Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə31/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   27   28   29   30   31   32   33   34   ...   195

72 

 

biçimli  olub,  sahələri  o  qədər  böyük  deyil  -  4x4  m,  7,5x5,8  m  və  7x7  m  ölçüdədir 



(,А.А.Кудрявцев 1982, стp. 139-140). 

X  əsrin  sonu  -  XI  əsrin  əvvəllərində  narınqalanın  şimal-qərbində  yeni  saray 

ko mpleksi inşa olunur. Dü zbucaqlı plan quruluşuna malik bu bina daha dayanaqlı v ə 

möhtəşəm  idi.  O, yaxşı yonulmuş daşdan, yüks ək keyfiyyətli əhəngli  məh lulla  inşa 

edilmişdir.  Ko mpleksə  daxil  olan  otaqlar  əvvəlki  tək  əsasən  dördbucaq  biçimdə 

olub,  sahələri  32-40  k v.m-dir.  Divarların  qalın lığ ı  1,4-1,5  m-dir.  Qa zıntı  za man ı 

saray  kompleksindən  daş  sütun  altlıqların ın  tapılması  burada  sütunlu  salonun 

mövcudluğuna  dəlalət  edir.  Saray  ko mp leksin in  yaşayış  otaqlarını  və  salonunu 

vaxt ilə   gəc  oyma lar  bəzəyirmiş  (А.А.Кудрявцев,  1982a ).  Diqqəti  cəlb  edən  cəhət 

sarayın bədii tərtibatında Şirvan-Abşeron memarlıq məktəbi üçün səciyyəvi olmayan 

gəc oyma na xışların tətbiqidir. 

X  əsrin  sonu  -  XI  əsrin  əvvəllərində  Dərbənd  əmirin in  sarayı  narınqalanın 

şərqindən şimal-qərb tərəfə keçirilir (А.А.Ку дрявцев, 1982a). 

Dəbilin  narınqalasının  arxeoloji  qa zıntılarında  da  saray  komple ksinin  

qalıqları üzə çıxarılmışdır (K.Kafadaryan, 1952; 1982). 

Narınqala  ətrafındakı  ərazilərdə  adətən  varlı  adamlara  məxsus  daha  çox 

yaşayış binaları və ictimai-inzibati binalar yerləşirdi. Şəhərin bu hissəsi, narınqala da 

daxil  olmaqla  şəhristan  adlanırd ı.  Əhalinin  qala  divarları  ilə  qorunan  hissədə 

yaşamaq  istəyi  şəhristanda  binaların  sıx  yerləşməsini  şərtləndirmişdi.  Şəhərin  

ictima i 

və 

təsərrüfat 



həyatında  şəhristan  üstün  mövqe  tuturdu.  Ərəb 

coğrafiyaçılarının  verdikləri  məlu mata  görə  Bərdədə  hökmdarın  sarayı,  xəzinəsi  və 

Ca me məscidi şəhristanda qala divarından içə ridə yerləşird i. 

Şəhərlərin  şəhristan  hissəsində  inzibati,  ictimai  b inalar,  hamam,  karvansara 

və  sair  yaşayış  binaları  və  digər  tikililər  mövcud  idi.  Beyləqan,  Şa ma xı,  Ba kı, 

Qəbələ,  Dərbənd,  Gəncə,  Xaraba-Gilan  və  başqa  şəhərlərdə  aparılan  qazıntıla r 

şəhristanda xüsusilə XII-XIII əsrin əvvəllərində tikintilərin ço xluğundan, onların sıx 

yerləşməsindən  xəbər  verir.  Arxeolo ji  qazıntılarla  Də rbənddə,  Şama xıda ,  Bakıda, 

Şabranda  üzə  çıxarılmış  ictimai-dini  binaların,  yaşayış  evlərinin,  istehkam  tikililərinin 

qalıqları Şirvan memarlığı üçün səciyyəvi olan xüsusiyyətləri özündə əks etdirir. Şamaxı 

şəhərinin VI qazıntı sahəsində ictimai binanın üç otaq və bir salonunun qalıqları tədqiq 

olunub.  O  s əliqəli  yonulmuş  daşlardan  əhəngli  məhlulla  inşa  edilmişdir.  Əhəngin 

keyfiyyətini  artırmaq  üçün  onun  tərkibinə  bir  qədər  kül  əlavə  olunmuşdu.  Divarların 

dayanaqlığını  artırmaq  məqsədi  ilə  ağac  kətillərdən  istifadə  edilmişdi.  Daha  yaxşı 

mühafizə  olunmuş  qərb  divarında  75x50x30  sm  ölçüdə  taxça  düzəlmişdi.  Qalıqların 

şimala, həm də cənuba doğru izlənilməsi binanın çoxotaqlı kompleks  olduğuna  dəlalət 

edir (Г.А.Джидди1981). 



73 

 

Şirvanın  mülki  memarlığının  maraqlı  nümunələrindən  biri  arxeoloji  qazıntılar 



zamanı Dərbənd şəhərində, cənub qala divarının yaxınlığında aşkarlanmışdır. VIII əsrin 

sonunda inşa olunmuş və XIII əsrin ortalarınadək istifadə edilmiş həmin bina hələlik bu 

şəhərdə bişmiş kərpicdən tikilmiş yeganə bina qalığıdır. Binanın qalıqlarının  hündürlüyü 

2,5-3  m  təşkil  edir.  Onun  bünövrəsi  üçün  50-70  sm  dərinlikdə  xəndək  qazılaraq 

yonulmamış 

daşlarla 

doldurularaq 

yüks ək 


keyfiyyətli 

əhəngli 


məhlulla  

möhkəmləndirilmişdir.  Bünövrənin  qalınlığı  1,35-1,7  m-dir.  Daha  dəqiq  desək,  şərq 

divarının bünövrəsi 1,35-1,4  metr, şimal divarında isə 1,6-1,7  metrdir. Binanın divarları 

26x26x5 sm, 27x27x5 sm, 28x28x5 sm, 30x30x5 sm ölçüdə yaxşı bişirilmiş kərpiclərdən 

hörülmüş, qalınlığı 1,2-1,3 metrdir. Dərbəndin digər yaşayış evləri kimi bu bina da şimal-

cənub  xətti  üzrə  yerləşməklə  uzunluğu  19,4-19,5  m,  eni  8,2-8,3  m-dir.  Binaya  giriş 

şərqdən  idi.  Evin  döşəməsi  əhəngdən  olub  dörd  səviyyəsi  qeydə  alınmışdır  və  bu 

səviyyələrin hər biri  buradakı  yaşayışın  dörd  mərhələsi  ilə əlaqəlidir  (А.А.Кудрявцев, 

1977,  cтp.  74-76).  Ya lnız  bir  mərhələdə şimal  divarından  8,82  m  məsafədə  arakəsmə 

divar  hörülmüşdü.  XII-XIII  əsrin  əvvəllərində  binada  geniş  təmir  işləri  aparılmışdır. 

Arakəsmə  divar  hörülmüş,  döş əmənin  səviyyəsindən  divarlarda  taxça  və  camaxatan 

açılmışdır. Qərb divarında düzəldilmiş taxçanın hündürlüyü 35 sm, dərinliyi 40 sm-dir. 

Ondan  184  sm  aralıda  hündürlüyü  68  sm,  eni  40  sm  olan  cama xatan  yerləşirdi.  Şərq 

divarında  bir  camaxatan  və  bir  taxça  düzəldilmişdir.  Bu  dövrdə  şimal  divarına  bayır 

tərəfdən kiçik bir tikili ə lavə olun muşdur (А.А.Кудрявцев, 1977, c тp. 79). 

Şamaxı,  Dərbənd  və  Bakıdan  fərqli  olaraq  Şabran  şəhərinin  memarlığı  üçün 

bişmiş  kərpicdən  və  kaşı  bəzəklərdən  geniş  istifadə  səciyyəvidir.  IX-XIII  əsrlərin  

tikililərindən yalnız X əsrə aid qalanın hörgüsündə əhəngdaşı tətbiq olunmuşdur və bu 

inşaat  materialı  bir  tərəfdən  üzlük  rolunu  oynayır,  digər  tərəfdən  isə  divarın 

möhkəmliyini və  monumentallığını artırırdı.  Ümumiyyətlə, IX-XII əsrlərin ictimai-dini 

binaları və yaşayış evlərinin bünövrəsi əsasən çaydaşından olub qalınlığı 60-70 sm-dir. 

Divarlar bişmiş kərpicdən hörülərək qalınlığı 48-54 sm-dir.  XII əsrə aid edilən evin bir 

otağı  yaxşı  mühafizə  olun muşdur.  Dördbucaq  biçimdə  olan  həmin  otağın  sahəsi  22 

k v.m-dir.  23,5x23,5x5  sm  ö lçülü  biş miş  kərpic lərdən  əhəngli  məhlulla  hörülmüş bu 

evin qapısı şərq divarında yerləşirdi və qapı yerinin eni 75 sm-dir. Məhəllə divarı evin  

şimal d ivarın ı təşkil ed irdi və bu divarda eni 80 sm olan camaxatan düzəldilmişdi. İçəri 

tərəfdən evin divarlarına suvaq çəkilmişdi (T.M.Dostiyev, 2001, s əh. 91). 

Qəbələ  şəhərinin  ictimai-dini  binalarının  və  yaşayış  evlərinin  inşasında  əsasən 

daşdan və bişmiş  kərpicdən  istifadə olunurdu.  Bişmiş  kərpic  memarlığı  üstün  mövqeyə 

malik  idi.  Arxeoloji  qazıntılarla şəhər yerinin  qala sahəsinin  mərkəzində  üzə çıxarılmış 

IX-X əsrlərə aid bir binanın divarlarının aşağı cərgələri səliqə ilə yonulmuş böyük ölçülü 

daşlardan, yuxarı cərgələri isə kvadrat formalı bişmiş kərpicdən hörülmüşdür (İ.Babayev, 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə