Arxeo logiya və etnoqrafiya institutu


Şəmkir şəhər yeri. IV qazıntı sahəsi



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə24/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   20   21   22   23   24   25   26   27   ...   195

54 

 

Şəmkir şəhər yeri. IV qazıntı sahəsi. 

 olmuşdur (R.M.Vahidov, N.M.Quliyev, 1993, s əh. 46). 

Dəbil  şəhəri  ərəb  ağalığı  dövründə  Xəlifə  canişinin  mərkəzi  olmaqla  sənət 

istehsalının yüksək inkişaf etdiyi şəhərlərdən idi. Dəbil haqqında məlumat verən Yaqut əl-

Həməvi  isə  bu  şəhərin  Azərbaycanın  ucqarlarında,  Arran  vilayətində  yerləşdiyini 

xüsusilə vurğulayır (Йакут аль-Хамави, 1983, cтp. 24). 

IX  əsrdə  Dəbil  şəhəri  Azərbaycan  Sacilər  dövlətinin,  X  əsrin  ortalarında  is ə 

əvvəlcə  Salarilərin,  sonra  isə  Şəddadilərin,  XII  əsrdən  isə  Azərbaycan  Atabəylər 

dövlətinin mühüm şəhərlərindən olmuşdur. 

Yazılı  qaynaqlar  Dəbil  şəhərini  böyük  və  zəngin  şəhər  kimi  təqdim  edirlər. 

Lakin  XIII  əsrin  birinci  yarısında  şəhər  bir  neçə  dəfə  dağıntı  və  qarətlərə  məruz 

qalmışdır.  XIII  əsrin  əvvəllərində  gürcü  qoşunları  hücum  edərək  şəhəri  ələ  keçirib 

talamışdır,  lakin  tezliklə  Xarəzmşah  Cəlaləddin  şəhəri  gürcülərdən  azad  etmişdir. 

Monqollar 1236-cı  ildə şəhəri alaraq dağıt mış və şəhər bundan sonra tənəzzül et miş, 

yenidən dirçəlmə mişdir. 

Arxeoloji  tədqiqatlar  şəhərin  XI-XIII  əsrlərdə  yüksəliş  keçirdiyini,  ərazisinin 

genişlənərək geniş  bir sahəni  əhatə  etdiyini göstərir.  Arxeoloji  axtarışlar  zamanı  şəhər 

qala divarlarının  bir  neçə dairəsinin  izlənilməsi  də  bunu təsdiq  edir  (tablo  10,  şək.  3). 

Şəhərin  sənətkarlıq  məhəllələrinin  cəmləşdiyi  ərazi  də  qala  divarları  ilə  əhatə 

olunmuşdu (K.Q.Kafadaryan, 1952; 1982; Б.Н.Аракелян, 2003). 

İnkişaf  etmiş  orta  əsrlərdə  Dəbilin  narınqalası  yenidən  qurulmuşdu.  Daş  təməl 

üzərində çiy və bişmiş kərpicdən inşa edilmiş narınqalanın divarları 10 hektar sahəni 



55 

 

əhatə edirdi və 40 bürclə möhkəmləndirilmişdi. İç qalanın müdafiə sisteminə həm də su 



ilə  doldurulan xəndək da xil id i. 

Arxeoloji  qazıntılar  zamanı  narınqalanın  daş  təməl  üzərində  çiy  və  bişmiş 

kərpicdən  inşa  olunmuş  çoxlu  ictimai  binaları  və  yaşayış  evlərinin  qalıqları  üzə 

çıxarılmışdır. Narınqalanın şimal-şərq hissəsindəki təpə hakim mövqeyə malik olması ilə 

fərqlənir və burada aparılan arxeoloji qazıntılar XII-XIII əsrlərin saray qalıqları və digər 

iri  binaların  xarabalıqlarının  aşkarlanması  ilə  nəticələnmişdir.  Binaların  daxili 

tərtibatında gəc  üzrə oyma uğurla tətbiq  olunmuşdu.  Saray  tipli bir  binanın  divarlarına 

XI əsrdə həndəsi bəzək yaradan terrakota fiqurlar salınmışdır. 

Dəbil şəhərinin rabad hissəsində yaşayış evlərinin və emalatxanaların qalıqları ilə  

bütöv bir məhəllənin xarabalıqları üzə çıxarılmışdır. XI-XII əsrlərə aid edilən bu məhəllədə 

çoxlu  təndir  və  dulus  kürələri  aşkarlanmışdır.  Qeyd  edək  ki,  sənətkar  emalatxanaları 

Dəbil  şəhər  yerinin  mərkəzinin,  hətta narınqalanın  arxeoloji  qazıntıları  za manı  da  ü zə  

çıxarılmışdır. 

Arxeoloji  qazıntılar  Dəbil  şəhərinin  Azərbaycan şəhərləri,  eləcə  də  Yaxın  və 

Orta  Şərqin  başlıca  mərkəzləri  ilə  sıx  əlaqə  saxladığını  təsdiqləyir.  Şəhərin  pul 

dövriyyəsində  Abbasi  xəlifələrinin,  Bizans  imperatorlarının,  Sacilərin,  Salarilərin, 

Şəddadilərin,  Səlcuq  sultanlarının,  Azərbaycan  Atabəylərinin  zərb  etdirdiyi  sikkələr 

işlədilmişdir (X.A.Myшегян, 1962). 

Naxçıvan  şəhəri  orta  əsrlərdə  Azərbaycanın  böyük  sənətkarlıq,  ticarət  və 

mədəniyyət  mərkəzlərindən biri  idi.  Araz  çayı  üzərində  karvan  yollarının  qovşağında 

yerləşən bu şəhər XII əsrdə (30-cu illə rdən 70-c i illərin ortalarına qədər) Eldənizlər - 

Atabəylər  dövlətinin  paytaxtı  olmuşdur  (R.A.Məmmədov,  1977,  səh.  50).  Na xçıvan  

şəhəri arxeolo ji cəhətdən ən zəif öyrən ilən şəhərlərdəndir. Bu rada, keçən əsrin 60-cı 

illərinin  sonunda,  Mömünə  xatın  türbəsindən  cənubda,  şəhərin  narınqalasında  kiçik 

sahəli (360 k v.m) arxeoloji qazıntılar aparılmış, ümumi qalınlığı 5 olan mədəni təbəqə 

aşkara  çıxarılmışdır  ki,  bu  da  bir-birinin  üstündə yerləşən,  IX-XI,  XII-XIV  və  XV-

XIX  əsrlərə  a id  üç  inşaat  qatından  ibarətdir  (R.B.Göyüşov,  R.Ə.Məmmədov,  1980). 

Çaydaşı  və  möhrədən  tikilmiş  (alt  qatda),  gil  məhlulunda  çiy  və  bişmiş  kərpicdən 

hörülmüş  dördbucaq  bina  qalıqları,  su  və  təsərrüfat  quyuları,  döşəmə  və  kəhriz 

fraqmentləri üzə çıxarılmışdır. Ço xlu miqdarda şirsiz, şirli saxsı qab qırıqları, fayans, çini 

qab  parçaları  və  müxtəlif  kaşı  nümunələri  tapılmışdır.  Metal  əşyalar,  kürədə  şirli  qab 

bişirilən zaman istifadə olunan gil üçayaqlar və s. əldə edilmişdir. 

1976-cı  ildə  Naxçıvan şəhərində aparılan arxeoloji  qazıntılar  nəticəsində burada 

IX-XVII əsrlərə aid qaynar həyat mənzərəsini bərpa etməyə imkan verən zəngin faktik 

materia lla r ə ldə olun muşdur. 



56 

 

Xaraba-Gilan şəhər yeri  Naxçıvan  Muxtar  Respublikası  Ordubad  rayonunun Aza 



kəndi ərazisində, Gilan çayın sahilində təbii cəhətdən çox  möhkəm, su təchizatı yaxşı 

olan,  daşlı-qayalı  bir  sahədə  yerləşir  və  orta  əsrlərdə  Kiran  adı  ilə  məşhur  olmuş 

şəhərin  xarabalıqlarıdır.  Yaqut  əl-Həməvi  bu  şəhərdən  bəhs  edərkən  yazır:  "Kiran 

Azərbaycanda  şəhərdir,  Təbriz  ilə  Beyləqan  arasında  yerləşir"  (Йакут  а ль-Хамави, 

1983, c тp. 30). 

Şəhər  yeri  geniş  ərazini  əhatə  edir.  Hazırda  xarabalıqları  mühafizə  olunmuş 

şəhər istehkamları vaxtilə möhkəmliyi ilə fərqlənmiş və orta əsr səyyahları öz əsərlərində 

bu haqda qeydlər etmişlər. 

Şəhərin  topoqrafiyasında narınqala, şəhristan  və  rabad  adlanan  üç hissə  özünü 

qabarıq büruzə verir (tablo 11, şək. 1). Narınqala hakim yüksəklikdə, sıldırımlı yamacları 

olan  hündür  dağın  üzərində  salınmışdı.  Təbii  baxımdan  alınmaz  bir  məkanda 

yerləşməsinə  baxmayaraq  əlavə  olaraq  daşdan  hörülmüş  dairəvi  bürclərlə 

möhkəmləndirilmiş  qala  divarları  ilə  əhatələnmişdir  (bu  müdafiə  xəttinin  uzunluğu 

600  m  təşkil  edir).  Narınqalada  mikrorelyef  ya xşı  mühafizə   olunduğundan  onun 

mürəkkəb  plan quruluşunu, bir-birilə  əlaqəsi  olan  ayrı-ayrı  binaların qalıqlarını  aydın 

müşahidə  etmək  olur  (tablo  11,  şək.  2).  Narınqalanın  mərkəzində  iki  böyük  hovuz 

qalığı  qeydə  alınmışdır.  Qalıqlar  bu  hovuzların  vaxtilə  günbəzvari  örtüyə  malik 

olduğunu söyləməyə əsas verir (Б.И.Ибрагимов, 2000, стp. 30-31). 

Şəhristan  arxeoloji  qazıntılarla  daha  yaxşı  öyrənilmişdir.  Burada  məhəllələri, 

yaşayış  evlərinin,  iri  ictimai  tikililərin  -  karvansaraların,  hamamların,  dəyirmanın;  dini 

tikililə rin  -  məscid və türbələrin qalıqlarını v izua l  müşahidə etmək olur. Şəhərin baş 

küçəsini və ona qovuşan məhəllə küçələrini də izləmək çətin deyil. Şəhristanın binaları 

bişmiş kərpicdən əhəngli məhlulla inşa olunaraq kaşılarla bəzədilmişdir. 

Bəzən  şəhristanda, əsasən  isə  rabadda yaşayış  evləri  daş  bünövrə  üzərində  çiy 

kərpicdən  inşa  olunmuşdur.  Rabadın  tikililəri  şəhristanın  məhəllələrindən  kənarda, 

təpələrin  ətəyində və şəhərin  cənubunda  yerləşir  (Б.И.Ибрагимов,  2000,  стp. 35-36). 

Rabadda əsasən sənətkarlar və şəhər yoxsulları məskunlaşmışdılar. Yerli dulusçuluq ş əhər 

sakinlərini məişətdə geniş istifadə olunan müxtəlif təyinatlı mətbəx, süfrə, işıqlandırma və  

s. saxsı qablarla təmin edirdi. Mü xtəlif  metal alət və əşyalar şəhərdə  mefalişləmənin  

inkişafından xəbər verir. 

Va xtilə şəhərdə yüksək bədii mədəniyyətin mövcudluğunu, sənətkarların savadlılıq 

dərəcəsini  arxeoloji  qazıntılar  üzə  çıxarmışdır.  Tez-tez  təsadüf  olunan  kaşı  qırıqları 

üzərində  ərəb əlifbasının  kufi və  nəsx  xətləri  ilə  yazılmış  nümunələrə  rast  gəlinir.  XII-

XIV  əsrlərə  aid  tapıntılarda  üzə  çıxan  ərəb,  Azərbaycan  və  fars  dillərində  Qurandan 

seçmələr və digər yazılar bədii sənətkarlığın yüksək səviyyəsinə dəlalət edir. 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə