərkən onun hər 3,5 metrliyində qalın dayaqlar ucaldılmışdır (Г.А.Джидди,1981, стp. 42). 

Şabran  şəhər  yerində,  V  qazıntı  sahəsində  üzə  çıxarılan  qala  divarında  da  bürclər  və 

kontrforslar sıx yerləşməklə (tablo 16, şək. 1) həm də divara dayaq olmuşdur. 



68 

 

Orta əsr şəhərlərinin içqala divarları kifayət qədər hündür tikilirdi, bəzən 10-15 m-



ə çatırdı. Dərbənd şəhərinin narınqalası möhtəşəmliyi  ilə daha çox fərqlənir (tablo 17, 

şək. 1). Qala divarlarını dördkünc və yaxud yarımdairəvi bürclər müşayiət edirdi. Gəncə 

qazıntıları zamanı buradakı qala divarlarında həm dördkünc, həm də yarımdairəvi bürclər 

aşkara  çıxarılmışdır.  İ.M.Cəfərzadənin  fikrincə,  dördkünc  bürclər  daha  qədimə  aiddir 

(И.М.Джафарзаде , 1949, cтp. 39-58). Beyləqanın qədim divarındakı bürclər yarımdairəvi 

uzunsov, IX-XIII əsr divarı isə yarımdairəvi, nisbətən kiçik formaya malikdir. Dərbəndin 

qala  divarlarında  kvadrat  və  yarımdairəvi  bürclər  qalmaqdadır.  Şamaxı  və  Bakı 

şəhərlərinin divarlarındakı bürclər isə yarımdairəvidir.

 

Qala divarlarında bürclər  müəyyən  məsafələrdə tikilirdi.  Gəncə,  Beyləqanda 



onların  arası  40-50  m-d ir,  Bakıda  isə  daha  azdır.  Divarın  təhlükəli  hissəsində 

bürclərin  sayı  ço x  artırılırd ı.  Məsələn,  Dərbənddə  başlıca  təhlükə  şimaldan  

gözlənildiy indən  burada  bürclər  daha  sıx  yerləş mişdi.  Dərbənd  qalasındakı  73 

bürcdən  46-sı  şimal  divarında  idi  (А.А.Кудряацев,  1982,  стp.  102).  Qəbələn in  isə 

cənub qala divarının bürclə ri ço x sıx tikilmişdir.  Bu bürclər nəin ki  müdafiə, hə m də  

divara  dayaq  rolunu  oynayırdı.  Divar  və  bürclərin  yu xarısı  adətən  dişli,  gözlü  

olurdu. Bu da  müdafiə üçün düşmən atəşini izləmək, atəş atdıqdan sonra qorunmaq 

imkanı yaradırd ı.  Divarların yu xarısında  müdafiəçilərin  hərəkəti və hərbi  ləvazimat 

saxlamaq  üçün  səkilər  düzəldilird i.  Bütün  bunları  XII-XV  əsrlərdən  zaman ımıza 

qədər  qalmış  Bakıda  İçərişəhərin  qala  divarlarında  əyani  şəkildə  görmə k 

mü mkündür. 

Örənqala  qazıntılarında  VIII-IX  əsrlərə  aid  mədəni  təbəqədən  tapılmış  bir 

ədəd  bürc  formalı  qab  xüsusi  maraq  doğurur  (Q.M.Əh mədov,  1960,  səh.  1253-

1257).  Qab ın  iki  d ivarı  var.  Çö l  divarda  o xvari  mazqallar  kəsilmiş,  yu xarı 

qurtaracağında  isə  üçbucaq  dişlər  düzəld ilmişdir.  Bu  cür  müdafiə  əlamətləri, 

görünür, orta əsrlərdə təkcə qala divarlarında deyil, eyni  zamanda ayrı tikilmiş qüllə 

və bürclərdə də olmuşdur. 

Azərbaycanın  hərbi  mühəndisləri  o  va xtlar  mövcud  olan  bütün  müdafiə  

üsullarından  istifadə  etmişlər.  Şəhərlərin  qala  divarlarındakı  darvaza  bürcləri  b ir-

birinə  daha  yaxın  məsafədə  tikilirdi  və  onla rın  dayanaqlığına  xüsusi  diqqət 

yetirilirdi.  Misal  olaraq  Qəbə lənin  cənub  darvazasının  bürclərini  göstərmək  ola r 

(tablo  15).  Arxeolo ji  tədqiqatlar  onların  VIII  əsrin  sonu  və  ya  IX  əsrdə  bişmiş 

kərpic lə  daha  etibarlı  hörüldüyünü təsdiqləmişdir  (Г.М.А хмедов  и  др.,  1979,  c тp. 

511).  Darvaza  bürclərinin  yuxarı  hissəsi  zəngin  bədii  tərtibatı  ilə  fərqlən irdi. 

Beyləqanın  XI-XII  əsrlə rə  aid  darvaza  bürcləri  biş miş  kərpic lə  çox  gözə l 

üzlən mişdir.  Qırmızı  kərpic cərgələri, ağ kirəc  məh lulu  xətləri və kərpiclər arasında 

düzəldilmiş işıq-kölgə salan oyuqlar, bütövlükdə, darvaza tikinti ko mpleksinə xüsusi 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə