Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə39/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   35   36   37   38   39   40   41   42   ...   195

89 

 

ətəklərindəki  plan lı  yaşayış  məskəninin  xarabalıq ları  sübut  edir.  İlkin  çö l 



tədqiqatlarının  nəticələrinə  əsasən  Əlincə  yaşayış  yerinin  10  hektara  ya xın  sahəni 

əhatə  etdiyini  söyləmək  olar.  (Məlu mat  üçün  t.e.n.  Bəhlul  İbrahimliyə  təşəkkür 

edirik.)  Hə min  yaşayış yerində  mikrorelye f  nisbətən  yaxşı  qaldığından  burada  dağ 

daşlarından  (tufıt)  gil  məhlulu  ilə  hörülmüş  dördkünclü  planda  olan  tikililərin  

qalıqları  aydın  müşahidə  olunur.  Ərazidən  toplanan  yerüstü  arxeo loji  materiallar, 

xüsusilə  saxsı  məmu lat,  sikkə  tapıntıları  XI-XIV  əsrləri  əhatə  edir.  Görünür, 

Eldənizlə r  dövlətinin  xə zinəsinin  yerləşdiyi  bu  qalaya  hücumun  ilk  zə rbəsini  təsvir 

olunan yaşayış məskəni ö z ü zərinə götürürdü. 

Gədəbəyin  Söyüdlü  kəndindən  7  k m  ara lıda,  dağ  zirvəsində  yerləşən  Qız 

qalası  memarlıq  biçimlərinin  son  dərəcə  monumentallığı  ilə  fərqlən ir  (C.Qiyasi, 

1991, səh. 156). Qa lanın çoxbucaqlı bitkin planı vardır.  Bucaqlardakı dairəvi bürclə r 

onun  möhkəmliy ini  artırır,  möhtəşəmliyin i  daha  qabarıq  nəzərə  çatdırır  (tablo  24, 

şək. 2). 

Qız  qalası  dağ  relyefinə  uyğunlaşdırılaraq  inşa  olunmuş  və  ikiqatlıdır.  Üst 

qatda,  dağın  zirvəsində  beşbucaqlı  plana  malik  narınqala  yerləşir.  Cənubdan 

içqalaya  alt  qatda  inşa  olunmuş  ikinci  bölü m  b irləşir.  Qala  kvadrat  formalı  biş miş 

kərpicdən inşa olunmuşdu. 

Gədəbəy  Qız  qalasının  fə rqləndiric i  konstruktiv  ele mentlərindən  biri 

narınqalanın  bayır  səthlərində  maşiku lların  ikiqatlı  olmasındandır.  Divar  və 

bürclərin  ortasından  kəmər  kimi  keçən  və  yuxarıda  onları  tac  kimi  tamamlayan  bu 

iki  sıra  maşiku llar  Qız  qalasının  müdafiəsin i  xey li  gücləndirməklə  yanaşı,  həm  də 

onun bədii təsir qüvvəsini artırırdı. 

XII əsrdə inşa olunduğu ehtimal ed ilən  Gədəbəy Qız qalası Azərbaycan hərb 

memarlığ ının  q iy mətli  nü munələrindən  biri  o lmaqla  əlçatmaz  dağ  zirvələrində 

me mar tə xəyyülünün incisi kimi uca lır (C.Qiyasi, 1991, s əh. 156). 

Murov  dağın  ətəyində,  Ağdərə  və  Goranboy  rayonlarının  sərhədində, 

İncəçayın  sahilində,  dəniz  səviyyəsindən  1700  m,  ətraf  ərazidən  200-250  

hündürlükdə  yerləşən  Gülüstan  qalası  da  Gədəbəy  Qız  qalası  ilə  eyni  dövrdə  inşa 

olunmuşdur.  Qala  şərq,  qərb  və  cənub-qərb  tərəflərdən  sıld ırımla,  şimaldan  meşə, 

cənub-şərqdən  isə  yamacla  əhatə  olunmuşdur.  Qalaya  yol  cənub-şərq  tərəfdəndir. 

Qala şərq-qərb istiqamətində 200-250  m, şimal-cənub istiqamətində 20-25 u zanır. 

Qala  divarın ın  eni  şimal  və  qərb  tərəflərdə  0,8-0,9  m  olduğu  halda,  cənub divarda 

1,5  m-ə  çatır.  Qa lanın  içə risində  bina  qalıqları,  ovdan  vardır.  Orada  habelə  çaya 

aparan gizli yol qeydə alın mışdır (A.Mə mmədov, Ş.Əyyubova, 2003.) 

Orta  çağda  dağ  keçidlərin i,  eləcə  də  ətraf  əraziləri  nəzarət  altında  saxlamaq  

üçün  xeyli  qəsr  və  qüllə  inşa  olunurdu.  Belə  müdafiə  tikililərindən  biri  İsmay ıllı 




90 

 

rayonun  Xanəgah  (Xənəyə)  kəndindən  2,5-3  k m  şimalda,  A xo xçayın  sağ  sahilində  



yerləşən  Qız  qalasıdır  (F.L.Osmanov,  1972,  s əh.  61-62;  C.Ə.Qiyasi,  F.L.Osmanov, 

1980,  səh.  139-143;   Q.C.Cəbiyev,  2005).  Ön  istehka m  Qarasu  dərəsindədir. 

Uzunluğu  28,6  m,  hündürlüyü  7,7  m,  qalın lığ ı  1,8  m  olan  bu  sədd  dərənin  ağzın ı 

qapayırmış.  Səddin  ortasında  üstü  tağş əkilli  darvaza  yerləşird i.  Səddi  keçdikdən  

sonra  Qarasu  dərəsi  ilə  şima la  doğru  qalxdıqca  sağ  tərəfdəki  sıldırım  qayalıqdakı 

boşluqları qapayan qala divarların ın qalıqları görünür.  

Abidənin  şimal  küncündən  başlayaraq qala  divarları  həm  şərq,  həm  də  qərb 

yamacı  boyunca  uzanaraq  onu  dövrəyə  alır.  Ümu miyyətlə,  Qız  qalasının  plan ı 

mürəkkəb formalıdır (tablo  24, şək. 1).  Qalan ın ü mu mi sahəsi 1,5 hektara qədərdir. 

Sahəsi 300 k v.m olan narınqala üst terrasda yerləşmə klə hakim  mövqeyə malikd ir. O 

qalanın  şərq  divarı  ilə  hüdudlanır,  digər  tərəflərdən  isə  sərt  enişə  ayrılır.  Qalanın  

inşaatında daşdan və bişmiş kərpicdən, kirəc məh lulundan istifadə olun muşdur. 

Dağ  qalaları  arxeo loji  tədqiqatlarla  şimal-qərbi  A zərbaycanda  daha  yaxşı 

öyrənilmişdir.  Bunlardan  Surxab  qalasını,  Ustacan  qalas ını,  Qızlar  qalasını,  Eşik 

qalasını, Mu xas qülləsini, Aydınbulaq qülləsini misal çəkmək olar. 

Qəbələ  rayonunun  Zala m  kəndindən  tə xminən  3  k m  şərq  tərəfdə,  dağın  

üstündə,  əlverişli  coğrafi  şəraitdə  yerləşən  Qızlar  qalası  isə  güclü  dağıntıya  məru z 

qalmışdır.  1972-ci  ildə  aparılan  arxeo loji  qazıntılar  nəticəsində  qala  d ivarları, 

bürcləri  və  darvaza  yeri  tam  aşkarlan mışdır.  Dördkünclü  b içimdə  olan  bu  qalanın  

uzunluğu  16,5  m,  eni  15,7  m-d ir.  Qala  d ivarlarının  qalıqların ın  hündürlüyü  bəzi 

yerlərdə  1,5  metrə  qədərdir. Qa lanın hər bir  küncündə monolit dairəvi bürc, hər bir 

divarında isə yarımdairəvi  kontrfors vardır.  Bürclərin diametri  3,5  m,  kontrforsların  

dia metri  isə  1,5  m-dir.  Darva za  qalanın  cənub-qərb  tərəfində  yerləşir  və  eni  1,8  m-

dir.  Qalanın  salamat  qalmış  qalıqları  daşdan  kirəc  məh lulu  ilə  inşa  olunmuşdur. 

La kin  ətra fa  səpələnmiş  33x33x8  sm  ö lçüdə  bişmiş  kərp ic  nümunələ rinin  ço xluğu 

istehkamın üst hissəsinin həmin inşaat materialından hörüldüyünü söyləməyə imkan  

verir. 

Arxeoloji  qazıntılar  nəticəsində  Qızlar  qalasında  20  sm  qalınlığında  mədəni 



təbəqə yatımın ın varlığı  müəyyən olunmuş, daş sütun altlığı fraq menti v ə  xeyli saxsı 

qab qırıqları tapılmışdır (F.V.Qədirov, 1984, səh. 88-91). 

Faktik  materia llar  Qızla r  qalasının  IX  əsrdə  inşa  olunduğunu  və  XI  əsrin  

əvvəllərinədək istifadə edild iyin i söyləməyə imkan verir. 

Eşik  qalası  və  ya  Şinaz  qalası  Şəki  rayonunun  Baş  Laysk  kəndi  ilə  Şin  

kəndini ay ıran dağ tirinin orta h iss əsində yerləşir və tə xminən 0,5 he ktar sahəni tutur 

(tablo  24,  şək.  4).  Qala  Dağıstana  gedən  dağ  keçidi  qoruyurdu.  Qalanın  qapısı  Şin  

dərəsinə açılırdı. Qap ının eni  1,5 m  idi. Qa rşısında kvadrat biçimli,  10x10 ö lçüdə 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə