Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə38/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   34   35   36   37   38   39   40   41   ...   195

87 

 

iqa mətgahı  kimi  istifadə  et mişlə r.  Burada  aparılmış  arxeoloji  qazıntılarla  onun  IX-



XVI əsrlərə a id olduğu müəyyən edilmişdir (E.A.Па хомов,  1940; H.Ə.Ciddi.  1960;  

1961; 1961a; 1967). Qa lanın daha zəngin materialı IX-XIII əsrlə rə aiddir. Qa zıntıla r 

nəticəsində  abidənin  quruluşu,  onun  iç  qalasını  s əciyyələndirən  cəhətlər,  qala 

divarları,  bürclər,  saray  komp leksi,  su şəbəkəsi,  gizli  yol  və  s.  tədqiq  olunmuşdur. 

Saray  ko mple ksindən  yalnız  "dəhlizə  o xşar  tikili",  dörd  otaq  və  salonun  qalıqları 

qazıntılar  zaman ı  təmizlən mişdir  (H.Ə.Ciddi,  1967,  səh.  50-62).  Saray  ko mpleksi 

ikimə rtəbəli olmuş, a mma ikinci mərtəbə ta ma milə dağılmışdı. Saray daşdan əhəngli 

məh lulla  inşa  edilmişdi.  Qazıntı  za manı  iki  hörgü  qatı  müəyyənləşdirilmişdir. 

Birinci hörgü qatı IX-X əsrlərə aid olub, kobud yonulmuş daşlardan istifadə etməklə 

ucaldılmışdı.  XII  əsrdə  sarayda  təmir  işləri  zamanı  səliqə  ilə  yonulmuş  daşlardan 

yüksək keyfiyyətli əhəngli məh lulla ikinci hörgü qatı ucaldılmışdı. Sarayın qazıntılar 

zaman ı  aşkarlanan  otaqları  dördbucaq  biçimdə  olub  sahələri  mü xtəlifd ir.  Otaqlar 

arasında  qapı  yerləri  vardı.  Otaqların,  salonun  və  dəhlizin  qalıq ları  saray 

ko mple ksinin  birinci  mərtəbəsinin  tağ-tavanla  tama mlandığ ını  göstərir.  Dəh lizin  

üstündə  ikinci  mərtəbənin  daş  döşəməsinin  və  kürəbənd  tipli  kanalizasiya  xəttinin  

qalıqları  üzə  çıxarılmışdır.  Ko mpleksin  qalıq larının  ətrafından  xeyli  kaşı  tapılması 

sarayın kaşılarla bəzədildiy ini söyləməyə əsas vermişdir. 

Tapılmış sadə və şirli saxsı qablar,  fayans və seladon qab qırıqları, həmçinin  

şüşə,  metal  əşyalar  və  pullar  əsas  etibarilə  qalan ın  çiçəklən mə  dövrünə  -  XII-XIII 

əsrin əvvəllərinə aidd ir. 

Arxeoloji  tədqiqatlar  qalan ın  divar  və  bürclərinin  əsasən  iki  müdafiə  xətti 

yaratdığını  söyləməyə  əsas  verir.  Qalan ın  yerləşdiyi  dağın  yuxarısındakı  geniş 

sahəni cənub və qərb tərəfdən əhatə edən və Xınıslı  kəndindən müşahidə olunan ön 

istehkam  qalıqları  ön  müdafiə  xəttin i,  dağın  yüksək  zirvəsində  yerləşən  istehkam 

qalıqları  -  narınqalanın  divar  və  bürcləri  sonuncu  müdafiə  xəttini  təşkil  edirdi.  Ön  

müdafiə  xəttinin uzunluğu təxminən 400 m-ə çatır və buradakı qalın lığ ı 2,5-5 olan  

divar  6  yarımdairəvi  bürclə  möhkəmləndirilmişdir.  O,  altıncı  bürcə  çatdıqda 

perpendikulyar  formada  şima la  dönür  və  narınqalanın  bürcü  ilə   birləşir. 

Narınqalanın  divarları  daha  etibarlı  olub,  yeddi  bürclə  möhkəmləndirilmişdir 

(H.Ə.Ciddi, 1967, səh. 44-45). 

Naxçıvan  şəhərindən  30  km  şərqdə,  dəniz  səviyyəsindən  1640  

hündürlükdə, Əlincəçayın sağ sahilində yerləşən Əlincəqala orta çağın ən möhtəşəm 

müdafiə  tikililərindən  olub  Azərbaycan  Atabəylərinin  iqamətgahı  və  xəzinə  yeri 

olmuş, 14  il Əmir Tey murun  mühasirəsinə davam gətirmiş və alın mazlığı  ilə böyük 

sərkərdəni heyrətləndirmişdir. Mənbələrdə ad ı  X əsrdən Alıncaq, A lancıq,  Əlincək, 

Erincək, Əlincə kimi  xat ırlanan bu qala, Şə msəddin Eldənizin dövründən başlayaraq 




88 

 

ölkənin  mühüm  hərbi-strateji  məntəqəsi  kimi  daim  diqqət  mərkəzində  olmuş, 



Azərbaycan Atabəyləri burada ço xlu saray və yardımç ı b inalar inşa etdirmiş lər. 

Əlincəqala  uzun müddətli  müdafiə  üçün  geniş  hərbi-strateji  imkanlara  malik 

olmaqla  Əlincəçayın  sağ  sahilində,  geniş  düzənliy in  mə rkə zində  ucalan,  yaln ız 

yanlardakı  dar  cığ ırlarla  qalxmağ ın  mü mkün  olduğu,  h ər  tərəfi  sıldırımlı  dağın  

üzərində salın mışdır (tablo  23). Həmin cığırların təhlü kə gözlənilən yerləri ərazinin  

relyefinə  uyğun  divar  və bürclərlə  möhkə mləndirilmişdir.  Qala  divarları  bir-b irinin  

ardınca pillələr halında ucalaraq dağın  zirvəsini, orada yerləşən tikililəri əhatə edir. 

Qalaya  şimal,  şərq  və  qərb  tərəfdən  olmaqla  üç  darvazadan  keçmək  mü mkün  idi. 

Darva zalar  istehkam  qurğuları,  bürc  ma zğa lı  olan  divarlarla  möh kə mləndirilmişdir. 

Qalan ın baş, şimal darvazası hakim  mövqeyə malik idi. Qalanın şimal qülləsi hakim 

mövqe tutmaqla geniş ərazini və strateji əhəmiyyətli yolu nəzarət altında saxlamağa 

imkan verirdi.  O, kvadrat biç imli olub 7x7  ö lçüdədir.  Da xildən 2 qatlıd ır.  Birinc i 

qat  arakəsmə  ilə  iki  otağa  ayrılır.  Üst  qat  döyüş  səkisi  ilə   əlaqə ləndirilmişdir. 

Qalan ın  divarları  boyunca  döyüş  s əkisi  və  mazğallar  izlənilir.  Qala  divarlarının  

mühafizə  olunmuş  hündürlüyü  5  m-dən  8  m-dək  dəyişir.  Döyüş  səkisinin  

hündürlüyü isə 2-3 m, en i 1,5 təşkil ed ir. 

Qalan ın divar və bürcləri yonulmamış daşlardan inşa olunmuş, örtüklərin və 

qapı  açırımlarının  konstruksiyalarında  kvadrat  fo rmalı  bişmiş  kərpiclərdən  istifadə 

edilmişdir  (B.Kepuмов,  1998,  cтp.  53).  Qalan ın  içərisində  mü xtəlif  təyinatlı 

tikililərin  -  yaşayış  evlərinin,  saray  ko mple ksinin,  cəbbəxananın,  təsərrüfat  

tikililərinin  xarabalıq ları  qalmışdır.  Dağ ın  ən  uca  yerində  Əlincəqalanın  içqalası  –  

Şaxtaxtı yerləşir.  Saray  ko mpleksi burada yerləşirdi.  Onun ümu mi sahəsi 800 kv.m-

dir.  Ko mple ksin mə rkə zində yerləşən salonun sahəsi 96 k v.m-dir və görünür o rəsmi 

qəbul otağı olmuşdur. Digər otaqların sahəsi 7,5-36 k v.m-d irOtaqla rın divarlarının  

qalınlığı  0,75  m-d ir.  Cənub  tərəfdə  divarın  qalıqlarının  hündürlüyü  2,8-3  m,  şimal 

tərəfdə  isə  1-1,5  m-dir.  Qapı  açırımlarının  eni  0,8-1,1  m-dir  (В.Алиев,  B.Kepимов, 

1975, c тp. 467-468; B.Kepимов, 1998, стp. 53, табл. XXVII, XXVIII). 

Qalan ın  su  təchizatı  üçün  yağış sularından  istifadə  də  nəzərdə  tutulmuşdur. 

Yağış  sularını  toplayaraq  su ehtiyatı  yaratmaq  məqsədilə  xüsusi  arxlar  düzəld ilmiş  

və həmin arxla rla  su hovuzlara a xıdılmışdır.  

Hər tərə fdən sıldırım qayala rla  və keç ilmə z təbii en işlə  müdafiə olunan qala  

həmlələ rə  və  uzunmüddətli  mühasirə lərə  qarşı  a z  qüvvə  ilə  durmaqda  etibarlı 

istehkam t ikilisi idi. 

Kəşfiyyat  xara kterli  a rxeolo ji  tədqiqatlarla  müəyyən  olunmuşdur  ki, 

Əlincəqala  nəinki  möhtəşəm,  etibarlı  qala,  həm  də  Əlincəçay  vadisinin  siyasi-

inzibati  mərkə zi  olmuşdur.  Bunu  qalanın  yerləşdiyi  dağın  cənub  və  cənubi-qərb 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə