Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə27/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   23   24   25   26   27   28   29   30   ...   195

62 

 

    Təxti -Tavus tapıntıları. 

Şəhərburnu yaşayış yeri Kür çayının sahilində Samu x rayonunda Qarasaqqal 

kəndinin ya xınlığında yerləşir.  Düzbucaq biçimli p lana  malik ş əhər  xarabalıqla rı  30 

hektara  yaxın  ərazini  tutur.  Abidənin  ərazisində  aparılmış  yoxlama  qazıntı  ilə 

mədəni təbəqə yatımın ın ü mu mi qalınlığının  2,4  olduğu və özündə antik, ilk orta  

əsr  və  IX-XII  əsrlərin  təbəqələrin i  əks  etdirdiyi 

müəyyənləşdirilmişdir.  Qalınlığı  80  sm-ə  çatan 

IX-XII  əsrlərə  a id  üst  mədəni  təbəqə  zənginliyi 

ilə   fərq lən miş,  burada  yaşayış  və  mə işət 

tikililərinin  qalıqları,  ço xlu  şirli  qab-qacaq 

qırıqları,  dəmir  bıçaq,  mismar,  kirkirə  daşı,  çəki 

daşı  tapılmışdır  (A.Məmmədov,  2000,  səh.  30-

47). 


Yaşayış  yerində  rünglərdən  quraşdırılmış 

su  kəməri  xətti  də  üzə  çıxa rılmış  və  4  

məsafədə izlənilmişdir. 

Muncuqlutəpə 

yaşayış  yeri  Şəmkir 

rayonunun Qaracəmilli  kəndindən 8 k m şimalda, 

Kürün  sağ  sahilində  yerləşir.  Yaşayış  yerinin 

narınqalası  ən  yüksək,  hakim 

mövqedə 

yerləşmə klə  üç  tərəfdən  qala  d ivarları  ilə  

möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı 

hüdudlayırdı.  Qalın lığ ı  1,7-1,8  m-ə  çatan 

mədəni  təbəqə  yatımında  IX-X  və  XI-XIII 

yüzilliklərə  aid  olmaqla  iki  inşaat  qatı 

müəyyənləşdirilmişdir  (A.A.A

ЛИЕВ


,

 

1987,  стp. 



546;  A.A.Aлиев,  1988,  стp.  453-454;  1988a,  стp.  72-73).  Qazıntı  za man ı 

çaydaşından və  bişmiş  kərpicdən  hörülmüş  tikili  qalıqları,  ço xlu  təndir  və  ocaqlar, 

təsərrüfat  quyuları  üzə  çıxa rılıb  öyrənilmişdir.  Me ma rlıq  hissələrinin,  o  cümlədən 

sütun başlıqların ın  tapılması  vaxtilə  burada  monumental  binaların  olmasına  dəlalət 

edir.  Mədəni  təbəqədən  tapılmış  arxeolo ji  materiallar  şirli  və  şirsiz  sa xsı  qab-

qacaqla, də mir a lət və silahlarla, metal mə mu lat və mü xtə lif bəzə k əşyaları ilə tə msil 

olunmuşdur. Şirli saxsı qabların tapıntılar aras ında çoxluğu xüsusi qeyd olunmalıd ır. 

Torpaqqalanın  (Qax  rayonu)  orta  əsr  təbəqəsi  1,20-1,80  m  qalınlığ ındadır. 

Burada  yaşayış  evlərin in  qalıqları,  saxsı  qab  və  kərpic  bişirmək  üçün olan  ikigözlü  

kürə aşkara çıxarılmış, mü xtəlif saxsı qab, metal və şüşə parçaları, həmçinin  sikkələr 

tapılmışdır.  Bunlar ab idənin üst təbəqəsini IX-XV əsrlərə aid etməyə əsas vermişdir 

(R.M.Vah idov, 1965a, s əh. 201-211). 




63 

 

Tatlı  yaşayış  yerini  də  şəhərtipli  hesab  etmək  olar.  Bu  yaşayış  yeri  Qazax 



rayonunun  eyni  adlı  kəndi  əra zisində  hündür  sahədə  yerləşir.  Hər  tərəfdən  hasara 

alın mışdır.  Yaxş ı  yonulmuş  əhəngdaşı  ilə  hörülmüş  divarın  qalınlığı  1,5  m  olub, 

qalıqlarının hündürlüyü 3 m-ə çatır. Yaşayış yerinin sahəsi 5 hektar təşkil edir. Burada üç 

nefli  məbəd  və  onun  örtüyündən  tökülmüş  kirəmitlərin  qalıqları  tapılmışdır.  Yaşayış 

yerindən  həvəngdəstəsi,  şirli  və  şirsiz  qab  qırıqları,  Bizans  hökmdarı  X  Konstantin 

Dukinin (1059-1067) qızıl pulu əldə edilmişdir.  Yaşayış yeri X-Xlll əsrlərə aid edilir 

(Р.Б.Геюшев, А.Б.Нуриев,1978, стр 42-43). 

Qalabozu yaşayış yeri Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi yaxınlığında Kür 

çayının hündür sahilində yerləşir.  Şimaldan, qərbdən və  qismən  də şərqdən  Kür çayı  ilə 

hüdudlanan,  cənubda  isə hündürlüyü  20  m-ə  çatan dik  yamaclı olmaqla bu yaşayış  yeri 

əlverişli  topoqrafik  mövqeyə  malikdir.  Mikrorelyef  əsasında  yaşayış  yerinin  təbii 

maneələrlə qorunmayan cənub kənarında istehkam qalıqlarının varlığını izlə mə k olu r. 

Yaşayış  yerinin  ərazisində bişmiş  kərpic, yonulmuş yerli  ağ daş  və  çaydaşı  kimi 

inşaat materiallarına tez-tez rast gəlinir. Abidənin bəzi yerlərində tikili qalıqları izlənilir. 

Kür  çayının  mədəni  təbəqəni  yuması  nəticəsində  abidənin  qərb  tərəfində  2,2-2,5  

dərinlikdə  çaydaşı  və  bişmiş  kərpicdən  qarışıq  hörgü üsulu  ilə  inşa  olunmuş  divarın 

qalıqlarının 5-6 cərgəsinin üzəri açılmışdır. Çılpaqlaşmış mədəni təbəqə yatımının vizual 

müşahidə əsasında burada qalınlığının 3 m-dən artıq olduğunu söyləmək olar. 

Yaşayış  yerində  ilkin  tədqiqatlar  zamanı  şirli  saxsı  qabların  istehsal  olunduğu 

dulus kürəsinin qalıq ları da aşkar o lun muşdur. 

Yaşayış  yerindən  toplanmış  yerüstü  arxeoloji  materiallar  şirli  və  şirsiz  saxsı, 

fayans  qab  qırıqlarından,  dən  və  kirkirə  daşları  fraqmentlərindən,  bəzək  əşyalarından 

ibarətdir. 

Kəşfiyyat xarakterli ilkin tədqiqatlar əsasında Qalabozu yaşayış yeri IX-XV əsrlərə 

aid edilir (T.M.Dostiyev, 2005). 

Təxti-Tavus  (Qaraköpəktəpə)  Füzuli  şəhərinin  yaxınlığında,  Köndələnçayın  sağ 

sahilində yerləşir. Hündürlüyü  50  m-ə çatan bu geniş sahəli təpədə e.ə. V  minillikdən orta 

əsrlərədək  ardıcıl  həyat  olmuşdur.  Qədim  yaşayış  məskəni  sasanilər  dövründən  Təxti-

Tavus  adını  almışdır  (Q.İsmayılzadə,  1999a,  səh.  47).  Arxeoloji  qazıntılarla  müəyyən 

olunmuşdur  ki,  IX-X  yüzilliklərdə  Təxti-Tavus  geniş  iqtisadi-mədəni  əlaqələrə  malik, 

qala divarları ilə qorunan yaşayış məskəninə çevrilmişdir. Qazıntılar zamanı qala divarları, 

tünglərdən quraşdırılmış su kəməri  xəttinin qalıqları, mü xtəlif təyinatlı mülki və ictimai 

binaların qalıqları, sənətkar məhəlləsi üzə çıxarılmış,  xeyli  miqdarda şirsiz və şirli qab-

qacaq,  metal və şüşə  məmulat, sümük  əşyalar, bəzək əşyaları tapılmışdır  (Г.С.Исмаилов, 

О.А.Даниелян,  1975,  cтp.  35-37).  Bu  yaşayış  məskənində  bədii  sənətkarlığın  -  bədii 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə