64
keramika istehsalının, zərgərlik, sümükişləmə, bədii şüşə sənətkarlığı sahələrinin kifayət
qədər inkişaf etdiyi bildirilir (Q.İsmayılzadə, 1999a, səh. 49).
Şaxtaxtı orta əsr şəhərtipli yaşayış yeri Naxçıvan MR Şərur rayonunun eyni
adlı kəndinin ərazisində yerləşir. Çoxbucaqlı plan quruluşuna malik bu yaşayış yeri
20 hektardan artıq sahəni əhatə edir. Arxeoloji qazıntı yaşayış yerinin çökək hissəsində 25
kv.m sahədə aparılmış, burada dairəvi planlı dulus kürəsinin qalıqları aşkarlanmış, xeyli
miqdarda şirli və şirsiz saxsı qab qırıqları, dəmir bıçaq tiyələrinin parçaları tapılmışdır.
Yaşayış yerinin tikililəri daşdan inşa olunmuşdur. Binaların, yaşayış evlərinin
qalıqlarının yerli əhali tərəfindən sökülərək inşaat materialı kimi təkrar istifadə edilməsi
nəticəsində mədəni təbəqə qismən dağıdılmışdır.
Arxeoloji materiallar yaşayış yerini IV-XIIl əsrlərə aid etməyə imkan vermişdir
(Ə.İ.Novruzlu, V.B.Baxşəliyev, 1993a, səh. 42-44).
Sədərək orta əsr şəhərtipli iri yaşayış yeri Araz çayının sol sahilində Naxçıvan
MR eyni adlı kəndindən cənub-şərq tərəfə geniş bir ərazini əhatə edir. Abidə ərazisində
kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində daş və bişmiş kərpicdən inşa edilmiş
yaşayış evlərinin qalıqları, külli miqdarda maddi mədəniyyət nümunələri aşkar edilmiş,
yaşayış məskəninin su təchizatına dair maraqlı materiallar əldə olunmuşdur. Tapıntılar
arasında şirli və şirsiz saxsı məmulat daha çoxdur. Buradan pəncərə şüşələrinin
qırıqlarının tapılması da qeyd olunmalıdır.
Arxeoloji kompleks Sədərək orta əsr şəhərtipli yaşayış yerinin IX-XVIII yüzilliklərdə
mövcud olduğuna dəlalət edir (Ə.İ.Novruzlu, V.B.Baxşəliyev, 1993a, səh. 73).
Son iki onillikdə Azərbaycan Respublikasının cənub-şərqində bir neçə
şəhərtipli yaşayış yeri aşkar edilib ilkin arxeoloji tədqiqatlara cəlb olunmuşdur. Alaşa,
Qədim yer, Moşxan, Piyakon, Ərc ivan, Şa kaşəhər bu qəbildən olan abidələrdir
(Q.O.Qoşqarlı, A.İ.Ələkbərov, 1992, səh. 50).
Tədqiqatçılar
Ərcivan yaşayış məskəni haqqında Xaqani Şirvaninin
qəsidələrindən birində məlumat verildiyini bildirir (S.M.Onullahi, 1994, s əh. 81). Köhnə
Ərcivan yaşayış yeri Astara rayonunun Ərçivan kəndinin qərb kənarında yerləşir və on
hektardan artıq sahəni əhatə edir. Kəşfiyyat xarakterli tədqiqatlar zamanı abidənin
ərazisində bişmiş kərpicdən hörülmüş, qalınlığı 1,5 m olan istehkam qalıqları qeydə
alınmışdır. Tikinti materialları yaşayış yeri üçün bişmiş kərpic memarlığının səciyyəvi
olduğunu göstərmişdir. Abidənin ərazisindən toplanmış yerüstü arxeoloji materiallar, ilk
növbədə, şirli və şirsiz saxsı məmulat yaşayış yerinin IX-XVII əsrlərdə mövcud
olduğunu ehtimal etməyə əsas vermişdir (T.Axundov və b., 2002, səh. 65-71).
Şəhər istehkamları. Arxeolo ji tədqiqatlar Azərbaycanın orta əsr şəhərlərinin
istehkamları, tikililəri, abadlığ ı və s. məsələlərə dair zəngin faktik material
vermişdir. Te z-te z baş verən xa ric i basqınlar və feodal a ra müharibələri şəhər
65
əhalisini möhkəm istehkamlar tikməyə məcbur edird i, şəhərlər möhtəşəm və hündür
qala divarları və xəndəklərlə əhatəyə alınırdı. Demək o lar ki, bütün orta əsr
şəhərlərinin belə qala divarları var id i. Hərb memarlığı Azərbaycan feodal
dövlətlərinin d iqqət mərkəzində duran sahələrdən olmuşdu. Ölkən in əmin-amanlığı,
inzibati idarəç iliyin səviyyəsi, kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı,
əhalinin sosial rifahı bir ço x cəhətdən müdafiə sisteminin düzgün təşkilindən və
möhkəmliyindən asılı olurdu. Hərbi əməliyyatlar zaman ı ətrafda yaşayan əhali də
şəhərdə qorunur, onun müdafiəsində iştirak ed irdilər. Yerli memarlardan dövrün
hərb sənətinə cavab verən, istər güclü, sürətli həmlələ rə, istərsə də uzun sürən
mühasirələr zamanı düşmənin divardələn qurğularına, mancanaq atəşlərinə davam
gətirə bilən kifayət qədər möhkə m, a lın ma z qala divarları inşa etmə ləri tələb
olunurdu. Şəhərlərin müdafiəsi şəhərsalman ın həlledici amillərindən birinə
çevrilmişdi (Г.М.А хмедов, 1985, стp. 4; Т.М.Достиев, 2003, стp. 84; С.Г.Мамедов,
1997, стp. 169-203; B.Г.Мурадов, 1984, c тp. 27).
Azərbaycanın orta əsr şəhərlərin in ko mpo zisiya-plan s xe mi ü mu mmüs əlman
şəhərlərinə xas quruluş modelinə uyğun idi. Zəkəriyyə Qəzv ini müsəlman
şəhərlərinin quruluş modelini belə təsvir edird i: " Bu iki şəhərdir, b iri digərinin
içərisində. Kiçik şəhər "şəhristan" adlanır. Onun divarları və bir neçə qapısı var.
Böyük şəhər isə kiçik şəhəri dövrələyir və onun da divar və qapıları var. Böyük
şəhəri hər tərəfdən üzü mlüklər və bağlar, bunları isə əkin sahələri əhatə edir"
(3.M .Б
УНИЯТ ОВ
,
1986, стp. 100). Mənbədən bəlli olu r ki, istər şəhristanın, istərsə də
bayır şəhərin (rabadın) qala d ivarları olmuşdur.
Şəhərlərin qala divarları yerli materialdan asılı olaraq, daşdan, çiy v ə bişmiş
kərpicdən və yaxud möhrədən hörülürdü. Şirvan bölgəsindəki şəhərlərin qala
divarları əsas etibarilə daşla kirəc məhlu lundan tikilmişdir. Orta əsr Bakı, Şama xı,
Dərbənd şəhərlərinin qala divarları bunlara misal ola bilər. Arranın şəhərlərinin qala
divarları isə möhrə, çiy kərp ic və IX-X əsrlərdən başlayaraq geniş miqyasda bişmiş
kərpic lərlə t ikilmişdir. Beyləqanın IX-XIII əsrlə rə a id qala d ivarla rı kiç ikölçülü ç iy
kərpic lə, möhrə və bişmiş kərpic lə gil və kirəc məhlulunda hörülmüşdür. IV və VI
qazıntı sahələrində aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, şəhərin ilk
qala divarı IX əsrədək uçurulub dağıdılmışdır. Onun üstündə yenidən iki paralel
uzanan (eni 90 sm) möhrə divarlar tikilmiş, onların arası isə torpaqla
doldurulmuşdur. Divarın ü mu mi eni 4 m-ə bərabərdir. Onun möhrə üzlüklərindən və
tökmə torpağından IX əsrə aid şirli qab qırıq ları tapılmışdır. Bu divar ço x ö mür
sürməmişdir. IX əsrin sonu və X əsrin əvvəllərində divarın xaricində dulus kürəsi
tikilmişdir. Kü rənin külü müəyyən qədər uçmuş divarı ört müşdür. Sonralar X əsrdə,
hər halda XI əsrdən gec olmayaraq, burada növbəti divar tikilmişdir. Bu dəfə divarın