Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə35/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   31   32   33   34   35   36   37   38   ...   195

81 

 

uzanan  şəhərətrafı  sahəsi  2,5  k m  bərabər  o lmuş,  məşhur  Mil-Minarəyə  qədər 



davam etmişdir (Q.M .Əh mədov, 1979, səh. 4). 

Dərbənd  şəhərinin  sənətkar  məhəllələ rinin  fo rma laşması  ö zünə mə xsusluğu 

ilə  fə rqlən mişdir.  VIII-X  əsrlərdə  sənətkarlıq  və  ticarətin  güclü  inkişafı  nəticəsində 

Dərbənd şəhristanının aşağı, dənizkənarı h issəsində sənətkar və tacirlərin məhəllə ləri 

formalaşmış,  bu  hissə  bir  növ  özünəməxsus  rabada  çevrilmişdi.  Şəhərin  yu xarı 

hissəsi,  Ca me  məscidinin  ətrafındakı  sahə  isə  şəhristan  funksiyasını  davam 

etdirməkdə idi (A.A.Kyдрявце в, 1982, стp. 150). 

Ümu miyyətlə, arxeolo ji qazıntılar nəticəsində üzə çıxarılmış tikili qalıq ları və 

salamat qalmış  memarlıq abidələrinin tədqiqi orta əsr tikililərinin b ir ço x səciyyəvi 

ünsürlərin i,  onların  xüsusiyyətlərini  müəyyənləşdirməyə  imkan  verir.  İnşaatçılar 

mü xtəlif  tip  tikililəri  ucaldarkən  ərazinin  xüsusiyyətlərin i  və  inşa  olunacaq binanın 

xara kterin i  nə zərə  a lmaq la  öz  işlə rin i  qururdular.  Tikilinin  bünövrəsinin 

möhkəmliyinə  xüsusi  diqqət  yetirilirdi.  Təbii  şəraitin  imkan  verdiyi  ərazilərdə 

qayalıqlardan  səmərəli  istifadə  olunurdu.  Bunu  Bakıda  Qız  qalası  əyani  nümay iş 

etdirir  (Ö.Ş.İs mizadə,  1965,  səh.  225-227).  Qayalıq  olmayan  ərazilərdə  tikililərin  

bünövrəsi  üçün  xəndək  qazılır,  qaya  daşlarından  və  ya  çaydaşılarından  adi  palçıqla 

və  ya  əhəngli  məh lulla  özül  qoyulurdu.  Kürsülük  çox  va xt  bünövrə  ilə  vahid 

konstruksiya  təşkil  edirdi.  Bir,  iki,  bəzən  hətta  üç  pilləli  stilobata  təsadüf  olunur 

(K.M.Maмедза де,  1983,  стp.  195).  Kürsülük  divarların  dayanaqlığını  art ırır, 

xüsusilə  binanın  antiseysmik  imkanlarını  gücləndirirdi.  Kürsülüyün  iri  daşlardan 

hörülməsinə üstünlük verirdilər (K.M.Maмедзаде, 1983, cтp. 198). 

Memarlıq  abidəsinin  xarakterindən  asılı  o laraq  döşəmələr  mü xtəlifd ir:  sadə 

gil  suvaq  -  şirə  çəkilmiş  döşəmələ rdən  başlamış  fiqurlu  kə rpic  döşəmələrə  qədər. 

Arxeoloji  qazıntılar  zamam  Dərbənd  şəhərinin  yaşayış  evlərində  hətta  əhəng 

döşəmələrə də təsadüf olunmuşdur (A.A.Kyдрявцев, 1977). 

Orta əsrlərdə şəhər tikililə rində tətbiq olunan hörgülərin quruluşu mü xtəlifdir 

və əsasən aşağıdakı növlərlə tə msil olun muşdur: biş miş kərp icdən, daşdan və onların  

qarışığından  ibarət  hörgü.  Kənd  tip li  yaşayış  yerləri  üçün  səciyyəvi  olan  çiy  

kərpicdən  hörülmüş  divarla ra  məhdud  şəkildə  şəhər  yerlərində  rast  gəlinir.  XI-XII 

əsrlərin  b işmiş  kərpicdən  inşa  olunmuş  tikililərində  bəzən  hörgü  vasitəsi  ilə  d ivar 

səthində naxış salın ması (tablo 20) dövrün mühüm əla mətlərindəndir. 

Yaşayış evlərinin və  ictimai-d ini b inaların  inşaatında qapı, pəncərə, taxça və 

digər açırımla rın tərtibatına yetərincə d iqqət verilird i. 

Azərbaycanın orta əsr me ma rlığında  mü xtəlif forma lı tağlardan geniş istifadə 

olunmuşdur. Onlar əsasən çatma və dairəvidir. Da irəvi tağlara başlıca ola raq dövrün 

xristian abidələrində rast gəlin ir. 




82 

 

Sivri  tağlar  mü xtəlif  tipdə  olub  mü lki,  ictimai-d ini  və  müdafiə  tikililərində 



uğurla  tətbiq  olunurdu.  Tağların  hörgü  üsulu  mü xtəlifliyi  ilə  fərqlən ir.  Kərp icdən 

qurulan  tağlarda  yüks ək  keyfiyyətli  b irləşdiric i  məh lulun  olması  vacib  ş ərt  idisə, 

daşdan  qurulan  tağların  möhkəmliyi  daha  ço x  ayrı-ayrı  daşların  forma  və 

düzülüşündən  asılı  id i.  Tağların  qurulması  ciddi  hesablama  əsasında  aparılırd ı 

(K.M.Maмедза де 1983, c тp. 233-236; М.С.Була тов, 1988, c тp. 119-121). 

Bə zi  tikililərin  qalıqla rı  şəhər  me marlığında  tağ-tavanlardan  istifadəni 

sənədləşdirir. Tağ-tavanın ucaldılmasında sənətkarlar hörgünün dəqiq aparılmasına, 

daşların bir-birinə yaxşı geydirilməsinə  xüsusi diqqət yetirirdilər. Hörgü tikişlərinin  

ardıcıllığ ına ciddi riayət olunurdu. Mülki və  ictimai b inaların  inşaatında çatma tağ-

tavanlar,  xatirə abidə lərində isə xaçvari tağ-tavanlar daha çox qurulurdu. Sonuncuda 

tağ-tavanın  bütün  ağırlığ ı  dörd  dayaq  nöqtəsinə  düşürdü  (K.M.Maмедзаде,  1983, 

CT

P



.

 

238-239). 



İctimai-d ini binaların inşasında günbəzli örtüklər də ucaldılırdı. On lar əsasən 

yarımkürəvi və konusvari formalıdır. 



Şəhər abadlığı. Orta əsr şəhərsalma problemləri hələlik Azərbaycanda lazımi 

səviyyədə  tədqiq  olunmamışdır.  Bu  s əbəbdən  şəhərlərin  mülki  və  ictima i  tikintiləri 

haqqında,  hətta  onun  plan-quruluşu  -  məhəllələri,  küçələri,  bazar  meydanları  və  s. 

haqqında  tam  aydın  təsəvvürümüz  yo xdur.  Orta  əsr  Azərbaycan  şəhərlərinin  heç 

olmasa birinin  məhə lləsin in bütövlükdə aşkara çıxarıb tədqiq et mək bir arzu o laraq  

qalmaqdadır. 

Orta  əsr  Bakı  şəhərinin  -  İçərişəhərin  son  dövrlərə  aid  (1806-1810)  p lanı 

qalmışdır.  Ço x  gü man  ki,  bu  plan  şəhərin  monqol  istilasından  əvvəlki  dövrün plan 

quruluşunu bir ənənə kimi saxlamışdır. 

Orta  əsr  şəhərləri  üçün  dar  küçələr,  əyri  və  kiç ik  dalanla r,  sistemsiz 

tikintilərin  olması,  yaşıllığ ın  azlığ ı  s əciyyəvi  hal  idi.  Ba kıda  İçərişəhərin  küçə  və 

dalanlarının  qalıq ları  onlarda  son  zamanlar  xey li  dəyişikliklər  edilməsinə 

baxmayaraq,  nə  qədər  darısqal,  çəp,  əyri  olduqlarını  bütün  aydınlığı  ilə  nümay iş 

etdirir.  Gö rünür məhəllə daxili küçələr ensiz olub, əsasən, piyadaların hərəkəti üçün 

nəzərdə  tutulmuşdu.  Şəhər darvazalarına  istiqamət lən miş  əsas  magistral  küçələr  isə 

kifayət  qədər  enli  olub  ikiça rxlı  arabaların,  yüklü  dəvələrin  sərbəst  hərəkət  edə 

bilməsinə  imkan yaradırdı. Məhəllə da xili  küçələ rdən fərqli olaraq onlar dü zxət li və  

səliqəli idi. 

Beyləqanda şəhər darvazala rın ın üz-ü zə dayanması burada əsas küçənin düz 

olmasından  xəbər  verir  (A.A.Иессен,  1959a,  стp.  34).  Dü zxətli,  kənarları  boyunca 

yaşayış  evləri  yerləş miş  küçə  qalığı  Dəbildə  arxeo loji  qazıntılarla  öyrənilmişdir 

(A.Ka лантарян 

И  Д

p.,  1979,  стp.  521).  Şə mkir  şəhər  xarabalıqla rında  darvaza  




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə