85
ərazilərindəki mənbələrdən şəhərə gətirilməsində, həm də şəhər daxilində məhəllə
və küçələrə paylan masında mühü m vasitə idi.
Şəhərlərdə su ehtiyatının toplanması və saxlan ması üçün hovuzlar, xüsusi
sututarları düzəldilirdi. Bu tip tikililər Xunanda (P.M.Ваидов и др., 1979, c тp. 511;
E.Ə.Qasımov, 2002, səh. 97-98), Beyləqanda (H.B.Минкевич-Мустафайева, 1973.
стp. 319), Xaraba-Gilanda (Б.И.Ибрагимов, 2000, стp. 31), Dərbənddə
(A.A.Ку дрявцев, 1976, стp. 127; 1982a, стp. 89-90) arxeolo ji tədqiqatlarla
öyrənilmişdir. Yaqut əl-Həməv i isə Dərbənd haqqında belə yazır: "Şəhərin lap
yaxınlığında pilləkənləri olan tağlı quyu var. Su azalanda pilləkənlərlə quyuya
düşürlər" (N.Ə.Əliyeva, 1999, səh. 142). Yaqut Həməv inin təsvir etdiyi bu sututan
görünür ovdandır. Orta çağda, Azərbaycanda daşla hörülmüş, üstü tağ örtüklü,
içərisinə düşmək üçün pilləkən i olan ovdanlar geniş yayılmışdı. Şəhərlərin su
təchizatında bulaqlar da özünə mə xsus yer tutmuşdur. Bu laqlardan istifad ə fakt ı
Şamaxı, Qəbələ, Dərbənd şəhərlərin in arxeo loji qazıntılarından məlu mdur
(E.Qasımov, 2002, səh. 102-105).
Tikililə rin sıx yerləşdiyi, on minlərlə əhalinin yaşadığı ş əhər məskənlərində
sanitariya məsələ lərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə böyük
ehtiyac duyulurdu. Araşdırmalar küçə və meydanların, ictimai-din i binaların,
istehsalat tikililərinin tə mizliyinə d iqqət yetirildiyin i, bu məqsədlə xüsusi qurğular
düzəldiy ini təsdiqləyir. Mü xtəlif mühəndis qurğuların ın mövcudluğu, eləcə də
mühtəsib nəzarətinin cidd iliyi şəhərlərdə təmizliyə riayət olun masına şərait
yaradırdı.
Çirkab və zibil quyuları, drenaj və kanalizasiya xətləri belə qurğulardan idi.
Məişət və istehsalat tullantıları, mü xtə lif cür zir-zibil imkan da xilində şəhərdən
kənara ç ıxa rılırd ı. Şəhər da xilində isə zibil ya lnız xüs usi dərin quyulara atılırdı.
Küçə və meydanlardan çirkli və ya yağış sularının çıxarılması üçün drenaj
sistemindən istifadə olunurdu. Ya zılı mənbələr Dərbənd şəhərində su axarlarının
(drenaj xətlə rinin) mövcudluğunu xüsusi vurğulayırlar (N.M.Vəlixanlı, 1974, səh.
132). Şaxələn miş kanalizasiya sisteminin qalıq ları Şəmkirin narınqalasında IX-X
əsrlərə aid təbəqədə üzə çıxarılmışdır (tablo 21, şək.3). Həmin mühəndis qurğusu
bişmiş kərp ic, çaydaşı və ağ daş lövhələrdən istifadə etməklə kürəbənd üsulu ilə inşa
olunmuşdur (T.M.Dostiyev, 2007, s əh. 29). Kanalizasiya xəttin in qalıqları a rxeo loji
qazıntılar zamanı Örənqala şəhər yerində də üzə çıxarılmışdır (tablo 21, şək. 4).
Arxeoloji qazıntılardan məlu m olmuşdur ki, orta əsr şəhərlərində lokal
kanalizasiya üçün xüsusi quyular qazılırdı. Be lə quyular Gəncə, Beyləqan, Şə mkir,
Qəbələ və Şabranda aşkar olun muşdur. Çirkab quyuları, b ir qayda olaraq,
mən zillərdən ara lıda qazılırdı. Hə r tikinti ko mp leksinin ö zünəmə xsus çirkab quyusu
86
var idi. On lar adətən 3-4 m və daha çox dərin likdə olub silindr ş əklində qazılırdı.
Quyuların ağzı ağac, qamış və yaxud taxta ilə örtülürdü. Bəzən quyuların ağzı
bişmiş kərpic və yonulmuş daşla döşənirdi. Bəzi hallarda belə quyular tünglər
vasitəsilə mənzillə rlə əlaqələndirilird i. Buna da ən çox da xili həyətlərdə təsadüf
olunur. Bunlara yağış suları da axıb gedir və torpağa hopurdu. Quyuların qıraq ları
uçub dağılmasın deyə, bəzən onların yuxarı hissəsi bişmiş kərpiclə möhkəm
hörülürdü. Onlar çirkab suların ın axıdılması üçün də yararlı idi. Beyləqanda aşkar
olunmuş belə quyuların bəzilərinin ağız döşəməsi səkkizguşəli u lduzvari deşiklə
tamamlan mışdır. Bir ço x quyuların ağ ız hissəsi ortaya qoyulmuş, mərkəzində kiçik
deşik olan bişmiş kərpiclə döşənmişdir. Beyləqanda, Şəmkirdə, Qəbələdə belə
kərpic lər tapılmışdır. Bu cür sanitariya qurğuları Orta Asiya ş əhərlərində aşkara
çıxarılan daşnov adlanan qurğuları xatırladır. Belə quyulu otaqlar görünür
yuyunmaq, xüsusilə qış fəslində dəstəmaz və qüsl üçün istifadə olunurdu.
Qalal ar, qəsrlər və qüllələr
Yazılı qaynaqların təhlili Azə rbaycan feodal hökmdarla rın ın istehka m
tikililərinin ucald ılmasına xüsusi əhəmiyyət verdiklə rini söyləməyə imkan verir.
Mənbələrdən birində deyilir ki, A zərbaycan "əsasən dağlıq diyardır, çoxlu qalala rı,
bol nemətləri, saysız meyvə ağacları vardır" (Йакут аль-Хамави, 1983, стp. 7-8).
Azərbaycanın müdafiə istehka mla rı ko mple ksinə bir-birindən müəyyən məsafədə
tikilmiş qəsr və qüllələ r də daxil id i. Be lə qəsr və qüllələrdə iğtişaşlar və basqınlar
zaman ı feodalın ailəsi mühafizə o lunur, onlarda hərb i hissələr saxlan ılır və şəhəri
hücumlardan xəbərdar etmək üçün gecələr işıq yandırılır, gündüzlər isə tüstü
qaldırılırdı. Təəssüf ki, orta əsr qalaları arxeolo ji cəhətdən zəif öyrənilmiş
abidələrdəndir.
Gü lüstan qalası - Şamaxı şəhərindən 3 km şimal-qərbdə ətraf ərazilərdən 180-
200 m yüksəklikdə olan, şima l-qərbdən cənub-şərqə genişlənən dağın üstündə
yerləşir və onun mürə kkəb re lyefinə uyğunlaşdırılmışdır. Sahənin u zunluğu 400 m,
eni isə 30-140 m a rasında dəyişir (tablo 22, ş ək. 1). Qala şima l-şərq və cənub-qərb
tərəfdə uçurumlu dərə, qərb və şima l-qərb tərəfdə sərt enişlə hüdudlanır, yaln ız
şəhərə baxan cənub tərəfdə az enişli yamac vardır. Burada qeydə alınan böyük bürc
qalıqları qalaya aparan yeganə cığ ırın cidd i qorunduğuna dəlalət edir. Qalanın
narınqalası hakim mövqeyə malik şimal-qərb tərəfdə ucaldılmışdır. Qalan ın divarı
ve bürcləri kirəc məhlu lunda dördkünc yonulmuş daşla tikilmişdir (tablo 22, ş ək. 2).
Qala müdafiə üçün çox əlverişli yerdə olduğundan Şirvanşahlar dövlətinin hərbi-
müdafiə sistemində çox mühü m rol oynamış və Şirvanşahlar bu qaladan həm də yay