Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə23/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   19   20   21   22   23   24   25   26   ...   195

52 

 

Şəmkirçayın  yatağında  şəhristana  istiqamətlən miş  ço xaşırımlı  körpünün  qalıqları 



qalmaqdadır.  Şəmkirçayın  sahilində  yerləşən,  1  hektardan  artıq   sahəni  tutan 

narınqalanın  (içqalanın)  xarabalıqları  daha  yaxşı  mühafizə  olunmuşdur.  Narınqala 

möhkəm qala divarları və xəndəklə qorunurmuş. Qala divarları Arran memarlıq  məktəbi 

üçün səciyyəvi olan hörgü ilə bişmiş kərpic, çaydaşı və yerli ağ və göy daşlardan əhəngli 

məhlulda  kombinə  edilmiş  hörgü  ilə  ucaldılmışdır.  Narınqalanın  daxilində  bişmiş 

kərpicdən  inşa  olunmuş  tikililərin  qalıqları  vizual  izlənilir.  Şəhristanın  ərazisi  mütəmadi 

olaraq şumlanaraq əkin üçün istifadə olunduğundan burada mikrorelyef pozulmuşdur. Onun 

ərazisində yerüstü inşaat materialları və memarlıq hissələrinə tez-tez təsadüf olunur. Şəhər 

memarlığında çaydaşı, yerli puç, ağ daş və bişmiş kərpicdən geniş istifadə olunduğunu 

söyləmək  olar.  Şəhristanın  ərazisində  istehsal  qalıqlarına,  ilk  növbədə,  dulusçuluq  və 

dəmirçiliklə bağlı tullantılara, çıxarlara rast gəlinir. 

Şəhristanda  16  kv.m  sahədə  aparılmış  yoxlama  qazıntı  abidənin  bu  sahəsində 

mədəni təbəqə yatımının qalınlığ ının 2,2 təşkil etdiyini göstərdi. Abidənin ərazisində 

mütəmadi şum işləri aparıldığından mədəni təbəqənin XIII əsrə aid edilən üst qatı 66-68 



sm  dərinliyə  qədər  tamamilə  dağıdılaraq  qarışdırılmış,  tikili  qalıqları  mühafizə  

olunmamışdır.  68-220  sm  dərinliklərdə  intensiv  şəhər  həyatını  əks  etdirən,  özülü 

çaydaşından,  divarları  bişmiş  kərpicdən  hörülmüş  tikinti  qalıqları,  təndir  və  ocaqlar, 

mə işət və təsərrüfat quyuları, inşaat tullantıları, mü xtəlif təyinatlı əmə k alətləri, mə işət 

avadanlığı, bəzək əşyaları ilə zəngin mədəni təbəqə yatımı tədqiq edilmişdir. 

Mədəni  təbəqənin  VIII-X  əsrlərə  aid  inşaat  qatında  bünövrə  qalıqları, 

təndirxanalar,  təsərrüfat  və  məişət  quyuları  aşkarlanmışdır.  Tapıntılar  dəmir  və  daş 

alətlər, şirli  və şirsiz  saxsı  məmulatı,  mü xtəlif  təyinatlı,  çoxsaylı şüşə  qab nümunələri, 

bəzək əşyaları ilə tə msil olun muşdur. 

Mədəni təbəqənin  XI-XII  əsrlərə  aid  inşaat qatında tikili  qalıqları,  ocaq və təndir 

qalıqları üzə çıxarılmış, xeyli miqdarda şirli və şirsiz saxsı, fayans qab-qacaq nümunələri, 

əmək alətləri, şüşə qab qırıqları, bəzək əşyaları tapılmışdır. 

Şəmkirin  şəhristanında  aparılmış  arxeoloji  qazıntı  burada  VIII-XIII  əsrin 

əvvəllərində  intensiv  şəhər  həyatının  mövcudluğunu  təsdiqləmiş,  XI-XII  əsrlərdə 

şəhərin çiçəklənmə çağını keçirdiyini müəyyənləşdirməyə əsas vermişdir. 

Narınqalada  aparılmış  arxeoloji  qazıntıların  nəticələri  də  maraqlı  olmuşdur.  III 

qazıntı  sahəsində  narınqalanın  şərq  divarı  80  m  uzunluqda  torpaq  qalaqlarından 

təmizlənərək  öyrənilmişdir.  IV  qazıntı  sahəsində  aparılan  tədqiqatlar  narınqalanın 

içərisində  iki  mədəni  təbəqənin  varlığını  göstərmişdir.  Üst,  XVIII-XIX  əsrlərə  aid 

mədəni  təbəqədən  altda qalınlığı  4  m-ə  çatan  IX-XIII  əsrlərə  aid  mədəni  təbəqə üzə 

çıxarılmışdır. Bu mədəni təbəqədə istehkam qalıqları, təsərrüfat təyinatlı tikililər, təndir 

və ocaqlar, təsərrüfat və məişət quyuları, bişmiş kərpicdən hörülmüş qurğu, kürəbənd 




53 

 

üsulu  ilə  düzəldilmiş  kanalizasiya  xətti  aşkarlanaraq  tədqiq  edilmişdir.  Orta  əsr 



təbəqəsindən  əldə  olunmuş  tapıntılar  dəmir  ə mək  a lətləri  və  silah  nümunələrindən, 

inşaat  materialları  və  məişət  əşyalarından,  şirli  və  şirsiz  saxsı  qab  nümunələrindən, 

metal və şüşə məmulatdan, bəzək əşyalarından, sikkələrdən ibarətdir. 

Torpaqqala şəhər yeri  Tovuz  şəhərindən  17  km şimal-şərqdə,  Kür  çayının sağ 

sahilində,  Xunan  düzünün  kənannda  uzunsov-oval  biçimdə  böyük  bir  təpə  üzərində 

yerləşir.  Təpə  hər  tərəfdən dərin  xəndəklə  əhatə olunmuşdur.  Təpənin  üzərinə çıxmaq  

üçün yeganə yol onun qərb tərəfindən keçən 3-4 enində yoldur. Təpənin üstündə və 

ətraf  enişində  iri  çay  daşlarından  inşa  olunmuş  qala  divarlarının  qalıqları  qeydə 

alınmışdır.  Şəhərin salındığı  təpənin nisbətən  düz  olan səthi  Kür  çayının səviyyəsindən 

100-120  m  hündürdədir.  Hər  tərəfdən  dərin  uçurumla  əhatə  olunması  hərbi-strateji 

baxımdan  təpənin  əhəmiyyətli  olduğunu  göstərir.  Tədqiqatçılar  Torpaqqalanı  Xunan 

şəhərinin xarabalıqları hesab edirlər və mülahizələrini abidənin Bərdə-Tiflis karvan yolu 

üzərində Xunan düzündə yerləşməsi ilə, ərəb coğrafiyaçısı əl-İstəxrinin onun Qala ət-

Turab,  yəni  Torpaqqala  adı  ilə  məşhur  olması  ilə  əlaqələndirirlər  (R.M.Vahidov, 

N.M.Quliyev,  1993,  s əh.  73).  Yazılı  qaynaqlardan  bəlli  olur  ki,  Xunan s ərhəd şəhəri 

erkən  orta  əsrlərdə,  eləcə də  IX-XIII  yüzilliklərdə  Azərbaycanın  ticarət yolu  üzərində 

yerləşən şəhərlərindən biri olmuşdur. Ərəb  müəllifləri  onu  Beyləqan,  Varsan,  Bərdic, 

Bərzənd,  Şabran,  Qəbələ,  Şəki,  Şəmkir  kimi  şəhərlərə  bənzər  şəhər  kimi  qeyd 

etmişlər (N.M.Vəlixanlı,  1974, səh. 89). Torpaqqalada 1972-1978-ci illərdə dörd sahədə 

qazıntılar  aparılmış, qalınlığı  3  m-dən  artıq  olan  mədəni  təbəqə  yatımının  əsasən  VII-

XIII əsrlərə mənsubluğu müəyyənləşdirilmişdir (Р.М.Ваидов, Н.М.Гулиев, 1973, стp. 20-

21;  1975 a, стp.  467;  1975  б,  стp.  48-52;  1979,  стp.  30-33;  R.M.Vahidov,  N.M.Quliyev, 

1993, səh. 40-49; Р.М.Ваидов, Н.М.Гулиев, E.А.Гасымов, 1977, cтp. 488-489; 1978, стp. 

44-46, P.M.Baидов, P.Б.Геюшев, H.M.Гулиев, 1979, стp. 511). 

Arxeoloji qazıntılarla möhrə, daş və bişmiş kərpicdən tikilmiş ev qalıqları, xristian 

məbədinin mehrabı, hovuz, təndirlər, təsərrüfat quyuları aşkara çıxarılıb tədqiq edilmişdir. 

Lilli suyu süzmək üçün istifadə olunan iri daşlar, şirli və şirsiz saxsı qablar, şüşə məmulat, 

sikkələr  tapılmışdır.  Tədqiqatçıların  fikrincə,  inzibati  və  dini  mərkəz  olmayan  Xunan 

şəhərinin tərəqqi və tənəzzülü daha çox ticarət və sənətkarlığın inkişafı ilə bağlı  

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə