Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə25/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   21   22   23   24   25   26   27   28   ...   195

57 

 

Sənətkarlıqla  yanaşı  şəhərdə ticarət  də  kifayət  qədər  inkişaf  etmişdi.  Arxeoloji 



qazıntılar  zamanı  tapılmış  gətirilmə  saxsı  məmulat,  zərnaxışlı  fayans  qablar,  çoxsaylı 

xa ric i sikkə lər Kiran şəhərinin geniş ticarət əlaqələrindən xəbər verirlər. 

Beləliklə,  Xaraba-Gilanda  arxeoloji  tədqiqatlar  Kiran  ş əhərinin  nəinki  kifayət 

qədər  geniş  rayonun  mühüm  hərbi-inzibati,  iri  sənətkarlıq-ticarət  mərkəzi  olduğunu, 

həm  də onun təkcə  Qafqazda deyil,  Ya xın  və  Orta  Şərqdə yaxşı tanındığını  təsdiqləyir 

(Б.И.Ибрагимов, 2000, c тp. 141). 

Cuğa  şəhər  yeri  Naxçıvan  MR-da,  Culfa  stansiyasından  3  km  aralıda,  Araz 

çayının sol sahilində yerləşir və geniş ərazini əhatə edir. Şəhər  xarabalıqlarını şimalda 

sərt qayalar, cənubda Araz çayı, qərbdə qəbiristanlıq hüdudlayır. Şəhərin qala divarlarının 

qalıqları  çay  boyunca  1,5  km  uzanır.  Qalanın  baş  darvazası  şərq  tərəfdə  yerləşmişdi  və 

diametri 7 m-ə çatan bürclərlə möhkəmləndirilmişdi. Onların salamat qalmış qalıqlarının 

hündürlüyü bəzi yerlərdə 3 m-ə çatır. Qala divarları qırmızı tufdan kirəc məhlulunda inşa 

olunmuşdu (B.И.Керимов, 1979, cтp. 514). 

Şəhərgahın  ərazisi  bişmiş  kərpic  fraqmentlərindən  ibarət  inşaat  materialları  ilə 

zəngindir. Bu isə şəhərdə bişmiş kərpic memarlığının mövcudluğundan xəbər verir. Yerüstü 

arxeoloji materiallar əsasən saxsı və fayans qab nümunələrindən ibarətdir (Ə.İ.Novruzlu, 

V.B.Ba xşə liyev, 1993, səh. 96-97). 

Şəhər  yerinin  yaxınlığında  karvansara  və  körpü  qalıqları  qalmaqdadır 

(Ə.V.Salamzadə, K.M .Məmməd zadə, 1979, səh. 13-16). 

Arxeoloji  ko mpleksin  təhlili  Cuğa  şəhər  yerinin  XI-XVII  yüzilliklərə  

mənsubluğunu söyləməyə imkan verir. 

Cənubi  Azərbaycanın  orta  əsr  şəhərləri  geniş  arxeoloji  tədqiqatlara  cəlb 

olunmadığından  onları  səciyyələndirmək  çətindir.  Lakin  yazılı  qaynaqların  məlumatının 

təhlili  Cənubi Azərbaycanda urbanizasiya prosesinin s əviyyəsinin kifayət qədər yüksək 

olduğunu söyləməyə əsas verir. Burada inkişaf etmiş orta əsrlərdə Ərdəbil, Təbriz, Marağa 

kimi paytaxt şəhərlər, onlarla böyük və orta dərəcəli şəhərlər olmuşdur. 

Qədim  Marağa  şəhərinin  yüksəliş  çağı  VIII-IX  əsrlərə  təsadüf  edir.  Yazılı 

qaynaqlardan  bəlli  olur  ki,  IX  əsrin  ilk  qərinəsində  Marağa şəhərinin  istehkamları  təmir 

edilmiş,  şəhər  rabadı  möhkəmləndirilmişdir  (N.Vəlixanlı,  1993,  səh.  97).  Yaqut  əl-

Həməvi Marağadan bəhs edərək yazır ki, "Marağa Azərbaycanda ən böyük və məşhur 

şəhərdir... Burada çoxlu qədim abidələr, tikililər,  mədrəsə və xanəgah vardır" (Йаку т 

аль-Хамави,1983, стp. 31). 

VIII-IX əsrlərdə kiçik şəhər olan Təbriz, IX əsrin sonundan sürətlə inkişaf edərək 

X əsrdə Azərbaycanın məşhur şəhərlərindən birinə çevrilmişdi. Əl-Müqəddəsi Təbrizdən 

bəhs edərkən onu Bağdadla müqayis ə edir və qeyd edir ki, şəhərin "Gözəlliyinin həddi-

hüdudu yoxdur" (N.Vəlixanlı, 1974, səh. 133). 




58 

 

XII  əsrdə  Təbriz  Atabəylər  dövlətinin  paytaxtına  çevrildikdən  sonra  daha  da 



tərəqqi  edir.  XIII  əsrin  əvvəllərində  Təbrizdə  olmuş  Yaqut  əl-Həməvi  yazır:  "Təbriz 

Azərbaycanda  ən  məşhur  şəhərdir.  Bu  kərpic  və  əhəngdaşıdan  yaxşı  hörülmüş  qala 

divarları olan çox əhalili, gözəl şəhərdir" (Йакут аль-Хамави,  1983, cтp. 21-22). 

Yazılı  mənbələrdə  adları  çəkilən  Cənubi  Azərbaycan  şəhərləri  arasında  Şiz 

şəhəri də vardır. Əbu Dulafın  məlu matlarından məlu m olur  ki, ərəb istilasından sonra 

şəhərdə  yaşayış  davam  etmiş,  Şərq  və  Qərb  atəşpərəstlərinin  ziyarət  etdiyi  məbəd 

fəaliyyət  göstərməkdə  idi  (N.M.Vəlixanlı,  1974,  səh.  77-79).  Şəhər  xarabalıqlarında 

aparılan arxeoloji qazıntılar yazılı qaynaqların məlumatını təsdiqləmişdir. Təxti-Süley man 

adı  ilə  məşhur  olan  bu  şəhər  xarabalıqlarında  XX  əsrin  50-70-ci  illərində  alman 

arxeoloqlarının apardığı qazıntılarla müəyyən olunmuşdur ki, burada Abbasilər, səlcuqlar 

və  monqollar  dövründə  yaşayış  davam  etmiş,  X  əsrdən  sonra  hətta  məbəd  ərazisi 

məskunlaşaraq yaşayış üçün istifadə olunmuşdur. Arxeoloji tədqiqatlar tədricən məbədin 

öz əhəmiyyətini itirdiyini göstərir. Hətta məbədin cənub eyvanında XI əsrdə dulus kürəsi 

qurulmuşdu.  Həmin  dulus  kürəsindən  XIII  əsrədək,  yəni  burada  Hülakülərın  saray 

kompleksi  inşa  edilənədək  istifadə  edilmişdi  (Naumann,  1976,  səh.  63).  Arxeoloji 

qazıntılar zamanı məişətlə bağlı, XI-XII əsrlər üçün səciyyəvi olan çoxlu saxsı məmulatı 

tapılmışdır (Naumann, 1976, səh. 32-33). 

Ərdəbil şəhəri IX-X əsrlərdə Azərbaycanın ən böyük şəhəri hesab olunurdu. X 

əsr ərəb səyyahı Ərdəbildən bəhs edərkən yazır: "Hal-hazırda (Cənubi) Azərbaycanın 

ən  mühüm  vilayəti  və  böyük  şəhəri  Ərdəbildir.  Hərbi  düşərgə  və  hökmdar  sarayı 

buradadır.  Bu  şəhərin  sahəsi  30  kv.  fərsəxdir.  Tikililərin  çoxu  möhrədən  və  bişmiş 

kərpicdəndir.  Şəhərin ortasında  möhkəm  (qala)  divarları  vardır.  Şəhərin havası sağlam 

(saf), satış qiymətləri ucuzdur. Onun böyük rustaq və mahalları var: yaxın lığında Sabalan 

(Savalan)  adlı  dağ  ucalır...  Şəhər  ço x  gözəldir.  İçərisindən  çaylar  axır,  (su)  quyuları 

vardır.  Çörək  isə, demək  olar  ki,  həmişə bol  olduğundan bir  dirhəmə  50  lavaş  almaq  

olar..." (N.M.Vəlixan lı, 1974, səh. 105-106). 

X əsrdə Ərdəbil şəhərinin şəhristanı planda kvadrata ya xın o lub, yarımdairəvi 

bürclərlə  möh kəmləndirilmiş  qala  divarları  ilə  əhatə  olunmuşdu  (tablo  12,  şək.  1). 

Şəhərin  geniş  sahəli  rabadı  (bayır  şəhər)  vardı.  Xaçvari  bazar  meydanı  rabadın  

şimal-şərqində  yerləşirdi.  Baş  bazar  meydanının   rabadda  yerləşməsi  bir  tərəfdən  

Ərdəbilin  in kişaf  eləmiş  rabadının  olmasından,  digər  tərəfdən  isə  ticarətin  geniş 

vüsət almasından xəbər verir (C.Qiyasi, 1991, səh. 9). 

Ərdəbil  şəhərinin  Abdullahşah  və  Pirşəmsəddin  küçələrin in  qovşağında 

yerləşən,  qədim  qəbiristanlıqdakı  hündür  təpə  üzərindəki  Ca me  məscidinin  

ərazisində  aparılan  arxeoloji  qazıntılar  mədəni  təbəqənin  zənginliyini,  tikililərin  



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə