62
Təxti -Tavus tapıntıları.
Şəhərburnu yaşayış yeri Kür çayının sahilində Samu x rayonunda Qarasaqqal
kəndinin ya xınlığında yerləşir. Düzbucaq biçimli p lana malik ş əhər xarabalıqla rı 30
hektara yaxın ərazini tutur. Abidənin ərazisində aparılmış yoxlama qazıntı ilə
mədəni təbəqə yatımın ın ü mu mi qalınlığının 2,4 m olduğu və özündə antik, ilk orta
əsr və IX-XII əsrlərin təbəqələrin i əks etdirdiyi
müəyyənləşdirilmişdir. Qalınlığı 80 sm-ə çatan
IX-XII əsrlərə a id üst mədəni təbəqə zənginliyi
ilə fərq lən miş, burada yaşayış və mə işət
tikililərinin qalıqları, ço xlu şirli qab-qacaq
qırıqları, dəmir bıçaq, mismar, kirkirə daşı, çəki
daşı tapılmışdır (A.Məmmədov, 2000, səh. 30-
47).
Yaşayış yerində rünglərdən quraşdırılmış
su kəməri xətti də üzə çıxa rılmış və 4 m
məsafədə izlənilmişdir.
Muncuqlutəpə
yaşayış yeri Şəmkir
rayonunun Qaracəmilli kəndindən 8 k m şimalda,
Kürün sağ sahilində yerləşir. Yaşayış yerinin
narınqalası ən yüksək, hakim
mövqedə
yerləşmə klə üç tərəfdən qala d ivarları ilə
möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı
hüdudlayırdı. Qalın lığ ı 1,7-1,8 m-ə çatan
mədəni təbəqə yatımında IX-X və XI-XIII
yüzilliklərə aid olmaqla iki inşaat qatı
müəyyənləşdirilmişdir (A.A.A
ЛИЕВ
,
1987, стp.
546; A.A.Aлиев, 1988, стp. 453-454; 1988a, стp. 72-73). Qazıntı za man ı
çaydaşından və bişmiş kərpicdən hörülmüş tikili qalıqları, ço xlu təndir və ocaqlar,
təsərrüfat quyuları üzə çıxa rılıb öyrənilmişdir. Me ma rlıq hissələrinin, o cümlədən
sütun başlıqların ın tapılması vaxtilə burada monumental binaların olmasına dəlalət
edir. Mədəni təbəqədən tapılmış arxeolo ji materiallar şirli və şirsiz sa xsı qab-
qacaqla, də mir a lət və silahlarla, metal mə mu lat və mü xtə lif bəzə k əşyaları ilə tə msil
olunmuşdur. Şirli saxsı qabların tapıntılar aras ında çoxluğu xüsusi qeyd olunmalıd ır.
Torpaqqalanın (Qax rayonu) orta əsr təbəqəsi 1,20-1,80 m qalınlığ ındadır.
Burada yaşayış evlərin in qalıqları, saxsı qab və kərpic bişirmək üçün olan ikigözlü
kürə aşkara çıxarılmış, mü xtəlif saxsı qab, metal və şüşə parçaları, həmçinin sikkələr
tapılmışdır. Bunlar ab idənin üst təbəqəsini IX-XV əsrlərə aid etməyə əsas vermişdir
(R.M.Vah idov, 1965a, s əh. 201-211).
63
Tatlı yaşayış yerini də şəhərtipli hesab etmək olar. Bu yaşayış yeri Qazax
rayonunun eyni adlı kəndi əra zisində hündür sahədə yerləşir. Hər tərəfdən hasara
alın mışdır. Yaxş ı yonulmuş əhəngdaşı ilə hörülmüş divarın qalınlığı 1,5 m olub,
qalıqlarının hündürlüyü 3 m-ə çatır. Yaşayış yerinin sahəsi 5 hektar təşkil edir. Burada üç
nefli məbəd və onun örtüyündən tökülmüş kirəmitlərin qalıqları tapılmışdır. Yaşayış
yerindən həvəngdəstəsi, şirli və şirsiz qab qırıqları, Bizans hökmdarı X Konstantin
Dukinin (1059-1067) qızıl pulu əldə edilmişdir. Yaşayış yeri X-Xlll əsrlərə aid edilir
(Р.Б.Геюшев, А.Б.Нуриев,1978, стр 42-43).
Qalabozu yaşayış yeri Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi yaxınlığında Kür
çayının hündür sahilində yerləşir. Şimaldan, qərbdən və qismən də şərqdən Kür çayı ilə
hüdudlanan, cənubda isə hündürlüyü 20 m-ə çatan dik yamaclı olmaqla bu yaşayış yeri
əlverişli topoqrafik mövqeyə malikdir. Mikrorelyef əsasında yaşayış yerinin təbii
maneələrlə qorunmayan cənub kənarında istehkam qalıqlarının varlığını izlə mə k olu r.
Yaşayış yerinin ərazisində bişmiş kərpic, yonulmuş yerli ağ daş və çaydaşı kimi
inşaat materiallarına tez-tez rast gəlinir. Abidənin bəzi yerlərində tikili qalıqları izlənilir.
Kür çayının mədəni təbəqəni yuması nəticəsində abidənin qərb tərəfində 2,2-2,5 m
dərinlikdə çaydaşı və bişmiş kərpicdən qarışıq hörgü üsulu ilə inşa olunmuş divarın
qalıqlarının 5-6 cərgəsinin üzəri açılmışdır. Çılpaqlaşmış mədəni təbəqə yatımının vizual
müşahidə əsasında burada qalınlığının 3 m-dən artıq olduğunu söyləmək olar.
Yaşayış yerində ilkin tədqiqatlar zamanı şirli saxsı qabların istehsal olunduğu
dulus kürəsinin qalıq ları da aşkar o lun muşdur.
Yaşayış yerindən toplanmış yerüstü arxeoloji materiallar şirli və şirsiz saxsı,
fayans qab qırıqlarından, dən və kirkirə daşları fraqmentlərindən, bəzək əşyalarından
ibarətdir.
Kəşfiyyat xarakterli ilkin tədqiqatlar əsasında Qalabozu yaşayış yeri IX-XV əsrlərə
aid edilir (T.M.Dostiyev, 2005).
Təxti-Tavus (Qaraköpəktəpə) Füzuli şəhərinin yaxınlığında, Köndələnçayın sağ
sahilində yerləşir. Hündürlüyü 50 m-ə çatan bu geniş sahəli təpədə e.ə. V minillikdən orta
əsrlərədək ardıcıl həyat olmuşdur. Qədim yaşayış məskəni sasanilər dövründən Təxti-
Tavus adını almışdır (Q.İsmayılzadə, 1999a, səh. 47). Arxeoloji qazıntılarla müəyyən
olunmuşdur ki, IX-X yüzilliklərdə Təxti-Tavus geniş iqtisadi-mədəni əlaqələrə malik,
qala divarları ilə qorunan yaşayış məskəninə çevrilmişdir. Qazıntılar zamanı qala divarları,
tünglərdən quraşdırılmış su kəməri xəttinin qalıqları, mü xtəlif təyinatlı mülki və ictimai
binaların qalıqları, sənətkar məhəlləsi üzə çıxarılmış, xeyli miqdarda şirsiz və şirli qab-
qacaq, metal və şüşə məmulat, sümük əşyalar, bəzək əşyaları tapılmışdır (Г.С.Исмаилов,
О.А.Даниелян, 1975, cтp. 35-37). Bu yaşayış məskənində bədii sənətkarlığın - bədii