Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə33/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   29   30   31   32   33   34   35   36   ...   195

77 

 

sıxlıq  artır,  yaraşıqlı  ictimai  binaların  və  yaşayış  evlərinin  tikintisi  geniş  vüsət  alır. 



Məsud ibn Namdar ş əhərdəki  məscid,  mədrəsə, karvansara və bazarlardan bəhs edir 

(Масуд  ибн  Намдар,  1970).  Başqa  bir  mənbədə  bildirilir  ki,  Beyləqanda  "çoxlu  

binalar t ikilir və əyanla r oraya köçürlər" (Əca ib əd-dünya, 1954, s əh. 202). 

Beyləqan  şəhər  yerində  aparılmış  arxeo loji  qazıntılar  za man ı  XI -XIII  əsrin  

əvvəllərinə  aid  mü xtəlif  həcmli  və  görkəmli  tikililər  aşkar  olunmuşdur.  Şəhərin  

mə rkə zində bir neçə yerdə üzə çıxa rılmış və öz mürə kkəb görkə minə görə mübahisə 

yaradan  tikili  qalıqları  daha  çox  maraq  doğurur.  Şəhər  yerinin  I  və  V  qazıntı 

sahələrində tətbiq olunan belə tikililə rdən birin in döşəməsi 40x40x8 sm və 20x20x5  



sm ö lçüdə olan bişmiş kə rpic lərlə səliqə ilə döşənmiş, d ivarla rına isə həndəsi fiqurla r 

şəklində olan kərp iclərdən naxışlı ü z çəkilmişdir. Onun baş divarında böyük və kiçik 

dilovlar  düzə ldilmiş,  döşəməsində  isə  ağzı  kərpic lə  hörülmüş  quyu  qazılmışdır. 

Döşəmənin  quyu  olan  sahəsi  nisbətən  çökəkdir.  Döşəməyə  tökülən  su  süzülüb 

quyuya axmışdır.  Bu qəbildən sahəsi 10 kv.m olan digər tikili kvadrat biçimdə olub  

döşəməsi  38x38x7  sm  ölçüdə  bişmiş  kərp iclə  döşənmişdir  (tablo  7,  şək.  2). 

Döşəmənin  mərkəzində  ağzı  səkkizguşəli  uldu z  formasında  hörülmüş  quyu  var. 

Tikintin in  üç  divarının  qalıqları  mühafizə  olunmuş,  dördüncü  divar  is ə  uçub 

döşəməyə  tökülmüşdür.  Divarlar  burada  da  həndəsi  fiqur  şəkilli  kərp iclərdən  

hörülmüş  naxışlı  d ivarlar  tip indədir.  Tikintinin  "köynəyini"  təşkil  edən  belə  ü z 

divarlar əsas divarın nəin ki nöqsanlarını örtür, hə m də onun dayanaqlığını artırırdı. 

Divardakı qapı yerlərindən  məlu m o lur  ki, bu tikilidə ən azı üç qapı olub.  Onlardan  

ikisi cənub-şərq, biri  isə şimal-şərq divarında qalmışdır. Şima l-şərq divarındakı qapı 

küçəyə açılırmış (Q.M.Əh mədov, 1979, səh. 47-48). A.L.Yakobson 1953-1954-ci  il 

qazıntılarının   nəticəsinə  əsaslanaraq  bu  tip  tikili  qalıqların ı  hamam  adlandırmışdır 

(A.Л.


 

Я

KO



6

COH


,

 

1959,  стp.  69-98).  Hə min  tikintilə ri  hərtərəfli  tədqiq  edən 



Q.M.Əh mədov  onların  kiçik  həyət  olduğunu  bildirir  və  qeyd  edir  ki,  "belə 

həyətlərdə  evlərin  da mından  tökülən  yağış  suyu  döş əməsində  olan  dərin  quyuya 

axırdı,  onlar  eyni  zamanda  yay  vaxtları  təmiz  havada  istirahət  etmək  üçün  də  çox 

yararlı idi" (Q.M .Əh mədov, 1979, səh. 48). 

XI-XIII  əsrin  əvvəllə rində  Beyləqanın  şəhristanındakı  evlərin  əksəriyyəti 

çoxotaqlı olub əsasən bişmiş  kərpicdən inşa edilmişdi. 1962-63-cü illərdə  V qazıntı 

sahəsində  aşkarlanan  altı  otaqdan  dördü,  tədqiqatçıların  fikrincə,  vahid  bir 

ko mple ksə aiddir.  Gö rünür, otaqlardan biri qonaq otağı, dig əri "əndərun" (qadın və 

uşaq  otağı),  üçüncüsü  təndirxana,  dördüncüsü  isə  təsərrüfat  xarakterli  olub  bir 

tərəfdən  anbar,  digər  tərəfdən  isə  tualet  kimi  istifadə  olunmuşdur  (Q.M.Əh mədov, 

1979, səh. 49). 



78 

 

Başqa  bir  dördotaqlı  ev  1968-ci  ildə  VI  qazıntı  sahəsində  tədqiq  edilmişdir. 



Onun  2,3x2,3  m  ölçüdə  kiçik  həyəti  vardır.  Həyətin  mərkəzi  n isbətən  çökək  olub, 

ortasında yağış sularının süzülməsi üçün quyu düzəldilmişdir. 

Be lə  qənaətə  gəlmək  o lar  ki,  kiç ik  sahəli  həyəti  olan  evlər  Beyləqan  şəhəri 

üçün XII-XIII əsrin əvvəllərində səciyyəvi olmuşdur. 

Daş  bünövrəli  çiy  kərpicdən  inşa  olunmuş  möhtəşəm  tikililərə  Arran  

mə ktəbinin  digər  mərkə zi  Dəbil  şəhərinin  arxeoloji  qazıntılarında  da  rast 

gəlin mişdir. Şəhərin narınqalasında üst mədəni təbəqədə daş bünövrəli ç iy kərp icdən 

hörülmüş bir neçə mərtəbəli, ço xotaqlı binanın qalıqları aşkar edilib təmizlən mişdir. 

300  illik  mövcudluğu  dövründə  bu  bina  dəfələrlə  təmirə  və  dəyişikliyə  məru z 

qalmışdır.  Onun  döşəməsi  kərpiclə  döşənmiş,  divarları  isə  gəc  oymalarla 

bəzədilmişdir.  Yaşayış  otaqlarından  başqa  bu  kompleks ə  zə rgər,  dulusçu,  dəmirç i 

emalatxanası,  hamam  və  başqa  tikililər  də  daxil  id i  (K.Q.Kafadaryan,  1952;  

К.Кафадарян, 1960). 

Dəbil şəhərinin ictimai tikililərindən bəhs edərkən ilk növbədə vaxtilə şəhərin  

cənubunda yerləşmiş karvansara tipli binanın qalıqların ı qeyd etmək  la zımd ır.  Ya xş ı 

yonulmuş  tuf daşdan  inşa  olunmuş  həmin  tikilinin  bir  neçə sıra  sütunları  olmuşdur 

(К.Кафадарян, 1960). 

XI  əsrin  ortala rında  qis mən  Arran  məktəbin in,  q ismən  isə  Orta  Asiyadan 

gələn  cərəyanların  təsiri  ilə  forma laş mış  Na xçıvan-Marağa  me ma rlıq  mə ktəbi 

özünün  çiçəklən mə  çağın ı  XII  əsrdə,  Azərbaycan  Atabəylərinin  hakimiyyəti 

dövründə  keçirir.  Atabəylər  dövründə  Naxçıvan  şəhərinin  tərəqqisindən  bəhs  edən 

mənbə  burada  geniş  inşaat  işlərinin  aparılmasını  qeyd  edir:  "Orada  ço xlu  köşklər, 

təmtəraqlı eyvanlar, şəhərin ya xın lığ ında daşdan tikilmiş qala, bu qalanın  içərisində 

mədrəsə və məscidlə r və qalada çox gözə l bulaqlar var...  Bütün bunlar kərpicdən və 

gəcdən  tikilmişdir.  Köşklərin  çox  h iss əsi  bürclər  kimi  üç  və  dördtəbəqəlidir 

(mərtəbəlidir)...  Əlahə zrət  Eldənizin  va xtında  (Na xç ıvan)  ən  əzə mətli  şəkil  aldı. 

Orada darülmü lk və dövlətxana tikild i" (Əcaib əd-dünya, 1954, səh. 208). 

Naxçıvan  memarlıq  məktəbinin  səciyyəvi  əlamətlərin i  Xaraba-Gilanda 

arxeolo ji  qazıntılarla  öyrənilmiş  yaşayış  evlərinin  və  ictima i  binala rın  qa lıq ları  da  

qabarıq əks etdirir. Şəhərin şəhristan sahəsində bişmiş  kərpiclə  inşa olunan məscid, 

türbə  və  digər  iri  b inaları  bədii  tərtibatı  ilə  d iqqəti  cəlb  edir.  İctimai  b inaların  

əksəriyyəti,  o  cü mlədən  karvansaralar,  hamamlar  və  dəyirman lar  şəhristanın 

məhə llə ləri  a rasında  yerləşmişdi.  Yaşayış  evləri  şəhərin  hansı  sahəsində 

yerləşməsindən  asılı  o laraq  plan  quruluşuna  və  inşaat  texnikasına  görə  seçilirlər. 

Yaşayış evləri əsasən çoxotaqlı və  ikimərtəbəli olub, bədii tərtibatının  zənginliyi  ilə 

fərqlənir.  Narınqalada  yaşayış  evləri  əsasən  mərkə zdə  cə mləşmişdir.  Onla r 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə