Arxeo logiya və etnoqrafiya institutu


Bərdə şəhəri.Qazıntı sahəsindən



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə22/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   18   19   20   21   22   23   24   25   ...   195

49 

 

Bərdə şəhəri.Qazıntı sahəsindən 



görünüş. 

Örənqala qazıntıları göstərdi ki, şəhərdə həyat ilk orta əsrlərdən başlayaraq ardıcıl 

surətdə  davam  etmiş,  xüsusilə  XII-XIIl  əsrin  əvvəllərində  burada  çox  böyük 

canlanma olmuşdur. Ümumiyyətlə, bu şəhər özünün təxminən onəsrlik  mövcud olduğu 

dövrdə Azərbaycanın və bütün Cənubi Qafqazın iqtisadi və mədəni həyatında  mühüm 

rol oynamışdır (Q.M.Əh mədov, 1979). 

Govurqala  şəhər  yeri  Ağdam  rayonunun  Boyəhmədli  kəndi  ərazisində  yerləşir. 

Əsası  III-IV  əsrlərdə  qoyulmuş  bu  şəhərin  xarabalıqlarının  sahəsi  40  hektara  yaxındır. 

Narınqala  şəhərin  yüksək  hissəsində  yerləşməklə  3  hektar  ərazini  əhatə  edirdi 

(P.Б.Геющев,  1978,  cтp.  496).  Govurqalada  aparılan  arxeoloji  qazıntı  zamanı  orta  əsr 

təbəqəsində  (VIII-X  əsrlər)  bir  nefli  məbədin  hissəsi  və  onun  yanında  X  əsrin 

axırlarında alban çarlığ ını bərpa etmiş knyaz Hamamın qardaşının daş tabutu aşkara 

çıxarılmışdır (R.M.Vahidov, 1965, səh. 177-180). 

Tərtərçayın  hər  iki  sahilində  salınmış  Bərdə  şəhəri  bəhs  olunan  dövrdə 

Azərbaycanın mühüm siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni mərkəzi  idi. Orta əsr 

şəhər xarabalıqlarının üstündə hazırda Bərdə rayonunun mərkəzi yerləşdiyindən mədəni 

təbəqə yatımı torpaq işləri ilə ə laqədar vaxtaşırı 

dağıntılara məruz qalır. 

Albaniya dövlətinin paytaxtının V əsrdə 

Qəbələdən  Bərdəyə  köçürülməsi  hələ o vaxtlar 

Bərdənin  mühüm  ş əhərlərdən  biri  olduğuna 

dəlalət  edir.  Şərqdən  Qərbə  və  Cənubdan 

Şimala  gedən  karvan  yollarının  qovşağında 

yerləşən bu şəhər, xüsusilə Sasani imperiyası və 

Xilafət 

dövründə 

Şərqin 

ən 


məşhur 

şəhərlərindən 

birinə 

çevrilmişdi. 



Cənubi 

Qafqazın  idarə  edilməsi  ilə  məşğul  olan  Sasani 

mərzbanlarının 

və 


ərəb 

canişinlərinin 

iqamətgahı burada  yerləşirdi.  Heç də təsadüfi 

deyil  ki,  orta  əsr  ərəb  müəllifləri  bu  şəhərin 

adını  yüksək  epitetlərlə  çəkir,  ona  "böyük", 

"əhəmiyyətli",  "sağlam",  "çiçəklənən", "gözəl"  və  "Arranın anası"  deyirdilər.  Bərdəni 

Bağdadla,  Reylə,  İsfahanla  müqayisə  edirdilər.  Böyük  Nizaminin  "İskəndərnamə" 

poemasında Bərdəni tərif etməsi təsadüfi deyildir. 

Ço x təəssüf ki, bu nəhəng şəhər yerində arxeoloji qazıntılar çox az aparılmışdır. 

Şəhərin  əsaslı öyrənilməsinə  1984-cü  ildən  başlanmışdır.  Qısa  müddətdə  1000  kv.m-lik 

sahədə  4  mədəni  təbəqə  aşkara  çıxarılmışdır.  Bunlardan  ən  zəngini  IX-XIII  əsrlərin  

əvvəllərinə  aid  o lan  təbəqədir.  Qalınlığı  3  m-dən  çoxdur.  Yaşayış evlərinin,  ictimai 




50 

 

                                              Gəncə şəhər xarabalıqları. 

binaların, sənətkarlıq-ticarət tikintilərinin, su və kanalizasiya xətlərinin qalıqları, təndirlər 

üzə  çıxarılmış,  quyular  təmizlən miş,  çoxlu saxsı,  metal  məmulat,  sikkələr,  memarlıq  

hissələri,  istehsal  tullantıları,  çıxarlar,  yarımfabrikatlar  və  s.  əldə  edilmişdir.  Arxeoloji 

materiallar  bütün aydınlığı  ilə sübut edir  ki,  Nizami  dövründə Arranda birincilik  Gəncə 

şəhərinə keçsə də, Bərdə Azərbaycanın zəngin və inkişaf etmiş şəhərlərindən biri olaraq 

qalırdı (A.Б.Нуриев, 1986, A.Б.Нуриев, A.M.Maмедов, 1986, A.Б.Hypueв 

И 

дp., 1988). 



Orta  əsr  Gəncə  şəhərinin  xarabalıqları  Gəncəçayın  hər  iki  sahilində,  indiki 

Gəncədən  təxminən  7-9  k m  şimal-şərqdə  yerləşir.  Şəhər  yerində  orta  əsrlərə  aid 

mədəni təbəqə yatımı, şəhərin üç dairə qala divarları, çaykənarı bəndlər, uçmuş körpülər, 

türbələr,  o  cümlədən  Nizami  Gəncəvinin  qəbri,  daha son  dövrlərə aid  qəbiristanlıqlar, 

İmamzadə  və bəzi  abidələr  qalmaqdadır.  Mədəni  təbəqə  yatımını  bəzi  yerlərdə  çayın 

selləri, bəzi yerlərdə isə müasir tikintilər qismən dağıtmışdır. 

1938-1940-cı  illərin  tədqiqatları  zamanı  ş əhər yerinin planı  çıxarılmış  (tablo  6, 

şək.  1),  şəhərin  içərisində  şərti  olaraq  Birinci  şəhər,  İkinci  şəhər  və  Sənətkarlar 

məhəlləsi  adlandırılan  ərazilərdə  qazıntı  aparılmış,  qala  divarları,  çayqırağı  bəndlər  və 

qəbiristanlıqlar  öyrənilmişdir.  Şəhərdə  4  m-dək  qalınlığında  mədəni  təbəqə  olduğu 

müəyyənləşdirilmişdir  (И.М.Джафарзаде,  1939;  1941;  1949).  Böyük  Vətən  müharibəsinin 

başlanması qazıntıların dayandırılmasına s əbəb olmuşdur. 

Orta  əsr  Gəncə  şəhər  yerində  arxeoloji  işlər  1981-ci  ildə,  Niza mi  Gəncəvinin 

850 illik yubileyinə hazırlıqla ə laqədar olaraq bərpa edilmişdir. Bununla da ş əhərin və 

ətrafının  planlı  surətdə  öyrənilməsinə  başlanmışdır  (Дж.А.Халилов,  1986;  P.Дж.Ахмедов, 

1985,  1986,  1986a,  1988;  1988a,  1988б,  P.Дж.Ахмедов  и  др.,  1992).  Qazıntıların 

nəticəsində dini təyinatlı bina, yaşayış evlərinin qalıqları, döşəmə 

 

 



 

 

 



altı qızd ırıcı sistemə  malik tikili, bitki yağı  istehsal edən emalatxana, çaydaşı 

ilə döşənmiş küçə,  kəhriz  xəttinin qalıqla rı ü zə çıxarılmışdır. Arxeoloji tədqiqatlarla  




51 

 

müəyyən edilmişdir ki, şəhər həmin yerdə qədimdən mövcud olmuş yaşayış məskəni 



əsasında yaranmış, sonra möhkəmləndirilmiş şəhərə çevrilmişdir. IX-XIII əsrlərə aid  

təbəqələr zəngin tikinti qalıqla rı, kə rpic y ığımla rı, sa xsı və digər  maddi  mədəniyyət 

qalıqları ilə doludur. Şəhərin çiçəklən mə dövrü də bu əsrlərə aiddir. Ruslar Bərdəni 

dağıtdıqdan sonra  Gəncə  daha  sürətlə  inkişaf  etmişdir.  Gəncə  Şəddadilər,  sonra  isə 

Eldənizlə r  -  Atabəylər  dövlətinin  paytaxtına  çevrilmişdir.  1122/23-cü  il 

zə lzə ləsindən  böyük  zərər  çəkmiş,  şəhərin  qala  divarları  dağılmış  və  bir  hissəsi 

torpağın  altında  qalmışdır  (З.М .Б

УНИЯТ ОВ


,

 

1990,  cтp.  74).  Bununla  belə,  şəhər 



tezliklə  bərpa olun muş və öz həyatını davam etdirmişdir.  1139-cu  il sentyabrın 30-

da  Gəncədə  və  onun  nahiyəsində daha  güclü  zəlzə lə  baş  vermiş,  şəhər  tikililərinin  

çoxu  dağılmış,  sakinlərin  xey li  h issəsi  məhv  olmuşdu  (З.М.Б

УНИЯТОВ


,

 

1990,  c тp. 



76).  1139-cu  il  Gəncə  zəlzə ləsi  za man ı  150  minə  yaxın  şəhər  sakininin  öldüyü 

ehtima l o lunur (A zərbaycan tarixi, 1998, s əh. 420).

 

Son  illərin  qazıntıları  xey li  arxeolo ji  materia lla r  aşkara  çıxa rmışdır.  Maraqlı 



ko mple kslərdən  biri  Gəncəçayın  sol  sahilində,  şəhər  yerinin  şimal-qərb  sektorunda 

416  k v.m  sahədə  aparılmış  arxeoloji  qa zınt ıla r  za manı  ü zə  çıxarılmış  və  bitki  yağı 

alın ması  ilə  bağlı  xüsusi  istehsalat  kompleksidir  (Р.Д

Ж



ХМЕДОВ И  Д

р.,  1992,  cтp. 

153).  Şəhər  xarabalıqlarından  aşkar  edilmiş  arxeoloji  materiallar  Yaxın  və  Orta 

Şərqin  məşhur  şəhərlərindən  olan  Gəncənin  tarixin i  hərtərəfli  tədqiq  etmək  üçün 

geniş imkan lar açır. 

Şətəl  şəhər  yeri  Bərdə  və  Gəncə  şəhərləri  arasında  Goranboy  rayonunun 

Rəhimli  kəndinin  cənub-şərqində  yerləşir  və  40  hektara  qədər  əra zini  əhatə  edir 

(A.M.Mə mmədov,  1992,  səh.  89-91).  Yaqut  Hə məvi  " Coğrafi  lüğət"ində  Arranda, 

Bərdə  ilə   Gəncə  arasında  Şətəl  qalasın ın  yerləşdiyini  bildirir  (Йаку т  а ль-Хамави, 

1983, c тp. 27). 

Abidənin  ərazisində,  üç  qazıntı  sahəsində  aparılmış  tədqiqatlar  burada  orta 

əsr  şəhəri  üçün  səciyyəvi  əlamətləri  ö zündə  əks  etdirən  zəngin  mədəni  təbəqə 

yatımının  varlığın ı təsdiqləmişdir. Məlu m olmuşdur ki, IV-V yü zilliklərdə salın mış 

yaşayış  məskəni  IX-X  əsrlərdə  şəhərə  çevrilmiş,  XI-XIII  əsrin  əvvəllərində  isə 

burada gur həyat olmuşdur. 

Orta  əsr  Şə mkir  şəhərinin  xarabalıqla rı  eyni  adlı  rayonun  Muxtariyyə 

kəndinin  şima l  kənarında,  Şə mkirçayın  sahilində,  də mir  yolundan  600  m  cənubda 

yerləşir.  Xarabalıqla r əsasında şəhərin dördbucaqlı plan quruluşuna malik olduğunu, 

şərq-qərb  oxu  üzrə  yerləşdiyin i  müəyyən  etmək  olur  (tablo  10,  şək.  1-2).  Qala 

divarları  qalıqların ın,  xüsusilə  qərb  və  cənub  divarlarının  qalıqların ın  hündürlüyü 

bəzi  yerlə rdə  4  m-ə  çatır.  Bu  d ivarla rda  ş əhər  darvazala rın ın  yeri  aydın  müşahidə 

olunur.  Qala  divarları  çaydaşı,  biş miş  kərpic  və  yerli  ağ  daşdan  inşa  edilmişdir. 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə