Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə32/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   28   29   30   31   32   33   34   35   ...   195

74 

 

Q.Əhmədov, 1981, səh. 29). Qala sahəsində XII-XIII əsrlərə aid edilən başqa bir binanın 



eni 75 sm olan əsas divarları səliqə ilə yonulmuş daşdan, arakəsmə divarları isə bişmiş 

kərpicdən  hörülmüşdür.  Qəbələdə  IX-XIII  əsrlərə  aid  daş  və  bişmiş  kərpicin  

növbələşdiyi  divar  hörgülərinə  rast  gəlinir  (İ.Babayev,  Q.M.Əh mədov,  1981,  səh. 

44). 


Qəbələ  şəhər  yerində  divarları  sırf  bişmiş  kərpicdən  hörülmüş  binalar  da  az 

deyildi. Arxeoloji qazıntılar zamanı şəhərin Qala sahəsində bişmiş kərpicdən inşa edilmiş 

bina  qalığı  tədqiq olunmuşdur.  Divarının  qalınlığı  1,5  m  olan binanın  hörgüsü  yaraşıqlı 

görünsün deyə kərpiclər hörgünün bəzi cərgələrində tili üstə qoyulmuşdur  (İ.Babayev, 

Q.Əh mədov,1981, səh. 43). 

Bünövrəsi  əsasən  çaydaşından  olan  tikililərdə  daha  çox  25x25x4,5  sm  ölçülü 

kərpiclərdən  istifadə  olunub.  Divarların  eni  isə  əsasən  54-58  sm  təşkil  edir.  Evlərin  

döşəməsi  torpaqdan  olub  üzərinə  gil  suvaq-şirə  çəkilirdi.  Bəzən  bu  məqsədlə  böyük 

ölçülü  kərpiclərdən  də  istifadə  edilirdi  (Г.М.Ахмедов,  2003a,  стp.  93).  Arxeoloji 

tədqiqatlar  nəticəsində  Qəbələ  şəhərində  binaların  əksəriyyətinin  çoxotaqlı  olduğu 

müəyyənləşdirilib.  Arxeoloji  qazıntılar  zamanı  dəhlizi,  böyük  və  kiçik  otaqları  olan  ev 

qalıqları  tədqiq  edilmişdir.  Ocaqlar  divarda  və  yaxud  divara  yaxın  qurulurdu.  Ocağın 

tüstüsü  asma  buxarı  vasitəsi  ilə  dama  çıxarılırdı.  Evlərin  qızdırılması  üçün  ocaqdan 

başqa  manqal  və  təndirdən  də  istifadə  olunurdu.  Binaların  üstü  əsasən  kirəmitlərlə 

örtülürdü.  Onlar  əvvəlkitək  müstəvi  və  yarımdairəvi  kirəmitlərdən  ibarət  olub 

ölçülərinin  kiçikliyi  ilə  fərqlənirdi  (İ.Babayev,  Q.Əhmədov,  1981,  səh.  43-44; 

Г.М.Ахмедов, 2003a, стp. 89-93). 

Azərbaycanın şimal-qərbində orta əsrlərdə Arran me marlıq mə ktəbi formalaşıb. 

Bu  məktəbin  başlıca  mərkəzləri  Bərdə,  Gəncə,  Şəmkir,  Beyləqan  və  Dəbil  şəhərləri 

olmuşdur.  Tədqiqatçıların  fikrincə, bu  memarlıq  məktəbinin  rüşeymləri  ilkin  olaraq  IX 

əsrdə  Bərdədə  təşəkkül  tapmış,  X-XI  əsrlərdə  Gəncədə,  Şəmkirdə,  Dəbildə  və 

Beyləqanda inkişaf etmiş, XII əsrdə çiçəklənmə çağını yaşamış, monqol işğalından sonra 

öz əvvəlki əhəmiyyətini itirmişdir. 

Arran 


memarlıq 

məktəbinin 

səciyyəvi 

xüsusiyyətlərinin 

müəyyənləşdirilməsində Bərdə, Gəncə, Şəmkir, Beyləqan və Dəbildə aparılmış arxeoloji 

qazıntıların materiallarının əhəmiyyəti olduqca böyükdür. Bişmiş kərpicdən inşa olunaraq 

firuzəyi  rəngli  kaşı  ilə  bəzədilmiş  Şəmkir  minarəsi orta  çağ  Azərbaycan  memarlığının 

mükəmməl sənət əsəri olmaqla yerli memarların bişmiş kərpicdən ən mürəkkəb memarlıq  

quruluşunu  yüksək  peşəkarlıqla  yaratmağa  qadir  olduqlarını  təsdiqləmişdir 

(Ə.V.Salamzadə,  K.M.Məmmədzadə,  1985,  səh.  51).  Arran  memarlıq  məktəbinin 

səciyyəvi xüsusiyyətlərindən biri qarışıq hörgü üslubundan  - bişmiş kərpic, çaydaşı və 

yerli ağ daşın xüsusi qayda üzrə hörgüdə işlədilməsidir. Memarlıq tariximizdə "Gəncə 




75 

 

                          Beyləqan şəhər yeri. Yaşayış evinin qalıqları 

hörgüsü" adı ilə məlum olan (И.М.Джафарзаде, 1949) hörgünün xüsusiyyəti çaydaşı ilə 

bişmiş kərpicin divar səthində naxış yaradan qayda əsasında birlikdə işlədilməsidir. Arran 

memarlıq  məktəbinin  digər  səciyyəvi  xüsusiyyəti  tikililərdə  hörgünün  çoxrəngli 

olmasındadır. Məsələn, Şəmkir şəhərinin içqalasında bişmiş kərpiclə yerli ağdaş və göy 

rəngli çaydaşı hörgüdə xüsusi zolaqlar şəklində tətbiq edilərək açıq və tünd, soyuq və isti 

rənglərin növbələşməsindən alınan bədii effekt yaradır, hörgüyə xüsusi bir görkəm verir 

(tablo 14, şək. 2). 

Arran  memarlıq  məktəbinin  erkən  mərkəzlərindən  olan  Bərdə  şəhərində 

möhtəşəm  saray  komplekslərinin,  təmtəraqlı  yaşayış  evlərinin,  Came  və  məhəllə 

məscidlərinin,  çoxlu  karvansara və bazarların olduğunu  IX-X  əsrlərin yazılı  qaynaqları 

xüsusi  qeyd  edir.  Əl-Müqəddəsi  Bərdədən bəhs edərək  yazır:  "Burada  əzəmətli  qala 

vardır.  Oranın bazarlarının üstü örtülüdür.  Came  məscidi bazarın  arxasındadır.  Bu  (yer) 

həmin  iqlimin  Bağdadıdır.  Onun  evləri  çox  gözəldir;  kərpic  və  gipsdən  tikilmişdir" 

(N.M.Və lixanlı, 1974, səh. 131).  Bərdə şəhəri ərazisində aparılmış arxeoloji qazıntılar 

da yazılı qaynaqların məlumatını təsdiqləyərək IX-XIll əsrlərə aid tikili qalıqların sıxlığını 

sübuta  yetirmiş,  yaşayış  binaları,  hamam  otaqları,  körpü  qalıqları və s.  aşkar  edilmişdir 

(A.Nuriyev, Ə.Babayev, 2001, səh. 111-112). Əhəngdaşından yonulmuş IX-X əsrlərə aid 



76 

 

sütun  altlıqları  mükəmməl  sənət  əsərləri  olmaqla  bərabər,  həm  də  şəhərdə  sütunlu, 



möhtəşəm binaların olmasına dəlalət edir. 

Yazılı  mənbələrin məlumatına görə XI-XII əsrlərdə Gəncədə təmtəraqlı saraylar 

və inzibati binalar, məscidlər, iri mədrəsələr, çoxsaylı ictima i binalar, örtülü bazarlar və 

karvansaralar,  əyan və tacirlərin yaraşıqlı  evləri  vardı.  Arxeoloji  qazıntılar  zamanı  belə 

binaların  bünövrələri,  divarlarının  qalıqları,  memarlıq  bəzəkləri  aşkara  çıxarılıb  tədqiq 

edilmişdir.  Arxeoloji  qazıntılardan  tapılmış  yüks ək  ustalıqla  yonulmuş  iri  daş 

sütunaltlıqları  vaxtilə  şəhərdəki  monumental  binaların  varlığından  xəbər  verir.  Onların 

çoxu  qırmızımtıl-boz  travertindən  yonularaq  oturacaqları  kvadrat  formada,  gövdəsi 

səkkizguşəli  şəkildə  işlənmiş  və  üst  tərəfi  silindrik  formada  tamamlanmışdır 

(И.М.Джафарзаде, 1949; Р.Дж.Ахмедов, 1988б). 

Beyləqan  şəhərində  IX-X  əsrlərdə  tikililər  əsasən  möhrə,  çiy  kərpic  və  az 

hallarda  isə  bişmiş  kərpicdən  inşa  olunmuşdur.  Bu  dövrün  yaşayış  evlərini 

səciyyələndirmək  üçün  Beyləqan  şəhəri  yerində  I  qazıntı  sahəsində  aşkarlanmış  kiçik 

eyvanlı  üçotaqlı  mənzilə  diqqət  yetirək  (tablo  7,  şək.  1).  Mənzilin  əsas  və  arakəsmə 

divarları  möhrədən düzəldilmiş,  üzərinə samanlı  palçıqla suvaq çəkilmişdir.  Divarların 

qalınlığı  60  sm,  otaqların  sahəsi  isə  20-34  kv.m-dir.  Bütün  otaqlarda  təndir  vardır. 

Otaqların  birində altı  küp  basdırılmışdır.  Həmin  otağın bir  küncündə silindrik  quyu  ilə 

əlaqəli  olan,  biri  digərinə  geydirilmiş  7  tüngdən  ibarət  xətt  aşkarlanmışdır.  Görünür 

təsərrüfat xarakterli bu otaqda həm də əlüzyuyan olmuş, tünglərdən quraşdırılmış  kəmər 

isə çirkabı bayırdakı silindrik quyuya axıtmağa xid mət etmişdir (Q.M.Əh mədov, 1979, 

səh. 23). 

Şəhərin  ilk  qala  divarları  üzərində  tikilmiş  IX-X  əsrlərə  aid  düzbucaqlı 

biçimdə  böyük  b ir  otaq  1968-ci  il  qazıntıları  zaman ı  ü zə  çıxarılmışdır.  Möhrədən 

inşa olunmuş bu otağın uzunluğu 5,4  m, en i  4,6  o lub şimal-qərbdən cənub-şərqə 

istiqamət lən mişdir.  Otaqda  həm  iri,  hə m  də  kiç ik  təndir  qalığ ı  vardı.  Böyük  təndir 

darı ilə doldurulmuşdu (Q.M.Əh mədov, 1979, səh. 24). 

Beyləqan  şəhərinin  IX-X  əsrlə r  təbəqəsində  26x27x5-6  sm  ö lçüdə  çiy 

kərpicdən  hörülmüş  tikililə rə  də  təsadüf  olunmuşdur.  Azərbaycanda  az  da  olsa 

həmin  ölçüdə  bişmiş  kərp icdən  hörülmüş  divar  qalıq larına  təsadüf  olunması  Arran 

mə ktəbi  üçün  səciyyəvi  olan  bu  materia llardan  artıq  IX-X  əsrlərdən  istifadə  

edildiy inə dəla lət edir. 

Beyləqan  şəhərində  XI-XII  əsrlə r  inşaat  sənətinin  yüksəlişi,  biş miş  kə rpic  

istehsalının  art ması,  inşaat  texnikasın ın  təkmilləş məsi,  me ma rlıq  bəzəyinin  geniş 

tətbiqi ilə əla mətdar oldu.  Ya zılı qaynaq şəhərdə XII-XIII əsrin əvvəllə rində "çoxlu  

qəsr və evlər tikildiy ini", "quruculuq işləri sahəsində şəhərin şöhrət tapdığını" qeyd 

edir  (Əcaib  əd-dünya,  1954,  səh.  201-202).  Bu  dövrdə  şəhərin  şəhristan  hissəsində 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə