Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə40/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   36   37   38   39   40   41   42   43   ...   195

91 

 

qüllə yerləşird i (tablo 24, şək. 5). Onun salamat qalmış qalıqlarının hündürlüyü 3 m-



ə  çatır.  Qala  d ivarları  çaydaşı  və  səliqə  ilə  yonulmuş  qaya  daşlarından  kirəclə 

hörülmüşdür. Divarların qalıq larının hündürlüyü 2 m-dən artıqdır. Qalan ın içərisində 

və qapı ilə qüllə arasındakı sahədə yoxla ma  qazıntıları aparılmış,  VIII-XVII əsrlə rə  

aid mədəni təbəqənin varlığı müəyyənləşdirilmişdir. 

Salavat  dağ  keçidin i  nəzarət  altında  saxlayan  Əniq  (En ıq)  qalası  dəniz 

səviyyəsindən  1100  m  hündürlükdə,  Qusarçayın  sağ  sahilində,  Qusar  rayonunun 

eyni  adlı  kəndində  təbii  maneələrə  malik,  hündür  təpə  üzərində  yerləşir.  Qalanın  

müdafiə  qabiliyyətini  daha  yaxşı  təmin  etmək  üçün  memar  relyefin  bütün 

imkanlarından uğurla  istifadə etmişdir.  Qala uçuru mlu ətəkləri o lan nəhəng təpənin 

cənubunda salın mışdır. 

Nə va xtsa möhtəşəm istehka m olmuş bu qaladan iki qalıq sala mat qalmışdır. 

Birinci halda divarın u zunluğu 15-16 m-dir.  İkinci qalıq  isə qala darvazasının künc 

bürcüdür.  Divarın  eni  2  m,  bürcün  diametri  isə  6  m-ə  yaxındır.  Qalıqların  

hündürlüyü 5,8 m-dən 9,3  m-ə qədərdir.  Qala yeri qaya daşlarından və çaydaşından 

inşa  olunmuşdur  (C.Ə.Xəlilov,  1962).  Gürcü  "Xronoqrafi"nın  (XIV  əsr)  məlu matı 

əsasında  Əniq  qalasının  1288-ci  ildə  dağıdıldığ ı  ehtimal  olunur  (M.Дж.Халилов, 

1993, c тp. 27-28). 

Dağ  keçid lərində  yerləşən  bütün  orta əsrlər  boyu  hərbi-strateji  əhəmiyyətini 

saxlamış  mühü m  qalalardan  biri  Astara  rayonunda,  dəniz  səviyyəsindən  1828  

yüksəklikdə  ucaldılmış  Şindan  qalasıdır  (S.M .Onullahi,  1994,  s əh.  81-86; 

A.İ.Ələkbərov,  2003a,  səh.  152-157).  Qala  Şindan  dağının  zirvəsində  bir  hektara 

qədər sahəni tuturdu. Qala diva rla rı yarımda irəv i bürc lərlə möhkə mləndirilmişdir. 

IX  əsrin  ictimai-siyasi  həyatında  mühüm  rol  oynamış  Bə zz  qalası  Cənubi 

Azərbaycanda, dəniz səviyyəsindən 2300-2600  hündürlükdə, Qaradağın  Kəleybər 

qəsəbəsindən təqribən 3 k m cənub-qərbdə yerləşir (tablo  25, şək.  1). Də rin liyi  400-

600  m  olan  dağ  dərələ ri  ilə  hüdudlanan  Bəzz  qalası  hərb i-strateji  ba xımdan  ço x 

əlverişli  mövqeyə malikd ir. X əsr müəllifi Əbu Dülaf yazır ki, "Elə orada xürrəmilər 

adı ilə  məşhur olan qırmızı geyinmiş adamlar bayraqlarını qald ırdılar.  Babək burada 

çıxış  etmişdi"  (N.M.Vəlixanlı,  1974,  səh.  80).  Eyni  məlu matı  Yaqut  əl-Həməvi  də 

təkrarlayır:  " Burada  xürrə milə r  kimi  tanınan  muha mmirə lərin  bayrağı  qaldırılıb. 

Babək bu yerdəndir və əl-Mehdini də burada gözləyirlər" (N.A.Əliyeva,  1999, s əh. 

149-150). 

Bə zz  qalası  daşdan  inşa  olunmuş,  bürclərlə  möhkə mləndirilmişdir.  1967-c i 

ildə  Bə zz  qalasında  aparılmış  arxeolo ji  tədqiqatlar  za manı  burada  tikili  qalıqla rı, 

təndirlər, ocaqlar, ə mək a lətləri, silahlar, şirli və şirsiz saxsı qablar, sikkə lər və digər 

maddi-mədəniyyət  nümunələri  aşkarlan mışdır.  Sikkə lərin  bir  qis min i  A zərbaycan 




92 

 

Atabəylərinin  zərb etdird iklə ri dirhə mlər təşkil edir. Mədəni təbəqədən Azərbaycan 



Atabəylərinin  pulla rın ın  tapılması  xü rrə milər  hərəkat ı  yatırıldıqdan,  Bəzz  qalası 

dağıdılaraq yandırıldıqdan sonra təmir edilərək yenidən  istifadə olunduğuna dəlalət 

edir. 

Qədim qala və ya Qala Miş Əhərdən 18 k m şimalda, Kə leybərə gedən yoldan 



solda,  yüksək  dağda  inşa  olunmuş  böyük  istehkam  tikilisidir  (tablo   25,  şək.  2). 

Müdafiə  sistemi  iki  səviyyədə  təşkil  olunmuşdu.  Aşağı  ön  müdafiə  divarı  relyefə 

uyğunlaşdırılaraq 

əsas  qala 

ilə 

birləşirdi. 



O, 

yarımdairəvi 

bürclərlə 

möhkəmləndirilmişdi.  Hakim  mövqedə  yerləşən  əsas  qala  planda  uzunsov  formaya 

ma lik  olub,  dördkünc  və  yarımdairəvi  bürclərlə  möhkə mləndirilmişdi.  Qa la  

əhəngdaşından  inşa  olunmuşdur.  Darvazanın  şimal-şərq  tərəfdə  yerləşdiyi  ehtimal 

edilir (W.Kle iss, 1969, səh. 66). 

Bə lləbur  qa lası  dağətəyi  zonadan  düzənliyə  keçiddə  ucaldılmış,  düzən  

ərazinin  müşahidəsi  və  müdafiəsi  vəzifəsi  daşıyan  qalalardan  olmuşdur.  Qalanın  

xarabalıqları  Lənkəran  şəhərindən  9  km  cənub-qərbdə,  Bəlləbur  kəndinin  

yaxınlığında yerləşir və 1 hektara yaxın sahəni əhatə edir. Təpə üzərində salınmış bu 

qalanın  xarabalıqların ı  hazırda  meşə  basmışdır.  Qala  şimal-cənub  istiqamətində 

uzanan 

düzbucaq 



biçimdə 

olub 


küncləri 

yarımdairəvi 

bürclərlə 

möhkəmləndirilmişdir.  Qalanın  bünövrəsi  daşdan,  divarları  28x28x6  sm  ö lçülü  

bişmiş kərp iclərdən hörülmüşdür. Qala divarların ın hündürlüyü 4-5 m, qalın lığ ı  1,5 

m-ə çat ır. 

Abidənin  ərazisindən  toplanmış  arxeolo ji  materia lla r  əsasən  IX-XII  əsrlər 

üçün səciyyəvi şirli və şirsiz saxsı  materiallarından ibarətdir.  Qala ərazisindən həm 

də  mis,  gümüş və  Bizans qızıl  pulları  tapılmışdır  (И.Азимбеков,  1926;  A.Aлекперов, 

2005). 

Qalaca  abidəsi İmişli  rayonunun Qızılkənd yaşayış məntəqəsindən təxminən 



1  k m  aralıda  yerləşir.  Sahəsi  2  hektara  çatan  bu  qala  planda  dördbucaqlı  olub, 

küncləri  cəhətlərə  istiqamətlən mişdir.  Qalanın  salamat  qalmış  divarlarının  

hündürlüyü 2,5 m-ə çatır. Qalanı 3-4 enində müdafiə  xəndəyi əhatə edir. Abidənin 

ərazisində bişmiş kərpic parçalarına, şirli və şirsiz saxsı qab qırıq larına rast gəlinir. 

İlkin tədqiqatlar abidəni IX-XIII əsrlərə aid etməyə imkan verir. 

Hacı  Təh məztəpə  İmişli  rayonunun  Qızılkənd  və  Aranlı  kəndləri  arasında 

yerləşir  və  kvadrat  biçimli,  140x140  m  ölçüdə  qalanın  xarabalıq larıdır.  Qa lanın  

divarların ın  qalıq larının  hündürlüyü  3  m-ə  çatır.  M ikrorelyef  əsasında  qalanın 

mə rkə zində  böyük  bir  tikilinin  qalıqla rı  izlənilir.  Abidənin  ərazisindən  toplanmış 

yerüstü  arxeolo ji  materiallar  XII-XIII  əsrin  əvvəlləri  üçün  səciyyəvi  olan  şirli  və 

şirsiz saxsı qab qırıqlarından ibarətdir. 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə